İslam dünyasının iki türk imperatorluğu arasında qərb-şərq bölümünə ayrılması təkcə islamın deyil...”

 

Yasəmən Qaraqoyunlu: “Müsəlman türk dünyasının gələcəyinin mədəniyyət strategiyasının müəyyənləşməsində böyük rol oynayıb

 

İslam kosmopolitizmi orta əsrlər Azərbaycan mədəniyyətinin spesifik xarakterinin, xüsusiyyətlərinin yaranmasında ümumitürk, ümumislan mədəniyyəti içində özünəməxsus status cizgilərin formalaşmasında rol oynayan faktor kimi Azərbaycan mədəniyyətinin inkişaf istiqamətlərinin ideya qaynağı olmuşdur.İslam şərq xalqlarını bir vahid kimi birləşdirib mədəni-tarixi hadisə idi. İslam hüququ xilafətə daxil olan bütün xalqlar üçün həyat fəaliyyət normasına çevrilmişdi. Bu dövrdə Bütün ölkələr üçün vahid olan müsəlman maarif sistemi qərarlaşmışdı. Xilafət tərkibində olan xalqların qarşılıqlı mədəni təsir prosesi həmin tarixi dövrün səciyyəvi cəhəti olub. İncəsəntdə regionun bütün xalqları üçün ümumi olan cəhətlər təşəkkül tapıb. İslam mədəniyyət tarixinin önəmli mərkəzləri olan IX x əsrlər Bağdadı, XII XIII əsrlər Qahirə Qrenadası, XVI XVIı əsrlər İstanbul Dehlisi fərqli mədəniyyət dünyagörüşlərinin, təşkilatlarının həyat biçimlərinin birlikdə, yenidən, yeni keyfiyyətli sosial-siyasi, sosio-mədəni təşkilatlanma quruluşlanma sahələri (Lebensraum) olublar”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi işçisi Yasəmən Qaraqoyunlu deyib. O, bildirib ki, Hz. Ömər dönəmində qısa bir dövr ərzində gercəkləştirilən Misir, Mesopotamiya, Harran İran mədəniyyət hövzələrini bütünləşdirən fövqəladə sürətli siyasi yayılma gətirdiyi üzləşmələr nəticələri etibarilə Böyük İsgəndərin hərbi yayılmasına bənzəməkdədir: “İslam mədəniyyətinin təməl fərqi bu yayılmanın dinamik gücü olan dünyagöruşunun Böyük İsgəndər dönəmindən fərqli olaraq birləşdirici gücə ortaq universal dəyər olma qabiliyyətinə yüksək bir infrastruktura inanc sisteminə söykənmiş olmasıdır. Bu səbəbdən İslam mədəniyyətinin siyasi yayılması əsnasında yalnız yerli mədəniyyət hövzələri bir-biriləriylə tanış olmayıb, eyni zamanda siyasi yayılmanın mərkəzindəki mədəniyyət dünyagörüş hər bir yerli mədəniyyət hövzəsi ilə üzləşmə ehtiyacı içine girib. Fiqh, kəlam, hədis, təfsir kimi klassik İslami elmlərin ortaya çıxışı, İslam fəlsəfəsi, riyaziyyatı, coğrafiyası, tibbi kimi daha öncəki dəyişik sistematik bilgi sistemlərinin yeni bir əsasa,sistemə oturdulması da bu ehtiyacdan doğulub. Bu çoxyönlü qarşılıqlı təsirlənmənin gətirdiyi güclu təcrübə, İslam mədəniyyətini, Böyük İsgəndərin qısa dönəmli sinkretik təsirinin əksinə, əsrlər surən fərqli biçimlərdə eyni mahiyyəti özünəməxsuslgu davam etdirə bilmə qabiliyyəti qazanan bir xüsusiyyətə büründürüb. Bu qarşılıqlı təsirlənmələr, bir tərəfdən birləşdirici gücü yüksək bir dünya görüşündən qaynaqlanan güclü bir mədəniyyət biçimini meydana gətirərkən, digər tərəfdən siyasi hakimiyyət altına alınan sahələrdəki fərqli mədəniyyət təcrübələrinin özlərini yenidən yarada biləcəkləri, təşkil edə biləcəkləri xüsusiyyətini mühafizə edib”. Onun sözlərinə görə, İslam mədəniyyətinin bu içselleştirebilme xüsusiyyəti Toynbe tərəfindən "ümumbəşəri İslami dövlət", Goitein tərəfindən da "ortacağ dini demokratiyası" olaraq adlandırılı: “İslam mədəniyyətinin bu özünəməxsusluğu səbəbindən tarixdə ilk dəfə qapalı mədəniyyət hövzələri uzun müddətli siyasi patronajlarla(mərkəzlərlə)-qarşılıqlı şəkildə çulğaşmışlar Böyük İsgəndər zamanında baş vermiş qısa dönəmli tanışlığa söykənən bəsit "qloballaşma", uzun dönəmli qarşılıqlı təsirə söykənən kompleks dinamik bir "qloballaşma"ya çevrilib. İslam mədəniyyətinin gerçəkləştirdiyi uzun müddətli qarşılıqlı təsir nəticəsində, İpək yolu ilə iqtisadi istehsal istehlak qəlibləri-dəyərləri, Buxaradan Qahirəyə, Dehlidən Qüdsə, İstanbuldan Qrenadaya kimi müxtəlif mədəniyyət mərkəzlərinə yayılan şəhərçilik modeli vasitəsilə fərqli həyat tərzləri, ortaq nəzəri linqivistik vasitələr ilə fərqli düşüncə elmi məhsullar, məşhur təsəvvüf məktəbləri ilə fərqli mistik metafizik ünsürlər, yer kürəsinin ənənəvi qurşağında böyük əhatəli qarşılıqlı təsir sahəsini ortaya cıxarıb”. Bütün bunlar XIV əsrdəŞərqi Afrikadan Malakkaya qədər uzanan Hind Okeanının bir İslam ticarət hövzəsi mədəni qarşılıqlı təsir sahəsi halına gəlməsinə səbəb olub.

