“Həmsədrlərin hesabat verməsi
gözlənilir”
Səfir:
“ATƏT-də üstüörtülü qəbul edirlər
ki, işğal nəticəsində yaranmış “status kvo”
atəşkəsin pozulmasının əsas səbəbidir”
Azərbaycanın
Avstriyadakı səfiri,ATƏT yanında
Daimi Nümayəndəliyinin rəhbəri Qalib İsrailovun
APA-ya müsahibəsini oxucularımıza təqdim edirik
-
Dağlıq Qarabağda, qoşunların təmas xəttində
baş verən son hadisələrə ATƏT-in
reaksiyasının necə qiymətləndirirsiniz?
- Cəbhədə
son hadisələrlə bağlı aprelin 2-də ATƏT-in fəaliyyətdə
olan sədri və Minsk Qrupunun həmsədrləri bəyanatlarla
çıxış edərək, münaqişə
zonasında atəşkəs rejiminin pozulmasını pislədilər,
baş vermiş çoxsaylı insan tələfatları ilə
bağlı dərin təəssüflərini bildirdilər və
tərəfləri dərhal sülh
danışıqlarını bərpa etməyə
çağırdılar. Münaqişə
zonasındakı vəziyyəti vəATƏT Minsk Qrupunun vasitəçilik
səylərini müzakirə etmək üçün Vyanada
Almaniya sədrliyinin təşəbbüsü ilə aprelin
5-də ATƏT-in Daimi Şurasının xüsusi iclası
keçirildi. Almaniya Xarici İşlər
Nazirliyi münaqişənin siyasi yol ilə həllini sürətləndirmək
üçün ATƏT-də mövcud olan bütün vasitə
və mexanizmlərindən istifadə etmək niyyətini
açıqladı. Nəhayət, Almaniyanın xarici
işlər naziri Ştaynmayer Berlində rəsmi səfərdə
olan Ermənistan prezidenti Serj Sarkisyana bildirdi ki, “status kvo”nu
saxlamaqda maraqlı olan tərəf atəşkəsin mütəmadi
pozulması riski ilə üzləşəcək. Bununla əlaqədar, 2 apreldən bəri keçən
müddət ərzində ATƏT rəsmiləri tərəfindən
verilmiş bəyanatları cəbhədə və
danışıqlar prosesində yaranmış vəziyyətə
adekvat və ciddi siyasi mesajlar hesab etmək olar. ATƏT rəsmiləri üstüörtülü qəbul
edirlər ki, Azərbaycan ərazilərinin hərbi
işğalı nəticəsində yaranmış “status
kvo” atəşkəsin pozulmasının əsas səbəbidir.
Azərbaycanın ən yüksək səviyyədə
dəfələrlə bəyan etdiyi mövqeyi - Ermənistan
silahlı qüvvələrinin Azərbaycan ərazilərində
qeyri-qanuni mövcudluğu münaqişənin sülh yolu ilə
həlli üçün əsas maneədir – özünü
doğruldub. Bununla əlaqədar
hal-hazırda ATƏT qarşısında duran əsas vəzifəni
effektiv danışıqların sürətləndirilməsi
ilə yanaşı, münaqişənin mərhələli
və davamlı həlli üçün Ermənistan hərbi
qoşunlarının Azərbaycanın bütün
işğal olunmuş ərazilərindən
çıxarılmasında görürük. Belə bir vəzifə Minsk Qrupu həmsədrlərinin
1994-cü ildə ATƏT-in Budapeşt sammitinin qərarı
ilə təsdiq edilmiş mandatına və BMT Təhlükəsizlik
Şurasının məlum dörd qətnaməsinin tələblərinə
uyğundur.
- Həmin
hadisələrlə bağlı real həqiqətləri
çatdırmaq üçün səfirlik işini hansı
formada qurmuşdu?
- Ermənistan-Azərbaycan
münaqişəsi ilə bağlı həqiqətlərin
beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılması, Ermənistanın
işğalçı siyasətinin ifşa edilməsi və
münaqişənin BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələri və digər
beynəlxalq təşkilatların qəbul etdikləri
çoxsaylı qərar və sənədlər əsasında
Azərbaycan Respublikasının ərazi
bütövlüyü çərçivəsində həlli
ölkəmizin xarici siyasətinin əsas prioritetidir. Səfirlik bundan irəli gələrək müntəzəm
şəkildə həm Vyanada yerləşən beynəlxalq
təşkilatlarda rəsmi qaydada, həm də akkreditə
olunduğu ölkələrin ictimai dairələrində
münaqişənin əsil mahiyyəti barəsində məlumatlılığın
artırılması üçün ardıcıl
addımlar atır.
