Ermənilər tarixi Azərbaycan
torpaqlarını ələ keçiriblər
I yazı
20 ildən
çoxdur ki, Qafqaz regionunda əsas münaqişə
ocağı kimi diqqəti cəlb edən Qarabağ müharibəsi
Ermənistanın Azərbaycana qarşı heç bir məntiqə
və tarixi dəlilə söykənməyən ərazi
iddiası nəticəsində ortaya çıxsa da, bu
problemin olduqca dərin tarixi kökləri var. Hələ qədim
tarixdən başlayaraq ermənilərin əcdadları Qərbdən
Şərqə doğru mərhələ-mərhələ
miqrasiya ediblər. Balkanlardan, yəni Avropadan
Asiyaya, Qafqaza, o cümlədən Azərbaycana miqrasiya prosesi əsrlər
boyu davam edib. Erməni tarixçisi
B.İşxanyan “Narodnosto Kafqaza” (1916) əsərində ermənilərin
həqiqi vətəninin Rusiya hüdudlarından kənarda -
Kiçik Asiyada olduğu faktını qeyd edir və göstərir
ki, onlar Qafqaz ərazisinin müxtəlif hissələrinə
yalnız son yüzilliklərdə yayılıblar.
Ermənilər 1714-cü ildə I Pyotrun yanına gedərək,
“Xəzər sahilində klsə tikməyi və hərbi əməliyyatlar
zamanı ondan qala kimi istifadə etmək” təklifini verirlər. Təklif səmərəsiz
qalmır. A.Sisianov 1804-cü ildə
Şimali Azərbaycana 16 min aysorini dəvət edir. 1806-ci ildə isə 10 min Bəyazid ermənisi Qafqaz
ordusunun rus komandanlığının köməkliyi ilə
İrəvan xanlığına köçürülür.
Sonralar Azərbaycan torpaqlarının ruslar tərəfindən
işğalında ermənilər yaxından iştirak edirlər.
1828-ci ildə tarixi Azərbaycan torpaqları
hesabına erməni vilayəti inzibati bölgüsünün
təşkili gələcəkdə ağlasığmaz
problemlər yaradır. XIX əsrdə baş vermiş
Rus-İran və Rus-Türk müharibələri nəticəsində
Şimali Azərbaycanın İrəvan, Gəncə,
Qarabağ xanlıqlarına kütləvi surətdə
Türkiyədən 84000, İrandan isə 40 mindən
çox erməni köçürülüb və
onların yerləşdirilməsi üçün 200.000
desyatindən artıq xəzinə torpağı
ayrılıb. Məhz belə köçürmələr
hesabına 1832-ci illə müqayisədə azərbaycanlı-erməni
əhalisinin demoqrafik göstərici nisbəti XIX əsrin I
yarısından xeyli dəyişərək 91 faizdən 64,8 faizə endi, ermənilərin sayı isə
8,4 faizdən 34,8 faizə qalxdı. Göründüyü
kimi, ermənilər əvvəl ərəb xilafətinin dəstəyi
(704-cü ildə Aqvan kilsəsinin Qriqoryan kilsəsinin
tabeçiliyə verilməsi), sonralar isə rusların
yaxından köməkliyi ilə Şimali Azərbaycan
torpaqlarında yerləşdilər. 387-ci ildə Sasani və
Bizans imperiyaları tərəfindən
bölüşdürülərək süquta uğrayan “erməni
dövləti”, nəhayət ki, 1531 il sonra, yəni 1918-ci ildə
Qərbi Azərbaycanın etnik tarixi torpaqlarında özlərinə
dövlət qurmaqla yanaşı 1923-cü ildə bilavasitə
sovet rejiminin yardımı ilə Dağlıq Qarabağda ermənilərin
mənafeyinə xidmət edən muxtar vilayət
yaradılmasına nail oldular.
