Ermənilərin avantürist siyasətinin
Cənubi Qafqaza keçirilməsi tarixindən
“Əzabkeş” erməni
əhalisinə türk torpaqlarında “erməni dövləti”
qurmağa təminat verilirdi...
Ermənilərin
Türkiyədə, ardınca isə Azərbaycanda dövlət
qurmaq istəkləri ardıcıl olaraq zora əsaslanırdı.
Bunu faktlar da sübut edir. Onillər
boyunca bölgədə çar Rusiyası, sonra isə
bolşevik Rusiyasının ermənilərə
yardımçı olması məsələni daha da qəlizləşdirirdi.
Təbiidir ki, bolşeviklər ikili oyun
oynayırdılar. M.Ə.Rəsulzadə yazırdı:
“Millətlərin tabe olduqları bir dövlətdən
ayrılmağa belə haqlı olduqlarını elan edərkən
bolşeviklər, şübhəsiz ki, səmimi deyildilər.
Onlar bu haqqı millətin təbiətindən
doğan bir qiymət kimi dəyərləndirməyir. Zamanın ən təsirli bir şüarı olan bu
fikri öz məqsədlərinə õidmət etdirmək üçün hiyləgər
bir manevra ilə istifadə edirdilər”.
Rusiyada Müvəqqəti hökumətin yerinə gələn
bolşeviklərin Sovet hökuməti də erməniləri
himayə etməkdə davam edirdilər. 1917-ci il
dekabrın 3-də Rusiya Õalq Komissarları Sovetinin «Rusiya və Şərqin
bütün zəhmətkeş müsəlmanlarına»
müraciətində qeyd olunurdu ki, müharibə əməliyyatı
dayanan kimi ermənilərin öz siyasi müqəddəratını
azad təyin etmək hüququ təmin ediləcək. 1917-ci il dekabrın 29-da isə Sovet Rusiyasının Õalq Komissarları Soveti
«Türkiyə Ermənistanı» haqqında dekret də
vermişdi. 1918-ci il yanvarın 15-28-də III Ümumrusiya
Sovetlər qurultayında təsdiqlənmiş həmin dekretə
görə, ÕKS «əzabkeş»
erməni əhalisinə müharibə gedişində rus
ordusunun ələ keçirdiyi türk torpaqlarında “erməni
dövləti” qurmağa təminat verirdi. Bu sənədin
altında Leninin, Stalinin və başqalarının imzası
vardı. ÕKS Qafqaz işləri üzrə
Fövqəladə Müvəqqəti Komissarı
St.Şaumyana isə Türkiyə ərazisində bir
«Türkiyə Ermənistanı» adlı dövlət
qurması tapşırılmışdı. Leninin erməniləri
õüsusi qorumaq
siyasətinin başlıca səbəblərindən biri də
bolşeviklər partiyasının ən nüfuzlu
liderləri arasında Şaumyan, Avanesov və Mikoyan kimi ermənilərin
olması idi. Digər tərəfdən,
çar və Müvəqqəti hökumətin zamanında
olduğu kimi Lenin də Rusiya imperiyasının əvvəlki
sərhədlərini bərpa etmək siyasətilə
yanaşı, eyni zamanda ermənilərdən türklərə
qarşı mübarizədə və öz siyasətlərini
həyata keçirməkdə istifadə etmək fikirində
idi.
1918-ci
ilin əvvəllərində 100 minlərlə dinc türk əhalisini
qəddarlıqla qətlə yetirən, onların evlərini
yandıran və əmlaklarını qarət edən
qaniçən Andranik Ərzurumda türk ordusuna qarşı
vuruşarkən, türk ordusunun komandanı Vehib
Paşanın tabe olmaq təklifinə belə demişdi, Rusiya
dövləti «Türkiyə Ermənistanı» dekreti ilə
bizə müqəddəratımızı təyin etmək
hüququ vermişdi. Şübhəsiz, bu
dekretin qəbul olunmasında ÕKS-nın içərisində erməni nümayəndələri
və Bakı bolşeviklərinə rəhbərlik edən
St.Şaumyanın böyük təsiri olmuşdu. Azərbaycana gəldikdə isə St.Şaumyan
müsəlmanların özünüidarəetmə
hüququnun əleyhinə gedərək bildirmişdi ki,
müsəlman burjuaziyası və mülkədarlarının
özünüidarəetməsi müsəlman õalqının özünüidarəetməsi
demək deyil. Əksinə, bu, õanlıq qayda – qanunlarının
bərpası deməkdir.
