Dağlıq Qarabağ
münaqişəsi İndoneziya mətbuatında
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı problemlər İndoneziya mediasında işıqlandırılıb. Aprelin
24-də İndoneziyanın ən nüfuzlu ingilis dilli nəşrlərindən
biri olan "The Jakarta
Post" qəzetinin mövqe
bölməsində dərc
edilmiş Kent Universitetinin
Brüsseldəki akademik
tədqiqatçısı Aleksandra Krstiçin müəllifi
olduğu "Qafqaz növbəti Suriya? ATƏT-i unutmayaq"
adlı məqalədə
Ermənistan ilə Azərbaycan arasında münaqişədən, cari
ilin mart ayının sonunda aprel ayının
əvvəlində baş
vermiş son gərginlikdən
və bununla bağlı ATƏT-in rolundan
bəhs edilir.
Məqalədə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə toxunulur,
onun münaqişənin
həllində mandatı
olan ən münasib beynəlxalq qurum olduğuna baxmayaraq, 20 ildən artıq aparılmış
danışıqların nəticə
vermədiyi qeyd olunur və bunun səbəbinə aydınlıq gətirməyə
çalışılır.
ATƏT-in Minsk Qrupunun mandatının 1994-cü ildə
Budapeşt Sammitinin sənədinə əsaslandığı
bildirilir və bu sənədin mandata silahlı münaqişəyə son qoyulması
üçün siyasi
razılaşmanın əldə
olunmasına dair intensiv danışıqlar
aparmaq tapşırığı
verdiyi qeyd olunur. Bunun icrası da
münaqişənin əsas
nəticələrinin aradan
qaldırılmasına və
Minsk Konfransının çağırılmasına
imkan verir. Həmin Budapeşt Sammitində üzv-dövlətlərin BMT Təhlükəsizlik
Şurasının müvafiq
qətnamələrinə sadiqliyi
bir daha təsdiq edilmişdir və buna görə
də həmsədrlər
danışıqlar prosesində
ATƏT prinsipləri və
mandatı rəhbər
tutmalı, ATƏT sədrliyinə
və Daimi Şurasına hesabat verməlidirlər.
Lakin son hadisələr
göstərdi ki,
Minsk Qrupu həll prosesindən kənara addım atmışdır. Buna səbəb odur ki, illər boyu Minsk Qrupu daxil olmaqla ATƏT üzvlərinin rolu Minsk Qrupu həmsədrlərinə
formal dəstək verməsi
ilə məhdudlaşmışdır.
Bu da tədricən
münaqişənin həlli
prosesini münaqişənin
saxlanılması fəaliyyətlərinə
çevirmiş, həmsədrlərin
mandatdan kənar fəaliyyətinə, o cümlədən
münaqişənin həqiqi
və əhatəli həllinə töhfə
vermək istəyən
digər beynəlxalq təşkilatların işinə
qarışmağa gətirib
çıxartmışdır. Buna paralel olaraq,
bəzi ATƏT üzv-dövlətlərin
və regional qruplaşmaların
münaqişənin həlli
prinsiplərinə seçimli
yanaşmaları da müşahidə olunurdu.
Beləliklə, təşkilat Yekun Helsinki
Aktı qismində Avropa təhlükəsizlik
strukturunun ən
fundamental prinsipləri arasında
balans və qarşılıqlı həlqəsinə
səhlənkarlıq ucbatından
nəzarəti itirdi.
Daha sonra məqalədə ərazi bütövlüyü,
dövlətlərin ərazi
bütövlüyünə və siyasi müstəqilliyinə qarşı
gücdən istifadə
etməmə, insanların
öz müqəddəratını
müəyyən etmə
prinsipləri arasında
münasibət və
iyerarxiyasından söhbət
açılır və
prinsiplərin könüllü
(özbaşına) interpretasiyasının
Helsinki Dekaloqunun və
onun Yekun Aktının hərf və ruhu ilə
birbaşa ziddiyyət
təşkil etdiyi qeyd olunur. Məqalə
qeyd edir ki, həmin Aktın 10 prinsiplərindən
əsas 7-sində vurğulandığı
kimi, dövlətlərin
beynəlxalq tanınmış
sərhədlərinə və
ərazi bütövlüyünə
tam hörmət edilməli,
zorla sərhədlər
dəyişilməməli, öz müqəddəratını
müəyyən etmə
prinsipi birtərəfli
formada tətbiq olmamalı və ərazilər güclə
zəbt edilməməlidir.
Təəssüflər olsun ki, yuxarıda qeyd olunan razılaşdırılmış
prinsiplərdən kənara
çıxılması Ermənistana
Azərbaycana qarşı
ərazi iddialarına
bəraət qazandırmaq
və status-kvonu möhkəmləndirmək üçün
kart-blanş verdi,
həmçinin nizamlanma
prosesinin erməni tərəfinin şıltaqlıqlarından
asılı olmasına
gətirib çıxartdı.
Əgər hələ tamamilə təhlükəli qonşuluqla
əhatə olunmamış
Avropa öz sərhədlərində ikinci
Suriya istəmirsə,
onda nizamlanma prosesində böyük irəliləyiş lazımdır. Son illərdə ATƏT münaqişənin
həllində güclü
təşəbbüslərini dayandırdı. Münaqişənin müzakirəsi ATƏT-də
tabuya çevrilmişdi.
Müəllif münaqişənin həlli
prosesinə qayıtmaq
üçün Minsk Qrupunun
problemin konstruktiv həllini istəyən üzv ölkələri ilə canlanması zərurətini qeyd edir. Həm Ermənistanın,
həm də Azərbaycanın status-kvodan
çıxıb irəliləmək
cəhdlərinə işarə
etdikləri vurğulanır
ki, bu da
son 20 ildə BMT və
ATƏT-in verdiyi bütün
bəyanatlara uyğundur.
Əlbəttə, belə dondurulma
status-kvosundan ən yaxşı çıxış
yolu isə hərbi faktorun aradan qaldırılmasıdır.
Təəssüf ki, Dağlıq
Qarabağ və ətrafdakı regionda qalmış yalnız hərbi faktor Ermənistan qoşunlarının
mövcudluğudur ki,
bu da şübhəsiz
orada yaşayan erməni icmasına uzunmüddətli baxımdan
xidmət etmir. Əgər Ermənistan hökuməti
ciddidirsə, onda öz qoşunlarını
çıxarmalıdır. Bu halda həmin ərazilərdəki insanlar
özlərini ən azı daha təhlükəsiz
hiss edər, kütləvi
miqrasiya dalğası
dayandırılar və
insanlar gələcəyini
planlaşdıra bilər.
Nəhayət, hazırda işğal altında olan ərazilərin Azərbaycanın
siyasi, hüquqi, sosial və iqtisadi sisteminə dinc, intizamlı və balanslaşdırılmış
re-inteqrasiyası onları
onsuzda məğlub olduqları demoqrafik qarşıdurmadan qoruyar.
Bu ATƏT-in vasitəçilik
səylərinin münasibliyinə təkan vermək üçün ən yaxşı yoldur. Onda ATƏT məkanı
nəzərdə tutulduğu kimi təhlükəsizlik və sabitlik məkanı olar.
Xalq Cəbhəsi.- 2016.- 26 aprel.-
S.6.