“Yunanlar qədim tibb, astronomiya və sənayenin ilk və ana təməllərini Şumerlərdən götürüblər”

 

Yasəmən Qaraqoyunlu: “Şumerlərin xəyal dini inanclarını və dünya görüşlərini əks etdirən Şumer yazılı mətnlər qədim Şərq xalqlarının ədəbi, fəlsəfi və dini dünya görüşlərində əks olunub”

 

III yazı...

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi işçisi Yasəmən Qaraqoyunlununun fikirncə, Şumercə ilk yazılı qanun kitabı 3-cü Ur sülaləsinin qurucusu Urnammu tərəfindən qələmə alınıb: “Şumer qanunları Babil hökmdarı Hammurapinin qanunlarında, Tövrat və Qurani-Kərim mətnlərində, İsa və Musa peyğəmbərlərin moizələrində dəfələrlə təkrar olunub. Ticarət, borclanma, kirayə, miras bölüşdürmə, evlənmə, böşanma, kimi bütün növ hüquqi məsələlərin yazılı müqavilə əsasında yerinə yetirilməsi, qanuni sayılan və sayılmayan davranışlar haqqında aydın sosial münasibətin formalaşmasının Şumer qanunlarında əks olunması həmin mədəniyyətin yüksək inkişafından xəbər vərir. Şumerlərin insan həyatı və mədəniyyətinə bəxş etdikləri elmi, texnoloji yeniliklər haqqında yazan Oljas Süleymanova görə Cəmiyyətdə qanun yaradıb, onun əsasında hmin cəmiyyəti idarə etmək, şifahi dili yazılı dilə keçirmək üçün əlifba yaratmaq, müxtəlif elmlər və sənaye sahələrinin əsasını qoymaq, astronomiya, tibb, riyaziyyat elmlərinin ana təməllərini yaratmaq, gecə -gündüzü 24 saata, hər saatı 60 dəqiqəyə hər dəqiqəni 60 saniyəyə bölmək, dairəni 360 dərəcəyə bölmək, başda aliminium olmaqla bir sıra metalların kəşf edilməsi Şumerlərə bağlıdır. Misirlilər, Yunanlar qədim tibb, astronomiya və sənayenin ilk və ana təməllərini Şumerlərdən götürüblər. “Şumerlərin xəyal güclərini, dünyaya və kainata baxışlarını, sosial quruluşlarını, dini inanclarını və dünya görüşlərini əks etdirən Şumer yazılı mətnləri” qədim Şərq xalqlarının ədəbi, fəlsəfi və dini dünya görüşlərində əks olunub. Mixi yazısı Sümerlerden digər ölkələrə yayıldığı üçün onların dini inancları, eposları və bütün mədəniyyəti də bu vəsilə ilə onların varisləri olan Akkadlılara, Elamlılara, Hititlərə, Asurlulara, Aramılara, Misirə, Hindistana, Finikiya vasitəsi ilə Yunanlara və onlardan da Roma vasitəsilə Avropa ölkələrinə yayılmış və daha sonra ortaya çıxan sivilizasiyalara, xüsusilə dini inanclara (İudaizm, Xristianlıq, İslam) və eposlara əsas və maya olub. Bu fikri Amerika alimi Will Dorant “Sivilizasiyaların tarixi” əsərində daha əsaslı şəkildə təsdiq etməkdədir. “Yazılı tarix əldə olduğundan indiyə qədər ən az altı min il keçir. Bu müddətin yarısından bizə aydın olduğu qədər, Yaxınşərq insanı, mədəniyyət və sivilizasiya yaratmagın əsas qaynagı olmuşdur. Naməlum Yaxın¬şərq adlandırdıgımız bölgə Asiyanın bütün cənub-qərb bö¬lümləridir ki Rusiya və Qara Dənizin cənubunda, Hindistan və Əfqanıstanın qərbində yerləşər. Bu ada bir çox göz yummalar¬la Misiri də daxil bilərik. Çünki bu ölkə çox uzaq zamanlar¬dan Şərq ilə bağlı olmuş və birlikdə Şərqin birləşmiş və qar¬maşıq sivilizasiyasını yaratmışlar. Sərhədlərini qəti təyin etmək mümkün olmayan və müxtəlif insanlara və sivilizasiyalara malik olan bu torpaq¬larda əkinçilik, ticarət, heyvanları evcilləşdirmək, araba düzəltmək, pul basmaq, sənəd yazmaq, peşələr və məsləklər üzrə ixtisaslaşmaq, qayda qanun qoymaq, hakimiyyət və dövlət aparatı qurmaq, riyaziyyat və tibb, geometriya astronomiya, təqvim, saatlar, bürcləri və onların quruluşları, əlifba, kagız, yazı, mürıkkıb, kitab, kitabxana, məktəb, ədəbiyyat, musiqi, daş yonmaq, memarlıq, dulusçuluq, bəzək