Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır

 

Dağlar üz döndərib məndən”, “Bir tənhalıq axtarıram”, “Çəkir öz dərdini özündə dünyakitabları ilə oxucu rəğbətini qazanan Oqtay Ələkbərov (Zəngilanlı) ixtisasca coğrafiyaçıdır. Özünə ünvan seçdiyiZəngilanlıləqəbi ilə tanınan Oqtay müəllim Azərbaycanın erməni işğalı altında olan qədim Zəngilan rayonunun Veysəlli kəndində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini bitirərək uzun müddət Zəngilandakı orta məktəbdə müəllim, məktəb direktoru kimi fəaliyyət göstərib. 1993-cü ildə Zəngilanın ermənilər tərəfindən işğalından sonra Bakıda məskunlaşaraq, pedaqoji fəaliyyətini davam etdirib.

O.ZəngilanlıMüəllimşeirinin:

 

İdrak süzgəcindən keçirir sözü,

Gah tutqun görünür, gah gülür üzü,

Ömrünü şam edir, əriyir üzü

 

- misralarında elmin qapısına yollar açan müəllim ömrünü insanlıq elmini öyrədən yollarda şam kimi işıq saça-saça əriyən bir heykələ bənzədir.

Azərbaycan milli təqvimində yer alan tarixi günləri ifadə edən şeirlər Oqtay Zəngilanlının poeziyasında bir silsilə təşkil edir. 20 YanvarŞəhidlər günü, 26 FevralXocalı soyqırımı günü, 20-21 Mart – Novruz Bayramı, 31 Mart – Azərbaycanlıların soyqırımı günü, 28 May – Respublika günü, 31 DekabrDünya Azərbaycanlılarının Həmrəylik gününə həsr etdiyi şeirlər öz məzmun ideyası sarıdan oxucu ilə doğmalaşır. 1990-cı ilin 20 Yanvarında öz müstəqilliyi uğrunda ayağa qalxan Azərbaycan xalqının igid oğul qızları şəhid oldular. ŞairŞəhidlər ölməzdirlər, ölməzi ağlamazlarşeirində şəhidlərin öz ölümləri ilə ölməzlik qazandıqlarını ifadə edərək yazır:

 

Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır,

Şəhidlər azadlığın uca heykəl daşıdır,

Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır,

Şəhidlər unudulmaz, ölməz, can dağlamazlar,

Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar.

 

Bütün tarixlərin beşiyi, millətlərin sərmayəsi olan Vətən, vətənin tarixi, mədəniyyəti, dünəni, bu günü Oqtay Zəngilanlının şeirlərində mövzuya çevrilir. Vətənin müqəddəs torpağına-daşına olan ülvi məhəbbət onun qələminə sözünə kəsər verir.Azərbaycan”, “Gözəldir Azərbaycan”, “Qalx döyüşə, Azərbaycan”, “Şuşa”, “Zəngilan həsrəti”, “Mincivan”, “Veynəli”, “Alınacaq qala Laçın, darıxma”, “Niyə məni doğdun, ana”, “Canlı şəhid mənəm, babamkimi şeirləri vətən torpağının ətrini bir tütiya kimi ciyərlərinə çəkmək istəyən şairin harayıdır:

 

Aylar ötdü, il addadı,

Göy gurladı, yer çatladı,

qədər ki, yurd yaddadı,

Canlı şəhid mənəm, babam.

Kədər dənizində üzən gəmiyəm,

Yanıqlı bir udun zili, bəmiyəm,

Yurdu viran qalan elin qəmiyəm,

Bir Vətən həsrətli göz itirmişəm.

 

Türk dünyasının böyük şairi Yahya Kamal Bəyatlı deyirdi ki, “Vətən bir filosofun fikridir, bir şairin duyğusuYəni Vətən gerçək həqiqi məkandır. Onun hər maddəsini halını sevənlər Vətəni sevə bilər. Vətən İstanbuldur, Üsküdardır, Trabzondur, Yozqatdır, Ankaradır bunların içərisində saysız-hesabsız xatirələr - Vətəndir”.

Oqtay Zəngilanlıya görə Vətən Qarabağdır, Zəngilandır, Şuşadır, Cəbrayıldır, Micivandır, Veynəlidir, otaylı-butaylı Azərbaycandır.

 

Yadlar böldü torpağımı ikiyə,

O tay Vətən, bu tay Vətən deyilmi?

Hicran dərdim gələ bilmir çəkiyə,

O tay Vətən, bu tay Vətən deyilmi?

 

İşğal altında qalan doğma yurd Qarabağ, Zəngilan, Şuşa, Cəbrayıl, doğma kənd Veynəli, Diridağ şairin həsrətinə dönür. Bu həsrətin kədər notları da üzücü, təlatümlü, kədərlidir. Aşağıdakı misralar işğal altında qalıb qəribsəyən ana torpağın ağrı-acısının poetik ifadəsidir:

 

Bağlanıbdı könül sənə,

Ürək səni ata bilmir,

Əl uzatdım dönə-dönə,

Əlim sənə çata bilmir.

(“Zəngilan həsrətişeirindən)

 

Unudulmur Vətən dərdişeirində isə Oqtay Zəngilanlıinsan ananı, bacını, doğmaları itirsə bu dərdlər unudula bilər, am¬ma Vətən dərdini unutmaq mümkün deyildüşüncəsinə hakimdir. Vətən torpağının itirilməsi elə bir dərddir ki, bu dərdin çarəsi Vətəni yağılardan azad etməkdir, itirilmiş torpaqlarda, doğma Qarabağda zəfər çalmaqdır. İki əsrlik bir tarixi əhatə edən Araz çayı boyunca ikiyə bölünmüş Azərbaycan adlı bir ananın dərdi S.Vurğundan, S.Rüstəmdən, M.Arazdan, B.Vahabzadədən bu yana bütün qələm sahiblərinin acısı olub.

