Can sağ
ikən yurd verməniz düşmana…
II
yazı
İlkini XVII yüzildə Aşıq Ömərin
yazdığı “Şairnamə”də türkü və
qoşmaları ilə bilinən bir çox xalq ozanları
xatırlanır, onların “nam-ü nişanı” göstərilir. XVII
yüzillikdə Aşıq Ömərdə
gördüyümüz “Şairnamə” yazma ənənələri
sonrakı əsrlərdə də davam edib. Fəryadi, Həsrəti,
Qul Qazi, Səfil Səlimin “Şairnamə”ləri türk mədəniyyətində
izi olan Anadolu aşıqları haqqında məlumat verir. Bunun nümunəsini aşağıdakı
“Şairnamə”də görmək olar. Bu “Şairnamə”də
türk ədəbiyyatında xidməti olan bir çox
şairlərin adı çəkilir, onların türk mədəniyyətinə
xidməti xatırlanır:
Mən
aşiqəm, – deyə àh etmə könül,
Dağlarda duman var sən, olacaqsın.
Çağlar
Hak dilincə Haqqa çağırır,
Şad Murat Umman var sən olacaqsın.
Yazıcoğlu
yanmış evrak əlində
Məcnun Hakka yetmiş Leyla dilində.
Fərhad
canı vermiş Şirin yolunda,
Füzuli sultan var sən olacaqsın.
Eşq ilə
kül olmuş yanmış Niyazi,
Əşrəfoğlu
gəzmiş Şamı, Şirazı.
Yunus mələklərdən
olmuşdu razı,
Bekâyı bulan var sən olacaqsın.
Arınmış
Kuddusi həp mâsivâdan,
Əmrah köçün çəkmiş darı fənàdan.
Mansuri kəndini
asmuş səmàdan,
Canına qıyan var sən olacaqsın.
Âşıq
Ömər gəlmiş çox yazmış ebyât,
Kâmili
dünyada almamış murat.
Nizamoğlu,
Dərtli çok qılmış fəryad,
Bekâyı, bulan var sən olacaqsın.
Aşık
Qərib sazın asmış duvara,
Kərəm yana-yana dönmüş fənərə.
Kusuri’nin
gözü bənzər pınara,
Ənəl Hak deyən var sən olacaqsın.
Mən àşiqəm, deyü
çox qılma zârı,
Otur bir köşəyə edib qərarı.
Nə
sultanlar gəlmiş Adəmdən bəri,
Fəryad i figan var sən olacaqsın.
Bəxşi
âşık vardır sürər savurur,
Mahbûdi aşkından dağı devirir.
Altmış
beş yaşında çalır
çağırır,
Məsləki suzan var sən olacaqsın.
Mən
deyiləm Hak söylədir dilimi,
Badə içdim kimsə bilməz halımı.
Bu yalan
dünyadan çəkdim əlimi,
Məftuni nihan var sən olacaqsın.
Bilirsənmi
àşıqlığın
sirrini,
Cümləsi bu yolda vermiş sərini.
Daha
öldürmədim nəfsin birini,
Ruhsati külhan var sən olacaqsın.
Tarix türk mədəniyyətinin təməlidir. Anadolu
aşıqlarının şeirlərində türk tarixini əks
etdirən poetik nümunələri mövcuddur. Bu örnəklər Türk dünyası tarixini
yazan tarixçilərə də bir ipucu verir. Məlumdur ki, Səlcuq dövləti 1243-də
Kösedağ döyüşündə monqollara məğlub
olmuş, tənəzzül etməyə başlamış, nəticədə
tamam süqut etmişdi. Bir tərəfdən
monqol istilası və zülümlər, digər tərəfdən
dərəbəylik, məzhəb-təriqət davaları
Anadoluda tam bir kəşməkeşli vəziyyət
yaratmışdı. Yunus Əmrə bu tarixin,
coğrafiyanın, siyasi və sosial həyatın, tatar-monqol
istilasının Anadolu insanlarına çəkdirdiyi
ağrını şeirlərində belə ifadə edib:
Canımı
əsir eylədin nə der mənə yağı tatar
Ol dodaqda
bitər inan iman bitsə bidət güman
Dün gün isim budur həmən nəfsimə bir tatar
oldun.
