Milli azlıq anlayışı beynəlxalq
müstəvidə
Beynəlxalq münasibətlərdə daha çox diqqət
mərkəzində olan azsaylı xalqlar problemi ilə
bağlı müxtəlif qurumlar və təşkilatlar tərəfindən
çərçivə Konvensiyaları və Sazişlər
qəbul edilib.
Bu sırada Avropa Şurası, BMT, ATƏT və
digərlərini misal göstərə bilərik. MDB ölkələri içərisində Rusiya və
Azərbaycanın milli azlıqların hüquqlarının
qorunması ilə bağlı qoşulduğu beynəlxalq
Konvensiyalar qanunvericilik baxımından daha mükəmməldir.
Azərbaycan üzvü olduğu beynəlxalq təşkilatların
milli azlıqlarla bağlı qəbul etdiyi Konvensiya və
Sazişlərin əksəriyyətinə qoşulub. Bu sırada Avropa Şurası, BMT, ATƏT və digərlərini
misal göstərə bilərik.
BMT-nin İnsan Hüquqları üzrə Komissiyası
milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin
hüquqları ilə bağlı Qətnamə qəbul edib. Komissiya 1992-ci il aprelin 25-də keçirdiyi iclasında
insanları cəmiyyətdə sülhün qorunması
üçün milli azlıqların hüquqlarını
qorumağa çağırıb. BMT Baş Assambleyası
1992-ci il 18 dekabr tarixində milli, etnik, dini
və dili azlıqlara mənsub şəxslərin
hüquqları ilə bağlı Bəyannamə qəbul
edib. Bəyannamədə bir daha təşkilatın
nizamnaməsində göstərildiyi kimi, dilindən, dinindən
və irqindən asılı olmayaraq bütün insanların
hüquqlarının qorunması önə çəkilir.
Ümummiyyətlə, BMT azsaylı xalqların
hüquqlarının qorunmasında mühüm rol oynayır.
Hökumətlərarası və qeyri-hökumət
təşkilatları da milli azlıqların
hüquqlarının qorunmasına səy göstərirlər.
BMT Baş Assambleyasının 1965-ci ildə qəbul
etdiyi Beynəlxalq Paktda göstərilir ki, bütün xalqlar
özlərinin təyinetmə hüququna malikdirlər.
BMT
Baş Məclisinin 1996-cı il dekabırın 16-da təsdiq
etdiyi insanın vətəndaşlıq və siyasi
hüquqları, iqtisadi, sosial və mədəni
hüquqları haqqında faktlara müvafiq olaraq
respubilkamızda milliyətindən, dilindən, dinindən,
siyasi baxışlarından aslı olmayaraq vətəndaşlarımızın
hamısı bərabar hüquqlara malikdir və Azərbaycan
dövləti öz fəaliyyətini bu demokratik, hümanist
prinsiplər əsasında qurur, inkişaf etlirir. İnsan və vətəndaş
hüquqlarının və azadlıqlarını irqi, milli,
dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və
sosial mənsubiyyətə görə məhdudlaşdırmaq
qadağan olunur. Beynəlxalq hüquq
normalarına tam uyğun gələn həmin humanist normativ
prinsip öz əksini Azərbaycan Respubilkası
Konstitusiyasının 25-ci maddəsində
tapmışdır.
Avropa
Şurası 1995-ci il fevralın 1-də
"Milli azlıqların hüquqlarının qorunması
haqqında" Çərçivə Konvensiyası qəbul
edib. Konvensiyaya imza atan dövlətlər Avropa
Şurasının insan hüquqlarının əsas hüquq
və azadlığını önə çəkirlər.
Bu Konvensiyaya imza atan dövlətlər, həmçinin
Avropa Şurasının 1993-cü ildə Vyana şəhərində
öz ərazilərində milli azlıqların hüquq və
azadlıqlarının qorunması barədə Bəyannamədən
irəli gələn vəzifələrə də əməl
etməlidirlər. Konvensiyada üzv
dövlətlər milli və etnik azlıqlara məxsus
insanların hüquq və azadlıqlarını
qorumağı öz öhdəsinə götürür və
bu, beynəlxalq əməkdaşlığın əsası
hesab edilir. Milli azlığa mənsub
şəxslər Konvensiyadan irəli gələn digər vətəndaşların
azad seçim hüququna və bütün vətəndaşların
əldə etdiyi hüquq və azadlıqlara malikdirlər.
Tərəflər milli azlıqların qanun
qarşısında bərabərliyinə əməl etməyi
və heç bir ayrı-seçkiliyə yol verməməyi
üzərlərinə öhdəlik kimi götürürlər.
