Tarix yaradan türklər
XII əsrdə monqollarda
qəbilə quruluşu
süquta uğrayan bir zamanda dağılan
qəbilələrin ayrı-ayrı
hissələrindən ibarət
yeni birləşmələr
– ordu yaranırdı. Orduya hərbi
rütbəli şəxslər
başçılıq edirdi.
Monqol imperatorluğunun banisi Temuçin olub. Monqollar birgə yığıncaqda
Temuçini xaqan elan edib onu
Çingiz xan adlandırdılar. Bu dövlətin paytaxtı Qaraqorum şəhəri oldu. İmperatorluğu möhkəmlətmək üçün Çingiz
xan ordunu gücləndirdi. Monqolların qanunlar məcəlləsi
xaqanın şifahi əmrlərinin yazıya köçürülməsi nəticəsində
yaranan «Böyük yasa» idi.
Monqolları və qonşu qəbilələrini birləşdirən
Çingiz xan geniş işğalları
həyata keçirməyə
başladı. Əvvəl Sibir (1207-1211), sonra
Türküstan (1214) və
Şimali Çin
(1205) keçirildi. Bundan sonra
Xarəzmə, Buxaraya,
Səmərqəndə, Urgəncə
və Mərvə
(1219-1220) hücumlar oldu.
1227-ci ildə Çingiz xan vəfat etdikdən sonra oğlu Udedey böyük xaqan seçildi. Çingiz xan imperatorluğu dövründə
imperiyanı dörd oğlu arasında dörd inzibati əraziyə bölmüşdü
– Qərbi Monqolustan, Şimali Çin – Udedeyə; Mavəraünnəhr
və Yeddisu – Cığataya; Qərb Ulusu – Cuciyə; Şərqi Monqolustan – Tuliyə verilmişdi.
1235-ci ildə Çingiz
xanın nəvəsi
Batı xanın Avropanın cənub-şərqinə
yürüşü nəticəsində
qıpçaq və mordvin torpaqları, Xəzər və Azov dənizləri sahilləri
işğal edildi. Ryazan və Vladimir şəhərləri
də ələ keçirildi. 1240-cı ildə Kiyev, Qalitski, Voln tutulduqdan sonra Batı xan Polşa,
Çexiya və Macarıstan üzərinə
hücuma keçdi.
Rus knyazlarının xəyanəti
nəticəsində ordu
geri qayıtmağa məcbur oldu. Batının köməyi ilə
Münke 1251-ci ildə
xaqan oldu. Xubilay xaqanın dövründə
(1264-1299) Çinin cənubu
tutulsa da Yaponiya və Hind-Çinə yürüş
uğursuzluqla nəticələndi.
1264-cü ildə Xubilay paytaxtı Qaraqorumdan Pekinə köçürdü. XIII
əsrin ortalarından
başlayan daxili çəkişmələr XIV əsrin əvvəllərində
böyük Monqol imperatorluğunu parçalanmağa
gətirib çıxardı,
yerində ayrı-ayrı
müstəqil dövlətlər
yarandı.
Qızıl Orda dövləti
Batının Şərqi Avropaya yürüşləri nəticəsində
(XIII əsrin 40-cı illəri)
Cuci ulusu ərazisində Qızıl
Orda dövləti yarandı. Onun tərkibinə Krım,
Qafqazın Dərbənd
əraziləri, Şimali
Xarəzm, Volqa, Roma bulqarlarının, mordvinlərin,
qıpçaqların, peçeneqlərin
əraziləri daxil idi. Əhalinin əksəriyyətini türklər təşkil
etdiyindən onu türk dövləti adlandırırdılar. Xanlar fərmanlarını
türk dilində verirdilər. Rus knyazlıqları
Qızıl Ordaya daxil olmasalar da vassallıqda idilər. Bu dövlətin paytaxtı Batın xan tərəfindən Astraxan
yaxınlığında olan
Saray Batı şəhəri idi.
