“Türk və Sami mədəniyyətlərin
qarşılıqlı əlaqələri əsasında
yaranmış Nuhun tufanı və ümumdünya
daşqını haqqında rəvayətlər...”
Yasəmən Qaraqoyunlu:“İslamdanöncəki
dönəmdə Azərbaycan və
İkiçayarasındakı qədim Türk – Sami
sivilizasiyalarının qarşılıqlı əlaqələri
barədə bilgilər verir”
IV yazı...
“Şumer
Aratta münasibətləri haqqında bir çox Şumer
dastanları «En Merkar və Aratta hökmdarı», «En Merkar və
En-Sukuşsiranna», «En Merkar və Luqalbanda», «Luqalbanda və
Hurrum dağ» dastanında məlumatlar əks olunub. Şumer və Aratta, Lullubi, Quti dini panteonları eyni
olub, ilahe İnannaya sitayiş edilib. “Aratta, Lullubi, Quti və
Subartu, Şumer dövlətləri həm coğrafi və
landşaft yaxınlığının təsiri ilə həm
də bu dövlətlərin qurucularının prototürk
tayfaları olması (kəngər su, turukku, kuti,
lüllübi və s.) etibarilə eyni mədəniyyət
və dünyagörüşü paylaşıblar”. Bu dünyagörüşü «Bilqamus haqqında dastan»da
öz əksini tapmışdır. Bu
dövlötlər e.ə. III minilliyin birinci yarısında təkcə
İkiçayarası və Azərbaycanın deyil,
bütövlükdə qədim Orta Şərqin
sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında
mühüm rol oynayıblar”. Bu fikirləri
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi
işçisi Yasəmən Qaraqoyunlu səsləndirib.
O, əlavə edib ki, Azərbaycan semit mədəniyyət
dairəsində: E.ə.5-4 min il əvvəl Sami
xalqlarının əcdadları bu günkü Yəmən,
Hazar¬mevt, Fələstin, Qəzzədə, ümumiyyətlə
Aralıq dənizinin cənub-qərb və Hind
okeanının Ərəbistan sahillərində
yaşayıb və bir qisimi də Ərəbistan
çöllərinin cənub, qərb və şimal tərəflərində,
köçəri tayfalar formasında həyat sürüblər:
“Me¬zopotamya və Xuzistanda Şümerlər və Elamlar vasitəsilə
qu¬rulan yüksək sivilizasiyalı şəhərlər sami
xalqlarının diqqətini çəkib və onlar Ərəbistan
çöllərindən Mesopotamiyaya köçüb, tədricən
Sümerle¬rin yerini tutaraq o yerlərin əsl sahibləri
olublar. “E.ə II minillikdən başlayaraq
İkişayarasının tarixi artıq daha çox sami xalqlarının tarixi olub” “Mesopatomyada, bu
günkü Bağdad yaxınlarında, Sami soyundan olan Ak¬kad
lar Təxminən 5000 il bundan əvvəl Sümerleri məğlub
edib dövlətlərini Kirmanşah yaxınlarından
Şama və Aralıq dənizi sahillərinə qədər
genişlətdi. Akkadlar 300 il sürən hakimiyyətləri
dövründə Sümer mədəniyyətini mənimsəyib,
Sümerler sonrasında Mesopotamiyanın lideri mövqeyinə
yüksələrək, Mesopotamiyadakı mədəni
inkişafın qabaqcılı olub, daha sonra Mesopotamiyada
güclü mövqeyə çatacaq Sami mənşəli
Assur və Babil xalqlarına da liderlik ediblər. Akkadlar, Şümerlerden fərqli olaraq şəhər
krallıqlarından çox, Kainat və ya Dünya
krallığı anlayışını Mesopotamiyaya gətiriblər.