vəsaitləri, tək tanrılıq, bəzək və ləl-cəvahiratlar, şahmat, gəlir və vergi, dadları kəşf etmək, şərab içmək və bir çox başqa şeylər ilk dəfə olaraq yaradılıb inkişaf edib; və bizim Avropa və Amerika sivilizasiyamız əsrlər boyu Girit adası, Yunanıs¬tan və Roma yolu ilə bax bu Yaxın şərq sivilizasiyasından alınıb”. O hesab edir ki, arilərın özləri sivilizasiya yaradıb quran olmamışlar və onu Babil və Misirdən alıblar: “Yunanlılar da sivilizasiya sarayı yaradan sayılmırlar, çünki onların başqalarından aldıqları, özlərindən yadigar buraxdıqlarından qat qat daha artıqdır. Həqiqətən də Yunanıstan bir varisdir ki döyüş qəniməti və ticarət¬lə Şərqdən oraya gəlmiş 3 min illik elm və sənət vasitələrinə və bilgilərinə ... yiyələnib. Yaxınşərq tarixini və mədəniyyətini öyrəndiyimiz zaman Avropa və Amerika sivilizasiyasının əsl yaradanlarına borcumuzu ödəyə bilərik”. Azərbaycan bu Yaxın şərq torpaqlarının şimal hissəsinin mərkəzində, həm də şimal-cənub və şərq-qərb yollarının birləşdiyi yerdə mövcud olan zəngin bir öl-kədir. "Urmiya gölünün cənubunda, Aratta ərazisində yerləşən Lullubi (Lullubum) dövləti cənubi Azərbacanda yerləşən ən qüdrətli dövlətlərdən biri olub. Su tayfaları (onlar Subari tayfaları kimi də tanınar),…Urmiya gölü sahillərindən başlayaraq Assuriyaya qədər uzanan geniş bir ərazidə, Zaqros dagının ətəklərində yaşayıblar. Assuriyanın şimalında məskunlaşmış Subarlar Şumerlərin üçüncü Ur sülaləsinin devrilməsində (e.ə.2900-cü illər) fəal iştirak ediblər.V.Hintsə görə daglı Lullubilər, Subarilər (su, sunbi, suvari), Turukki (türk etnonimi də çox güman ki, bu addan yaranıb), Kuti tayfa birləşmələri ilə qohum olmuş və Elam soy-kökünün formalaşmasında müəyyən rol oynayıblar". Sümer¬lərlə bərabər bölgəmizdə dövlət və parlaq sivilizasiya qurub, Ön Asiya xalqları və sivilizasiyalarına böyük təsir etmiş ikinci xalq Elamlar olublar. Xuzistan çölü, Loristan, Zagros dağları və bu dağların iki tərəfində yaşayıb sivilizasiya və dövlət qurmuş Elamlar, Şümerler kimi, insalığın ilkin sivilizasiya yaradan xalqlarından biri olublar. Elam sivilizasiyası müasir İran cografiyasında qurulmuş ilk sivilizasiyalardan olub, qədim Azərbaycan, İranın qərbi və mərkəzinde yaradılmış mədəniyyətin mərkəzində iştirak eşdib”. Onun fikrincə, Elamların e.ə.3500 il əvvəl əlifbası və yazısı olub, dilləri də, Sümerler kimi iltisaqi dillər qrupuna daxil olub: "Sümerler zamanında Huzistan və Bəxtiyarı dağları yamaç-larında dövlət qurmuş Elamlar İranda (3000 ilə yaxın dövr ərzində), onların soy¬daşları və qonşuları olan Gutti-Lullubi xalqları da Mərkəzi Midiya və Azərbaycan torpaqlarında parlaq sivilizasiya qurublar. Elam dili e.ə.3. min illikdə Mərkəzi Midiya torpaqlarında yaşamış Gutti-Lullubi xalqla¬rı icində oldugu kimi Midiya dövləti dövründə də administrativ və yazı dili olub. Bunu Elam dili ilə yazılmış olan və Siliktəpədən tapılan e.ə. 3. min illiyə aid sadə bir ticarət sənədi (faktura) açıqca göstərir. “Quti, Lullubi və Kassilərin dili Elam dilinə çox yaxın olmuş və hətta bugun, Quti-Lullubilərin soyundan olan Midiyalıların dilinin Elam dili ilə eyni oldugu iddia edilir və sübut kimi Daranın Bisutun qayasındakı yazılarının 3 dildən(Arami, Fars, Elam) birinin Elam dilində oldu¬ğunu göstərirlər”. Azərbaycan xalqının mədəni-tarixi inkişafında Azərbaycan etnogenetik inkişaf ritmindən doğmuş və bu ritmlə bağlı olmuş siyasi birliklərin-dövlətlərin ən qədimləri Aratta, Lullubi, Quti, Manna, Midiya, Saka, Albaniya və Atropatenadır.

