“Azlıq”
anlayışı və multikulturalizm
Dünya və Azərbaycan
təcrübəsi
II yazı
“Multikulturalizm” (ingilis dilindən hərfi tərcümədə
“çoxlu mədəniyyətlər” deməkdir) termini siyasi
leksikona ilk dəfə 1970-ci ildə Avstraliyada immiqrasiya naziri
vəzifəsində çalışmış Al Kresbi tərəfindən
daxil edilib. O,
anqlo-saksonlarla yeni avstraliyalılar arasındakı nifaqın
aradan qaldırılmasına səy göstərib. 1979-cu ildə hökumət Mədəni Müxtəlifliyin
Problemləri üzrə Avstraliya İnstitutunu, 1987-ci ildə
isə Multikulturalizm Problemləri Komitəsini yaradıb.
1960-cı illərin ortalarından etibarən
ABŞ anqlo-saksonları immiqrantlarla bir yerə qatan bir növ
“əridici qazan” (“melting pot”) rolunu oynayırdı. Bu “qazanda” anqlo-saksonlar üstün mövqeyə
malik idilər. Lakin bir müddət
keçdikdən sonra vəziyyət tamamilə dəyişdi.
“Əridici qazan” proqramı multikulturalizm
ideologiyası ilə əvəz olundu. Bunun əsas səbəbi
“Vətəndaş hüquqlarına dair qanun” (1964) və
“İmmiqrasiya haqqında qanun”un (1965) qəbul
edilməsi olmuşdu. İsveçin multikultural
siyasətinin əsas istiqamətləri – dil və təhsil
strategiyalarıdır. Bu strategiyalar
immiqrantları həm öz doğma dillərini, həm də
İsveç dilini öyrənməyə sövq edir. İsveç hökuməti ölkədəki mədəni
müxtəlifliyə vacib və zəruri olan bir reallıq
kimi yanaşır. Kanadada multikultural cəmiyyətin
formalaşması 1960-cı illərə təsadüf edir.
Kanada hökuməti əhalinin irqi, etnik və
konfessional müxtəlifliyini qəbul edirdi ki, bu da Kanada cəmiyyətinin
əsas milli xüsusiyyətinə çevrilmişdi. İspaniyada milli azlıqlar məsələsi
qonşularına nisbətən daha da ağır
formadadır. Əgər Fransa və ya
İtaliyada milli azlıq özünün həm italyan, həm
də kataloniyalı olduğunu qəbul edirsə, İspaniyada
katalon yalnız ölüm hədə-qorxusu ilə ispanca
danışa bilər. Hər il 11
sentyabr tarixində milyona qədər kataloniyalı zolaqlı
sarı-qırmızı bayrağı çiyinlərinə
taxaraq bütün Barselona küçələrinə
axışıb Madridə və dünyaya ispan
olmadıqlarını bəyan edirlər. Keçmiş
postsovet ölkələri sırasında Qazaxıstanın da
istər milli, istərsə də beynəlxalq səviyyədə
mədəniyyətlərin və sivilizasiyaların
yaxınlaşması sahəsindəki fəaliyyəti təqdirəlayiqdir.
Müstəqillik illərində ölkədə
etnik və dini bərabərliyin effektiv-hüquqi bazası
yaradılıb. Ukrayna monomilli dövlət
kimi tanınırdı. Ölkədə
etnik ukraynalıların bir hissəsi öz doğma dilində
danışır, ukrain icmasının bir hissəsi isə
rusdillidir. Karpatda kompakt şəkildə
macar milli azlığı, Çernovits əyalətində
isə rumın və moldav milli azlıqları yaşayır.
Ölkədə bir-biri ilə rəqabət
aparan üç pravoslav kilsələrinin hər biri
özünəməxsus regional təsir arealı ilə fərqlənir.
Bu gün Ukraynada vəziyyət daha
acınacaqlıdır. Krım və
ölkənin şərqində (Donetsk, Luqansk) yaşayan
ruslar qiyam edərək mərkəzdən (Kiyevdən)
ayrılmaq kimi tələblərlə çıxış
edirlər. Ermənistan öz monoetnik
strukturu və irqçi dövlət siyasəti ilə ciddi təhlükə
mənbəyinə çevrilməkdə davam edir. Multikulturalizm ideyaları o yerdə
mümkündür ki, orada milli azlıqlar bərabər və
tolerant şəraitdə yaşasınlar. Öz ərazisində yaşayan bütün millətləri
demək olar ki, sıxışdırıb çıxaran Ermənistan,
işğal etdiyi Azərbaycan torpaqlarında da geniş
miqyaslı etnik təmizləmə siyasəti aparıb. Eyni zamanda gürcülər və digər milli
azlıqlarla bağlı tez-tez problemlər yaşayırlar.