XIII əsrin ikinci
yarısında Qızıl
Ordanın paytaxtı hazırkı Volqoqrad yaxınlığında yerlşmiş
Saray - Bərkəyə
köçürülmüşdü.
Qızıl Ordanın iri
feodallarından olan Noğay xan XIII əsrin sonlarında Krıma, Qara dənizin bir hissəsinə və Dunay çayının aşağı ərazilərinə
sahib oldu. Batının
qardaşı Bərkə
xan özü islam dinini
qəbul etsə də yalnız Özbək xan (1313-1342) onu rəsmi din elan etdi.
Canı bəyin vəfatından sonra (1357) başlanan çəkişmələr nəticəsində
1357-1380-cı illərdə Qızıl Ordada 25-dən
çox xan dəyişdi. Qızıl Ordanın zəifləməsindən
istifadə edən Polşa və Litva Qızıl Ordaya məxsus Dneprboyu əraziləri tutdu. Knyaz Dmitrii Donskoy
Kulikovo döyüşündə
(1380) Mamay xanı məğlub etdi. Əmir Teymurun dəstəyi sayəsində Toxtamış
Moskvanı tutub (1382) yandırdı. Toxtamış Teymurilərin ərazilərinə
hücum etdiyinə görə Terek sahillrində (1395) Teymur tərəfindən məğlub
edildi. Saray-Bərkə ələ keçirildi.
XV əsrin birinci
yarısında Volqaboyunda
Qazan və Astraxan xanlıqları, Volqa və İrtış
çayları arasında
Noğay Ordan, Krım, XV əsrin ikinci yarısında Qərbi Sibir xanlığı yaradıldı. 1480-cı ildə Əhməd xan və Moskva
knyazı III İvan Uqra çayı üzərində qarşılaşdı.
Polşa
kralı bu qarşılaşmada Əhməd
xana kömək edə bilmədi. Şaxtalı-sazaqlı havada vuruşa
bilməyən Əhməd
xan döyüşdən
geri döndü.
Noğaylar Əhməd xanı
qətlə yetirdilər.
Beləliklə, Rusiya monqol
əsarətindən azad
edildi. XV əsrin əvvəllərində
Qızıl Orda tamamilə süquta uğradı.
Osmanlı imperatorluğu
Böyük Səlcuq imperatoluğu dağıldıqdan sonra Kiçik Asiyada yeni bir qüdrətli
türk dövləti
– Osmanlı imperatorluğu
yarandı. Osmanlı İmperatorluğu Türkiyə sultanlığının
adı ilə bağlıdır. Osmanlı
imperatorluğu XV-XVI əsrlərdə
türklərin Asiya, Avropa və Afrikanı ələ keçirmələri nəticəsində
yaranıb, XVI əsrin
ikinci yarısı və XVII əsrin 70-ci illərinin ortalarına qədər Türkiyə
torpaqlarından başqa
həm də bütün Balkan yarımadası,
Şimali Afrikanın,
Mesopotamiyanın və
b. torpaqların ərazilərini
uzun zaman kəsiyində öz tabeliyində saxlayıb. Yalnız Birinci Dünya Müharibəsində məğlubiyyətə
uğradıqdan sonra dağılıb.
Osmanlı imperatorluğunun yaranmasının
təfsilatları.
Çingiz xan Mərkəzi Asiyaya zəfər yürüşü edərkən
Anadoluya 70 minə yaxın oğuz türkü köç etmişdi. Səlcuqların qayı boyundan
Ərtoğrul öz tayfasını 1231-ci ildə
Ankara sərhədlərinə gətirir. Ərtoğrulun ölümündən sonra onun oğlu
Osman bəy (1289-1326)
Konya sultanlığını tabeliyinə keçirib
1299-cu ildə Osmanlı
dövlətini yaradır.
Bursa fəth olunur.
Osmanlılar Mərmərə dənizinin Anadolu hissəsinə daimi sahib çıxırlar. 1329-cu
ildə Bursa paytaxt elan edilir. Ölkə vilayətlərə və
dairələrə bölünür.