1645-ci ildə
başlayan Girit döyüşündə Osmanlı ordusu
Girit adasını fəth etdiyi halda Kandiyə qalası
(1647-1669-a qədər) 22 il davam gətirmiş,
çətin döyüşlərdən sonra təslim
olmuşdu. Son zəfər Fazil Əhməd
Paşaya qismət olmuşdu. Girit müharibəsilə əlaqədar
aşıqların bir neçə şeiri var.
Araşdırmaçılar “Girit türküsü”
şeirinin adanın mühasirəsindən 53 gün sonra
Rumeli bəylərbəyi Kiçik Hasan Paşa tərəfindən
Hanya qalasının alınması (1643) münasibətilə
deyildiyi, bunun bir zəfər türküsü olduğunu
yazırlar.
Şeir
belədir:
Girit dəftərləri
irsal olundu
Hak-I izzətinlə bil, padişahım.
Cümlə
düşmənlərin bağrı dəlindi,
Sən gül kimi açıl, gül, padişahım.
Top-tüfəng
səsindən inlədi dağlar,
Yanar atəşlərdən
açılır bağlar
Venedik
kıralı ah edib ağlar,
Axar gözlərindən sel, padişahım.
Qazilər
qılıcın alır qəsdinə
Cümləsin
muradı küffar üstünə
Əlli beş gündə Girit üstünə
Sər verip sər aldı qul, padişahım.
Garib
Aşık bunu böylə der idi
Qalmayıb
düşmənin bağrı əridi
Min əlli
beşində aldı Giridi
Qayət mübarəkdir hal, padişahım.
Döyüşlərin aşıq şeirlərinə
və türkülərə əks olunmasının ilk
nümunələri XVI əsrdə Bakşının Sultan Səlimin
1516-17-ci illərdə Misir yürüşü haqqında
yazdığı dastanda, XVII əsrdə Kayıkçı
Qul Mustafada “Gənç Osman” dastanında
görüldüyü kimi XVII əsrdə Aşıq
Gövhəridə də görmək olur. Onun 1669-cu ildə
Türk-Avstriya müharibəsi ilə əlaqədar söylədiyi
şeirlər buna misal ola bilər.
Aşıq Ravzi (XVIII əsr) 1711 və ya 1713-cü ildə
ruslarla aparılan bir savaşa dair söylədiyi şeir belədir:
Yenə
baş qaldırdı Moskva kralı
Qaçma, kafir, sənə meydanımız var.
Səninlə
eyləriz cəngi-cidali
Bu yolda öləcək qurbanımız var.
Açılıb
al yaşıl bayraq düzüldü,
Hər diyardan sərdən keçdi, yazıldı.
Boşandı
aç qurdlar, bəndi çözüldü
Ağzını açmışlar arslanımız
var.
Boşnak
Arnavut heç gəlməz hesaba
Tatar Han əsgəri
dönmüş qəssaba
Yakarlar
ölkəni olur xaraba
Oxlar atar bunca kamanımız var.
Yeddi kral
qalxsa, pozulur irzi
İslama
yardımcı Mevlanın fevzi
Səfərdir
şühəda mənzili Ravzi
Bu yola sər fəda imanımız var.
Kabasakal
Mehmet (XVIII əsr) 1737-ci ildə Niş qalasının Ahmet
Paşa tərəfindən geri alınması üzərinə
söylədiyi dastanda da türkün qəhrəmanlığı
qələmə alınıb, Ahmet Paşanın sücaəti
öyülüb:
Niş
kimi qalanın fəthini qıldın,
Qoymadın küffardan intiqam aldın.
Aləmdə
qazilik şöhrətin buldun,
Kullar intikamın alır, əfəndim.
Aşıq
Şenliyin “93 koçaklaması”: 24 aprel 1877-ci ildə
rusların Kenarbelden, Ardahan və Arpaçayı keçərək
Qars üzərinə gəldiyini eşidən Aşıq
Şenlik bu şeiri söyləyib. Burada 93
könüllü əsgərin qəhrəmanlığı
ifadə olunub.