Sovet hakimiyyəti illərində də ermənilərin
köçürülməsi davam edib. Qeyd etmək
lazımdır ki, köçürmə prosesilə
yanaşı Azərbaycan ərazilərinin hissə-hissə
Ermənistana birləşdirilməsi də səngiməyib.
Məsələn, Sovet İttifaqı rəhbərliyi
1931-ci ildə ermənilərin xarici ölkələrdən Cənubi
Qafqaza köçürülməsi haqqında qərar
çıxarıb. Nəticədə
Yaxın Şərq və Balkan ölkələrindən
yüz minlərlə erməni köçüb gəldi.
Onlar alman koloniyalarından sürgün
edilmiş kəndlərdə yerləşdirilirdi. Ermənistan ərazisindən məqsədli şəkildə
köçürülən on minlərlə erməni əhalisi
nəinki DQMV-də, habelə Gəncə, Şəmkir və
Samuxda yerləşdirilirdi. Beləliklə,
Azərbaycan torpaqlarının müəyyən hissəsi mərhələ-mərhələ
ermənilərə verilirdi. 1920-ci ildə Zəngilan
rayonunun üç kəndi, Qazax bölgəsinin Dilcan ərazisi,
habelə Zəngəzurun 4504,4 kv.km sahəsi
Ermənistana birləşdirildi. Zəngəzur,
Şərur-Dərələyəz və Göyçə
torpaqlarını əhatə edən 11 min kv.km ərazi Azərbaycanın
əlindən çıxdı. DQMV, Şimali Azərbaycanın
Qarabağ bölgəsindən Şuşa
və Xankəndi də daxil omaqla 200-ə qədər kənd,
o cümlədən Qubadlı, Qaryagin, Cavaşir qəzalarından
qoparılaraq yaradılmışdı. 1941-1945 və
1948-1950-ci illərdə Azərbaycan əhalisi kütləvi
surətdə Orta Asiyaya, Qazaxıstana, Sibirə sürgün
edilmiş və Ermənistandan 150 min türk öz doğma
ocağından zorla çıxarılmışdı.
Azərbaycan
Xalq Cümhuriyyəti dövründə Şimali Azərbaycanın
114 min kv.km ərazisindən 27599 kv.km sahəsi qondarma Ermənistan
dövləti tərəfindən mənimsənilməklə
86,4 min kv.km-ə qədər
azalmışdı. Mənbələrdən aydın olur ki, hələ
1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti
adı ilə yaradılmış bir ərazidə məskunlaşan
ermənilər, nəinki Azərbaycanın Qarabağ bölgəsinə,
ümumiyyətlə Qafqaza, o cümlədən İrəvana
(indiki Ermənistan Respublikasına) 150 il əvvəl Türkiyə
və İrandan köçürülüblər. Onların bu ərazidə qədim xalq kimi məskunlaşma
və formalaşma faktı olmayıb. Ermənilərin
hazırda yaşadıqları ərazilərə
köçürülməsi siyasəti hələ XIX əsrin
əvvəllərində Qafqaza böyük maraq göstərən
Rusiyanın imperiya maraqlarından doğurdu. Özünün demoqrafik siyasətindən
çıxış edən imperiyanın dəstəyilə
400 mindən çox erməni başqa ərazilərdən Azərbaycana
köçürüldü. Rusiya ilə
İran arasında Türkmənçay (1813) və
Gülüstan (1828) müqavilələləri imzalandıqdan
sonra bu aksiya daha da sürətləndi. Başqa
sözlə, “1828-ci ildə Rusiya ilə İran arsında gedən
müharibə nəticəsində Şimali Azərbaycan
Rusiyaya birləşdirilib və İran ərazisindən ermənilər
indiki Dağlıq Qarabağ ərazisinə
köçürülüblər.” Təsadüfi
deyil ki, burada yaşayan ermənilər 1978-ci ildə
Dağlıq Qarabağa köçürülmələrinin
150 illiyini təntənəli şəkildə qeyd etmiş,
üstəlik bu münasibətlə abidə də
ucaltmışdılar.
