Erməni vandalizminin
iç üzü
II yazı
Xankəndindəki 21 saylı Texniki Peşə Məktəbinin
nəzdində faliyyət göstərən idman klubunu
bağlamaq üçün 1987-ci ilin dekabrında Ehtiyat
Əmək Qüvvələri Cəmiyyətinin (EƏQC) əsasən
erməni və rusların üstünlük təşkil
etdikləri rəyasət heyətində məsələ
qaldırdılar. EƏQC-nin rəyasət heyətinin və
plenumunun üzvü olmuş, həmin klubun idman rəhbəri
Əkbər Rüstəmovun ciddi müqaviməti nəticəsində
məkrli iddianın qarşısı alındı. Elə
həmin il Respublika EƏQC-nin idman
şöbəsinin müdiri X.Qriqoryan Qarabağ bölgəsi
üzrə keçiriləcək yarışların təqvim-planını
təsdiq etməkdən boyun qaçırdı və 1988-ci
il üçün yarışların təxirə
salındığını bildirdi. Şübhəsiz,
bütün bunlar ermənilərin əvvəlcədən
planlaşdırdıqları kimi DQMV-nin mərkəzi şəhərində
- Xankəndində Qarabağın Ermənistana birləşdirilməsinə
hesablanmış əməli tədbirlərə
hazırlıqla əlaqədar idi. Az
sonra sürətlə cərəyan edən hadisələr
bunu sübüt etdi. DQMV-nin hansı adla və hər
necə olursa-olsun, Ermənistana birləşdirilməsi bədnam
millətin prinsipal məqsədinə çevrilmişdi.
Bu planın reallaşmasında Rusiya faktoru həmişə
öndə olub. Öz maraqları daxilində
tarixən həmişə ermənilərə köməklərini
əsirgəməyən ruslar bu dəfə də dəstək
nümayiş etdirdi – özü də
açıq-açığına.
Dağlıq Qarabağın Azərbaycandan
qoparılması siyasəti Rusiyanın marağına
uyğun idi. Problemin bu istiqamətdə həllindən
ötrü tarixi məqam gözləyən Moskva, nəhayət,
1988-ci ilin iyun ayında SSRİ-nin Prezidenti M.S.Qarboçovun fərmanı
ilə DQMV-i birbaşa öz tabeçliyinə keçirdi.
Regionun mərkəzdən idarə
olunmasından ötrü Xüsusi İdarə Komitəsi yaradıldı
və ifrat ermənipərəst xarakterilə seçilən
A.Volski Komitənin sədri təyin edildi. Təbii
ki, Moskva bu addımı ilə Dağlıq Qarabağı Azərbaycandan
qoparıb Ermənistana vermək istəyirdi. Bölgənin azərbaycanlı əhalisinə
qarşı gözgörəsi yabançı münasibət
bəsləyən A.Volskinin idarəçilik üsulu hər
cəhətdən ermənilərin razı salınmasına
yönəldilmişdi.
Təxminən
həmin vaxtlarda Ermənistan SSR-ə məxsus “Kanaker”
alüminium zavodu pansionat tikmək məqsədilə Azərbaycanın
müvafiq qurumları ilə razılaşdırmadan Şuşa ətrafındakı Topxana meşəsində
nadir ağacları doğramaqla, vəhşicəsinə
kütləvi qırıntı əməliyyatı
apardılar. Buna qəti şəkildə
etirazlarını bildirən sakinlər respublika mərkəzi
mətbuatı vasitəsilə xalqa müraciət etdilər.
