“Cənubi Azərbaycanda,
insanlığın ilk yüksək və parlaq mədəniyyət
nümunələri yaradılıb”
Yasəmən Qaraqoyunlu: “Bu yerlərdə
qurulan mədəniyyətlər, təxminən min il sonra
çağdaş Ərəbistanın qərb və cənub-qərb
yerlərində yaşamış Sami xalqlarını da
özünə çəkib”
II
yazı...
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) elmi işçisi Yasəmən
Qaraqoyunlu əlavə edib ki, tarixi sübutlara əsasən,
İranın bütövlükdə qərb hissəsində,
mərkəzində, Xəzərin cənubunda və
bugünkü İraqda, Şimali və Cənubi Azərbaycanda,
insanlığın ilk yüksək və parlaq mədəniyyət
nümunələri yaradılıb: “Bu mədəniyyəti
yaradanlar İraqda Şumerlər, İranın qərbi, mərkəzi,
Azərbaycanın bütün ərazisində və Xəzərın
cənubunda Arattalar, Elamlar, Kassilər, Hurrilər, Quttilər,
Lullu-bilər, Gilzanlar, Emrədlər, Kaspilər, Mannalar,
Urartular olublar”.
O deyib ki,
qədim tarix mütəxəssisləri qədim tarixi
yazılara və arxeoloji qazıntılardan əldə
edilmiş bilgilərə dayanaraq göstərirlər ki,
bütün bu ellər və xalqlar iltisaqi dilli olub, özləri
də Orta Asiyadan, Xəzərin şimalı, Dərbənd və
Dəryal keçidi ilə Azərbaycan, Zag¬ros Dağları,
çağdaş Türkiyənin şərq torpaqlarından
keçib, bəzi el və obaları bu yerlərdə
qalıb yerli iltisaqi dilli topluluğa qarış¬ıb və
ana kütlələri İraq, Xuzistan, Loristan yerlərində
yurd tu¬tub, insanlığın ilk mədəniyyətini
yaradıblar. Onun sözlərinə görə, bu iltisaqi
dilli xalqların bu yerlərdə qurduqları mədəniyyətlər,
təxminən min il sonra çağdaş Ərəbistanın
qərb və cənub-qərb yerlərində
yaşamış Sami xalqlarını da özünə
çəkib: “Müasir İran dövləti icərisində
yerləşən Qərbi Azərbaycanda qurulmuş Aratta mədəniyyəti,
bugün¬kü Xuzistanda yaradılmış olan Elam, Loristanda
yaradılmış olan Kassi, Həmədan bölgəsində
Qutti və Lullubi mədəniyyətini, Azərbaycanda meydana gəlmiş
Manna hökumətlərinin kökü və mədəniyyəti
iltisaqi dilli xalqların yaratdıgı mədəniyyətə
baglıdır”. İltisaqi dilli mədəniyyətin
ilk yaradıcıları, Mesopotomiya və ona qonşu bölgələrdə
yaşayan xalqlar olublar. Mesopotamya (Yunanca Μεσοποταμία=Mesopotamia: “çaylar
arasındaki ölkə”), Ortadoğuda, Dəclə və Fərat
çayları arasında qalan bölgənin adıdır. Qədim Mesopotamya müasir İraq, şimal-şərqi
Suriya, cənub-şərqi Anadolu və cənub-qərbi
İran torpaqlarından ibarət olub. “Böyük
bölümü bugünkü İraqın sərhədləri
içində qalan bölgə, tarixdə bir çox mədəniyyətlərin
beşiyi olmuşdur”. Mesopotamyada yaşayan
bir çox fərqli qövmlərdən ilk önə
çıxan və daha sonrakı mədəni inkişaf
proseslərinin təməlini atan Sümerlərdir. Sümerlər M.Ö. 4-cü minilliyin ortalarından
etibarən Mezopotamyada insanlıq tarixinin ən qədim və ən
təməl mədəniyətini yaratmış xalqdır.
Şümerlərin dili qrammatik xarakteri
baxımından iltisaqi dil qrupuna daxildir. Fritz Hommel,
Diemel, Pöbel, Falkenstein kibi dünya miqyasında
tanınmış elm adamları tərəfindən oxunan ilk
sözcüklərin içində günümüzdəki
Türk dilinə anlam baxımından çox yakın
sözlərin tapılması bu dil qrupunun təməlində
Ural-Altay dillərinin durması qənaətini dogurmaqdadır.
