“Son döyüş
əməliyyatları Azərbaycan ordusunun
həqiqətən nəyə qadir olduğunu göstərdi”
Dünyamalı İmaməliyev: “Düşünürəm
ki, sülh danışıqlarına gedilsə,
Azərbaycanın ərazi
bütövlüyünə, onun sərhədlərinə
toxunulacaq heç bir müqaviləyə imza atılmayacaq”
“Aprel ayının
əvvəllərində baş
verən döyüşlər
Azərbaycan əsgərinin
və xalqının ruhunu xeyli yüksəltdi. Etiraf etməliyik
ki, indiyə qədər, birinci Qarabağ müharibəsində
ərazilərimizin 20 faizini
itirmişik. Etiraf
etməliyik , birinci Qarabağ
müharibəsindən sonra
biz, məğlub durumdaydıq.
Həmişə də ermənilər
və onların havadarları bizim zəif olduğumuzu düşünür və
bu faktordan yararlanaraq maksimalist mövqedən çıxış
edirdilər. Daha ağır
formada, qəbuledilməz
şərtlər irəli
sürürdülər”. Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) ideoloji
və təbliğat məsələləri üzrə
katibi Dünyamalı İmaməliyev “Xalq Cəbhəsi”nə müsahibəsində
deyib.
-Ümumuiyyətlə, son əməliyyatlar
bizə nə verdi?
-Bu döyüş əməliyyatları
Azərbaycan ordusunun həqiqətən nəyə
qadir olduğunu göstərdi. Qısa müddət ərzində
baş verən döyüş atəşkəs
dövrü ərzində
xeyli iş görüldüyünü, strateji
hücum silahlarının
mövcud olduğunu, əsgəri qüvvəmizin
normal səviyyədə döyüş
aparmaq qabiliyyətini ortaya qoydu.
Digər tərəfdən Ermənistanın
bizim üzərimizdə
olan psixoloji üstünlüyünü aradan
qaldırdı. Yəni biz- istər əsgərimiz,
istərsə də xalqımız gördü
ki, ordu və xalq Ali Baş Komandanın bir əmri ilə
mütəşəkkil formada
torpaqlarımızı işğaldan
azad etməyə hazırdır. Eyni zamanda, beynəlxalq güclər, bölgədə
marağı olan dövlətlər bir daha şahidi oldular ki, Azərbaycan
xalqı torpağının
bir qarışından
belə vaz keçmək, güzəştə
getmək fikrindən uzaqdır və bu, danışıqlar mövzusu ola
bilməz. Digər tərəfdən faktiki olaraq taktiki strateji yüksəkliklər ələ
alındı. Artıq bir
sıra srarteji yüksəkliklər Azərbaycan
ordusunun nəzarəti
altındadır. Onu da vurğulamaq istəyirəm
ki, Azərbaycanın müasir silahları tam istifadə olnmadı.
Digər tərəfdən
çox az
sayda canlı qüvvədən istifadə
etməklə, texniki imkanlar hesabına əməliyyatların dəqiq
və effektli formada həyata keçirilməsi bizim ordumuzun gücündən
xəbər verir.
-Yəni hesab edirsiniz ki, bundan
sonra danışıqlar
prosesi fərqli formada davam edəcək?
Azərbaycan artıq diktə edən tərəf olacaq?...
-Açıq danışaq,
biz dəfələrlə öz
müzakirələrimizdə də bildirmişik ki, Dağlıq Qarabağ probleminin həllinin açarı Rusiyanın əlindədir.
Həmişə Ermənistan və
Rusiya tandem təşkil
edib və bir mövqedən çıxış ediblər.
Baxmayaraq
ki, Rusiya ATƏT-in
Minsk qrupunun üzvüdür
və tərəfsiz olmalıdır. Amma Rusiya
yüksək səviyyədə
dəfələrlə etiraf
edib ki, Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda
maraqları var və onu əldən
vermək istəmir.
Ona görə də Rusiya bu münaqişədən
daima yararlanmağa və ondan istifadə
etməyə çalışır.
Baxın,
indiki vəziyyətə
qədər olan ümumi hərbi siyasi vəziyyəti göstərsək həmişə
bu psixoloji üstünlük hesabına
ermənilər və
Ermənistan maksimalist
mövqedən çıxış
ediblər. Öz şərtlərini
Azərbaycana qəbul
etdirmək istəyiblər.
Sərhədlərin açılması,
Dağlıq Qarabağa
ən yüksək səviyyədə muxtariyyətin
verilməsi, referendum məsələsinin
yaxın 5 ildə keçirilməsinin təkid
edilməsi şərtlərini
Ermənistan tərəfi
danışıqlar zamanı
daimi olaraq amiranə şəkildə
irəli sürüblər.
Son proseslərdən sonra artıq erməni millətinin içərisində öz
dövlətinə, hakimiyyətinə
qarşı bir etimadsızlıq baş qaldırdı. Bunlar bir
məsələni anladılar
ki, Rusiyanın nerytrallığı vəziyyətində
Azərbaycan Dağlıq
Qarabağda və Ermənistanda daşı daş üstündə qoymamaq qabiliyyətinə malikdir. Artıq bu psixoloji amil sındırıldı
və ermənilər
özlərinin gücsüz
olmalarını qəbul
etmək məcburiyyətində
qaldılar. Ermənistan
hakimiyyəti ilə xalqı arasında bir çat yarandı.