Şübhəsiz, bu azğın hərəkət və
özbaşınalıq ölkəmizin ictimaiyyətində
hiddətə səbəb oldu. Beləliklə,
Qarabağı ilk müdafiə hərəkatı ermənilərin
təbiətimizə qarşı törətdikləri vəhşi
əməllərə etirazla başladı. Kütləvi mitinq dalğası bütün Azərbaycanı
bürüdü və Milli Dirçəliş Hərəkatı
vüsət aldı. Çünki Topxana
meşəsinə qəsddə məqsəd, əslində
münaqişə zəminində Azərbaycan
torpaqlarını zəbt etmək idi. Az
bir zamnda müxtəlif münaqişələrlə cərəyan
edən hadisələr hərbi əməliyyatlarla əvəz
olundu.
Həmişə olduğu kimi, bu dəfə də
Rusiyanın dəstəyinə söykənən Ermənistan
silahlı qüvvələrin gücünə 1990-1993-cü
illər ərzində Azərbaycan torpaqlarının 20 faizindən
çoxunu zəbt edərək işğalçı
dövlət kimi çirkin xarakterini göstərdi. Ermənistanın təcavüzü
nəticəsində 20 mindən çox adam
həlak oldu, 100 min nəfər yaralandı, 50 minədək
insan şikəst oldu, 5 mindən çox adam əsirlikdə
qaldı, girov götürüldü və itkin
düşdü. İşğal zamanı
çoxlu sayda sosial obyektlər məhv edildi; 900 şəhər
və kənd tamamilə dağıdıldı, yaxud talan
edildi. 700 məktəb, 270 xəstəxana, 7000 sənaye
və kənd təsərrüfatı obyekti, 800 km avtomobil
yolu, 160 körpü, 2300 km su xətti və 16576 km elektrik xətti
sıradan çıxarıldı. 220 min
iribuynuzlu, 800 min isə xırda buynuzlu mal-qara qənimət
kimi aparıldı. Külli miqdarda
dağıntı və qarətlər nəticəsində,
ilkin hesablamalara görə ölkəmizə 50 milyard ABŞ
dolları dəyərində ziyan dəydi.
Ümumi
yaşayış sahəsi 6 milyon kvadratmetr olan 180 min mənzil
və şəxsi ev, minə yaxın təhsil müəssisəsi,
3 min mədəniyyət ocağı, 700-ə yaxın tibb
müəssisəsi, 2 min km-lik qaz kəməri, 35 min nömrəlik
avtomat telefon xətləri, 400-dən çox tarixi abidələr
dağıdıldı. İşğalçılar
tərəfindən qarət olunmuş 22 muzeydən 40 mindən
çox eksponat aparıldı. Ağdam, Laçın,
Füzuli, Şuşa və digər
işğal olunmuş rayonlarda 20-dən çox müasir mədəniyyət
sarayları yerlə yeksan edildi. 7296 hidrotexniki
qurğu, 26 suvarma sistemi sıradan çıxarıldı.
Ərazidəki mövcud təbii sərvətlər də
zorakılığa məruz qalıb. Yüz hektarlarla
meşə və onminlərlə ağac məhv edilib ki,
onların əksəriyyəti nadir növ kimi
Qırmızı kitaba daxil edilib. 2
dövlət qoruğu, 4 dövlət yasaqlığı,
200-dən çox palentoloji və geoloji təbii abidələr,
200 növdən artıq faydalı qazıntı yataqları
qarət edilərək aparlıb. Qarət edilmiş və
yandırılmış kitabxanalarda 4,6
milyondan çox kitab, habelə nadir əlyazmalar məhv edilib.
Ələ keçirdikləri ərazilərdə misli
görünməmiş vəhşiliklər törədən
erməni barbarları Şuşa kimi qədim muzey-şəhəri
dağıdıb, e.ə. XIII-VII əsrlərə aid edilən
Xocalı-Gədəbəy mədəniyyət abidələrilə
zəngin Xocalı şəhərini son bir əsrdə 3 dəfə
yandırıb, əhalisinə qəddarcasına divan tutublar.
