“Yaxın şərqdə üç əsas millət olub və hər biri özünəməxsus tarixə, mədəniyyətə uyğun sivilizasiya qurub”

 

Yasəmən Qaraqoyunlu: “Bu üç millət və mədəniyyətdən birini nəzərə almadan bölgəmizin tarixi və mədəni inkişaf proseslərini obyektiv təhlil etmək qeyri-mümkündür

 

“Manna dövlətinin iqtisadi, milli və mədəni quruluşu, Midiya dövlətinin iqtisadi, milli və mədəni quruluşunun təməlini təşkil edib. Manna torpaqları mədəni baxımdan Midiyanın mərkəzi idi. Midiya dövləti qurulduğu ilk 40-50 il müddətində yalnız Quti-Lullubilərdən ibarət iltisaqi dilli xlqların dövləti olsa da, genişlənərək müxtəlif köklü və dilli xalqları, ölkələri hakimiyyətləri altına alaraq, Orta Şərqin ən böyük imperatorluguna çevrildiyi dönəmdə də rəsmi və yazı dili Elam dili olub. Midiya dövlətini (Mannalar və Medler), iltisaqi dilli, Qutti-Lullubilərin varisi və eyni etnik xüsusiyyətlərə malik olan xalq yaratsa da, genişlənərək imperatorluğa çevrilən Midiya ceşidli milli və etnik xüsusiyyətlərə malik olan xlqlardan- yəni iltisaqii dillilər, Hint-Avrupa dillilər və Sami dilli xalq¬lardan, təşkil olunmuşdu. İmperatorluğun Mərkəzində və qəlbin¬də Hint-Avrupa dilli xalqlar deyil, iltisaqi dilli xalqlar yəni Quttilər, Lullubilər, Mannalar, Zikertulular, Mesilər, Marliklilər, Qızılbundalılar və.s. Mərkəzi Midiya və Azərbaycan xalqları yer almışdılar”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi işçisi Yasəmən Qaraqoyunlu deyib. O bildirib ki, Midiya imperatorluğunun Elam və Kassi dilinə yaxın, Gutti - Lullubilərin dili təməlində biçimlənmiş dili, əlifbası və bu dildə kitabə və əsərləri olub, ki, bu əsərlər Əhəmənilər dönəmində yox olu: “ Hind-Avropa dilli xalqların, özəlliklə də farsların İrana gəlməsindən öncə Elamlılar İran cografiyasında 3000 ilə yaxın bir dövrdə parlaq sivilizasiya qurublar. Onlara qohum və qonşu olan Gutti-Lullubi xalqları da Mərkəzi Midiya və Azərbaycan torpaqlarında yaşayıb mədəniyyət yaradıblar. Elam dilinin Midiya dövlətində administrativ və yazı dili olması, e.ə. 3.-cü min illikdə Mərkəzi Midiya torpaqlarında yaşamış Gutti-Lullubi xalqla¬rı icindəki ənənənin davamıdır. "Midyalılar at minməkdə və ox atmaqda Böyük şan və şöhrət qazanmışdı, Midiyalılar saçlarını qırmızı bağla bağlayır, İskitlər kimi geniş və uzun qollu köynək və büzməli geniş şalvar və iki qolu olan iti və uzun baş¬lıq geyinirdilər. Bu başlıq son zamanlara qədər Azərbaycan kəndlərində də geyilməkdə idi. "Herodota görə Farslar geyim formalarını midiyalılardan götürüblər. Midiyalıların dünya mədəni xəzinəsinə bəxş etdikləri Avesta Azərbaycanda Zərduşt tərəfindən o zamanki Həmədan-Azərbaycan xalqlarının iltisaqi dilində soylənıb muğlar vasitəsilə ağızdan ağıza keçirilib və sonra yazı halına gətirilib. Beləliklə də qeyd etməliyik ki, e.ə.900 il əvvəl, Farsların gəlməsinə qədər Yaxın şərqdə iltisaqi dilli və Sami dilli xalqlar yaşayıb, qurul¬muş sivilizasiya onların məhsulu olub və hind-Avropalı xalqlar bu cografiyada məskunlaşmayıblar. Əhəmənilərdən 4000 il əvvəl İkiçayarası, Azərbaycan, İran, Şərqi Anadolu bölgəsində Şumer, Elam, Kassi, Hitit, Urartu, Manna və Midiya kimi güclü dövlətlər və sivilizasiyalar yaradıl¬ıb. Farsların gəlməsinə qədərki dövrdə Yaxın şərqdə İkicayarasinda Şumer, Subartu və Mitanni dövlətləri və cağdaş İranın qərbi, mərkəzi və Azərbaycan torpaqlarında yaşamış, sivilizasiya qur¬muş Elam, Aratta, Lullubilər, Qutilər, Kassilər, Hurrilər və Mannalardan ibarət iltisaqi dilli xalqlarla Sami dilli xalqlar qarşılıqlı əlaqədə olub, mədəniyyət alış verişi edib, ticarət əlaqələri qurublar”.

