Sərin apreldə
qızmar dekada
Artıq bir neçə gündür ki, tərəflər
arasında döyüş əməliyyatlarının
dayandırılması barədə razılığa
baxmayaraq, hələ də düşmən tərəfi
informasiya hücumlarını dayandırmır. Erməni, eləcə
də ermənipərəst mətbuatda bu dörd gün ərzində
baş verənlərin müxtəlif aspektlərdən “təhlil”
edilməsinə nail olmaq və bunun sayəsində
şişirdilmiş faktların arxasında
uğursuzluqlarını ört-basdır etmək
üçün qarşı tərəf dəridən-qabıqdan
çıxır. Real baş verənləri,
hətta xəyal etdikləri hadisələri belə ermənilər
ağlasığmaz dərəcədə şişirtməklə
məşğuldurlar. Tarix boyu proseslərin,
hadisələrin təsvirində “ağ etmək”, slavyanlar
demişkən “pereqibat palku” məsələləri çox
olub. Amma ermənilərin “ağ etməsi"nin
tayı bərabəri yoxdur. Onlar əyrilərlə
kifayətlənməyiblər, o qədər əyiblər ki,
halqalar düzəldiblər. Bu dəfə
də eyni ssenaridir. Lakin hansı tərəfdən
baxsaq erməni tərəfinin bu növ çabalamaları
anlaşılandır. Çünki atəşkəs
elan ediləndən keçən dövr ərzində ermənilər
ilk dəfə törətdikləri təxribata görə
layiq olduqları cavabı aldılar. Onlar
bir daha özlərinin mənəvi, döyüş ruhu,
fiziki, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq,
hətta demək olar ki, siyasi baxımdan belə bu prosesdə
gerilədiklərini, uduzduqlarını, məğlub
olduqlarını anladılar. Çünki
nə etsən də, düz həmişə əyri xətləri
kəsib keçir.
Azərbaycan tərəfinin erməni təxribatlarının
nəticəsi olaraq cavab zərbələri endirməyə
başladığı günün sabahı, yəni
döyüşlərin ikinci günü, bütün
dünya dövlətlərinə ermənilərin
yalvarışları dediklərimizə ən əsas
sübutdur. Ermənistan bir daha qoyun dərisi geyinmiş canavar
olduğunu, ancaq xainliklə, ikiüzlülüklə
mübarizə apara bildiyini tam çılpaqlığı ilə
bir daha göstərdi. Döyüş
meydanında çaqqal taktikası ilə hərəkət edən
ermənilərin, informasiya mübarizəsində əl
atdıqları çirkin əməlləri müqayisədə
toya getməlidir desək lap yerinə düşər. Sadəcə olaraq təkcə döyüş
meydanında qalan hərbi qulluqçuların meyitlərindən
və ailə üzvlərini itirmiş insanların faciəsindən
də şou düzəldərək çirkin niyyətlərinə
alət etmələrini deməklə erməni xislətinin sərhədsizliyini
asan sübut etmək mümkündür.
Başqa nüansları, yəni televiziyada, sosial şəbəkələrdə,
mətbuatda, qəzetlərdə və internet saytlarında
düzüb qoşduqları qurama, saxta süjetləri
sadalamağa belə ehtiyac yoxdur. Son günlərdə
ermənilərin apardığı müzakirələri izlərkən
diqqət çəkən bir neçə məqamı
sadalamaq istərdim.
Ermənilər özlərinin cinayət və
işğalçılıq əməllərini
ört-basdır etmək üçün sivil dünya
ictimaiyyətini aldatmaqdan, saxta, ucuz şou xarakterli materiallardan
istifadə etməkdən çəkinmirlər. Hər cür
saxtakarlıqlara əl atan ermənilər yenə də
yazıq donuna girərək ictimaiyyəti və beynəlxalq
qurumları çaşdırmaq və diqqəti yanlış
istiqamətə yönəltmək işi ilə məşğuldurlar.
Amma döyüş meydanında olduğu kimi,
bu istiqamətdə də artıq uğursuzluğa
düçar olduqlarını anlamağa başlayırlar.