Cəbhə
xəttində baş verən son hadisələrlə
bağlı olaraq da səfirlik tərəfindən təcili və
təxirəsalınmaz tədbirlər görülüb, Azərbaycan
Respublikasının münaqişənin həlli ilə
bağlı mövqeyi, Ermənistanın cəbhə xəttində
təxribatları və bu kontekstdə mülki əhali və
obyektləri hədəf alması, beynəlxalq humanitar
hüququn normalarını kobud şəkildə pozması ilə
bağlı faktlarATƏT və onun iştirakçı
dövlətlərinin diqqətinə
çatdırılıb. Eyni zamanda, baş verən
hadisələrlə bağlı ictimaiyyətin məlumatlandırılması
məqsədilə akkreditə olunduğumuz ölkələrin
kütləvi informasiya vasitələrinə müsahibələr
verilib, nüfuzlu beyin mərkəzlərində tədbirlər
keçirilib, əsil həqiqətlər geniş ictimaiyyətin
diqqətinə çatdırılıb. Bu
kontekstdə bir faktı xüsusilə vurğulamaq istərdim
ki, Azərbaycan tərəfi münaqişə ilə
bağlı Vyanada təşkil edilmiş açıq ictimai
müzakirələrdə və birgə brifinqlərdə
iştirak barədə dəvətləri qəbul edib və
son hadisələrlə bağlı dialoq və müzakirələrin
aparılmasından çəkinməyib. Təəssüf
ki, Ermənistanın Vyanadakı səfiri tutarlı arqumentlərin
olmadığı səbəbindən ictimai müzakirələrdən
boyun qaçırır. Bu isə Ermənistanın
danışıqlarda qeyri-konstruktiv mövqe tutmasının və
münaqişənin həllində deyil, onun
uzadılmasında maraqlı olmasının daha bir təzahürüdür.
-
ATƏT-də son hadisələrlə bağlı Minsk Qrupunun
geniş formatda, daha sonra Daimi Şurada görüşlər
təşkil edildi. Bu görüşlərdə
aparılan müzakirələr, qrupa daxil olan ölkələrin
mövqeyi Sizi qane etdimi? Yaxın gələcəkdə
hansısa formatda görüşün olması gözlənilirmi?
- Cəbhə
xəttində vəziyyətin kəskinləşməsi
ATƏT-in diqqət mərkəzində olmuş və məsələ
ilə bağlı qeyd etdiyiniz kimi, bir sıra
görüşlər keçirilmişdi. 5
aprelATƏT Minsk Qrupunun Vyanadakı iclası isə
münaqişə tərəflərinin, yəni Azərbaycanın
və Ermənistanın iştirakı olmadan keçirilmişdi.
Bununla
bağlı vurğulamaq istərdim ki, ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan
münaqişəsinin həlli ilə bağlı mandatı
olan yeganə vasitəçi qurumdur və bu mandat BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələrinə əsaslanır.
Təəssüf ki, münaqişənin 20 ildən artıq
müddətdə həll edilməmiş qalması Ermənistanın
təcavüzkar siyasəti ilə yanaşı, həm dəATƏT-in
Minsk Qrupu həmsədrlərin fəaliyyətinin qənaətbəxş
olmadığının göstəricisidir. Azərbaycan tərəfinin
prinsipial mövqeyi bundan ibarətdir ki,ATƏT-in
Minsk Qrupu münaqişənin sülh yolu həllinə nail
olmağa imkan verən bir formatdır. Minsk
Qrupunda münaqişənin həllinə müsbət
töhfə verə biləcək nüfuz və təsirə
malik dövlətlər təmsil olunur. Bu
baxımdan, Azərbaycan Minsk Qrupunun tam tərkibdə fəaliyyətini
yenidən bərpa etməsini və münaqişənin həllinə
töhfə vermək iqtidarında və niyyətində olan
üzv dövlətləri öz səylərini intensivləşdirməsini
vacib hesab edir. Bu xüsusda, Azərbaycan
münaqişənin həllində ATƏT və onun Minsk
Qrupunun daha fəal olmasını tələb edir.