Belə olan halda bu ölkədə
multikulturalizmdən danışmaq qeyri-mümkündür.
1990-cı illərdən sonra hökumətin
milli azlıqlarla bağlı siyasəti tədqiq ediləndə
onlara qarşı ciddi təzyiq göstərildiyi məlum
oldu. Xüsusilə son zamanlarda yezidilərə
qarşı etnik zəmində ayrı-seçkilik daha
aydın hiss edilir. Avropa Şurasının
Nazirlər Komitəsi 2003-cü ilin yanvarın 21-də Ermənistanda
etnik azlıqların hüquqlarının qorunması ilə
bağlı bu ölkə-nin rəhbərliyinə xüsusi
tövsiyələr verən sənəd qəbul etmişdir.
Sənəd Milli azlıqların müdafiəsi
Konvensiyası çərçivəsində keçirilən
monitorinq əsasında hazırlanmışdır. Məruzədə Ermənistanda haqları
qorunmalı olan xalqlardan yuxarıda qeyd etdiyimiz yezidi kürdlərin
və assuriyalıların adları çəkilirdi. Təəssüflər olsun ki, Ermənistanda
yaşayan azərbaycanlıların ölkədən
qovulmaları barədə faktlar sənəddə yer
almamışdı.
Gürcüstanın özündə də vəziyyət
ürəkaçan deyil. Gürcüstan 1999-cu
ildə Avropa Şurasına qəbul olunarkən öhdəliklərdən
ən əsası Axısxa türklərinin Gürcüstana
dönməsi idi. Öhdəliyə görə,
Gürcüstan iki il ərzində
Reabilitasiya və Repatriasiya barədə qanun qəbul etməli,
10 il ərzində isə problem həllini tapmalı idi. Axısxa türklərinin geri qaytarılması ilə
bağlı dəfələrlə komissiya yaradılsa və
dövlət proqramları təsdiq olunsa da, bu məsələnin
həlli istiqamətində də önəmli addımlar
atılmadı. Bildiyiniz kimi, 90-cı illərin
əvvəllərindən Axısxa türklərinin milli hərəkatının
ən fəal mərkəzi məhz Azərbaycanda
formalaşdı. Gürcüstanda azərbaycanlıların
özləri ilə bağlı da ciddi problemlər
yaşanmaqdadır. Xüsusi ilə azərbaycanlılar
yaşayan bölgələrdə infrastruktur, iqtisadi və sosial-mədəni
inkişaf, orta təhsil yaxşı səviyyədə deyil.
Daha doğrusu Azərbaycanda yaşayan
gürcülər və gürcü mənşəli
ingiloyların yaşayış səviyyəsindən
müqayisə olunmaz dərəcədə
aşağıdır. Azərbaycanda isə
vəziyyət tamamilə fərqlidir. Azərbaycanı
dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və
mövcud multikultural modelləri tədqiq etmək məqsədilə
ölkə Prezidenti tərəfindən yaradılan Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan
multikulturalizminin elmi əsaslarla öyrənilməsi və
dünyada təbliği ilə bağlı bir sıra
mühüm işlərin icrasına başlayıb. “Multikulturalizmə giriş” və “Azərbaycan
multikulturalizmi” fənləri yaradılıb və hər iki fənn
üzrə tədris proqramları hazırlanaraq Təhsil
Nazirliyində təsdiq olunub. Multikulturalizm
Mərkəzi xarici ölkə universitetləri ilə bu fənlərin
tədrisi haqda danışıqlar aparıb və ilkin mərhələdə
10-a yaxın universitet təklifi müsbət
qarşılayıb. Hazırda 7 xarici
ölkə universitetində “Azərbaycan multikulturalizmi” fənni
tədris olunur. Mərkəz “Azərbaycan multikulturalizmi”
fənninin tədrisi ilə bağlı Vürsburq Universiteti
(Almaniya), Frayburq Universiteti (İsveçrə), Sakarya
Universiteti (Türkiyə), Doğu Akdeniz Universiteti (Şimali
Kipr Türk Respublikası), Lutsk Milli Texniki Universiteti (Ukrayna) rəsmi
müraciətlərini göndərib, Vatikan Sileza Universiteti
(İtaliya), Auqsburq Universiteti (Almaniya) və İNALCO
Universiteti (Dövlət Şərq Dilləri və
Sivilizasiyaları İnstitutu, Fransa) ilə
danışıqlar aparır. Mərkəzin
apardığı ardıcıl və məqsədyönlü
işin nəticəsində yaxın gələcəkdə həm
xaricdə, həm də ölkəmizdəki ali
təhsil ocaqlarında “Multikulturalizmə giriş”, “Azərbaycan
multikulturalizmi” fənlərinin tədrisi daha da genişlənəcək.
