“Parfiya mədəniyyəti
Ellin,Turan, İran mədəni
ənənələrinin sintezindən ibarət idi”
Yasəmən Qaraqoyunlu:” “Vassal asılılıgı əsasında
federativ dövlət quruluşuna malik Parfiya mperatorlugunda dini plüralizm hökm sürüb”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi
işçisi Yasəmən
Qaraqoyunlu həmçinin
əlavə edib ki, Zevs və
Budda imicləri bir-birləri ilə üzləşib və qaynaşıb, İsgəndəriyyə
bütün yerli mədəniyyət ünsürlərinin
mədəni təsirlənmə
və alış-veriş
sahəsinə çevrilib,
Yunan rasionalizmi və politeizmi Harran və Hind mistiisizmi ilə tanış olub, köklü Misir və İran
ənənələri ilk dəfə
ortaq bir siyasi hakimiyyət altına giriblər. O əlavə edib ki, J. Pirennenin də vurğuladığı
kimi "mədəniyyət
bütün insanların
ortaq dəyəri halına gəlib":
"Dini ənənələr
də bu böyök ölçülü
sinkretik hərəkətliliyin
təsiri altına girib. Bu hərəkətliliyin
zirvəsi İsgəndəriyyə
şəhərində ortaya
cıxıb: Bu beynəlxalq
şəhər bütün
dini inanışlara açıq hala gəlib. Osiris, Adonis, Attis,
Dumuzi kimi təbiəti əks etdirən- tanrı imicləri, Ammon-Ra, Şamaş, Zevs kimi guneşi əks etdirən tanrılarla bu şəhərdə görüşüb
və kütlələr
dəyişik inanc bicimleri ilə həqiqi təmasa keçiblər və bir çoxuna da bərabər bir yanaşma nümayiş etdiriblər."(18, s 275). Şərq və ellin
(yunan) mədəniyyətlərinin
yaxınlaşması və
qarşılıqlı təsiri
prosesi Midiya Atropatenasını da mədəni baxımdan zənginləşdirdi. Atropatena II əsrin
ortalarında Parfiya dövlətinin tərkibinə
daxil oldu. Saka türklərinin qurduğu Parfiya imperatorluğunun Ön Asiya-Azərbaycan və Mərkəzi Asiya da daxil olmaqla
bütün yaxın və Orta Şərq
bölgələrini əhatə
edən mədəni təsir dairəsi bu imperatorluğun 500 ilə qədər rəqabətdə olduğu
Roma imperatorluğunun mədəni-siyasi
təsir dairəsinin Azərbaycanda yaylmasının
qarşısını alıb.
Parfiya mədəniyyəti
Ellin,Turan,İran mədəni ənənələrinin
sintezindən ibarət
idi. Vassal asılılıgı
əsasında federativ
dövlət quruluşuna
malik Parfiya mperatorlugunda dini plüralizm hökm sürüb. İskit kökənli
parflar Göy Tanrıya, Şamanizmə
inanıblar. Bununla bərabər
mitraizm, Zərdüştlük,
Xristianlıq da dini inanc kimi
əhali arasında yayılmışdı. Parfiya İskit
kökənli tayfalarla
Fars kökənli tayfaların
bir dövlətdə
birləşməsinin simvolu
idi. Zerdüşt dini içində
Zərvanizm, Məzdəkizm
kimi sosyal-dini-mistik cərəyanlar formalaşmışdı.
Türk-Ellin və İran mədəni ənənələrini təmsil
edən Qafqaz Albaniyası və onun mədəniyyəti arxeoloji ədəbiyyatda iki mədəniyyətlə
səciyyəvidir: Yoloylutəpə
və küp qəbirləri mədəniyyəti.
Həmin
mədəniyyət e.ə.IV
əsrdən b.e.III əsrinədək olan çoxəsrlik dövrü
əhatə edir.
Albaniyanın paytaxtı
olmuş Qəbələdə
(Qəbələdə şəhər
həyatı e.ə.