O deyib ki, tarixi araşdırmalar Ari-fars tayfalarının eradan əvvəl 9-cu əsrdən başlayaraq Yakın şərq bölgəsinə gəlmələrini sübut edib: “Ari-fars tayfaları bölgəmizə, xüsusilə də indiki Fars vilayəti və Bəsrə körfəzi sahillərinə gəldiyi vaxt bu bölgələrdə Sami xalqları, Elamlar və Sümerler yaşamaqda idilər. Farslar e.ə.900 il öncə gəlib Fars vilayətində yer¬ləşdikləri vaxtdan Elam dövlətinə tabe olub və ona vergi veriblər. Midiya dövləti Elam dövlətini işğal etdikdən sonra Elamın bir hissəsi olan Farsların yaşadığı Anşan bölgəsi Midiya imperatorluğunun bir əyalətinə çevrilib. Beləliklə fars tayfaları Midiya tabeliyində yaşamağa başlayıb e.ə. 550-ci ildə Midiyada dövlət çevrilişi edərək hakimiyyəti ələ keçirib və Midiya mədəniyyətini, dinini mənimsəyib. Midiyada yaşayan yerli Mug tayfalarının dünyagörüşünü əks etdirən Türk abidəsi kimi meydana çıxmış Avesta və Zərdüşt təlimləri farslaşdırılıb, təkallahlılıq dini politeist dinə, dualist fəlsəfəyə çevrilib. E.ə. VIII əsrdə tarix səhnəsinə çıxmış Midiya imperatorluğu və İşquz dövləti dövründə (e.ə. VIII-IX əsrlər) Ari irqinə mənsub fars etnosu ilə türk irqi və mədəniyyətləri arasında qarsıdurma və sintez prosesləri gedib, bu Əhəmənilər imperatorlugu dövründən Qavqamel döyüşünə qədərki dövrdə də davam edib. Bu Türk-Fars, Turan-İran sivilizasiyalarının Azərbaycan coğrafiyasında hegemonluq və dominantlıq savaşları, mədəniyyətlər arası qarşıdurma və sintez prosesləri Parfiya,Sasanlı imperatorlugu dönəmlərində də getmiş və bu proses üç min ildir ki, siyasi-iqtisadi, dini-ideoloji, elmi-mədəni müstəvilərdə davam etməklə bərabər, müasir Azərbaycan mədəniyyətinin inkişaf proseslerinə də təsir göstərməkdədir. İsgəndər zamanı yandırılmış, yox olmuş Avesta, daha sonra Parfiya hakim sülaləsi olan Əşkani kralı Balaşın əmri ilə onun söz¬lü və yazılı qalıntılarından, ilk dəfə yazıldığı dildə yəni Hz. Zərdüştün zamanındakı Med-Manna xalqlarının dilində yeni¬dən bir yerə toplanılmışdır. Bu ikinci dəfə toplanan Avesta, Sa¬sanilər dönəmi Ərdəşir Babekanın əmri ilə Farscaya cevrildikdən sonra yox edilib, bu tərcümə də fars mifik təsəvvürləri ilə zənginləşdirilib, Avestanın Fars variantı hazırlanıb. Bu səbəbdən Med-Manna dilində olan bütün yazılar və abidələr kimi Avesta da Sasani kralları, xüsusilə də Erdeşir Babekanın əmriylə baş muğ Tanser tərəfındən yox edilib. Manna-Med dönəmi mugların dili iltisaqi bir dil, Sasanilər dövrü mugların dili isə miladi 3-6. yuz iliklərin Fars-Pəhləvi dili olmuşdur. Əgər belə olmasaydı Avestanın Fars dilinə cevrilmesinə heç ehtiyac da qalmazdı. Əhəmənilərdən sonra da Elam dili Yaxın şərq bölgəsində öz təsirini davam etdirib. Bu da son dərəcə təbiidir, çünki Əhəmənilərin 220 illik hökmranlığı, Elamların 2850 illik hökmranlığı, nüfuzu, dərin təsiri qarşısında olduqca az və önəmsizdir. Dr. Z. Sədrin yazdığına görə: “Farsların krallığı E.ə.550-ci ildə başlayıb və E.ə.330-cu ildə Makedonyalılar tərəfindən ortadan qaldırılıb. Böyük Əhəməni imparatorluğunun ömrü 220 il olub və Sindden Misirə qədərki coğrafiyanı əhatə edib. Bu imperatorluğun ömrü, 2850 il yaşayan Elam dövlətinin ömrü ilə qarşılaşdırıla bilməyəcək qədər azdır, Təxti-Cəmşid və Şüşdəki Daranın kral sarayı¬nı yaradan Fars qövmünün inkişaf prosesi olmamış və Daranın da açıqca söylədiyinə görə o, bu gözəl əsəri hegemonluğu altındakı mədəniyyətlərin yaradıcıları vasitəsilə yaradıb”. Əhəməni mədəniyyəti Quti, Lullubi, Elam, Manna, Midiya, Hürri və Urartu sivilizasiyalarından alınaraq yaradılıb. İltisaqi dilli yerli xalqların və millətlərinn memarları, sənətkarları, ustaları və daş yonucuları Əhəməni kralları tərəfindən məcburi şəkildə paytaxt İstəhrə götürülərək saraylar, məbədlər, rəsmlər, heykəllər və.s. mədəniyyət nümunələri yaradılıb. Əhəməni imperatorlugunun dili o dövrdə yaxın və orta Şərqdə aparıcı dil olan Sami dil qrupuna məxsus Arami dili ilə Turani dil qurupuna məxsus Elam dili idi”.