Maddi-mədəniyyət abidələrinə, təbii sərvətlərə,
hər şeydən əvvəl qoca, xəstə, uşaq və
qadınlara qarşı bu cür amansız münasibəti
yalnız qədim dünya tarixində mövcud olmuş
vandalların bədnam əməllərilə müqayisə
etmək olar.
Bəs vandallar kimlər olub? Şərqi German tayfalarına mənsub olan vandallar
I-III əsrlərdə İspaniyada məskunlaşmışdılar.
Ona qədər isə (II-I əsr) Skandinaviya
yarımadasında yaşayırdılar. V
əsrdə Şimali Afrikanı işğal edib, krallıq
yaradan vandallar dinc dayanmır, tez-tez Romaya və Aralıq dənizi
adalarına basqın edirdilər. 450-ci ildə
onlar Romanı ələ keçirir. Nəticədə
qədim tarixə və mədəniyyətə malik bu
ölkəni vəhşicəsinə qarət edirlər;
xüsusilə də onun mədəniyyət abidələri,
katolik kilsələri zorakılıqla
dağıdılır, sərvəti isə qənimət
kimi daşınır. Vandalların bu hərəkəti
adlarına uyğunlaşdırılaraq “vandalızm” şəklində
rüsvaycasına tarixə düşür. Deməli, “vandalızm” – mədəni, mənəvi
sərvətlərin “vəhşicəsinə talan edilməsi”
anlamındadır.
Alman
faşistlərinin II Cahan Savaşında kənd və şəhərləri,
sənət əsərlərini məhv etməsi, habelə
talibanların Budda məbədlərini dağıtması,
erməni daşnaklarının Azərbaycanda işğal
etdikləri tayı-bərabəri olmayan zoraklıq hərəkətləri;
yaşayış məntəqələrini, mədəniyyət
nümunələrini dağıdaraq, qarətçiliklə
məşğul olmaları birbaşa vandalizm xarakteridir. Dinc əhaliyə əsirlikdə verdikləri işgəncələr
bir daha sübut edir ki, Azərbaycan xalqı erməni
vandalizminin heç cür insanlığa, bəşəriliyə
sığmayan əməllərinin acılığını
dadmaqdadır. 200 ildən çoxdur ki, o,
vandalizmin acı nəticələrini görə-görə
yaşayır.
Ermənilərin əhatəsində
yaşadıqları digər xalqlara qarşı münasibətləri
vəziyyətdən asılı olaraq indiki Azərbaycan
türklərinə münasibəti kimi dəyişib, kəskin
mənfi xarakter alıb, dəfələrlə
qonşularından gördükləri
yaxşılıqların əvəzində pis əməllər
törədiblər. Bu, zaman-zaman tarixi şəxsiyyətlərin
diqqətini cəlb edib, ermənilər haqqında onlar
bir-birindən xəbərsiz mahiyyətcə ikrah doğuran nəticəyə
gəliblər. Məsələn, alman səyyahı
A.Kerte deyib ki, ermənilərlə iş görərkən,
heç bir sənədləşmə aparmağın əhəmiyyəti
yoxdur, o vaxt sadəcə, şərlə üzləşəcəksiniz,
onlarla rastlaşmaq da təhlükəlidir, hətta yuxuda
görmək də xeyir gətirmir. Fransız səyyahı
De-Şolye ermənilərlə heç vaxt dil tapa bilmədiyini,
onların iyrənc hiyləgərliyə, dözülməz
alçaqlığa, təəssüfləndirici əclaflığa
malik olduğunu söyləyib. İsveç səyyahı
A.Mets isə belə deyib: “Ağ dərili qullar içərisində
ən pisi ermənilərdir. Abır-həyaları
yoxdur, onlar yalnız dəyənək və qorxu altında
yaxşı işləyirlər”. Şərq mütəfəkkiri
Sədi Şirazi isə ermənilərlə bağlı
mövqeyini belə ifadə edib: “Onlar yer üzünün
ilanı, insanlığın düşmənidir”.