Artıq dünya onların təqdim etdiyi saxtalıqlardan cana gəlib və yalanlara əvvəlki kimi
inanmır.
İkinci məqam, ermənilərin çoxsaylı itkilər
verdiyi və bu səbəbdən də həddən artıq
şişirtdikləri hadisələrdir. Gündə
yüz dəfə “qələbə əzmli” artsax ordusundan
danışan erməni oyunbazlığını sübut etmək
üçün cəmi bir cümləlik fikir qeyd etmək
yerinə düşər. Əgər bu
döyüşlərdə ancaq Dağlıq Qarabağda məskunlaşan
separatçı rejimin quldur dəstələri “qəhrəmancasına”
vuruşurdusa, niyə həlak olanların 90 faizdən
çoxu Ermənistan silahlı qüvvələrinə məxsusdur
və onların dəfn mərasimləri Ermənistanın
şəhər və rayonlarında təşkil olunur?! Bir
rus atalar misalı var: “Arsızlıq ikinci
xosbəxtlikdir”. Amma
abırsızlığın erməni variantına dəfələrlə
olduğu kimi, bu hadisələr zamanı da bir daha şahid
olduq. Hadisələr baş verən
günlər erməni analar övladlarının başqa
ölkə ərazisində və çox erməninin də hələ
başa düşə bilmədiyi davada niyə ölməsinin
hesabını tələb edəndə Ermənistanın kriminal
hərbi-siyasi rejimi siyasətdə görünməmiş
daha bir ədabazlığa, ikiüzlülüyə imza
atdı. Qoşunların təmas xəttində
vuruşanların, döyüş texnikasının 80-90
faizinin Ermənistan Respublikasına aid olduğu halda onlar
“şanlı Artsaxla qarşılıqlı hərbi yardım
barədə müqavilə” hazırlandığı
haqqında utanmadan danışmağa başladılar.
Bundan əlavə,
erməni hərbi rəhbərliyinin
bacarıqsızlığı, səriştəsizliyi,
qoşunların idarəsizliyi ucbatından məruz
qaldıqları çoxsaylı itkilərə haqq
qazandırmaq üçün Azərbaycan tərəfinin əks-həmlə
əməliyyatlarında istifadə etdikləri qüvvələri
o qədər şişirdirlər ki, az
qalır sovet qoşunlarının Stalinqrad uğrunda
döyüşlərinə çatsın. Amma
ermənilər bir gün utanmadan bu “qələbələrini”
“Pirr qələbəsi” ilə müqayisə etsələr təəccüblənmərik.
Utanmasan oynamağa nə var ki? Ermənidə isə utanan üz yoxdur. Amma ağ edəndə, şişirdəndə də
gərək ölçü, sərhəd biləsən. Şişirtmələrə ermənilərin
başı elə çox qarışıb ki,
şişirtdiklərinin sabun köpüyü kimi hər dəfə
partlayıb yoxa çıxdığının fərqinə
varmağı belə unudurlar. Buna da
eyforiya deyirlər.
Daha bir məqam
isə, bir çox erməni politoloqun da dilindən səsləndirilən
məsələdir: “Ermənilər bu hadisələrdən dərs
almalı və nəticə çıxarmalıdırlar”. Bəli, sözün əsl mənasında ermənilər
dərslərini aldılar və nəticə çıxarmalıdırlar.
Əgər yenə də dərs almaq istəmirlərsə,
daha böyük ölümlərlə, itkilərlə,
sarsıdıcı zərbələrlə rastlaşmaq istəmirlərsə,
Ali Baş Komandanımızın dediyi kimi, tezliklə Azərbaycan
torpaqlarını tərk edib getsinlər. Çünki
xalqımızın səbri artıq tükənib!
Bəli, ermənilər dərs aldılar. Bizim isə əldə
etdiklərimiz nə oldu? Bunlar nədən
ibarətdir? Sərin aprelin qızmar dekadasında ilk
dörd gün ərzində baş verənlər bizə nəyi
verdi və biz nəyi əldə etdik, nələri
qazandıq?