Azərbaycan ərəblər tərəfindən VIII əsrin əvvəllərindən ərəb işğalçılarının ictimai-siyasi iqtisadi-maliyyə sisteminə daxil edildikdən sonramüsəlman mədəniyyətiadlanan sistemin tərkib hissəsi hesab olunub. Bu inkişaf xüsusiyyətini M.Ə.Rəsulzadə belə xarakterizə edib: “Azərbaycanlılar milliyət etibarı ilə türk, din etibarı ilə islam, mədəniyyəti-əsasiyyət etibarilə şərqlidirlər”. Azərbaycan islam arealına daxil olduqdan sonra ümuminternasional islam ümməti ideologiyası əsasında bərqərar olan İslam mədəniyyətinin formalaşmasında aktiv iştirak edib. X əsrdən etibarən İslam dünyasının idarəedici elitası türklər olublar 1300-1700-cü illəri əhatə edən 400 illik bir dönəmdə İslam imperiyasını Macarıstandan İndoneziyaya qədər genişləndiriblər”. O, deyib ki, bu dövrdə İslam dünyası İdarəedici elitasi türk olmaqla iki hissəyəmədəniyyətin dili ərəb dili olan, Osmanlı imperatorluğunun rəhbərlik etdiyi qərb bölümünə, mədəniyyətin dili ərəbcənin yanında farsca olan Səfəvilərin rəhbərlik etdiyi Şərq bölümünə ayrılıb: “İslam dünyasının iki türk imperatorluğu arasında qərb-şərq bölümünə ayrılması təkcə islamın deyil, müsəlman türk dünyasının gələcəyinin mədəniyyət strategiyasının müəyyənləşməsində böyük rol oynayıb.