Rusların ermənilərə münasibətləri
yaxşı olsa da belə, fransızlar kimi onlar da bu millət
haqqında daim pis fikirdə olublar. Rus diplomatı Aleksandr Qriboyedov Rusiya
imperatoruna məktubunda yazırdı: “Ermənilərin rus
torpaqlarında məskunlaşmasına imkan verməyin, onlar
bir müddət yaşadıqdan sonra bütün dünyaya
hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba
torpaqlarımızdır”. Digər rus diplomatı, vaxtilə
Rusiyanın Van və Ərzurumdakı baş konsulu işləmiş
general Mayevskinin “Qenosid Armenii” adlı şərhində
deyilirdi: “Erməni qəhrəmanları haqqında bir şey
eşidilibmi? Hanı onların azadlıq
uğrunda döyüşçüləri? Onlar yoxdur! Nəyə görə? Ona
görə ki, bu döyüşçülər öz
xalqının xilaskarları deyil, cəlladı rolunda
çıxış ediblər. Erməni
quldurları həmişə qiyama, qırğına
çağırıb, özləri sonra gizlənib,
silahsız erməni kütləsi isə “igid” silahlı
qardaşlarına görə öz qanları və əmlakları
ilə cavab verməli olublar”. Rus tədqiqatçısı
V.L.Veliçko “Qafqaz” əsərində erməniləri belə
təsvir edir: “Onlar müxtəlif bəhanələrlə
hay-küy qoparmağı bacarırlar, həm də təkcə
özləri deyil, hansısa hiylələrini aşkara
çıxardıqda, oğurluqları barədə məhkəməyə
məlumat verəndə başqa xalqlardan olan axmaqları,
satqınları da hay-küy salmağa məcbur edirlər”.
A.S.Puşkin isə yazırdı: “Kimsə xoşu gəlməyən
başqasını “sən qulsan, sən qorxaqsan, sən ermənisən”
deyə, təhqir edər”. Erməni şair və yazıçısı
O.Tumanyan öz milləti haqqında deyir: “Həqiqi qurtuluş
daxildən başlamalıdır, ona görə ki, biz daxilən
xəstəyik”. Erməni şairi Yegişe
Carens də etiraf edirdi ki, onlarda riyakarlıq hələ ana bətnində
ikən yaranır. Tarixçi Aykazyan isə öz tarixlərinin
qədimliyi haqqında uydurmalara toxunaraq yazır: “İlkin erməni
sülaləsi tarixi şəxsiyyətlərdən deyil,
uydurulmuş nağıllardan götürülən şəxslərdən
ibarətdir”.
Levon
Dabeqyanın türkləri soyqırımda ittiham edən ermənilərə
və onların havadarlarına cavabı çox
maraqlıdır: “Ermənilər öz varlıqları
üçün türklərə borcludurlar. Əgər
onlar avropalılar arasında qalsaydılar, erməni adlı
millət yalnız tarix kitablarında saxlanardı”.
Bütün bu keyfiyyətlər ermənilərə irsi
əlamət olaraq nəsildən-nəsilə
ötürülür və yaşadıqları
dövrün bədniyyət, təcavüzkar xalqı kimi
tanınırdılar. Azərbaycan türklərinə,
ümümən həmişə qayğı, diqqət
gördükləri türklərə qarşı çirkin
niyyətlərini əlaltdan, fürsət yetişəndə
qaba şəkildə aşkarcasına həyata keçirməyə
çalışan ermənilər cavabsız qaldıqda daha
daha da azğınlaşıblar. Hələ
1970-1980-cı ıllərdə gizli fəaliyyət göstərən
“Qarabağ Komitəsi” və “Krunq” erməni təşkilatlarının
əməlləri o zaman aşkarlanıb cəzalandırılsaydı,
yəqin belə olmazdı...
Yusif Mahmudov (Dirili)
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2016.- 15 aprel.-
S.13