V.İ.Lenin
və İ.V.Stalinin imzaladıqları 13 nömrəli dekretlə
Stepan Şaumyan, Kuznetsov və başqa bolşeviklərə
Qafqazda sovetləşdirmə əməliyyatını həyata
keçirmək tapşırılmış, həmçinin
Türkiyədə rus ordularının işğalı
altında olan torpaqlarda “erməni dövləti” yaratmaq səlahiyyəti
verilmişdi. Bu məqsədlə St.Şaumyan Tiflisə gələrək
1918-ci il yanvarın 22-də fəhlələr
qarşısında çıõış etmiş və bütün
Qafqazı sovetləşməyə
çağırmışdı. St.Şaumyanın
həbsi ilə bağlı göstəriş verən
Zaqafqaziya Komissarlığı Şaumyanı 24 saat ərzində
ölkəni tərk etməyə məcbur etmişdi. Yuõarıda
göstərilən Leninin Sovet dekreti də erməni
şovinist millətçilərinə kömək etməmiş,
müzəffər türk ordusu erməni quldur dəstələrini
öz torpaqlarından qovmuşdu.
Ermənilər bu dəfə özlərinin
avantürist siyasətlərini Cənubi Qafqaza
keçirmişdilər. Onlar milli münasibətləri
qızışdıraraq, millətlərarası ziddiyyətləri
kəskinləşdirir və öz məkrli siyasətlərini
həyata keçirməyə çalışırdılar.
Ermənilər 1918-ci ilin yanvarından Bakıda
və Cənubi Qafqazın digər bölgələrində
müsəlman qırğını törətmək
üçün müõtəlif
fitnəkarlıqlara əl atmışdılar. Onlar
Bakıda siyasi təsir üstünlüyünə nail olmaq
üçün ən mühüm vəzifələrə
yiyələnməyə can atırdılar. Bakı
Sovetinin orqanlarına, şəhər idarəçiliyinin həlledici
vəzifələrinə öz nümayəndələrini yerləşdirmişdilər.
Türkiyədən biabırcasına qovulan erməni
daşnakları və onların silahlı quldur dəstələri
Cənubi Qafqazda, õüsusən
Azərbaycan torpaqlarında türklərə qarşı
qanlı qırğınlarını davam etdirmişdilər.
Onların qabaqcadan planlaşdırılan məkrli
siyasətinin qarşısını almaq isə çoõ çətin idi. Bunun da bir neçə səbəbi var idi. Əvvəla, Qafqazda Türkiyə ordusuna
qarşı duran rus qoşunlarının əsas tərkib
hissəsi, yəni zabit və əsgər heyətinin bir hissəsi
ermənilərdən təşkil olunmuşdu. Orduda olan
rusların da böyük bir hissəsi çoõ vaõt ermənilərin tərəfini saõlayırdı; ikincisi, Cənubi
Qafqazda təşkil olunmuş Õüsusi Cənubi Qafqaz Komitəsi
(1917-ci il 9 mart), Cənubi Qafqaz Komissarlığı (1917-ci il
15 noyabr), sonra isə Cənubi Qafqaz Seymi (1918-ci il 23 fevral) mövcud
olduqları dövrlərdə, Cənubi Qafqazda real siyasi və
hərbi gücə malik olmamasıyla yanaşı, həmin
qurumların tərkibində azərbaycanlı nümayəndə
heyəti yetərincə deyildi. Belə ki, sonuncu hakimiyyət
orqanı olan Seymdə Gürcüstandan olan sosial-demokratlardan
(menşeviklər) tərkibdə 32 deputat, Azərbaycandan –
Müsavat partiyası və ona yaõın olan bitərəf demokratik
qrupdan tərkibdə 30 deputat və erməni –
Daşnaksütyun partiyasından tərkibdə 27 deputat var
idi. Bununla yanaşı social-
inqilabçıların (eserlərin), müsəlman sosialist
blokunun (7 deputat), Müsəlman fraksiyasının (İttihad)
– 3 deputatla və menşevik-hümmətçilərin (4
deputat) də nümayəndələri təmsil olunurdu.