Tərəflər milli azlıqların cəmiyyətin
bütün sahələrində - iqtisadi, mədəni və
siyasi fəaliyyətinə şərait yaratmalı,
onların məişət, din, dil və adət-ənənələrini
qorumalıdırlar. Milli azlıqların sərbəst
toplaşmaq və öz fikirlərini deməyə imkan
yaratmalı və maneçilik törətməməlidirlər.
Tərəflər milli azlıqlara mənsub
şəxslərin dini təsisatlar, təşkilatlar və
assosiasiyalar yaratmalarına maneçilik törətməməyi
də üzərlərinə götürürlər. Həmçinin onlara öz kütləvi informasiya
vasitələrini təsis etməyə və efir məkanına
malik olmağa razılıq verirlər. Onlara
qeyri-hökumət təşkilatlarını yaratmağa və
orada fəaliyyət göstərməyə məneçilik
törətməməlidirlər. Sənəddə,
həmçinin onlara öz azlığının dilini
öyrənməyə şərait yaradılması da qeyd
olunur. Milli azlıqlar yaşadıqları
ölkənin milli qanunvericiliyinə əməl etməlidirlər.
Qeyd edək
ki, Azərbaycan Respublikası bu Konvensiyaya 13 iyun 2000-ci il tarixdə qoşulub.
Azsaylı xalqların hüquqlarının
qorunmasında istiqamətverici rol oynamaqda Beynəlxalq Əmək
Təşkilatının 169 saylı "Köklü xalqlar və
xalqlar barədə, müstəqil ölkələrdə
tayfa həyatı sürən xalqlar haqqında"
Konvensiyasında əks olunub. BƏT-nın 1989-cu il
iyunun 26-da Ali Konfransında qəbul edilən Konvensiyada əsas
diqqət bu xalqların hər hansı bir diskriminasiya olmadan
insan haqları və əsas azadlıqlardan istifadə etmələri
nəzərdə tutulub.
Hazırda Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatının Milli azlıqların işi üzrə
Ali Komissarı fəaliyyət göstərir. Ali
Komissarlıq institutu Avropada etnik münaqişələrin
irimiqyaslı zorakılıqlarına mübarizə forması
kimi yaradılıb. Bu vəzifə
ATƏT tərəfindən (o vaxt ATƏM adlanırdı)
1992-ci ildə təsis edilib. Onun rolu
sülhə və əmin-amanlığa təhlükə
olan etnik fikir ayrılıqlarını aradan qaldırmaq,
quruma üzv dövlətlər arasında sülh və əmin-amanlıq
yaratmaq və ilkin mərhələdə olan münaqişələrin
qarşısını almaqdan ibarətdir. Ali Komissarlığın qərargahı Vyana şəhərində
yerləşir. Bir çoxları bu vəzifəni
ombudsman institutları ilə eyniləşdirirlər. Amma əslində belə leyil. O, yalnız milli
azlıqların işi üzrə ali
komissardır. Onun məqsədi münaqişələrin
aradan qaldırılmasıdır. O ombdusmandan fərqli
olaraq insani ölçüləri həll etmir. Onun qarşısına qoyulan məqsədlər
sırasında ilkin xəbərdarlıq və lazım olan
halarda təcili tədbirlər görməkdir.
«Genosid
cinayətinin qarşısının alınması və bu
cinayətə görə cəza verilməsi haqqında»
Konvensiyanın 2-ci maddəsində deyilir ki, genosid
anlayışı altında hər hansı milli, etnik, irqi və
ya dili qrupu tamamilə, ya da qismən məhv etmək məqsədi
ilə həyata keçirilən aşağıdakı hərəkətlər
nəzərdə tutulur: öldürmək, bədən xəsarəti
yetirmək, onları psixi pozğunluğa düçar etmək,
qəsdən elə bir şərait yaratmaq ki, onlar hissə-hissə
və ya tamamilə fiziki cəhətdən yox olsunlar və s.
«Mülki
və Siyasi Hüquqlar Haqqında» Beynəlxalq Paktın 27-ci
maddəsində göstərilir ki, etnik, dini və kiçik
dil qruplarının öz mədəniyyətlərini, din və
adət-ənənələrini birlikdə yaşatmaq, öz
dillərində danışmaq hüququ vardır.
Azərbaycan
Avropa Şurasına üzv qəbul olduqdan sonra 1 il ərzində Milli azlıqların Çərçivə
Konvensiyası, eyni müddətdə Regional dillər
arasında Çərçivə Konvensiyasına qoşulub.