Mitinqlər, hakimiyyətə qarşı
etirazlar başladı,
analar öz övladlarının başqa
dövlətin torpaqlarına-Azərbaycanın
Dağliq Qarabağ ərazisinə döyüşlərə
göndərilməsinə etirazlar edirlər. Bu döyüşlərdə ermənilər
çoxsaylı itkilər
verdilər və yaralılarının sayı
da qat-qat çoxdur. Bununla da onların
gözünün odu alındı. Bundan sonra
erməni siyasi elitası bəlkə hansısa manevr etmək istəyəcək.
Amma onların özləri də başa düşürlər ki, artıq psixoloji üstünlüyü əldən
veriblər.
-Son zamanlar mərhələli
həll variantı daha çox müzakirə olunur. Bəzi məlumatlara görə, 5+1 variantı
üzıərində iş
gedir. Bu variant Azərbaycanın maraqlarına
nə qədər uyğundur?
- Bilirsiniz ki, münaqişənin həlli
lə bağlı uzun illər müxtəlif variantlar ortaya qoyulub. 5, 5+1, 5+2 variantları, bundan sonra sülhməramlıların
yerləşldirilməsi, bufer
zonanın yaradılması
və digər variantlar barədə dəfələrlə danışılıb.
Bəzi məlumatlara görə, hazırda 5+1 variantı ilə bağlı söhbətlər gedir.
5 rayon qeyd-şərtsiz azad olunur, Dağlıq
Qarabağla Ermənistan
arasında bir dəhliz saxlanılması
şərti ilə Laçının 13 kəndi
boşaldılır və
sülhməramlılar bura
yerləşdirilir. Bundan sonra
isə Dağlıq Qarabağ məsələsinin
statusu daha sonrakı mərhələyə
saxlanırılır. Amma mən bir məsələni
vurğulamaq istəyirəm.
Biz aprelin əvvəllərindəki
döyüşlərlə sübut etdik ki, hərb yolu
ilə torqalarımızı
işğaldan azad etmək iqtidarındayıq
və bu yolla da torpalarımızı
azad edəcəyik.
Amma hər işin başlanğıcı sülhdən
keçir. Dövlət başçısı səviyyəsində
də bəyan edilib ki, sülh
danışıqlarına həmişə
hazırıq. Amma mən,
Prezident İlham Əliyevin əvvəllər
də, son zamanlar da ardıcıl olaraq çıxışlarını
izləmişəm. Prezident
dəfələrlə və
qətiyyətlə bəyan
edib ki, Azərbaycanın ərazi
bütövlüyü müzakirə
mövzusu ola
bilməz. Yəni Prezident tərəfindən
bununla bağlı iradə ortaya qoyulub ki, Azərbaycan
ərazisindən son erməni
əsgəri də çıxarılmaldıır. Bundan sonra danışqlara başlamaq, Dağlıq Qarabağın statusu məsələsinə baxmaq
olar. Prezident hətta Zəngəzurun
və Göyçənin
də Ermənistanda qalmasını qəbul etmədiyini dəfələrlə
dilə gətirib.
Yəni ötən əsrin əvvəllərində heçdən
Cumhuriyyət yaradan
ADR-in banilərinə də
İrəvanın güzəştə
gedilməsinə görə
iradını bildirib.
Hər bir vətəndaşımız kimi
mən də əminəm, ötən əsrin əvvəllərində
yenicə müstəqillik
qazanan, güclə ayaqda duran Azərbaycanın
verdiyi torpaqlara qıymayan bu günki güclü və qüdrətli Azərbaycanın lideri İlham Əliyev heç bir zaman Dağlıq Qarabağı güzəştə
getməz və bununla bağlı hər hansı bir sənədə imza atmaz. Bu,
həm də Prezident İlham Əliyevin özünün
xarakterindən irəli
gələn məsələdir.
Sülhməramlılara gəlincə, bu
missiyanın Rusiya ordusu tərəfindən həyata keçirilməsinin
qəti əleyhinəyəm.
Düşünürəm ki, bizim partiyamız da buna razı deyil. Beynəlxalq qüvvələr orada yerləşdiirlə
bilər. Bu da o şərtlə mümkün
ola bilər
ki, sülh imzalanan zaman sülhməramlıların orada
konkret olaraq qalma müddəti qeyd olunsun. Müvəqqəti olaraq Dağlıq Qarabağla bağlı dəhliz məsələsindən
söhbət gedirsə,
o zaman Ermənistan tərəfindən blokadada
olan Naxçıvana da əzəli Azərbaycan torpaqları olan Mehridən dəhliz verilməlidir.
Ola bilməz ki,
bu məsələ bir tərəfə şamil olunsun, digər tərəfə yox. Ona görə də
düşünürəm ki, sülh danışıqlarına
gedilsə, Azərbaycanın
ərazi bütövlüyünə,
onun sərhədlərinə
toxunulacaq heç bir müqaviləyə imza atılmayacaq...Düzdür, müəyyən
təzyiqlər olacaq,
bu gözlənilir.
Amma bu ümummilli
məsələ olduğundan
xalq və iqtidar birliyi buna qarşı olacaq...
Əli
Xalq Cəbhəsi.- 2016.- 20 aprel.- S.6.