Konstantinopolu ələ
keçirmək üçün
Orxan Qazi 1329-cu il Maltəpə
döyüşündə Bizansı məğlub edir.
1359-cu ildə hakimiyyətə
gələn I Murad
(1359-1389) sultan titulunu qəbul
edir. O, 1361-ci ildə Ədirnəni
tutaraq onu dövlətin paytaxtına
çevirir. Balkan yarımadası, Bizans, Bolqarıstan, Serbiya, digər ərazilər və xalqlar türklərin əsarəti
altına düşürlər.
Lakin XV əsrin əvvəllərində
I İldırım Bəyazidin
Konstantinopolu mühasirəsi
uğurla nəticələnmir.
Əmir Teymur Şərqi Anadolunu ələ keçirir. 1402-ci ilin yayında Ankara düzənliyində orta əsrlərin ən qanlı döyüşlərindən
biri baş verir. Osmanlılar Ankara döyüşündə
məğlub olurlar,
Sultan Bəyazid əsir
düşür.
I İldırım Bəyazidin
məğlubiyyəti Avropanı
Osmanlı imperatorluğunun
işğalından xilas
etdi. Bu xəbəri eşidən Roma papası
Avropa ölkələri
kilsələrində üç
gün kilsə zənglərinin sədaları
altında şükranlıq
duası oxumağı
tapşırır. II Murad (1421-1451) Osmanlı dövlətinin qüdrətini
bərpa edib Varna döyüşündə macar
və çex ordusunu məğlub edir. Krım xanlığı Osmanlı dövlətindən
asılı vəziyyətə
düşür, Albaniya
tabe edilir, Venesiya ilə sülh müqaviləsi bağlanılır.
XV əsrin ikinci
yarısında Moldova, Valaxiya,
Moreya yunan knyazlığı və Afina hersoqluğu Osmanlı dövlətindən
asılı vəziyyətə
salınır. Osmanlı dövlətində Sultandan sonra əsas vəzifəni baş vəzir tuturdu. Ölkə ərazisi paşalıq
və sancaqlar kimi izibati ərazilərə
bölünmüşdü.
XVI əsrin əvvəllərində
Osmanlı imperatorluğu
Yaxın Şərqdə
çoxlu ərazilər
tutaraq regionun ən böyük dövlətinə çevrilir. I Sultan Səlim (1512-1520) 1516-cı ildə
Hələb, Dəməşq
və Fələstini,
1518-ci ildə isə Misiri tutur. İspaniya donanmasını məğlubiyyətə
uğradıb Əlcəzairi
diz çökdürür.
Sultan Səlimin fatehliyi
nəticəsində Osmanlı
imperatorluğunun əraziləri
2,5 dəfə artır. I Sultan Süleyman
Qanuni 1521-ci ildə Mərkəzi Avropanını
açarı Belqradı
ələ keçirir,
1526-c ildə Macarıstanın
paytaxtı Budapeşt
tutulur, 1529-cu ildə Vyana mühasirəyə alınır. 1556-cı ildə Tripoli, 1564-cü ildə
Tunis Osmanlı imperatorluğundan
asılı vəziyyətə
düşür. Belə vəziyyət
Asiya, Avropa və Afrika qitələrini fəth edən I Süleyman Qanuninin nüfuzunu kifayət qədər artırdı.
Bununla belə
çoxsaylı müharibələr,
vergilərin artırılması,
kənd təsərrüfatının
müflisləşməsi, hərbi qənimətlərin
azalması, ordunun döyüş qabiliyyətinin
zəifləməsi daxili
vəziyyətin kəskinləşməsinə
gətirib çıxardı. XVI-XVII əsrin əvvəllərində
baş vermiş üsyanlar ölkənin iqtisadi və siyasi dayaqlarına böyük zərbə vurdu.
Nizami Tağısoy
Professor
Xalq Cəbhəsi.- 2016.- 12 aprel.-
S.14.