“Azərbaycan coğrafiyasında müxtəlif
mədəniyyətlərin qarşılıqlı əlaqəsi
və təsiri milli mədəniyyətimizin
sinkretik səciyyə daşımasına
səbəb olub”
Yasəmən Qaraqoyunlu: “Mədəniyyətlərin qarşılıqlı
əlaqəsi və təsiri prosesi obyektiv qanunauyğunluqdur”
I yazı...
“Azərbaycan coğrafi-siyasi
mövqeyinə görə
tarix boyu müxtəlif sivilizasiyaların
qovşağında olub,
istər qərbin, istərsə də şərqin çox güclü təsirini daim öz üzərində
hiss edib. Bu baxımdan
qeyd etmək lazımdır ki, Azərbaycan mədəniyyəti
Azərbaycan coğrafiyasına
bağlı olmaqla yanaşı, həm də universal və
regional mədəni differensasiyaların
məhsuludur”. Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi
işçisi Yasəmən
Qaraqoyunlu səsləndirib.
O, qeyd edib ki, müasir Azərbaycan mədəniyyəti
ümümbəşəri mədəni dəyərlər
sisteminin tərkib hissəsidir və bütün xüsusiyyətləri,
səciyyəvi inkişaf
tarixi, rəngarəngliyi
ilə bu sistemdəki qarşılıqlı
təsir prosesindən
bəhrələnməklə bərabər, lokal, coğrafi və landşaft xüsusiyyətləri
ilə etnogenetik və etnososial inkişafın tarixi təkamül mərhələlərinin
vəhdətindən doğulmuş
spesifik xüsusiyyətlərə
malikdir: “Azərbaycan coğrafiyasında mövcud
olmuş türk etnosunun inkişaf fazaları ilə üzvi vəhdətdə
formalaşan Azərbaycan
mədəniyyəti monolit,
daxilən vahid prosesdir və müasir azərbaycanlıların
etnosdan millətə çevrilmə prosesinin bütün tarixi mərhələlərini özündə
cəmləşdirərək, milli etnik xarakterin,
mentalitetin yaradilmasinda
etno-sosio-mədəni bazis
rolu oynayır və Azərbayacan dövlətçiliyinin mahiyyətində
əks olunur. Azərbaycan mədəniyyətinin
ilk inkişaf dövrü
və formalaşması
mərhələsi avtoxton
proto-türk etnosların
(subartu, lulu, quti, turuk, kuman, az, kəngər, zəngi, kassi, sak) adı ilə
bağlıdır. Türk
xalaqlarından biri kimi Azərbaycanlılar Türk dünyasında baş vermiş universal cəciyyəli mədəni-tarixi
hadisələrin mərkəzində
duraraq, ümüumtürk
mədəniyyətinin formalaşmasında
böyük tarixi rol oynamaqla bərabər,
həm də avtoxton türklərin vətəni kimi özünəməxsus etnoqrafik,
etnokulturoloji, etnopsixoloji
sərhədləri olan
“yerli” regional xüsusiyyətlərə
malikdir. Azərbaycan mədəniyyəti türk mədəniyyətidir
və türk mədəniyyəti tarixinin
formalaşmasında tarixi
rolu böyükdür.
Azərbaycan nəinki coğrafi,
habelə mədəni-tarixi
baxımdan Şərq
ölkəsidir və
azərbaycanlılar qonşu
olduqları xalqlarla çoxəsrlik qarşılıqlı
mədəni-tarixi təsir
prosesində olublar və bu təsir
və əlaqələr
Azərbaycan mədəniyyətinin
xarakterində öz əksini tapıb. Azərbaycan mədəniyyəti türk,
şərq və müsəlman mədəni
dəyərlərinə və
Azərbaycan ərazisinə
möhkəm bağlılığı
ilə səciyyələnən
etnik milli mədəniyyət formasıdır.
Türk Təktanrılıq,
Zərdüştlük və
Xristianlıq, İslam
dünyagörüşü Azərbaycan mədəniyyətinin
etnogenetik inkişafında
və yaradıcılıq
ideallarında, mədəniyyət
sisteminin təşəkkülündə
müəyyən rol oynamışdır (13, s 86). Azərbaycan mədəniyyətinin
xarakterik cizgiləri və spesifik xüsusiyyətlərini müəyyənləşdirərkən
Azərbaycan mədəniyyətinin
inkişaf tarixini ayrı-ayrı tarixi mərhələlərə bölmək
zərurəti yaranır.
