“Azərbaycan xalqı növbəti belə
faciə ilə 1918-ci ilin mart
ayının sonunda
qarşılaşıb”
Zaur Məmmədov: “Bu faciənin
yaşanması xalqımızın
tarixinə qara hərflərlə yazılıb”
“Tarixin müxtəlif
dönəmlərində ermənilər
tərəfindən soyqırıma
məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1918-ci ilin mart ayının sonunda qarşılaşıb. Bu faciənin yaşanması
xalqımızın tarixinə
qara hərflərlə
yazılıb. 31 mart soyqırımı əsrlər
boyu ermənilərin xalqımıza qarşı
törətdikləri soyqırımların
daha bir dəhşətli təzahürüdür”.
Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə
doktoru, politoloq Zaur Məmmədov 31 mart Azərbaycanlıların soyqırımı
gününə münasibət
bildirərkən deyib.
Zaur Məmmədov vurğulayıb ki, 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı
ünsürlərlə mübarizə
şüarı altında
Bakı Kommunası tərəfindən ümumən
Bakı quberniyasını
azərbaycanlılardan təmizləmək
məqsədi güdən
mənfur plan həyata
keçirilməyə başlanıb:
“Azərbaycanlıların soyqırımı
Bakı, Şamaxı,
Quba qəzalarında,
Qarabağda, Zəngəzurda,
Naxçıvanda, Lənkəranda
və Azərbaycanın
başqa bölgələrində
xüsusi qəddarlıqlarla
həyata keçirilib.
Bu ərazilərdə dinc əhali kütləvi surətdə
qətlə yetirilib, kəndlər yandırılıb,
milli mədəniyyət
abidələri dağıdılaraq
məhv edilib. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə
xüsusi diqqət yetirib. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə
Fövqəladə İstintaq
Komissiyasının yaradılması
haqqında qərar qəbul edib. Komissiya mart soyqırımını, ilkin
mərhələdə Şamaxıdakı
vəhşilikləri, İrəvan
quberniyası ərazisində
ermənilərin törətdikləri
ağır cinayətləri
araşdırıb. Dünya ictimaiyyətinə
bu həqiqətləri
çatdırmaq üçün
Xarici İşlər
Nazirliyi nəzdində
xüsusi qurum yaradılıb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli
matəm günü kimi qeyd edilib.
Ümummilli liderimiz Heydər Əliyevin 26 mart
1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların
Soyqırım Günü
kimi qeyd olunur”.
Politoloq
qeyd edib ki, tariximizə nəzər salarkən görürük ki, Azərbaycan xalqı 200 il ərzində
ermənilərin mütamadı
olaraq etnik təmizləmə, soyqırımı
siyasətinə məruz
qalıb: “Onlar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə
çevrilib və bütün bunlar ermənilər tərəfindən
kütləvi qırğınlarla
müşayiət olunub.
XX əsrdə ermənilər tərəfindən
azərbaycanlılara qarşı
bir neçə dəfə soyqırım
və terror aktlarının
törədilməsinə baxmayaraq,
hər dəfə dünyanın aparıcı
dövlətlərinin ermənilərin
belə çirkin siyasətinə göz yummaları- mənfur qonşularımıza daha
da stimul verib. Acınacaqlı haldır ki,
dünya ictimaiyyəti
hələ də bizə qarşı törədilən bu cür qırğınlar
qarşısında susmağa
üstünlük verir”.
Onun sözlərinə görə,
keçmişi unutmamalı,
tarixdən dərs götürməliyik: “ Xalqımıza qarşı
bu kimi qanlı
hadisələrin baş
verməməsi üçün
Azərbaycan xalqı bir olub düşmənlərinə
qarşı dünyanın
hər yerində mübarizə aparmalıdır.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması məsələsində əsas
rollardan birini- xaricdə yaşayan soydaşlarımız oynamalıdırlar.
Çox
təəssüflər olsun
ki, heç də hamımız tariximiz, xalqımız və dövlətimiz qarşısında öz
vətəndaşlıq borcumuzu
verə bilmirik. Erməni diasporasının əsrlər
boyu birlikdə fəaliyyət göstərərək
türk millətinə
qarşı uydurma ittihamlarla bulunmasından fərqli olaraq, bizim əlimizdə tutarli dəlillər var. Birlik olub düşmənə
qarşı mübarizə
aparmağın vaxtı
çoxdan çatıb”.
Xalq Cəbhəsi.- 2016.- 1 aprel.- S.8.