Bu dövrdə Azərbaycan mədəniyyətinin xarakterinə təsir göstərəcək proses ondan ibarətdir ki, Azərbaycan Səfəvi dövlətinin ümumislam dini içərisində şiəlik məzhəbini qəbul etməsi şiəlik ideyalarının, fəlsəfəsinin Azərbaycan mədəniyyətinin ideal qayəsinə təsir etməsi, şiəlik məzhəbi içində türk-fars mədəniyyətlərinin uzlaşması, Azərbaycan mədəniyyətinin zaman-zaman iranlılaşması, Azərbaycan dövlətinin iran dövləti xarakterini qazanması ilə nəticələnib.

Rusiya işgalı dövründəki Azərbaycan mədəniyyəti Orta Şərq Anadolu Türk kimliyindən qoparılmasına,Türküstan (Mərkəzi Asiya-Şərq türklüyü) Anadolu (Qərb Türklüyü), Volqa-Ural (Şimal türklüyü), İran İraq türkləri arasında etnik, cografik mədəni bütünləşdirici roluna (qızıl körpü )son verilməsinə rəgmən, sosio-mədəni həyatın bütün sahələrində ruslaşdırma siyasətinə məruz qaldıgına baxmayaraq, millətləşmə çagdaşlaşma prosesinə qədəm qoymuşdur. I.Pyotr dövründə mənimsənmiş Türk-Mogol iyerarxiyasının hakim oldugu feodal”ənənəvi Slavyan kimliyiyerinə, sənayeləşmiş, kapitalistAvropalı Rus kimliyi”düşüncəsinin qəbulu, “Avropa Periferiyasında Rusiyaformalaşdırmaq siyasəti Qərbi Avropa mədəniyyətinin dəyərlərinin Rusiyanın Müstəmləkələrinə ucqarlarına da yayılmasına səbəb olub. Xüsusilə Bakının bir “petrol cənnəti”olaraq parlaması bölgədəki ənənəvi sosyal,mədəni ictimai münasibətlərin dagılmasına yeni kapitalist cəmiyyət anlayışının dogulmasına səbəb olmuşdur”. Dinə əsaslanan millətçilik yerinə, Cografiya irqə əsaslanan millət anlayışının qəbulu yeni sosial, mədəni fikir hərəkətlərinə yol açıb, yeni sosial-siyasi mədəni təşkilatlanma hərəkatlarının dogmasına səbəb olub”. Onun sözlərinə görə, maarifçilik hərəkatı kimi tanınan bu mədəni- xalqçı hərəkat Fransa inqilabından sonra bütün Avropada sürətlə yayılan Sekulyarizm, Sientizm, Humanizm, Demokratiya, Millətçilik, İnsan azadlıgı kimi hərəkatlarla yanaşı, Rusiyadakı Dekabristlər hərəkatından da ideya qaynagı kimi bıhrələnməkdə idi: “Bu mədəni,sosial siyasi fikir hərəkatları Azərbaycanda ənənəvi mədrəsə təhsilinin yeni avropa üsullu təhsillə əvəz olunmasına, məktəblərin mətbuatn, teatrın, həmkarlar təşkilatlarının, xeyriyyə cəmiyyətlərinin, kitab xanaların, yeni janrlı ədəbiyyatın, siyasi partiyaların, ideoloji-siyasi, mədəni fikir hərəkatlarının dogulmasına səbəb olub. XIX əsrdəki bu sosio-mədəni dəyişiklik inkişaf, tayfa, sülalə, xanədan idarəetmə sisteminə əsaslanan imperatorluq dövlət modelinin XX əsrdə demokratik respublika, millət dövləti modeli ilə əvəzlənməsinə səbəb oldu.

Müasir Azərbaycan mədəniyyəti Azərbaycan rus imperiyasının tərkibinə qatıldıqdan sonra Rusiyanın timsalında Avropa mədəniyyətinin, İranın timsalında şərq-islam mədəniyyətinin təsiri ilə Şərq-qərb mədəniyyətlərinin sintezindən doğan yeni mədəniyyətdir. Bu mədəniyyət universalizmlə yerli identik xüsusiyyətlərin məcmusudur”.

 

Əli

Xalq Cəbhəsi.- 2016.- 21 aprel.- S.9.