İlk
növbədə, son hadisələr Ali Baş Komandanın,
dövlətimizin, hökumətimizin Silahlı Qüvvələrə
göstərdiyi diqqət və qayğının hədər
getmədiyinin və xalqımızın, Vətənimizin
Ordumuza etimadının əbəs olmadığının,
Ordumuzu sevməkdə yanılmadığımızın bir
daha şahidi olduq.
Döyüş əməliyyatları zamanı hərbi
kollektivlərdə zabitlər, gizirlər, əsgərlər
arasında münasibətlərin yüksək səviyyədə,
həqiqi dostluq, döyüş yoldaşlığı,
qardaşlıq, bir ailə qədər səmimi, mehriban
olduğunu gördük. Əsgəri qorumaq üçün
komandirlər, zabit heyəti döyüşə birinci
atılıb, irəlidə gedərək gəncləri
öz arxası ilə aparıblar. Bu amil
komandirlərlə əsgərlər arasında
qarşılıqlı münasibətlərin inam üzərində
qurulmasıyla qələbəmizin əsasını qoyub.
Ümumilikdə döyüşlərdə iştirak edən
hərbi qulluqçularımızın davranışı
göstərib ki, bizim əsgər düşməndən bir
baş üstündür. Onun igidliyi, qəhrəmanlığı,
şücaəti sərhədsizdir. O, sübut etdi ki, nəinki
torpaqlarımızı son damla qanınadək müdafiə
etməyə, hətta hər an əmrə hazır olaraq irəli
atılmağa, düşməni əzib keçməyə,
onun müdafiə xəttini yararaq dərinliyə irəliləməyə,
qələbə çalmağa və ərazi
bütövlüyümüzü təmin etməyə
qadirdir.
Döyüşlərdən çıxarılan daha bir
və bəlkə də ən vacib nəticə bu dörd
gün ərzində bir nəfər də olsun hərbi
qulluqçunun döyüş mövqeyini, döyüş
meydanını özbaşına tərk etməməsi,
silahı son ana qədər yerə qoymaması oldu. Bu meydandan
yalnız şəhidlər və yaralılar
çıxarıldı. Hətta bəziləri
yaralı olduğu halda belə, döyüşü tərk
etmək istəmirdi. Unutmayaq ki, Birinci
Qarabağ savaşı zamanı döyüş mövqelərini
və səngərləri tərk edib qaçanların
sayı yetərincə idi. Bu dörd
gündə isə Azərbaycan əsgərinin ancaq irəli
yürüməsinin, düşmən üzərində həm
fiziki, həm də mənəvi baxımdan qələbə
çalmasının şahidi olduq. Bunun nə
üçün belə olmasının iki amillə izah etmək
mümkündür. Birincisi, müstəqilliyimiz
illərində orta və yaşlı nəsillərdən fərqli
olaraq gəncliyimiz daha çox Azərbaycana sevgi, düşmənə
qarşı isə hədsiz nifrət hissi ilə tərbiyə
olunmasıdır. Qarabağı canlı deyil, yalnız
virtual olaraq görən, hiss edən bugünkü gənclər
onun həqiqətən Azərbaycanın ayrılmaz hissəsi
qalması üçün canından keçməyə
hazır olduqlarını bir daha sözdə deyil əməldə
isbat etdilər.
Son dövrələr alınmış yeni müasir
silahların tətbiqi zamanı şəxsi heyətin onlardan
istifadə bacarığını, silahların zərbə
gücünü, effektivliyini sınamış olduq. Silahın zəhminin
əsgərlərimizi sarsıtmadığını, əksinə
onların bacarıqları sayəsində həmin
silahların düşmən üçün daha da qorxunc
olduğunu seyr etdik. Elə bunun nəticəsidir
ki, düşmən tərəfi yalnız iki gün sonra, o da
beynəlxalq qurumların və digər dövlətlərin təkidli
xahişləri sayəsində yaranmış sakitlikdən,
özündə ermənilərə xas xaincəsinə
istifadə edərək cavab verə bildilər. Bölmələrimizin artilleriyadan, raket zərbələrindən
bacarıqla istifadə etmələri, PUA-ların köməyi
ilə müəyyən edilmiş koordinatlar əsasında
düşmən mövqelərinə endirdiyi dəqiq zərbələri
nəticəsində düşmən itkiləri nəinki erməni
ordusunda, Qarabağda, hətta Ermənistanda vahimə
yaşamalarına və dünyaya əməliyyatların
dayandırılması barədə yalvarışlarına səbəb
oldu.