Y.Qaraqoyunlu əlavə edib ki, bizim eradan min il əvvəldən Orta Asiya və bölgəmiz Yaxın şərqdə, xüsusilə də İranda üç əsas millət: Türklər, Sa¬milər və Ari-farslar olub və hər biri özünəməxsus tarixə, mədəniyyətə uyğun sivilizasiya qurub və bütün ön Asiyanın tarixi hadisələrində aktiv iştirak ediblər: “Bu üç mil¬lət və mədəniyyətdən birini nəzərə almadan bölgəmizin ta¬rixi və mədəni inkişaf proseslərini obyektiv təhlil etmək qeyri-mümkündür.

Azərbaycan Ellinist mədəniyyət dairəsində: Qavqamel döyüşündə Makedoniyalı İsgəndərin qələbəsi ilə Əhəməni imperiyası süqut etdikdən sonra Azərbaycan coğrafiyası Ellinist mədəniyyət dairəsinə daxil olub. E.ə. IV əsrdən b.e. 150-ci ilinədək mövcud olmuş Atropatena dövləti Ellenist dövlətlər sistemində mühüm rol oynayırdı. “Ellinizm... yeni mədəniyyətin, incəsənətin, yeni inamların əsasını qoydu”. Daha əvvəl güclü siyasi mərkəzlər meydana gətirmiş bölgəsəl mədəniyyət hövzələrini tək bir siyasi mərkəz altında birləşdirən Böyük İsgəndər bir mənada antik dönəmdə sadə də olsa ilkin bir qloballaşma təcrübəsinin yaşanmasına yol açıb. Yunan, Anadolu, Misir, Harran, Mesopotomya, İran və Hind mədəniyyət hövzələrini ardıcıl şəkildə nəzarət altına alan Böyük İsgəndər, bu hövzələr arasında ortaya çıxan qarşılıqlı təsirlənmə ilə eklektik mədəniyyət mərkəzlərinin meydana gəlməsinə zəmin hazırlayıb. Biribirlərini yox edərək hegemon bir mərkəz meydana gətirmə fəaliyyətindən çox, qarşılıqlı bir təsirlənmə prosesi içine girən bu mədəniyyət hövzələrinin tək bir siyasi nüfuz altında qarşılıqlı bir təsirlənmə prosesi içinə girmələri nəticəsində canlı və sonrakı dönəmlərə təsir edən, dinamik bir prosesin meydana gəlməsinə yol açıb”.

 

Əli

Xalq Cəbhəsi.- 2016.- 19 aprel.- S.9.