Bölgənin mərkəzi bir idarə əlinə
keçməsi də ilk dəfə Akkadlar dövründə
olmuşdur. Azərbaycanın qədim tarixində ilk
imperiya qurmuş Qutilər Sami Akkad dövlətinə son
qoymuş,indiki İran cografiyasında yaranmış Elam
dövlətini işgal etməklə Azərbaycan-Şumer-Akkad-Elam
mədəniyyətlərinin sintezinə səbəb olan ilk
Azərbaycan mərkəzli Ön Asiya imperatorlugu qurublar. Qutların Mesopotmiyada 125 ildən çox davam edən
hakimiyyət illərində Azərbaycan və
İkiçayarası və Elam mədəniyyətləri
arasında təmaslar və uzlaşma, sintez eyni
dünyagörüşü doğurub və bu
dünyagörüş islamdan əvvəlki Qədim şərq
mədəniyyətinin dominant dəyərlərindən biri
olub. Quti hökmdarlarının Akkad dilində
yazdırdıqları mixi kitabələrdə Akkad
allahları İştar və Sinə sitayiş etdikləri bəlli
olur. İkiçayarası Şumer, Qut və Elam mədəniyyətləri
İltisaqi dilli (prototürk) xalqların mədəniyyəti,
Akkad, Babil və Assuriya isə Sami irqlərinin mədəniyyətləri
idi və bu mədəniyyətlər arasında hegemonluq və
imperatorluq iddiaları, çatışma və uzlaşma
islam öncəsi Şərq mədəniyyətinin
qarşılıqlı mədəni təsirlərində
başlıca xətt təşkil edib. Qeyd edək
ki, Bibliya mətnləri islamdan öncəki dönəmdə
Azərbaycan, Ön Asiya və Orta şərqdə olan mədəni
fəaliyyətlər və sivilizasiyaların
qarşılıqlı əlaqələri barədə xeyli
bilgilər vərməkdədir”.
O qeyd edir
ki, II miniliyin əvvəllərində yüksələrək
dövlət quran sami kökənli
Assurların Orta Şərqdə qurduqları geniş ticarət
şəbəkəsi onların Mesopotamiya mədəniyyətini
fərqli bölgələrə yaymasına və fərqli mədəniyyətləri
də Mesopotamiyaya daşımasına səbəb olub:
“Anadoluya yazının gəlməsi də yenə bu dövrdəki
Asurlu tacirlər sayəsində olub. Ön Asiyada 900 il davam edən
Assuriya hökuməti daim torpaqlarını genişlətmək
siyasəti yürüdərək, Anadoluda qurulmuş min illik
Hi¬tit imperatorluğunu ortadan qaldırdılar, Finikiyanı, Fələstini,
Misiri özlərinə tabe etdilər, Lullubi və Gutti
xalqlarını bir müddət özlərinə xərac
verməyə məcbur etdilər və İran
çölünə qədər irəliləyərək
Farsları özlərinə tabe etdilər, Elamları isə
bir daha tarix səhnəsinə çıxa bilməyəcəyi
şəkildə ortadan qaldırdı¬lar. 700 il
Azərbaycanda qurulmuş dövlətləri və mədəniyyətləri
daim təhdid altında saxlamış Assuriya dövlətini. Midiya kralı Kiaksar məglub edərək tarix səhnəindən
sildi.
İkiçayarasında
yüksələn digər sami kökənli
dövlət Babildir. Amurru mənşəli olan
Köhnə Babil sülaləsi, 5-ci kral Hammurapi ilə
dövrün digər krallıqları üzərində
hakimiyyət qurub. Bu dövrdə Anadoluda
qurulmuş Hetit Dövləti fəthlərə
başlamış və sonunda Hitit Kralı I. Murşili M.
Ö. 1595-ci ildə Babili məglub edib. Daha sonrakı
dövrlərdə Zaqroş daglarında yaşayan Azərbaycan
kökənli etnoslardan biri olan Kassitler önə
çıxmış, beş yüz il
Babildə hakimiyyəti ələ alaraq Azərbaycan-Babil mədəniyyətlərinin
sintezinde böyük rol oynayıblar. Anadoludakı
Hititler güclənib, Hurrilər Mitannilərin öndərliyində
yeni bir siyasi güc meydana gətiriblər. Təxminən
iki əsr sürən Mitanni-Hurri hakimiyyəti sami mədəniyyətinin
Azərbaycana və Anadoluya yayılmasını önləmişdir.Beləliklə
qeyd etməliyik ki, e.ə.III minilliyin
başlanğıcından Ərəbistan çöllərindən
İkiçayarasına axın-axın gələn sami
tayfalarının qurduqları semit mənşəli
Akkad-Babil, Assuriya dövlətləri ilə İltisaqi dilli
xalqların qurduqları Subartu, Şumer, Elam, Aratta, Lullubi,
Quti, Manna, Hetit, Hürri-Mitanni, Urartu dövlətləri
arasında hegemonluq mübarizələri, mədəniyyətlərarası
savaşlar və təmaslar İslamöncəsi Azərbaycan
mədəniyyətinin xarakterində öz əksini tapıb.
