Almaniyada Dağlıq Qarabağ
münaqişəsi haqqında kitab çapdan çıxıb
Almaniyada
“Dövlətlərin ərazi
bütövlüyü: beynəlxalq
hüququn qüvvədə
olan prinsipinin Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nümunəsində
araşdırılması” adlı kitabı çapdan çıxmışdır
Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzi
və Azərbaycan Respublikasının Almaniya
Federativ Respublikasındakı
Səfirliyinin təşkilatçılığı
ilə Almaniyanın nüfuzlu nəşriyyatı
olan “Berliner Wissenschaftsverlag”-da (Berlin Elm Nəşriyyatı)
Prof. Dr. Hans-Yoaxim Hayntsenin
“Dövlətlərin ərazi
bütövlüyü: beynəlxalq
hüququn qüvvədə
olan prinsipinin Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nümunəsində
araşdırılması” adlı kitabı çapdan çıxıb.
SAM-dan verilən məlumata görə, Almaniyanın Boxum Universitetinin beynəlxalq hüquq üzrə professoru, Beynəlxalq sülh hüququ və silahlı münaqişələr institutunun
rəhbəri Hans-Yoaxim
Hayntse (Hans-Joachim Heintze)
həmçinin AFR XİN yanında
Diplomatik Akademiyada mühazirələr oxuyur.
Müəllifin əsas tədqiqat
obyektləri beynəlxalq
hüququn tanınmış
prinsipləri, beynəlxalq
təşkilatlar hüququ,
diplomatik əlaqələr
hüququ, beynəlxalq
insan hüquqları və s.
Kitabın 1-ci və 2-ci fəsli nəzəri ərazi bütövlüyü və
öz müqəddəratını
təyinetmə ilə
bağlı məhkəmə
qərarları və
beynəlxalq təşkilatların
rəy və qərarlarının araşdırılmasına
həsr edilib. Dövlətlərin
ərazi bütövlüyü
və tanınmış
beynəlxalq sərhədlərin
toxunulmazlığına dair
30 ildən artıq elmi tədqiqat aparan alim kitabın
ilk fəslində dövlətin
əsas hüquqi xüsusiyyətlərinə nəzər
salıb, daimi əhali, ərazi, effektiv hakimiyyət, başqa dövlətlərlə
əlaqəyə girmək
qabiliyyəti kimi anlayışları ətraflı
şəkildə şərh
etmiş, işğal,
anneksiya, sesessiya, effektiv idarəçilik və digər məsələlərə yer
ayırıb. 2-ci fəsildə
Dövlətin hüquq
və öhdəliklərindən
danışan müəllif
qüvvə tətbiqinin
qadağası, tanınmış
beynəlxalq sərhədlərin
toxunulmaz olduğunu və güc tətbiqi ilə bunun dəyişdirilməsinin
beynəlxalq hüququn
prinsipləri ilə ziddiyyət təşkil etməsini əsas tutan alim, müqəddəratını
təyin etmə prinsipinin əsasən dekolonizasiya dövründə
vüsət aldığını
və ərazi bütövlüyü prinsipini
sual altında qoymadığını sübut
edir.
Kitabın 3-cü və 4-cü fəsli empirik məsələlərə
həsr olunub. 3-cü fəsil Azərbaycan-Ermənistan
Dağlıq Qarabağ
münaqişəsi və
onun beynəlxalq hüquqi ölçüləri
adlanır. Burada münaqişənin
tarixinə qısa ekskurs edilmiş, ermənilərin Azərbaycan
ərazisinə köçürülməsinə
dair faktlar verilib.
Dağlıq Qarabağ uğrunda
silahlı münaqişə
adlanan 4-cü fəsildə
1988-1994-cü il hadisələri hüquqi nöqteyi-nəzərdən təhlil
edilmiş, beynəlxalq
təşkilatların məlumatları
əsas götürülməklə
Azərbaycan əhalisinin
1 milyonunun qaçqın
və ya məcburi köçkün
olduğu bildirilib. Baş verənlərin etnik təmizləmə olduğu
və beynəlxalq cinayət kimi Beynəlxalq Cinayət Məhkəməsində hüquqi
qiymət verilməli olduğu qeyd edilib.
Prof. Hayntse belə nəticəyə
gəlib ki, Dağlıq Qarabağım əhalisi,
etnik ermənilər dedikdə, hüquqi baxımdan “xalq qrupundan” deyil, milli azlıqdan söhbət gedir
ki, onların da öz müqəddəratını təyinetmə
hüququ yoxdur və
Ermənistanın timsalında “kin state” malikdirlər. Ermənilər
Dağlıq Qarabağ ərazisində milli azlıqlara tanınan hüquqlara
iddia edə bilər ki,
bu da Mülki
və siyasi hüquqlara
dair Beynəlxalq Paktın 27-ci maddəsində
təsbit olunub.
Xalq Cəbhəsi.- 2016.- 15 aprel.-
S8.