Bəzı elm adamları isə bu qrammatik
xarakteri və onların arasındakı söz bənzərliklərini
də diqqətə alarak bu dili ümumi Türk dilini əsaslandıran
dil, Proto-Türk dili; bəziləri isə Əski Türk dili
deyə adlandırıblar. Yazı, dil, tibb, astronomiya,
riyaziyyat, həm də din, fal, dua və mifologiya kimi sahələrdə
ilk önə çıxan və tanınan xalq Şumerlərdir.
"Yaradılış" və
"Tufan" haqqında ilk tarixi, dini, mifik məlumatlara
Şumerlərdə rast gəlinir”.
O, həmçinin diqqətə çatdırıb ki, şumerlər zamanında Mesopotamyada 18-i böyük olan təxminən 35 şəhər və qəsəbə var idi: “Bunlara misal kimi Kiş, Nippur, Zabalam, Umma, Lagaş, Eridu, Uruk və Ur şəhərlərinin adlarını çəkmək olar. Məlum olduğu kimi, yüz illər boyunca Qərb mədəniyyətinin təməli Yunan mədəniyyətinə, dini də Tövrata söykənirdi. Lakin, Şumer mədəniyyəti ortalıga çıxınca, Qərbi avropa mədəniyyətinin inkişafındakı ana qaynağın Şumerlərə bağlı olduğu məlum oldu. Şumerlərin öz dövrlərindəki parallel mədəniyyətlərə və daha sonara möcud olan mədəniyyətlərə etdikləri təsirləri iki mənbədən öyrənmək olur.1. Arxeoloji tapıntılar. 2.Yazılı mətnlər və məlumatlar. Bu təsirlər memarlıqda, incəsənətdə, texnalogiyada, sosial-siyasi təsisatlarda, mifalogiyada, ədəbiyyatda və dinlərdə görünməkdədir. Qazıntılar zamanı aşkara çıxarılan məbədlərin, sarayların, şəxsi evlərin quruluşları, tikilmə texnalogiyaları və stili daha sonrakı xalqların memarlıgına ciddi şəkildə təsir edib. “Bundan ən az 5 min il öncə Şumerlərin tətbiq etdikləri kəmər, qübbə sistemi, sütunlar, yuvarlaq pəncərələr, mozaiklər, divar bəzəkləri, barelyeflər, naxışlar Ortadoguda oldugu kimi,Yunan, Roma yoluyla Qərb memarlıgına girmişdir. Silindir möhürlərində görülən, məbədlərin divarlarını süsləyən iki tərəfində heyvan fiqurlu həyat agacı, bir-biri ilə savaşan mifoloji heyvanlar, aslan başlı qartal, uzun boyunları bir-birinə keçmiş heyvan fiqurları İspaniya, Fransa, İsvəçrə və Almaniyadakı ortaçag kilsələrində çeşidli süsləmələr şəklində görülməkdədir”. Tikintilərdə istifadə edilən tuğla, kərpic evlərə qədər saxsı borular vasitəsilə gətirilən su xətləri, tualet, yeraltı yollar və kəhriz sistemləri Şumerlər tərəfindən kəşf və tətbiq edilib. Şumerlərin xüsusilə Laqaş Kralı Qudea zamanına qədər çatan plastik sənətini məşhur heykəltaraş Henri Mor dünyanın böyük plastik sənətləri kimi tanınan erkən Yunan, Etrusk, qədim Meksika, Misirin 4-12 sülaleri zamanı, Roma, Qotik sənəti ilə eyni səviyyədə tutmaqda və onlaradakı canlılıq ifadə tərzi ilə sənət xüsusiyyətlərini yüksək qiymətləndirməkdədir”. Kanallar açaraq bataqlıqların qurudulması, tarla suvarma sistemi, nəqliyyat sisteminin yaradılması, su anbarlarının, mehmanxanaların tikilməsi də Şumerlərlə başalayıb. Bu gün mədəniyyətimizin təməllərindən olan təkər, bundan ən az 5 min il öncəyə aid Ur kral məzarlıqlarında basdırılmış arabalarda və bir çox barelyeflərdə görünməkdədir. Bu məzarlarda tapılan qızıl, gümüş, fil dişi əsərlərinin növü və sənətkarlıq üslubu zamanımıza qədər çatıb”. Onun bildirdiyinə görə, su nəqliyyatı olan yelkənli qayıqlar və gəmilər də Şumerlərin kəşfidir: “Şumerlərin dünya mədəniyyətinə töhfə etdikləri ən önəmli mədəniyyət nümunələrindən biri də yazını kəşf etmələri və məktəblər açaraq onu tədris etmələridir. “B.e.