IV əsrdən başlamış,
XIX əsrin 30-cu illərdə
dayanmışdı) aşkar
olunmuş müxtəlif
maddi-mədəniyyət nümunələrinin,müxtəlif
istehsal alətləri,
qəbristanlıqlar, məişət
avadanlığı, yaşayış
binaları və xristian abidələrinin,
Roma sikkələrinin varlığı
Albaniyanın özünəməxsus
mədəniyyətindən xəbər vərir. Albaniyanın mədəniyyət
nümunələrində zərdüştlük,
bütpərəstlik və
xristianlıq inamlarının
aşkar izləri var.
Sasani İranında, Bizansda, Romada, Finikayada, Suriyada, Hindistanda, Qara dəniz sahilinin yunan dövlətlərində
istehsal olunmuş bəzək əşyalarının
və sikkələrin
Albaniya ərazisində
aşkar olması sübut edir ki, Albaniya qapalı
ictimai-iqtisadi qurum, siyasi-mədəni sistem deyildi. O, öz dövrünün beynəlxalq
mədəni-tarixi qarşılıqlı
təsir prosesində mühüm yerə və mövqeyə malik olmuşdur.Albaniya ərazisi Şərq-Qərb
mədəniyyətlərinin dialoq mərkəzi olmuşdur. Albaniyanın Qərb dövlətləri
ilə zəngin əlaqələrinin mövcudluğuna
IV əsrin əvvəllərində
Xristian dininin qəbulu təkan vərmişdir. Albaniyada xristianlıgı
İsanın həvarisi
(apostol) Yelisey yayıb. Xristian məbədlərindən birində üzərində
alban əlifbasının
62 hərfi olan dörd küpə şəkilli daş aşkar edilib”.
Onun sözlərinə görə,
Albaniyanın şərq
ölkələri ilə
mədəni əməkdaşlıq
və birliyi isə bütpərəstlik
və zərdüştlük
əsasında yaranı:
“Azərbaycan ərazisi
b.e. VII əsirnə
qədər Sasani imperatorluğunun tərkibində
qalıb və bu dövrdə Manixeizm dini-fəlsəfi dünyagörüşü sosial-iqtisadi
təlimi Azərbaycan
mədəniyyətinin farslaşmağının
qarşısını alabiləcək
ideoloji təməl ünsür olub Azərbaycan türk fəlsəfəsini və
dünyagörüşünün formalaşmasında mühüm
rol oynayıb. E.ə. VII əsrdən b.e. VII əsrinə
qədər Azərbaycan
ərazisi İran-Turan
mədəniyyətlərinin qarşıdurması, savaşı
sintezi prosesinin mərkəzi olub. Türk Saka, Parfiya, Midiya, fars Sasanilər,
Əhəməni imperiyası
dövründə İran-Turan
mədəniyyətlərinin qarşıdurması arealı
və rəqabətləri
meydanı olması İslamdan öncəki Azərbaycan mədəniyyətinin
xarakterik cizgilərində
öz əksini tapıb.
Azərbaycan İslam sivilizasiyasına
və “müsəlman
mədəniyyəti” sisteminə
daxil olan ölkə kimi təşəkkül tapdıqdan
sonra orta əsrlərdə islam dininin ictimai həyatın bütün sahələrindəki
aparıcı rolu Azərbaycan mədəniyyətində
öz təsirini göstərib.
Yaxın Şərq, İslam dininin ilk dəfə ortaya çıxdığı
və ilk İslam imperiyasının qurulduğu
torpaqların qəlbi
olub. Bu imperiya içində Hind Okeanından
Aralıq dənizinə
qədər olan ölkələr arasında
əlaqələr şəbəkəsini
əhatə edən fərqli bir toplum ortaya çıxıb.
İslam
dini və yüksək mədəniyyət
dili olaraq ərəbcə qəbul edilərək həmin dövrün fikir və sənətinə, mədəniyyətinə yeni
biçim və yeni inkişaf qazandıran bir sivilizasiya yaradılıb.