“Köçürülmə siyasəti” yerli xalqın -
Azərbaycan türklərinin gəlmə bir xalq tərəfindən
məcburi köçkün vəziyyətinə
salınması ilə nəticələndi. Mərhələ-mərhələ
gerçəkləşdirilən “erməniləşdirmə”
niyyəti Rusiyanın regiona nəzarətetmə
imkanını artırdı. Erməni millətçiləri
isə bundan məharətlə bəhrələnərək,
“Böyük Ermənistan” ideyasını ortaya atdılar.
İrandan Qarabağın dağlıq hissələrinə
köçürülmüş gəlmə bir xalq olan ermənilərin
azərbaycanlılara qarşı törətdikləri cinayətlər
əslində elə həmin dövrdən başlanır.
Məsələn, 1826-1828-ci illərdə
İrəvan xanlığı ərazisində azərbaycanlılar
yaşayan 420 kənd dağıdılıb, onların bir
çoxunun adı tarixdən silinib. XX əsrin
əvvəllərindən etibarən, xüsusilə I
dünya müharibəsinin başlanması ərəfəsində
yaranan əlverişli şəraitdən məharətlə bəhrələnən
ermənilər ruslara istinadən Azərbaycan türklərinə
divan tutmaq kimi çirkin niyyətlərini həyata
keçiriblər. Belə ki, onlar
1905-1906-cı illərdə azərbaycanlılar yaşayan 75 kəndi
viran qoyub və 3500 ailəni didərgin salıblar. 1918-1920-ci illərdə isə İrəvan
quberniyası ərazisində azərbaycanlılar yaşayan
620 kənd dağıdılıb. 1918-ci
iln mart ayında Bakı quberniyasında məktəblər, xəstəxanalar,
məscidlər dağıdııb, azərbaycanlılar qətlə
yetiriliblər. Azərbaycan türklərinə
qarşı tarixdə analoqu olmayan genosid hadisəsi
Şamaxı, Quba, Qarabağ, Zəngəzur və
Naxçıvanda da geniş vüsət almışdı.
Həmin hadisələrin davamı kimi
1948-1953-cü illərdə 100 mindən artıq azərbaycanlı
Ermənistandan deportasiya olunaraq, doğma yurdlarından zorla
qovuldular. Axırıncı deportasiya Sovet rejiminin
sonlarında baş verdi. 1988-ci
ildə Azərbaycan türkləri tarixi yaşayış yerlərindən
etnik təmizlənməyə məruz qaldılar. Lakin bu azmış kimi mövcud Azərbaycan ərazisinin
ayrılmaz hissəsi olan Dağlıq Qarabağda yaşayan və
bu torpağa kənardan gətirilən ermənilər Sovet
ordusunun köməyilə 1990-cu ildən başlayaraq azərbaycanlıları
doğma ocaqlarından vurub çıxardılar.
Qeyd etmək lazımdır ki, hələ 1980-cı ilin
sonlarında ermənilər tərəfindən Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsi kimi sərsəm
çıxışlar səslənirdi ki, bu da üzdəniraq
“Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək
məqsədi daşıyırdı. Elə həmin dövrdə akademik
A.Aqambekyanın Fransanın “Humanite” jurnalına verdiyi
müsahibəsində bu bədnam fikri israrla
vurğulaması, yazıçı Silva Kaputikyan və Zori
Balayanın Sovet mərkəzi mətbutındakı
ardıcıl millətlərarası
çıxışları vəziyyəti daha da gərginləşdirdi.