Aratta Azərbaycanda b.e.ə. III minilliyin birinci yarısında qurulmuş ilk dövlət qurumu idi. Aratta ölkəsi “İkiçayarasının şimali-şərqində, Urmiya gölünün cənub və cənub-şərq torpaqlarında yerləşirdi”. İkiçayarası Subartu və Şumer dövləti ilə ona qonşu olan Azərbaycan bölgəsində qurulmuş Aratta dövləti, E.ə. XXIII əsrdə Urmiya gölünün cənubunda yaranmış Lullubum dövləti, e.ə. III minilliyin ikinci yarısında Urmiya gölünün qərb və cənubi-qərb (Qərbi Azərbaycan) ərazisində Quti tayfasının təşəbbüsü ilə yaradılmış Quti dövləti Ön Asiya mədəniyyətinin qurulmasında birgə iştirak ediblər. Aratta şumerlə iqtisadi-siyasi münasibətlər qurub və rəqabət aparıb. Şumer Aratta münasibətləri haqqında bir çox Şumer dastanları «En Merkar və Aratta hökmdarı», «En Merkar və En-Sukuşsiranna», «En Merkar və Luqalbanda», «Luqalbanda və Hurrum dağ» dastanında məlumatlar əks olunub. Şumer və Aratta, Lullubi, Quti dini panteonları eyni olub, ilahə İnannaya sitayiş edilib. “Aratta, Lullubi, Quti və Subartu, Şumer dövlətləri həm coğrafi və landşaft yaxınlığının təsiri ilə həm də bu dövlətlərin qurucularının prototürk tayfaları olması (kəngər su, turukku, kuti, lüllübi və s.) etibarilə eyni mədəniyyət və dünyagörüşü paylaşmışlar”. Bu dünyagörüşü «Bilqamus haqqında dastan»da öz əksini tapmışdır. Bu dövlötlər e.ə. III minilliyin birinci yarısında təkcə İkiçayarası və Azərbaycanın deyil, bütövlükdə qədim Orta Şərqin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıblar”.

 

Əli

Xalq Cəbhəsi.- 2016.- 15 aprel.- S9.