Azsaylı xalqlar
Azərbaycanda yaşayan hər bir xalq öz etnik
xüsusiyyətini saxlamaqla bərabər, digər xalqların
və etnik qrupların həyat tərzində, məişətində,
adət və ənənəsində, mədəniyyətindəki
bir çox mütərəqqi amilləri əxz edərək,
onları qarşılıqlı surətdə inkişaf
etdirmişdir.
Ümumi birgəyaşayış qaydalarına əməl
olunan zamanlarda bu xalqlar bir-birinə daha da
yaxınlaşmış, lakin öz dillərini, etnoqrafik
xüsusiyyətlərini qoruyub saxlamışlar. 2009-cu
ilin siyahıyaalınmasına görə, ölkə əhalisinin
8,4 faizini milli azlıqlar, azsaylı xalqlar
və etnik qrupların nümayəndələri təşkil
edir. Azərbaycan hökuməti insan haqları,
o cümlədən milli azlıqların müdafiəsi məqsədilə
bir çox nüfuzlu beynəlxalq təşkilatlarla
işgüzar əməkdaşlıq əlaqələrinə
malikdir. Respublikamız insan haqları və
milli azlıqların müdafiəsi ilə bağlı 50-dən
çox beynəlxalq konvensiyaya qoşulmuşdur. Ölkəmizdə
milli azlıqların məsələləri ilə məşğul
olan 50-yədək qeyri-hökumət təşkilatı, mədəniyyət
mərkəzləri, xeyriyyə cəmiyyətləri və s.
ictimai birliklər fəaliyyət göstərir. Azərbaycanda yaşayan etnik icmaların dilində
15-dən, rus dilində isə 30-dan çox qəzet və
jurnal nəşr olunur. Telekanallarda, milli
azlıqların etnik-mədəni həyatı,
etnoqrafiyası barədə müntəzəm materiallar
hazırlanır. Milli azlıqların
sıx yaşadığı 5 bölgədə isə yerli
teleradio kanalları fəaliyyət göstərir. Eyni
zamanda təlim yalnız rus dilində olan 19 və təlim
yalnız gürcü dilində olan 6 orta ümumtəhsil, 345
beynəlmiləl orta məktəb fəaliyyət göstərir.
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA)
milli azlıqların dinini, mədəniyyətini, tarixini,
etnoqrafiyasını öyrənən və tədqiq edən
bölmə yaradılmışdır. Respublikamızda
380-dən artıq dini icmanın mövcud olması və
onlara eyni münasibətin göstərilməsi Azərbaycanı
dünya miqyasında tolerant ölkə kimi
tanıtmışdır. Azərbaycan
insanının bir-birinə münasibəti kimin hansı millətə
və yaxud dinə mənsub olmasında deyil, səmimi və
dostyana olması ilə seçilir. Azərbaycanda
əhalinin milli tərkibində həm sayca, həm də
xüsusi çəkisinə görə ruslar da xüsusi yer
tutur. XIX əsrdə Azərbaycana
köçürülən rus əhalisini iki qrupa bölmək
olar. Həmin əsrin 70-80-ci illərindən
sonra burada məskunlaşan rusların bir qismi müflisləşmiş
və yerlərdə torpaqdan məhrum olmuş kəndlilər,
digər qrup isə xristian dininin müxtəlif cərəyanlarına
məxsus olan təriqətçilər idi. XX əsrin 20-30-cu illərində respublikaya
rusların miqrasiyası güclü olmuşdur. Onlar təsərrüfatın müxtəlif sahələrinə
aid mütəxəssislərdən, alimlərdən, fəhlələrdən
ibarət idi. 1989-cu ildən sonra
rusların kütləvi emiqrasiyası baş vermiş, 1999-
cu ilə qədər respublikada onların sayı 250 min nəfər
azalmışdır.
Dünyanın etnik xəritəsində udi (bəzi mənbələrdə
udin) adlı etnos yalnız Azərbaycanın ərazisində
mövcuddur. Udilər Qafqazın qədim sakinlərindəndir,
dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus
olmuş, çoxlu qədim ünsürləri qoruyub saxlaya
bilmişlər. Udi dilinin əlifbası
yoxdur. Keçmişdə udilər
yalnız Qafqaz Albaniyasının (Müasir Azərbaycan
Respublikasının) ərazisində qeydə
alınmışlar. Udilər Azərbaycanın
köklü, aborigen azsaylı xalqlarından biridir. Onlar Azərbaycanın Şəki, Oğuz, Qəbələ
rayonlarının ərazisində (1999-cu ildə
aparılmış siyahıyaalmaya əsasən 4066 nəfər)
yaşamışlar. Bu gün udilərin
yaşadığı ərazi isə Şəki-Zaqatala
iqtisadi-coğrafi bölgəsinə daxildir. Bu bölgənin qədim xalqlarından olan udilər
yerli əhali ilə qohumluq əlaqələri quraraq onlarla
qaynayıb-qarışmışlar.