Oqtay Zəngilanlının o taylı-bu taylı Azərbaycana həsr etdiyi “Dan ulduzu Şəhriyarım”, “Arazı keçdiyim zaman”, “Azərbaycankimi şeirlərində Azərbaycanın qədim tarixi, onun mədəniyyəti, ona arxadan vurulan güllə yarası şairi kədər notları üstündə kökləyir:

 

Ürək yanır hər baxdıqca qəmli axan Arazına,

Araz olub hicran çayı həm oğluna, həm qızına,

Görən vaxt o tay, bu tay son qoyar həsrət buzuna,

Bu ayrılıq, bu nisgillər qalacaqdır vaxtacan,

Arazınla iki yerə aralanmış Azərbaycan!

 

Vətən, millət, dil, torpaq, din, tarix kimi milli kimliyi ifadə edən mövzular Oqtay Zəngilanlının şeirlərinin ana xəttini təşkil edir. Bu milli kimliyin sahibləri Vətən torpağının yetişdirdiyi tarixi şəxsiyyətlərdir, milli qəhrəmanlardır. Bu cəhətdən onun Azərbaycanın milli qəhrəmanı, xalqımızın qeyrətli oğlu Mübariz İbrahimova həsr etdiyiVətən oğlu Mübarizşeiri öz ideya səciyyəsi ilə seçilir. Erməni terrorçuları ilə mübarizədə şəhid olan Vətənin qeyrətli oğlu bu gün hər bir Azərbaycan vətəndaşının iftixarıdır. Şair xalqın qəhrəmanına olan sevgisini belə tərənnüm edir:

 

Ana vətən uğrunda sarıldı silahına,

Canını fəda etdi Vətənin sabahına,

Ölməz ruhu yol gedir Tanrının dərgahına,

Şəhidlik zirvəsində vicdanı, ruhu təmiz,

Ölməzliyə qovuşub, ölümsüzdü Mübariz!

 

Zər qədrini zərgər bilərata sözünü şeirlərində təkrar-təkrar ifadə edən Oqtay Zəngilanlının Azərbaycan şeir-sənət dünyasının böyük ustadlarına həsr etdiyi şeirlər öz mükəmməlliyi, milli-mənəvi keyfiyyətləri ilə seçilir.Nizaminin dahiliyini tarix özü yaşadır”, “Musiqimin günəşi”, “Füzuli nişanəsi var”, “Füzulidir”, “Ustad Şəhriyar”, “Vətən oğlu Məmməd Araz”, “Vaxtsız getdi Xəlil Rzakimi şeirlər Azərbaycanın şeir-sənət ustadlarına həsr edilib.

Bəzən ümid, bəzən hiddət, bəzən şairlərin qınaq yerinə çevrilən dünya şeirlərimizdə bütün parametrləri ilə bədii ifadə vasitəsinə çevrilir. Oqtay ZəngilanlıDünya nədir?”, “Dünya gözəldir”, “A dünya”, “Çəkir öz dərdini özündə dünyakimi şeirlərindədünya gözəldirdesə , yenə dünyanı gah sorğu-suala tutur, çox müşküllərin səbəbini çox vaxt dünyada görür:

 

Çəkir dağı özü dünya,

Satır ağı, bezi dünya.

Udur axı bizi dünya,

Biləmmirəm, dünya nədir?

 

İçindəki bir səs ona:

 

“Allah da dünyadan əl çəkib daha”.

Odur ki, “Çəkir öz dərdini özündə dünya

 

deyərək dünya məfhumuna fəlsəfi bir anlam gətirir:

 

Dünyanı tutubdur kimin qarğışı?

Min fitnə törədir hər addımbaşı,

Pozulub elə bil tərəzi daşı,

Qovrulur odunda, közündə dünya.

 

Bədii yaradıcılıqda xalqın əsrlərin sınağından çıxmış deyim tərzinə canlı dilin ifadə vasitələrinə arxalanmaq klassik ənənələrimizdən gəlir. Oqtay Zəngilanlının qəliblənmiş xalq ifadə tərzini şeirə gətirməsi şeirlərinin poetikasına cana yaxın bir aura verir: “pərsəng”, “dərdəcər”, “qaxınc”, “cad”, “şər-şəbədə”, “alababat”, “pinə”, “nimdaş”, “yalquzaqkimi daha çox canlı danışıq dilində ifadə edilən sözlər.

O.Zəngilanlı şeirlərinin poetikasına canlı dilin duru şəffaflığını gətirir:

 

Qalx atlan qeyrət atına,

Düşmənə döyülmə, oğul.

Razı ol arpa cadına,

Namərdə əyilmə, oğul.

 

Demirəm sözlərim baldı, nabatdı,

Uzağı uç-dördü alababatdı.

Dərdim Şuşa, Laçın, Ağdam, Kəlbəcər,

Edir bu dərd məni xəstə, dərdəcər.

 

İnsan gördüm, üst-baş nimdaş,

Yurd dərdiylə ağardıb baş.

Diş qıcayır qara fələk,

Göz bərəldir yalquzaq tək.

 

Oqtay Zəngilanlının şeirlərində belə bədii nümunələr çoxdur. Bu nümunələr şairin söz emalatxanasında poetik mənalandırılır. Belə bədii bəhrələnmə nəticəsində onun şeir dili təbii səmimi görünür.

 

 

Maarifə Hacıyeva

Professor

Xalq Cəbhəsi.- 2016.- 26 aprel.- S.14.