Müasir Azərbaycan jurnalistikasında ixtisaslaşmanın zəif olması, bir çox hallarda isə olmaması ifadəsi həmkarlarımızın bəzən haqsız narazılığına səbəb olur. Əlbəttə, həyatımızın bir çox sahələrindən yazan və bu istiqamətdə artıq ixtisaslaşan jurnalist kontingentimiz formalaşmaqdadır. Amma bəzi sahələr də var ki, hər gün qəzetlərimizi “boyaması”na baxmayaraq, problemin cəmiyyətə düzgün çatdırılmasında çatışmazlıqlar çoxdur. Həmkarlarımız bu tip mövzulara nə yazıq ki, səthi yanaşır, problemin mahiyyətini subyektiv mülahizələri ilə əsaslandırmağa çalışırlar. Bu mövzulardan biri də mediada azlıq anlayışı və multikulturalizmdir.
Azərbaycanda kifayət qədər olmasa da, müəyyən mənada bu məsələyə maraq və onun izahı yeni problem deyil, müxtəlif vaxtlarda öyrənilib, ayrı-ayrı müəlliflər tərəfindən araşdırılıb. Lakin son bir neçə ildə aparılan araşdırmalar göstərdi ki, cəmiyyətin müxtəlif təbəqələrinin də "millət", "xalq", "etnik azlıq", "azsaylı xalq" və "milli azlıqlar" ifadələri haqqında təsəvvürlərində qaranlıq nöqtələr çoxdur. Bəzən bu terminlər qarışıq salınır, bəzən düzgün izah olunur, bəzən isə onların arasında mövcud fərqlərə heç bir məhəl qoyulmur. Nəticədə milli münasibətlərlə, milli məsələlərlə bağlı problemlərə qeyri-obyektiv mövqedən yanaşılır, bir sıra reallıqlar və tarixi gerçəkliklər təhrif olunur. Belə hallara bir çox KİV-lərdə tez-tez rast gəlmək olur. Hətta bəzən terminin daşıdığı tarixi, bioloji, siyasi çalarlardan ehtiyat edən həmkarlarımız onu dırnaq arasına alaraq göstərirlər. Bu azmış kimi bəzən bu təbəqənin insanlarını adı və soyadı ilə deyil, etnik kimlikləri ilə çağırırlar. Əslində isə vətəndaşlıq hüququ olan hər bir şəxsin, mənəviyyatca ona daha yaxın olan hər hansı milli və ya etnik qrupun üzvü olmağa subyektiv hüququ var. Azlıq, qrup hüququnun subyektidir. Belə bir təyinetmə üçün nə şəxsin mənşəyini bilmək, nə də başqa bir vasitə lazım deyil. Əlbəttə, "millət", "xalq", "azsaylı xalq", "milli azlıq", "etnik azlıq" məfhumları təzə yaranan terminlər deyil. Öz məna çalarlığı baxımından nə dünənin, nə də bu günün reallığı ilə izah edilə bilər. Bu terminlər müxtəlif dövrlərdə ayrı-ayrı tayfaların xalq, ayrı-ayrı xalqların tədricən millət kimi formalaşması prosesi nəticəsində meydana gəlib. Bütün dünya ictimaiyyətinin bu terminlər haqqında aydın və dəqiq təsəvvürləri var.
Azlıq anlayışından danışarkən mədəni müxtəlifliyə - yəni multikulturalizmə də toxunmaq lazımdır. Çünki bütün ölkələrdə bu kateqoriyadan olan insanlara ictimai-siyasi hüquqlardan daha çox, mədəniyyətlə bağlı məsələlərə də geniş səlahiyyətlər verilir. Mədəniyyətin isə ən mühüm şərtlərindən biri - mədəni müxtəliflik və plüralizmdir. Bu problem etnik, milli və ümumbəşəri miqyaslarda mədəni ünsiyyət və inteqrasiyanın təhlili üzərində qurulur. Mədəniyyətin təsiri və funksiyaları müxtəlif sivilizasiya tiplərində müxtəlif cür özünü göstərir. Bu da mədəniyyətin daxili məzmun və strukturunda mövcud olan dəyər oriyentasiyaların fərqliliyindən irəli gəlir. Yaxın zamanlarda geniş yayılmasına baxmayaraq, bu anlayışın əslində qədim tarixi vardır. Multikulturalizm ümumbəşəri varlığın inkişafının əsaslarından biridir. Əvvəlki əsrlərlə müqayisədə bu gün “multikulturalizm” termini bir qədər fərqli məna daşıyır. Bu gün alimlərin əsas məqsədi cəmiyyətin daha çox ədalət, mərhəmət kimi ümumbəşəri ideyalara meylliyini artırmağa nail olmaqdır.
Cavid
Xalq Cəbhəsi.- 2016.- 23 aprel.- S.13.