Seymdəki Azərbaycan fraksiyasının lideri
M.Ə.Rəsulzadə idi.
Ermənilərə RSFSR ÕKS və St.Şaumyanın
başçılıq etdiyi Bakı Soveti də yaõından köməklik
edirdi.
St.Şaumyanın rəhbərliyi altında keçən RSDF(b)P I Qafqaz Vilayət Qurultayı, 1917-ci il 20
oktyabr tariõli
iclasında Qafqaz õalqlarının,
o cümlədən əhalisinin sayına görə Qafqazda
birinci olan Azərbaycan türklərinin öz müqəddəratlarını
sərbəst həll edərək, heç olmasa muõtar dövlətinin
yaradılması əleyhinə gedən, Türkiyə Ermənistanına
isə muõtariyyat
verən və müharibədən õüsusi zərər çəkmiş
ermənilərə yardım üçün ümumi fondun
yaradılması haqqında və milli məsələyə
dair qətnamə qəbul etmişdi. Bu qətnamənin qəbul
olunmasından iki ay sonra, 1917-ci il
dekabrın 16-da RSFSR ÕKS-nın yığıncağında «Türkiyə Ermənistanı»
haqqında õüsusi
qərar qəbul edilir və ermənilərin işi üzrə
komissarlıq yaradılır. Bu komissarlığın
da biri hərbi işlərə baõmalı idi. Həmin
komissarlığın sədri Varlam Avanesov, müavini isə
erməni şair-kommunisti Vaan Teryan təyin edilmişdi. Ondan bir müddət sonra isə, 1918-ci ilin
yanvarında müsəlmanların işi üzrə
komissarlıq yaradılmışdı. Onun
rəhbəri Şərq õalqları
kommunist təşkilatının Mərkəzi bürosunun sədr
müavini S.M.Əfəndiyev idi. Lakin
müsəlman komissarlığına RSFSR hökuməti tərəfindən
heç bir maddi və hərbi hərbi yardım edilməmişdi”.
1918-ci ilin yanvarında Rusiya hökuməti «Erməni
qaçqınlarına təcili kömək göstərilməsi
haqqında» erməni məsələsi üzrə
komissarlığın bəyanatını müzakirə edərək,
qərara almışdı ki, bu məqsədlə təmənnasız
olaraq 6.194.784 rubl vəsait ayırsın. Eyni zamanda
bütün inqilab komitələrinə, digər yerli orqanlara
erməni könüllü dəstələri təşkil edərək,
onları silahlandırıb maneəsiz surətdə Türkiyə
ərazisinə göndərmək haqqında təlimat
göndərmişdi. Vaõtilə çar Rusiyasında
olduğu kimi, Sovet Rusiyası da erməni könüllü dəstələrinin
təşkili və onların maliyyələşdirilməsini
öz üzərinə götürmüşdü. Sovet Rusiyasının qəbul etdiyi qərarda Azərbaycan
qaçqınları və onlara dəymiş milyonlarla ziyan
haqqında isə bir kəlmə də deyilmirdi. Halbuki bu dövrdə ermənilərin hərbi təcavüzündən
ən çoõ ziyan
çəkən azərbaycanlılar olmuşdu. Amerikan kəşfiyyat mənbələrinin
hesablamalarına görə 60.000 türk qaçqın
olmuş və 420 müsəlman kəndi isə ermənilər
tərəfindən dağıdılmışdı.
Şübhəsiz, bolşeviklərin hakimiyyətə gəlməsi
və Sovet Rusiyası hökumətinin ermənilərlə
bağlı qəbul etdiyi siyasi qərarlar erməni millətçi
və radikal təşkilatlarının vəziyyətində
dəyişiklik etmişdi. Onlar bolşeviklərin
siyasi rəhbərliyini qəbul etmişdilər. Ermənilər yeni yaranmış Sovet Rusiyası və
onun Bakı nümayəndələrinin simasında özlərinin
ideya müdafiəçilərini görürdülər.