Azərbaycanda yaşayan almanları ruslar 1819-cu ildə
Vyutenberq krallığından köçürmüşlər. İlk dəfə
Yelizavetpolda (Gəncə), sonra onun
yaxınlığındakı Yelenendorfda (Göygöl),
Hacıkənddə, Şəmkirdə, Bakıda və s. ərazilərdə
məskunlaşmışlar. Almanlar ölkəmizdə
alman mədəniyyətini, təhsilini, həmçinin
üzümçülüyü, şərabçılığı,
tikinti-inşaat işlərini inkişaf etdirmişlər.
Böyük Vətən müharibəsindən
sonra almanların yüksək inkişafını görən
Sovet imperiyası onları Sibirə və Qazaxıstana
sürgün etmişdir.
Digər etniklər isə buduqlardır. Onlar
şahdağlılar ailəsinə mənsub olub, Quba,
Xaçmaz, Siyəzən, Bakı və Sumqayıtda
yaşayırlar. Türk-monqol qəbilələrindən
olub, XØ əsrin
yarısından etibarən Azərbaycanda yaşayan
buduqların budat adlı qəbilədən olduğu da fərz
edilir. Yəhudilər isə XVI əsrdə
İrandan gəlmişlər. Onların
yeganə varisləri olan dağ yəhudiləri təkcə
Quba rayonundakı Qırmızı Qəsəbədə
kompakt halında, Oğuz rayon mərkəzində və
Bakıda yaşayırlar. Dağ yəhudilərinin
ənənəvi məşğuliyyəti əkinçilik,
xırda ticarət, toxuculuq və sənətkarlıq
olmuşdur. Azərbaycanda, əsasən Qusar, Quba,
Xaçmaz rayonları ərazisində kompakt halında, eləcə
də Bakı, Gəncə, Sumqayıt və Mingəçevir
şəhərlərində, Qəbələ,
İsmayıllı, Ağsu, Göyçay, Ağdaş
rayonlarında yaşayan ləzgilər isə Azərbaycanda
yaşayan azsaylı xalqlar arasında ön yerlərdən
birini tuturlar.
Qeyd edək
ki, ləzgilər Azərbaycan əhalisinin 2,2
faizini təşkil edir. Onların əksəriyyəti islam dininə etiqad edir. 1993-cü
ildən başlayaraq ləzgi dilində dərsliklərin
çapına başlanmışdır. Onlar
sıx yaşadıqları Quba-Xaçmaz iqtisadi rayonunun
iqtisadi inkişafında mühüm rol oynayırlar. Saxurlar tarixən Dağıstanda məskunlaşmış,
daha sonralar isə Azərbaycana köç edib Zaqatala, Qax 8
rayonlarının bir neçə kəndində yerləşmişlər.
Onlar azərbaycanlılarla qaynayıb
qarışmış, Azərbaycan dilinə, mədəniyyətinə
yiyələnmişlər. Saxurlar
dağlıq ərazilərdə yaşadıqlarına
görə maldarlıq və sənətkarlıqla məşğul
olmuşlar. Onların mətbəxi
müxtəlif yeməklərlə zəngindir. Xəmir xörəkləri isə onların ən
çox sevdikləri yeməklərdən sayılır.
Uzun əsrlər boyu azəri türkləri ilə bir
yerdə yaşayan saxurlar toy adətlərində də
özünəməxsusluqlarını qoruyub saxlaya bilmişlər. İslam dininə
etiqad edirlər. 1992-ci ildən Azərbaycanda
saxurların sosial-mədəni inkişafına, adət- ənənələri,
dilinin, mədəniyyətinin təbliğinə xidmət
göstərən Saxur Mədəniyyət Mərkəzi fəaliyyət
göstərir. Saxurların rutullar adlanan
hissəsi Dağıstanın Rutul kəndindən gəlmişlər.
Azərbaycanda əsasən Şəki rayonunun
Şin və Qaynarca kəndlərində yaşayırlar.
Dil etibarilə saxur dilinə yaxın dildə
danışırlar. Lakin rutulların da ədəbi
dili Azərbaycan dilidir. Ölkəmizdə
yaşayan digər azsaylı xalqlardan biri isə kürdlərdir.
Azərbaycanda kürdlərin məskunlaşması
haqqında ilkin məlumat X əsrə aiddir. Bu dövrə aid ərəb mənbələrində
Şirvanda, Aranda, Beyləqanda, Dərbənddə və Azərbaycanın
digər regionlarında kürdlərin yaşaması göstərilir.
Hazırda Azərbaycanda kiçik Qafqazın cənub-qərbində
yerləşən Kəlbəcər və Laçın
rayonlarının və Naxçıvan MR-nın Sədərək
rayon mərkəzində (Heydərabad qəsəbəsi),
Culfa rayonunun Teyvaz və Şərur rayonunun Dərəkənd
kəndlərində yaşayırlar. Xatırladaq
ki, Kəlbəcər, Laçın ərazisi
bütövlükdə Ermənistan tərəfindən
işğal edildiyindən yüzlərlə kürd ailəsi
də Azərbaycanın müxtəlif bölgələrində
qaçqınlıq həyatı yaşayır.