Ərəb yarmadasında
yaranıb daha sonra çox uzaq ölkələrə
qədər yayılmış
olan bu yeni
islam topluluğu
Əməvilər dövründə
(661-750) və Əməvilərin
yıxılması ilə
ortaya çıxmış
Abbasilər dövründə
də genişlənməyə
davam edərək yeni bir sivilizasiyanın-İslam
sivilizasiyasının doğulmasına
səbəb olub. Abbasilər dövründə
islam xilafətinin
idarəsini ələ
alan türklərin islam dininin dünyaya
yayılmasında çox
böyük rolu olub. Türklərin gerçəkləşdirdiyi fəthlər
sayəsində 400 il sürəcək olan yeni dönəmdə
(1300-1700)- islam xilafətinin ikinci genişlənməsi prosesi
baş verib. Macarıstandan İndoneziyaya qədər
uzanan imperiya türk sərhədləri
türk hakimiyyəti-
İslam dini sintezindən doğan mədəniyyəti öz
içinə alırdı.
Bu dövrdə müsəlman
dünyasını 4 böyük
türk dövlətləri
idarə etməkdə
idi: Misir Məmlükləri, Osmanlı,
Səfəvilər və
Moğol Hindistanı İslam sərhədlərinin
və təsir dairəsinin birinci genişlənmə dövrü
ərəblərin öndərliyi
ilə gerçəkləşdiyi
halda, ikinci genişlənmə dövrü
4 dövlətin rəhbərliyi
ilə türklərin
öndərliyində gerçəkləşib.
Bu geniş coğrafiyada
hərbi və siyasi güc türklərin əlində
olmaqla bərabər, mədəni sahədə
internasional islam
topluluğundan ibarət
kosmopolit bir quruluş və təşkilatlanma, islam ümməti, islam qardaşlığı ideyası
mövcud olduğu üçün türk dili ilə yanaşı
ərəb və fars dilləri də işlədilirdi. Farsca yazılmış ilk şeirin
bir Buxaralı türk olan Rudəkinin qələmindən
çıxmış olması
örnəyi bu kosmopolit quruluşunun mahiyyətindən doğmaqdadır.
Bu siyahıya türk-Azərbaycan əsilli
olub əsərlərini
ərəbcə farsca
yazmış yüzlərcə
şair, filosof, mədəniyyət və
incəsənət xadimlərinin,
elm adamlarının adını
əlavə etmək olar. Bu dövrdə İslam kosmopolitizmi orta əsrlər Azərbaycan mədəniyyətinin
spesifik xarakterinin, xüsusiyyətlərinin yaranmasında
və ümumitürk,
ümumislan mədəniyyəti
içində özünəməxsus
status və cizgilərin
formalaşmasında rol
oynayan faktor kimi Azərbaycan mədəniyyətinin inkişaf
istiqamətlərinin ideya
qaynağı olmuşdur.İslam
şərq xalqlarını
bir vahid kimi birləşdirib mədəni-tarixi hadisə
idi”.
O, əlavə edib ki, İslam hüququ xilafətə daxil olan bütün
xalqlar üçün
həyat və fəaliyyət normasına
çevrilmişdi: “Bu dövrdə
Bütün ölkələr
üçün vahid
olan müsəlman maarif sistemi qərarlaşmışdı. Xilafət tərkibində
olan xalqların qarşılıqlı mədəni
təsir prosesi həmin tarixi dövrün səciyyəvi
cəhəti olub.
İncəsəntdə regionun bütün
xalqları üçün
ümumi olan cəhətlər təşəkkül
tapıb. İslam
mədəniyyət tarixinin
önəmli mərkəzləri
olan IX və x əsrlər Bağdadı,
XII və XIII əsrlər
Qahirə və Qrenadası, XVI və XVIı əsrlər İstanbul və Dehlisi də fərqli mədəniyyət
və dünyagörüşlərinin,
təşkilatlarının və həyat biçimlərinin birlikdə,
yenidən, yeni keyfiyyətli sosial-siyasi, sosio-mədəni təşkilatlanma
və quruluşlanma sahələri (Lebensraum) olublar”.
Əli
Xalq Cəbhəsi.- 2016.- 20 aprel.-
S9.