Azər Kərimli İtaliya
mətbuatında Dağlıq Qarabağdan
yazıb
Millət vəkili, Azərbaycan-İtaliya
dostluq qrupunun rəhbəri Azər Kərimlinin İtaliyanın
nüfuzlu qəzetində
və internet resursunda
məqaləsi dərc
olunub. Məqaləni oxucularımıza təqdim
edirik:
"Ermənistanın işğalı altında
olan Azərbaycan torpaqlarında baş verən son hərbi qarşıdurmanın məsuliyyəti
tamamilə rəsmi İrəvanın üzərinə
düşür.
Belə ki, məhz işğalçı
Ermənistan ordusunun qoşunların təmas xəttində mütəmadi
olaraq həyata keçirdiyi təxribatlar,
Azərbaycanın cəbhə
bölgəsində yaşayan
mülki vətəndaşlarının
mütəmadi olaraq ölüm təhlükəsi
altında saxlanılması
Azərbaycan Silahlı
Qüvvələrini cavab
tədbirləri görməyə
məcbur etmişdir.
Artıq 25 ildir ki, Ermənistan
Silahlı Qüvvələri
Azərbaycanın bütün
beynəlxalq təşkilatlar
və dövlətlər
tərəfindən tanınmış
ərazilərini işğal
altında saxlayır.
Azərbaycanın tarixi və hüquqi ərazilərinin
Ermənistan Silahlı
Qüvvələri tərəfindən
işğalı zamanı
1 milyondan çox azərbaycanlı qanlı
cinayətlərlə və
soyqırım aktlarıyla
müşayiət olunan
etnik təmizləməyə
məruz qalmışdır.
Ermənistan Silahlı Qüvvələrinin
Azərbaycanın Xocalı
şəhərinin dinc
sakinlərinə qarşı
həyata keçirdiyi
soyqırım faktı
Çexiya, Bosniya və Hersoqovina, Peru,
Honduras, Pakistan, Kolumbiya, Meksika,
Azərbaycan və
60-a yaxın dövləti
özündə birləşdirən
İslam Əməkdaşlıq
Təşkilatı, eləcə
də Amerika Birləşmiş Ştatlarının
17 ştatı tərəfindən
rəsmən tanınmış,
dünyanın bir çox ölkələrinin
parlamentləri tərəfindən
qınanılmışdır.
BMT Təhlükəsizlik Şurasının işğal
olunmuş Azərbaycan
ərazilərinin qeyd-şərtsiz
azad edilməsi ilə bağlı
1993-cü ildə qəbul
edilmiş 822, 853, 874 və
884 saylı qətnamələri
Ermənistan tərəfindən
bu günədək icra olunmayıb.
ATƏT-in
2-3 dekabr 1996-cı il tarixlərində Lissabonda keçirilən sammitində Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsi ilə
bağlı quruma üzv olan 54 dövlətdən Ermənistan
istisna olmaqla 53-nün
səs verdiyi prinsiplər müəyyənləşib.
Bu prinsiplər münaqişənin birmənalı
olaraq Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində həllini ehtiva edir.
Bundan başqa, Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının
qətnamələrində, ATƏT, NATO və digər beynəlxalq təşkilatların
zirvə toplantılarının
bəyannamələrində işğalçı qüvvələrin
Azərbaycan ərazilərindən
çıxarılması, münaqişənin Helsinki Yekun
Aktının və
ATƏT-in Minsk qrupunun baza
prinsiplərinə uyğun
olaraq həll edilməsinin vacibliyi vurğulanıb.
Bütün bunalara baxmayaraq, Ermənistan beynəlxalq hüquq normalarını və beynəlxalq birliyin iradəsini nəzərə almadan işğalçılıq siyasətini
davam etdirməklə regionu daim müharibə
təhlükəsi altında
saxlayır.
1999-cu ildə Ermənistan parlamentində gerçəkləşdirilən
və baş nazir Vazgen Sarkisyan,
spiker Karen Dəmirçyan,
vitse-spikerlər Yuri Baxşyan
və Ruben Miroyan və digərlərinin xüsusi amansızlıqla
qətlə yetirildiyi
terror aksiyası, dinc etirazçıların gülləbaran
edildiyi hadisələr
üzərindən hakimiyyəti
qəsb edən bir partiyanın təmsilçisinin Azərbaycan
cəmiyyətindəki demokratiya
problemlərindən danışması
isə ən yaxşı halda gülüş doğurur.