ə. 2500-cü illərdən etibarən bu yazı Akkadların dilində də istifadə edilməyə başlayır. Şumer hakimiyyətinin Sargonun əlinə keçməsi ilə (M. Ö. 2350) bu yazının əhəmiyyəti Akkadlar arasında daha da artır. Bu dövrdən başlayaraq mixi yazısı Elamlıların və Asurluların arasında da yayılmağa başlayır. M. Ö. 2000-ci ildə Mari üzərindən Suriyaya keçir. O dövrdə Kiçik Asiyanın mərkəzində böyük mədəniyyət yaratmış Hetitlər bu yazını mənimsəyiblər. Asurlular isə onu öz dillərinə uyğunlaşdıraraq istifadə etmişlər. Şimali Suriya və Fələstinlilər M. Ö. 1200 illərinə qədər bu yazıdan istifadə ediblər. Misirlilər isə o dövrlərdən başlayaraq 1400-1500 il bu yazıdan istifadə ebiblər. Babillilərin dəyişmiş şəkildə aldıqları mixi yazısı Əhəmənilərdən əvvəl Elamlılar ,Mannalılar və Midiyalılar arasında qəbul edilir. Əhəmənilər də bu yazıdan dövlət sənədlərinin tərtibində istifadə ediblər. Onlar bu yazını Aramilərdən götürüblər. Mixi yazısı Babildə Sulukitler və Arsakitlerin dövründə də mühafizə edilib. Babilin astronomiya elmində, hətta miladi birinci əsrin sonlarına qədər istifadə edilib”. Mixi yazısının Aramilər vasitəsiylə İsgəndər Zulqərneyn (Böyük İsgəndər) dövründə Türkmənistana çatmış olduğu və Türkmənlərin atalarının bir qolu olan "Partlar tərəfindən" qurulmuş Part (Parfiya) dövlətində istifadə edildiyi barədə də məlumatlar var: Köləlik dövründə Partlar, Margiana, Xarəzm və digər Yaxın şərq və Avropa dövlətləri ilə ticarət və mədəni əlaqələrdə olublar. Bu səbəblə Xarəzmdə Arami əlifbası və Misir təqvimi vs. ənənələr mənimsənib. Part əlifbası da Arami yazısı əsasında yaradılıb. Beləliklə, bildirməliyik ki, OrataŞərq milletləri olan Babillilər, Assurlular, Hurrilər, Hetitlər və Uraratulular Manalılar, Midiyalılar bu Şumer yazı sistemini mənimsəyərək öz dillərinin yazı sistemini qurublar. Şumer yazısı Misir yazısının icad edilməsinə də öndərlik edib. Uqaritlər və Perslər də bu yazıdan yararlanıb. Şumerlərin ən önəmli mədəni miraslarından biri olan qurduqları şəhər dövlətləri və hökümətləri Hindistandan Aralıq dənizinə qədər olan ərazidə və orta çağ Avropasındakı şəhər krallıqlarının yaranmasına örnək olub. Bu şəhərlər azad adamlardan və qullardan ibarət olan sakinləri, siyasi məclisləri, əsgərləri, elitaları, rahibləri, tacirləri, əkinçi və sənətkarları, şəhəri qoruyan Tanrısı və onu yer üzündə təmsil edən kralı, məbədləri, şəhər divarları və onların qapıları ilə bir-birinə bənzəməkdədir. Şumerlərin mədəniyyətə vərdikləri miraslardan biri də yazılı qanunlardırlar”.
Əli
Xalq Cəbhəsi.- 2016.- 14 aprel.-
S9.