İber dil ailəsinə daxil olan dildə danışan
və müsəlman dininə etiqad edən ingiloylar isə əsasən
Qax və Zaqatala rayonları ərazisində yaşayırlar. Orta əsrlərdə
müsəlmanlığı qəbul etmişlər. Etnik, psixoloji, mədəni və s. cəhətlərinə
9 görə azərbaycanlılarla qohumluq əlaqələrinə
malik olan ingiloylar yaşadıqları cəmiyyətə
sıx inteqrasiya olmaları ilə seçilirlər. Böyük Qafqaz dağlarının dağətəyi
bölgəsində yaşayan ingiloyların məşğuliyyət
sferası əsasən taxılçılıq,
üzümçülük, meyvəçilik və
heyvandarlıqdır.
Tarixi torpaqları olan Gürcüstandan
Qazaxıstanın və Orta Asiyanın çöllərinə
sürgün edilən ahıska türklərinin Azərbaycana
kütləvi köçürülməsi XX əsrin 50-ci
illərinə təsadüf edir, onların ilk dəstəsi
buraya 1958-ci ilin sentyabrında gəlmişdir. İlk
yaşayış məskənləri respublikanın
Xaçmaz, Quba, Saatlı, Sabirabad və Beyləqan
rayonlarında salınmışdı. Ahıska
türklərinin Azərbaycanda məskunlaşmasının
ikinci dövrü 1989-cu ilin may-iyun aylarında baş
vermiş Fərqanə hadisələri (Özbəkistanın
Fərqanə vilayə- tində özbəklərlə
türklərin qarşıdurması) ilə bağlı
olmuşdur. Onlar ən qədim dövrlərdən
bəri doğma mədəniyyətə xüsusi fikir
vermiş, müasir dövrdə də özlərinin sosial, mədəni-etnik
özünəməxsusluqlarını, dil, əxlaq, folklor, məişət
və bir sıra dəyərlərini qoruyub saxlamışlar.
Ahıska türklərinin yaratdıqları Saatlı rayonunun
Adıgün kəndində “Adıgün” folklor kollektivi və
Xaçmaz rayonundakı məktəb yaşındakı
uşaqlardan ibarət “Sevil” rəqs qrupu etnosun mənəvi
dünyasını təkcə yaşadıqları rayonda
deyil, ümumən Azərbaycanda və hətta ondan kənarlarda
da tanıdır. Tatlar Azərbaycanda əsasən
Abşeron yarımadasında və Xızı, Şabran, Quba,
Şamaxı, İsmayıllı rayonlarının bir sıra
kəndlərində yaşayırlar. Azərbaycandakı
azsaylı xalqların, o cümlədən tatların dil və
mədəniyyətlərinin əsasən türkdilli
mühitdə qorunub saxlanması həm elmi, həm də
siyasi cəhətdən xüsusilə mühümdür.
Tat dili hind-avropa dillər ailəsinin İran qrupuna daxildir və
şifahi nitqdə bir-birini qarşılıqlı başa
düşən Şimal, Mərkəzi və Cənub (Azərbaycan
ərazisində) kimi üç əsas ləhcəyə
bölünür. Tatların ictimai vəziyyəti
və ailə məişəti yeni məzmun kəsb etmiş,
xeyli inkişaf etmişdir. Onların mədəni
inkişafı Azərbaycan türklərinin mədəni tərəqqisi
ilə eyniləşmişdir. Elə buna görə də,
bu gün tatların nəinki təkcə məişəti və
həyat tərzini, hətta, ümumiyyətlə, tarixi-mədəni
inkişafını ümumi mənada Azərbaycan
xalqından, o cümlədən də azəri türklərinin
inkişaf problemlərindən, bu xalqın ümumi irəliləyiş
prosesindən ayrı təsəvvür etmək mümkün
deyil. Azərbaycandakı azsaylı xalqların,
etnik qrupların və milli azlıqların hər birini
ümumazərbaycan inkişaf prosesindən ayırmaq sadəcə
olaraq məntiqsizlikdir. Bu eyni dərəcədə
çoxmillətli və müxtəlif etnik tərkibli Azərbaycanda
yaşayan tatlara da aiddir. Tatların əsas
məşğuliyyəti əkinçilik,
bağçılıq və
xalçaçılıqdır.
Bir etnos kimi talışlar müasir Azərbaycanın cənub
bölgəsində - Astara, Lənkəran, Lerik, Masallı,
Yardımlı rayonları ərazisində kompakt və həm
də azərbaycanlılarla qarışıq halda yaşayırlar. Tarixən
başlıca məskunlaşma ərazilərindən
başqa, talışlar Azərbaycanın başqa
regionlarında, habelə Bakı, Sumqayıt kimi sənaye
şəhərlərində də yaşamağa
başlamışlar. 1999-cu ildə əhalinin
siyahıyaalınmasına görə talışların
sayı 76,8 min nəfər olmuşdur.
Cavid
Xalq Cəbhəsi.- 2016.- 26 aprel.-
S.13