Əhli-İslam
olan eşitsin, bilsin,
Can sağ ikən yurd verməniz düşmana.
İstərsə
Uruset nə ki var gəlsin,
Can sağ ikən yurt verməniz düşmana.
Qurşanın
qılıncı giyinin donu,
Qavğa buludları sardı dört yanı.
Doğdu
qoç iğidin şan almak günü,
Can sağ ikən yurd verməniz düşmana.
Əsgər olan bölük-bölük
bölünür.
Sandınızmı
Kars qalası alınır,
Boz atlar
üstündə qılıç çalınır
Can sağ ikən yurd verməniz düşmana.
Ben
esverdir bilin Urusun əsli,
Orman yabanisi, balıqçı nəsli.
Hınzır
sürüsünə dalıb qurd misli,
Can sağ ikən yurd verməniz düşmana.
Şenlik,
nə durursuz atları minin,
Sıyrı qılınc düşmən üstünə
dönün.
Artacakdır
şanı bu Al-Osmanın,
Can sağ ikən yurt verməniz düşmana.
Tarix boyu türk aşıqlarının sevə-sevə
söylədikləri geyim-kecim şeirləri türk milli
kimliyinin bir ifadəsidir. Milli geyimləri ifadə edən bəzək
əşyaları, qurşaq, kəmər, ayaq, bilək bəzəkləri,
türkün milli etnoqrafiyasıdır. Türk
mədəniyyətində geyim-kecim mövzusu aşıq
şeirinin əsas qaynaqlarından olub, türk mədəniyyətinin
milli ünsürü kimi tərənnüm edilir. Bu
ünsür Qaracaoğlanın, Dadaloğlunun dilində belə
dilə gətirilir:
Sarı
edik geymiş, koncu qısarak,
Gidiyor da birim-birim basarak.
…Meles
köynək geymiş, vücudu nazik,
Qollarını sıxmış altın bilərzik.
…Kadifə
şalvarlı tül libaslının,
Göyərçin topuklu sarı məstlinin.
Əlləri
xınalı qumru səslinin,
Zülüfü gərdana tarayışlının.
Əntari
geyinmiş frəngi rəngi,
Yanaqları
qırmızı almas irəngi,
Saçları
topuqla eyliyor cəngi,
Bir hüma bakışlı on dört
yaşlının.
(Qaracaoğlan)
Oturmuş
ağ gəlin daşın üstünə,
Daramış
zülfünü qaşın üstünə,
Bir
salamın gəldi başım üstünə,
Alırım kız səni qoymam ellərə.
(Dadaloğlu)
Türk mədəniyyətini yaşadan miraslardan biri də
toy ənənəsidir. Bu ənənənin canlı
daşıyıcılarından da biri türk
aşıqlarıdır. Toya dəvət
ediləcək aşığın məclislərdə nələr
söyləyəcəyi türk mədəniyyətinin əhəmiyyətli
ifadələridir. Aşıq
qarşılaşmaları, onların söylədikləri qəhrəmanlıq,
həcv xarakterli şeirlər, xalq ənənələrini və
adətlərini, xalq musiqisini, xalq fəlsəfəsini ifadə
edən şeirlər türk mədəniyyətinin mənəvi
inciləridir:
Düyündə,
bayramda ağır zinətdə
Bütün xınalanır əli qızların.
Halaya
düzülür məşhur gözəllər
Gərdandan oynayır qolu qızların.
(Aşık
Talib Coşkun)
Göründüyü
kimi, türk aşıqlarının türk mədəniyyətində
oynadığı rol, onların qan yaddaşındakı
düşüncələri, şeirlərinin poetikası ilə
səsləşən cəhətlər, o şeirlərdəki
mövzu və fikri göz önünə alsaq, türk
aşıqlarının musiqidən başlamış
sözünə, sazına qədər türk xalq mədəniyyətindəki
yeri bir gerçəkdir və bu gerçəklik türk mədəniyyətindəki
milli-mənəvi mövcudluğu günümüzə qədər
yaşatmaqdadır.
Maarifə Hacıyeva
Professor
Xalq Cəbhəsi.- 2016.- 19 aprel.- S. 14.