Bu mərhələlər arasında tarixi varislik əlaqələrinin
olması ilə bərabər, eyni zamanda hər mərhələnin özünəməxsus
inkişaf xüsusiyyətləri
və keyfiyyət fərqləri vardır.
Azərbaycan mədəniyyətinin
əsas inkişaf mərhələlərini İslamaqədərki
Azərbaycan mədəniyyəti,
İslamın qəbulundan
sonra – Rusiya imperiyasının işğalına
qədərki Azərbaycan
mədəniyyəti, Rusiya
işgalı dövründəki
Azərbaycan mədəniyyəti,
Müstəqil Azərbaycan
mədəniyyəti kimi
qruplaşdırmaq mümkündür”.
O, diqqətə çatdırıb
ki, Azərbaycan insanəmələgəlmə prosesinin və həmçinin ilk sinfli cəmiyyətlərin yarandığı
coğrafiyalardan biridir:
“Azərbaycanın qədim
mədəniyyət ocağı
olması obyektiv tarixi həqiqətdir. Mədəniyyət insanın yaranması
ilə meydana gələn və cəmiyyətin inkişafını
daim müşayiət
edən tarixi kateqoriyadır. Azərbaycan mədəniyyəti
öz inkişafında
keyfiyyətcə bir-birindən
fərqnənən mühüm
mərhələlər keçib.
“Azıx, Tağlar, Daşsalahlı, Damcılı
abidələrində aparılmış
arxeoloji tədqiqat işləri Azərbaycan ərazisində ilk maddi-mədəniyyət
faktlarının aşkar
olunmasına, tarixin qədim dövrünün
zəngin mədəniyyəti
haqqında aydın təsəvvür yaradılmasına
səbəb olub. Azərbaycanda orta və yeni daş dövrlərinə
dair mədəniyyətin
qalıqları Qobustanda
aşkar edilib. Qobustanda təxminən
1000-ə yaxın Abşeron
suxurlu əhəng daşları üzərində
3500-dən çox müxtəlif
ölçülü, müxtəlif
mövzulu rəsmlər
qeydə alınmışdır”(4, s 34 ). Azərbaycanda Tunc dövrü
abidələrini «Kür-Araz
mədəniyyəti» adı
ilə qeyd edirlər. Tunc dövrünün son mərhələsi
və dəmir dövrünə aid olan mədəniyyəti arxeoloji
ədəbiyyatda 3 müstəqil
qrupa bölünürlər:1. Xocalı-Gədəbəy mədəniyyəti; 2. Qızıl-Vəng mədəniyyəti; 3 Muğan mədəniyyəti.
İslama qədərki
Azərbaycan mədəniyyəti:
Azərbaycanın da daxil olduğu qədim Yaxın və Orta Şərq
cografiyası İslama
qədərki tarixi inkişaf prosesində etnik miqrasiya və demoqrafik yerdeyişmələr, imperiyalaşma
və hərbi-siyasi işgallar əsasında dörd mədəniyyət
dairəsinə daxil
olub.1.İltisaqi (Turani) dilli
xalqların mədəniyyət
dairəsi. 2.Semit mədəniyyət dairəsi.
3.Fars-Ari mədəniyyət
dairəsi. 4. Ellinist mədəniyyət
dairəsi”.