Milli azlıqlarla bağlı hər üç
öhdəliyi Azərbaycan Avropa Şurasına qəbul olarkən
öz üzərinə götürüb. Bu barədə Avropa Şurasının Azərbaycan
nümayəndəliyinin əməkdaşı İnkeri Aarnio
Lvoff hələ 2002-ci ildə "Etnik qruplar arasında
dailoq" mövzusunda Zuğulbada keçirilən tədbirdə
çıxış edərkən məlumat verib. Respublikada milli azlıqlar arasında dialoqun
inkişafı və genişləndirilməsi
üçün müvafiq işlər
görüldüyünü nəzərə çatdıran
xanım İnkeri Avropa Şurasının bu sahə
üçün nəzərdə tutulan standartlarının
Azərbaycanda mərhələ-mərhələ həyata
keçirildiyini söyləyib.
Azərbaycanda milli və dini azlıqlara qarşı
diskriminasiya siyasəti heç vaxt olmayıb və bu
azlıqlar daim Azərbaycan cəmiyyətinin tamhüquqlu
üzvü olublar. 1988-93-cü illərin acı dərsləri
indi arxada qalıb. Milli həmrəylik
möhkəmlənib. Bu, dünya birliyi tərəfindən
qəbul olunan gerçəklikdir. Ölkəmizdə
səfərdə olan AŞ nümayəndələri Azərbaycanda
bu sahədə vəziyyətin qənaətbəxş olduğunu
bildiriblər. Avropa Şurasının
Milli Azlıqların Müdafiəsi Haqqında Çərçivə
Konvensiyası üzrə Məşvərət Komitəsinin
nümayəndə heyəti 2003-cü ilin aprelin 2-də ədliyyə
naziri Fikrət Məmmədovla görüşüb.
Nazirliyin rəsmi açıqlamasında bildirilir ki, görüşdə
F.Məmmədov ölkəmizdə həyata keçirilən
demokratik islahatlar, milli azlıqların hüquqlarının
etibarlı müdafiəsinə yönəlmiş tədbirlər,
o cümlədən Azərbaycanın bu sahədə
mühüm beynəlxalq konvensiyalara qoşuşlması,
azsaylı xalqların ictimai birlikləri barədə ətraflı
məlumat verib, xalqımızın öz tarixi ənənəsinə
sadiq qalaraq milli azlıqlara və onların hüquqlarına
daim hörmətlə yanaşmasını qeyd edib.
Azərbaycanda
milli azlıqların hüquqlarının etibarlı
müdafiə edilməsinin şahidi olduqlarını bildirən
nümayəndə heyətinin başçısı Asbyorn
Eyde (Norveç) bu sahədə qanunvericiliyimizin təkmilləşdirilməsini
razılıqla vurğulayıb, əhalinin hüquqi maarifləndirilməsi
üzrə aparılan iş yüksək qiymətləndirilib.
O Milli Azlıqların Müdafiəsi
Haqqında Çərçivə Konvensiyası müddəalarının
həyata keçirilməsi məsələlərinə də
toxunub.
30-31
oktyabr 2003-cü il tarixdə Fransanın
Strasburq şəhərində Avropa Şurası binasında
Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə
Konvensiyasının 5-ci ildönümünə həsr
olunmuş Konfrans keçirilib. Konfransda çıxış
edən Avropa Şurasının baş katibi V.Şvimmer Avropa
Şurasının insan hüquq və azadlıqlarının
təmininə mühüm önəm verdiyini və bu məqsədlə
bir sıra Konvensiyalar qəbul etdiyini xatırladaraq, qəbul
edilən Konvensiyalar sırasında tənzim etdiyi sahənin əhəmiyyətinə
görə, «Milli Azlıqların Müdafiəsi üzrə
Çərçivə Konvensiyasının» xüsusi yer
tutduğunu iştirakçıların nəzərinə
çatdırmışdır. V.Şvimmer həmçinin
«Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə
Konvensiyasını» ratifikasiya etməmiş Avropa
Şurası üzv dövlətlərini Konvensiyanı qəbul
etməyə çağırıb.
Azərbaycanda məhkəmə icraatı dövlət
dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil
edən hissəsinin dilində aparılır. İşin
iştirakçısı olub məhkəmə
icraatının aparıldığı dili bilməyən
şəxslər işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi
vasitəsilə iştirak etmək və ana dilində
çıxış etmək hüququ təmin edilir. Bu normativ prinsip Azərbaycan Resprbilkası
Konstitusiyasının 127-ci məddəsinin X bəndində təsbit
olunub.
Cavid
Xalq
Cəbhəsi.- 2016.- 1 aprel.- S.13