Xüsusilə SSRİ-nin prezidenti M.Qorboçovun
müşaviri Aqambekyanın 1987-ci ildə Paris şəhərində
jurnalistlər qarşısında bəyanatla çıxış
edərək “ Mən şad olardım ki,
Dağlıq Qarabağı Ermənistana qaytarsınlar. İqtisadçı kimi hesab edirəm ki, onlar
Azrbaycandan çox Ermənistana bağlıdırlar. Artıq bununla bu barədə təkliflərimi
vermişəm və ümid edirəm ki, bu ideya həyata
keçiriləcək”- deməsi bütün dünya ermənilərinin
Qarabağ üzərinə hücumundan ötrü ilk rəsmi
siqnal oldu. Moskvanın rəsmi mövqeyi
kimi qəbul olunan bu fikir onların bədniyyətli fəaliyyətlərinin,
qısası, işğalçılıq mövqelərinin
reallaşması üçün sanki bir tramplin rolunu
oynadı. Sözsüz ki, ermənilərin
işğalçılıq siyasətinin tərkib hissəsini
təşkil edən başlıca məsələ Ermənistanı
süni şəkildə monoetnik dövlətə çevirmək
cəhdi idi. Bunu şərtləndirən
amillər sırasında tarixi yer adlarının
“özünükləşdirilməsi” də dururdu ki, onlar
bunu daha çevik həyata keçirmişdilər. Təəccüblü deyil ki, 1935-1989-cu illərdə
Ermənistan ərazisindəki Azərbaycan torpaqlarının
(yer) adları əsassız dəyişdirilib, nəticədə
minlərlə Azərbaycan toponimləri xəritədən
silinib.
Ermənilərin azərbaycanlılara qarşı birinci
qətliamı Qarabağı özününküləşdirmək
çağırışlarına etiraz olaraq, 1988-ci ilin 22
fevralında azərbaycanlıların Əsgərana dinc
yürüşü zamanı iki nəfər Ağdam sakininə
atəş açmaqla başladı. Ağdam Dəzgahqayırma
zavodunun işçisi Əli Hacıyev və 50 saylı Texniki
Peşə Məktəbinin şagirdi Bəxtiyar Quliyev erməni
tərəfin atdığı güllə ilə
öldürüldülər. Hələ
1988-ci ilin 13 yanvarında Dağlıq Qarabağın erməni
icması Xankəndinə toplaşaraq “Miatsum”
çağrışı ilə Azərbaycanın dövlət
strukturlarına qarşı qiyam qaldırmışdılar.
Buna cavab kimi fevral ayının əvvəllərində
Ağdam şəhərində lokal mitinqlərə
başlanıldı. Az vaxtda etiraz
dalğası bütün regionu bürüdü. 21 fevral
mitinqində isə şəhərin baş meydanı adam tutmurdu. Ermənilərin milli
planına qarşı etiraz aksiyasında 22 fevral tarixində
Əsgərana dinc yürüşü davam etdirmək qərara
alındı. Lakin bədniyyətli ermənilər
azərbaycanlıların bu dinc etiraz aksiyasını gülləbaranla
qarşıladılar. Beləliklə,
torpaqlarımızın bölünməzliyi uğrunda
Qarabağda ilk qan töküldü. Bundan
sonra ermənilər daha da fəallaşdılar. Azərbaycan
hökumətinin hadisəni düzgün qiymətləndirməməsi
daim Moskvadan dəstəklənən erməni
daşnaklarına ölkə daxilində ard-arda təxribatlar
törətməsinə imkan verdi. Bütün təxribatların və
provakasiyaların nüvəsində ermənilərin tarixən
formalaşmış çirkin niyyətləri gizlənirdi.
“Böyük Ermənistan” mifi nəinki
Qarabağ və Qarabağətrafı, habelə daha geniş əraziləri
zəbt etmək məqsədi güdürdü. Məhz belə bir sərsəm ideya əski tarixdən
onların yaşadıqları ərazidə yerli xalqlara
qarşı qırğınlar törətmək həvəsini
heç vaxt sönməyə qoymamışdı. Ermənilər özlərinin uydurduqları üzdəniraq
“Böyük Ermənistan”ın gerçəkləşməsindən
ötrü tutduqları vəzifələrdən həyasızcasına
sui-istifadə etməkdən belə çəkinmirdilər.
Yusif Mahmudov
Xalq Cəbhəsi.- 2016.- 14 aprel.-
S13.