Onun fikrincə, İslama qədərki Azərbaycan mədəniyyəti öz inkişafında keyfiyyətcə bir-birindən fərqnənən bu qədim Şərq mədəniyyət sistemlərinə daxil olmaqla bərabər, həm də bu mədəniyyətlərlə qarşılıqlı əlaqə və zənginləşmə, mədəni alış-veriş proseslərini keçib: “Azərbaycan coğrafiyasında müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsi və təsiri milli mədəniyyətimizin sinkretik səciyyə daşımasına səbəb olub. Qeyd edək ki, mədəniyyətlərin qarşılıqlı əlaqəsi və təsiri prosesi obyektiv qanunauyğunluqdur. «Mədəni sintez müxtəlif və bəzən bir-birinə əks olan mədəniyyətlərin qarşılıqlı təsirinin nəticəsidir. Bu tanışlıqdan qavrayışa və mənimsəməyə gedən prosesdir» (13, s 73). Bu qanunauyğunluq əsasında mədəniyyətdə yeni keyfiyyətli sintez prosesi gedir. Azərbaycan İltisaqi dilli Turani mədəniyyət dairəsində: Azərbaycan mədəniyyətinin ilk inkişaf dövru və formalaşması mərhələsi avtoxton prototürk etnosların (subartu, lulu, quti, turuk, kuman, az, kəngər, zəngi, kassi, sak ) adı ilə bağlıdır. Miladdan öncə Azərbaycan Ön Asiya və İkiçayarası bölgələri ilə birlikdə ilk prototürklərin məskəni olub və türk etnosları, dövlətləri (Şumer, Aratta, Lullubi, Quti, Manna, Midiya, Saka, Albaniya və Atropatena) arasında genezis birliyi, eyni landşaft və areal yaxınlığından doğmuş vahid etnomədəniyyət mövcud olub. İkiçayarası Əl-Übeyd və Xasun mədəniyyətləri ilə Azərbaycan ərazisindəki Kür-Araz mədəniyyətləri, Şumer – Aratta, Lullubi, Quti, Manna mədəniyyətləri arasındakı oxşarlıqlar və paralellər sübut edib ki, miladdan öncə Azərbaycan mədəniyyəti (Quti, Lullubi, Aratta, Kassi, Manna, Midiya), Ön Asiya mədəniyyətləri (Subartu, Şumer, Hürrit-Mitanni, Elam, Hetit, Urartu) ilə ümumi cəhətlərə və xaraktrə malikdir. Arxeoloji, kulturoloji və linqvistik tədqiqatlar Azərbaycan mədəniyyəti (Aratta, Quti, Lullubi, Turukki, Su) ilə İkiçayarası (Şumer, Subartu, Mitanni), Orta Şərqin mərkəzi İran cografiyası (Elam) və Şərqi Anadolu ( Hetit, Urartu ) mədəniyyətlərinin vahid genezis birliyinə və sosio-mədəni bütövlüyə malik oldugunu isbat etməkdədir. Bu mədəniyyətləri birləşdirən ortaq xüsusiyyət onların iltisaqi dilli xalqlar tərəfindən yaradılması, mixi yazı,dini inanc və həyat tərzləri etibarı ilə Şumer mədəniyyət dairəsinə daxil olmaları idi”.
O, qeyd edib ki, e.ə.4-2-ci minillıklərdə Yaxın şərq və Misirdə yaşamış xalqlar etnik, dil və kök baxımından iki qrupdan iba¬rət olub: “1- İltisaqi dillilər: Şümerler, Elamlar, Urartular, Kassilər, Hurrilər, Hititlər, Guttilər, Lullubilər, Mannalar v.s.), 2- Sami dillilər: Asurilər, Keldanilər, Akkadlar, Misir Fira¬onlarının nəsilləri, Yəhudilər, Finikiyalılar. vs ), Bugünkü İraq, İranın qərbi, mərkəzi, Zaqros dağ¬ları və bütün Azərbaycan, eramızdan 4500 il öncədən dilləri çe¬şidli ləhçələrdə iltisaqi dilli (bugünkü Türk dilinin sələfi) boy¬lar, ellər və xalqların yurdu olub və təxminən min il sonra Sa¬mi tayfaları (Akkad, Assur, Babil) da bu cografiyaya köç edərək, birlikdə Yaxın şərq mədəniyyətini yaradıblar. Tarixi sübutlara əsasən, İranın bütövlükdə qərb hissəsində, mərkəzində, Xəzərin cənubunda və bugünkü İraqda, Şimali və Cənubi Azərbaycanda, insanlığın ilk yüksək və parlaq mədəniyyət nümunələri yaradılıb. Bu mədəniyyəti yaradanlar İraqda Şumerlər, İranın qərbi, mərkəzi, Azərbaycanın bütün ərazisində və Xəzərın cənubunda Arattalar, Elamlar, Kassilər, Hurrilər, Quttilər, Lullu¬bilər, Gilzanlar, Emrədlər, Kaspilər, Mannalar, Urartular olublar”.
Əli
Xalq Cəbhəsi.- 2016.- 13 aprel.- S.13