Bundan əlavə, dörd gün ərzində hərbi
qulluqçularımızın səmərələşdirici
təklifləri əsasında həyata keçirilən
yeniliklərin döyüşlərdə tətbiqi
imkanlarını və effektivliyini də sınaqdan
çıxarmaq, yoxlamaq imkanı əldə etdik. Həmçinin
döyüşdə iştirak edən rəhbər heyətin,
zabitlərin, komandirlərin peşəkarlığı, idarəetmə
qabiliyyəti, başqa birləşmələrlə
uzlaşmada əlaqəli fəaliyyətini praktiki izlədik,
təhlil etdik. Tətbiq edilən yeniliklərin,
aparılan islahatların artıq müsbət bəhrə
verdiyini bir daha gördük.
Döyüş
təchizatının durmadan təmin olunması,
ehtiyatların vaxtında çatdırılması, qoşun
xidmətinin düzgün qurulması, fasiləsiz rabitə, kəşfiyyatın
və radiolektron mübarizənin uğurlu icrası, tibbi xidmətin
yüksək səviyyəsi, yerli icra orqanları və
ictimaiyyətlə əlaqələrin səmərəli təşkili
bu əməliyyatlarda Ordumuzun qələbə əzmini,
inamını qat-qat artırdı, Ordumuzun uğur
qazanacağına heç bir şübhə
olmadığını hamıya bir daha göstərdi. Ordumuz bu əməliyyatlarda inam, etibar sahibi,
sözündə və əməlində vəhdətin
olduğunu sübut etdi, döyüş təcrübəsi
qazandı, öz qüdrətinə daha da əmin olaraq irəli
atıldı.
Cəbhəyanı kəndlərdə yaşayan əhali
bir daha əmin oldu, inandı ki, artıq onları qoruyan,
onların təhlükəsizliyini təmin etməyə qadir
bir güclü qüvvə - Ordumuz var.
Bundan əlavə,
şəhidlərin dəfni zamanı onlara nümayiş
etdirilən hörmət, ehtiram, diqqət, qayğı,
münasibət, vətənpərvərlik hissləri ilə
dolu sərgilənən coşqu böyük bir uğurdan xəbər
verdi. Ölkədə hər
kəsin Silahlı Qüvvələrimizlə fəxr etdiyinin,
Azərbaycan Ordusuna minnətdar olduğunun da bir daha şahidi
olduq. Bu dörd gün davam edən proseslər
döyüş ruhumuzun ölməzliyini
açıq-aşkar nümayiş etdirdi, hərbi-vətənpərvərlik
hisslərinin inkişafına böyük təkan verdi.
Sonda əldə etdiyimiz daha bir uğurdan danışmaq
istərdim. Rəsmi açıqlamalardan da
göründüyü kimi, Ordumuzun qarşısına qoyulan
tapşırıq cəbhəboyu zonda ermənilərin
yasayış məntəqələrimizi və dinc sakinlərimizi
atəşə tutmasına cavab vermək, ətrafda olan vacib
yüksəklikləri azad etmək, qoruyub saxlamaq, mökəmlənmək
və əhalinin təhlükəsizliyini təmin etmək
idi. Dəfələrlə bəyan
edilmişdi ki, düşmən bu cür çirkin əməllərindən
əl çəkməsə, ona layiq olduğu dərs veriləcək.
Ordumuz qarşıya qoyulan bu
tapşırığı uğurla yerinə yetirdi və erməni
tərəfinə layiq olduqları dərsi verildi.
İsa
İsmayılov
Hərbi jurnalist
Xalq Cəbhəsi.- 2016.- 22 aprel.-
S.5.