Cəbhə xəttində baş verən son hadisələrlə
bağlı Minsk Qrupunun üzvləri tərəfindən 5
aprel tarixində verilmiş bəyanatı bu baxımdan
ümidverici qiymətləndirmək olar. Bəyanatda
münaqişənin tezliklə hərtərəfli həlli
üçün danışıqların intensivləşməsinin
vacibliyi vurğulanıb. Azərbaycan tərəfi
Minsk Qrupunun üzvlərinin bu
çağırışına qoşulur və
münaqişənin siyasi yollarla həlli məqsədinə
sadiq qaldığını bəyan edir. Eyni zamanda,
gözləyirik ki,ATƏT Minsk Qrupu Ermənistana
cəbhə xəttində və işğal edilmiş ərazilərimizdə
təxribatçı və qeyri-qanuni əməllərinə
son qoyaraq, münaqişənin tezliklə həlli
üçün danışıqlar masasında konstruktiv
davranış nümayiş etdirməsi istiqamətində
effektiv addımlar atacaq.
Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri
cəbhə xəttində gərginliyin artmasından sonra
regiona səfər edib və həm Azərbaycanda, həm də
Ermənistanda danışıqlar aparıblar. Hazırkı
mərhələdə aparılmış müzakirələrin
nəticələri barəsində həmsədrlər
ATƏT-in fəaliyyətdə olan sədrini məlumatlandırıb.
Həmçinin, həmsədrlərin yenidən
Vyanaya qayıdaraq fəaliyyətləri barəsində hesabat
verməsi gözlənilir.
- ATƏT-dəki Almaniya sədrliyi Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı 7
maddəlik təkliflər planı irəli
sürdüyünü açıqlayıb. Belə bir plan səfirliyə
daxil olubmu və detallar nədən ibarətdir?
- Təşkilata
sədrlik edən dövlət kimi Almaniyanın ATƏT məkanının
təhlükəsizliyi üçün ən ciddi təhdidlərdən
biri olan Ermənistan-Azərbaycan münaqişəsinə
xüsusi diqqət ayırması gözlənilən və
arzuolunandır. ATƏTqərarlarının
effektiv şəkildə icra edilməsi, habelə təşkilatın
nəzdində fəaliyyət göstərən,
münaqişənin həlli ilə məşğul olan Minsk
Qrupunun və onun həmsədrlərinin fəaliyyətinin
istiqamətləndirilməsi prosesinə sədrlik xüsusi məsuliyyət
daşıyır.
Bu baxımdan, Ermənistan-Azərbaycan münaqişəsinin
həlli ilə bağlı Almaniyanın fəaliyyət
planının olması təbii bir haldır. Bu xüsusda, Azərbaycan tərəfi
fəaliyyətdə olan sədr Frank Uolter Ştaynmayerin
münaqişə zonasında “status kvo”nun dayanıqlı
olmaması və mövcud vəziyyətin saxlanmasına
çalışmağın riskli olması ilə
bağlı birmənalı
çağırışını müsbət qiymətləndirir,
bunu danışıqların tezliklə müsbət nəticələnməsi
istiqamətində Almaniya sədrliyinin iradəsinin göstəricisi
kimi nəzərdən keçirir.
-
ATƏT-dəki Daimi Nümayəndəlik ATƏT-in Minsk Qrupu
ilə işi hansı formada qurur?
- Yenə
də bildirmək istəyirəm, Azərbaycan ATƏT Minsk
Qrupunun üzvüdür. Ölkəmiz Minsk
Qrupunu Ermənistan-Azərbaycan münaqişəsinin həlli
ilə bağlı mühüm format kimi qəbul edir və
onun fəaliyyətinin canlandırılmasının tərəfdarıdır.
Bundan irəli gələrək tərəfimizdən
Minsk Qrupunun aktivləşməsi, münaqişənin həllinə
dair hərtərəfli müzakirələrin
aparılması ilə bağlı davamlı olaraq təşəbbüslər
irəli sürülür, qrupun üzvləri, o cümlədən
həmsədrlik edən dövlətlər ilə müntəzəm
məsləhətləşmələr aparılır.
Ümid edirik ki, Minsk Qrupunun üzvləri beynəlxalq
ictimaiyyət tərəfindən onlara həvalə edilmiş
münaqişənin həllinin tapılması vəzifəsini
icra etmək istiqamətində daha fəal olacaq və ciddi səy
göstərəcəklər.
Xalq
Cəbhəsi.- 2016.- 22 aprel.- S.4