Qeyd edilməlidir ki, bu dövrdə Bakıda erməni
sahibkarları az deyildi. Erməni
burjuaziyasının Azərbaycanda, yalnız ticarətdə və
ayrı-ayrı sənaye sahələrində deyil, eləcə
də Bakı neft sənayesinin müəyyən hissəsinə
də sahib idi. Şübhəsiz, onlar Azərbaycan
milli burjuaziyası ilə rəqabət aparmağa məcbur
idilər. Õüsusən
fevral burjua inqilabından sonra bu ziddiyyətlər
özünü daha qabarıq göstərməyə
başlamışdı. Erməni sahibkarları ermənilər
içərisində antitürk tabliğatının
aparılmasında daşnaklardan heç də geri
qalmırdı. Həmişə rus çarizminə və rus
imperializminə sədaqətlə õidmət etmiş
erməni burjuaziyası, õüsusilə, onun Daşnaksütyun partiyası fevral
burjua inqilabı və oktyabr siyasi çevrilişindən
sonra eser, menşevik və bolşeviklərlə daha sıõ əməkdaşlıq
etməyə başlamışdılar.
Erməni
daşnakları bolşeviklərin siyasi hakimiyyətinə arõalanaraq Türkiyədə
yarada bilmədikləri “erməni dövləti”ni
Qafqazda, Azərbaycan türklərinin torpaqları hesabına
yaratmaq üçün fəaliyyətlərini daha da
genişləndirmişdilər. Belə bir şəraitdə
bolşeviklərin yeni, lakin bu dəfə daşnaklarla taktiki
ittifaqı formalaşırdı. Bolşeviklər
daşnaklara mülayim münasibət bəsləyir, ermənilər
də buna qarışılıqlı məhəbbətlə
cavab verirdilər. Şübhəsiz,
daşnaklar birdən-birə Şura hökumətinin «tərəfdarı»
oldular ki, bolşeviklərin vasitəsilə düşmənləri
olan müsavatçıları məhv edib, sonra Şuranı
dəõi
dağıdıb, «ulu Ermənistan» õəyalını icra etsinlər. Müsaid hallardan istifadə etməkdə mahir olan
bolşeviklər daşnakların qüvvəsindən dəõi istifadə etdilər.
Bakı bolşevik hakimiyyətinin erməni rəhbərləri
ilə erməni daşnak rəhbərləri arasında yaõınlaşma və ittifaqa
girmələri oktyabr çevrilişindən sonra
özünü daha aydın göstərməyə
başlayır. Onları yaõınlaşdıran və bir
ittifaqda birləşdirən əsas amil türklərə
nifrət və Ermən dövlətini yaratmaq olmuşdu.
Ümumiyyətlə, 1917-ci il fevral burjua
inqilabından sonra Bakıda erməni daşnak-rus bolşevik
ittifaqına toõunmadan
hadisələrin əsl mahiyyətinin açılması
çətin olardı. Çünki St.Şaumyanın rəhbərlik
etdiyi Bakı Soveti, erməni silahlı dəstələrindən
istifadə etməsəydi və «Daşnaksütyun»,
«Hnçaq» və digər mürtəce-terrorçu erməni
təşkilatlarının mənafeyini təmsil edən erməni
Milli Şurası ilə ittifaqa girməsəydi, Bakıda, eləcə
də Azərbaycanın digər qəzalarında dinc azərbaycanlılara
qarşı qanlı qırğınlar nəinki törədə
bilməzdi, ona heç gücü də çatmazdı. Ona
görə də, 1918-ci ildə Bakıda və ondən sonra
Azərbaycanın Şamaõı, Quba, Salyan, Lənkəran və başqa qəzalarında
erməni silahlı quldur dəstələrinin bolşevik
bayrağı altında azərbaycanlılara qarşı
törətdikləri kütləvi qırğınlara toõunarkən hökmən erməni
daşnak-rus bolşevik ittifaqına nəzər yetirmək
lazımdır. Bu dövrdə Zaqafqaziyanın
başqa yerlərinə nisbətən Bakıda erməni
daşnak-rus bolşeviklərinin qarşılıqlı
anlaşması işgüzar õarakter daşıyırdı. Digər
tərəfdən, Leninin verdiyi dekret St.Şaumyana erməni
milli-siyasi təşkilatları ilə geniş əməkdaşlıq
üçün imkan yaradırdı.
Vaqif Abuşov
Tarixçi-alim
Xalq Cəbhəsi.- 2016.- 2 aprel.-
S14