Qeyd edək ki, İkiçayarasında qurulmuş sami kökənli Akkad dövlətini Azərbaycanda
qurulmuş Quti dövləti, Babil dövlətini Kassilər,
Assuriyanı isə Midiya dövləti siyasi səhnədən
siliblər”. O qeyd edib ki, bu isə Ön Asiyada sami dilli
xalqlarla iltisaqi dilli xalqlarin mədəniyyətləri
arasindakı rəqabətin nəticəsi idi: “Türk və
Sami mədəniyyətlərin qarşılıqlı əlaqələri
əsasında yaranmış Nuhun tufanı və
ümumdünya daşqını haqqında rəvayətlər,
(Bilqamıs haqqında Dastan) həmçinin dünya
xalqlarının şəcərələrinin
yaradılması ilə bağlı Yasəf və İbrahim
Peyğəmbərlərin fəaliyyəti, (Bibliya mətnləri)
İslamdanöncəki dönəmdə Azərbaycan və
İkiçayarasındakı qədim Türk – Sami
sivilizasiyalarının qarşılıqlı əlaqələri
barədə bilgilər vərməkdədir. E.ə.
I minilliyin əvvəllərində
yaranmış Manna dövlətində də
İkiçayarası mədəni ənənələri
davam etmiş, çoxallahlılıq və quldarlıq təsisatı
yaranıb. Mannalıların əfsanə
və dastanları, şifahi xalq yaradıcılığı
qədim Şərq mifoloji qaynaqlarından və dünyagörüşündən
qidalanmaqda idi. E.ə. VII –VIII əsrdə Orta və
Yaxın Şərqin ən böyük dövləti olan
İşquz dövləti Quzey Qafqaz,İran və Şərqi
Anadolu, Qara dənizin Şimal sahillərini Əhatə
etmişdir və “Azərbaycan cografiyasının etnik
quruluşu İşquzlarla şəkillənməyə
başlayıb”. İşquzların Cənubi Qafqazdakı
dövlətinin mərkəzi Sakasena(Şəki)
şəhəri idi. Alp Ər Tonqanın (Partatua) rəhbərliyi
ilə yaranan bu dövlətin Azərbaycanda qurduğu şəhərlər
(Şəki, Bərdə, Gəncə və Şabran),
çəkilən su kəmərləri, qurudulan göllər,
abadlıq və Tək Tanrılıq
dünyagörüşü Avesta qatlarında öz əksini
tapıb. E.ə. I minillikdən
sonra Sakasenada İşquz dövlətinin varisi Alban Dövləti
qurulub. Sak dövləti türk mədəniyyətinin
dominantlığını bu coğrafiyada qorumaqla onun Midiyaya
ötürülməsində böyük rol oynayıb.
Manna dövlətinin iqtisadi, milli və mədəni
quruluşu, Midiya dövlətinin iqtisadi, milli və mədəni
quruluşunun təməlini təşkil edib. Manna torpaqları mədəni baxımdan Midiyanın
mərkəzi idi. Midiya dövləti qurulduğu ilk 40-50
il müddətində yalnız Quti-Lullubilərdən ibarət
iltisaqi dilli xlqların dövləti olsa da, genişlənərək
müxtəlif köklü və dilli xalqları, ölkələri
hakimiyyətləri altına alaraq, Orta Şərqin ən
böyük imperatorluguna çevrildiyi dönəmdə də
rəsmi və yazı dili Elam dili olub. Midiya dövlətini
(Mannalar və Medler), iltisaqi dilli, Qutti-Lullubilərin varisi və
eyni etnik xüsusiyyətlərə malik olan xalq yaratsa da,
genişlənərək imperatorluğa çevrilən Midiya
ceşidli milli və etnik xüsusiyyətlərə malik olan
xlqlardan- yəni iltisaqii dillilər, Hint-Avrupa dillilər və
Sami dilli xalq-lardan, təşkil olunmuşdu. İmperatorluğun
Mərkəzində və qəlbin¬də Hint-Avrupa dilli xalqlar
deyil, iltisaqi dilli xalqlar yəni Quttilər, Lullubilər,
Mannalar, Zikertulular, Mesilər, Marliklilər,
Qızılbundalılar və.s. Mərkəzi Midiya və
Azərbaycan xalqları yer almışdılar...”.
Əli
Xalq Cəbhəsi.- 2016.- 16 aprel.-
S9.