Mən Armen Aşotyanın Azərbaycandakı
iqtisadi inkişaf haqqında məlumatlı
olmadığına inanmıram. Azərbaycanda keçirilən əksər
beynəlxalq tədbirlərdə
Ermənistan hakimiyyətinin
təmsilçiləri iştirak
ediblər və onların Azərbaycanda olduqları zaman heyranlıqlarını necə
ifadə etdiklərinin
şahidi olmuşam.
Armen Aşotyan Azərbaycandakı
iqtisadi inkişaf, əhalinin sosial rifahı haqqında kifayət qədər məlumatlıdır. Lakin bunu
etiraf etməyin ona və partiyasına
baha başa gələcəyini kifayət
qədər yaxşı
başa düşür.
Əks təqdirdə
hər il
aclıq və səfalətdən Ermənistanı
tərk edənlərə
cavab verməli olacaqdı... Və şübhəsiz ki, “necə olur ki, torpaqlarının
20 faizini işğal etdiyimiz ölkənin vətəndaşları bizdən
dəfələrlə yaxşı
və daha azad yaşayır” sualına cavab tapa bilməyəcəkdi.
Armen Aşotyan
müsahibəsində “Dağlıq
Qarabağ ordusu”ndan danışır, amma təmsil etdiyi hakimiyyətin son hərbi əməliyyatlar zamanı
ölən erməni əsgərləri barədə
açıqladığı məlumatlara diqqət yetirməyi belə unudur. Ermənistan Silahlı Qüvvələrinin
cəbhə xəttində
gerçəkləşdirdikləri son təxribat zamanı ölən və itkin düşmüş hesab olunan 140 erməni əsgər və zabitindən 120 nəfəri Ermənistan doğumludur. Və onlar
Azərbaycan torpaqlarında
ölüblər. O zaman
sual olunur: Ermənistan hərbçilərinin
Azərbaycan torpaqlarında
nə işi var? Ermənistan bu münaqişədə
tərəfdir, həm
də işğalçı
tərəf. ATƏT-in
Minsk qrupunun vasitəçiliyi
ilə aparılan danışıqlarda da 2 tərəf iştirak edir - Azərbaycan və Ermənistan.
Son hadisələrdən sonra imzalanan atəşkəs sazişinə
də Ermənistanın
və Azərbaycanın
hərbi qərargah rəhbərləri imza atıblar. Göründüyü
kimi, Armen Aşotyan nəinki Dağlıq Qarabağ münaqişəsinin 25 illik
tarixi haqqında, hətta bir neçə gün öncə bütün dünyanın gözü
qarşısında baş
verən hadisələr
haqqında belə yalan danışmaqdan çəkinmir. Aşotyan da yaxşı
bilir ki, “Dağlıq Qarabağ Respublikası” deyilən nəinki hüquqi subyekt, hətta reallıq belə yoxdur. Ermənistanın işğal etdiyi
Azərbaycan torpaqlarında
hərbi-cinayətkar rejimin
marionet struturları və onların silah gücünə nəzarətdə saxladığı
girov ermənilər
var.
Qeyd edim ki, Ermənistan Silahlı Qüvvələrinin
işğalı altında
olan Azərbaycan torpaqlarında baş verən son hadisələr
zamanı rəsmi Bakının mövqeyhini
Aşotyanın iddia etdiyi kimi təkcə
Türkiyə dəstəkləməyib. Demək olar
ki, bütün beynəlxalq təşkilatlar,
dünyanın aparıcı
dövlətləri Azərbaycanın
mövqeyinin haqlı olduğunu vurğulayıblar
və Ermənistanı
işğala son qoymağa
çağırıblar.
Azərbaycan bütün dini kenfessiyaların, etnik və dini azlıqların
dinc, yanaşı və qarşılıqlı
anlaşma içərisində
yaşadığı, tarixi
multikultral ənənələrə
malik nadir ölkələrdən
biridir. Azərbaycan bu gün dünyada beynəlxalq humanitar forumların keçirildiyi ideal platformalardan
biri hesab olunur. Bu gün
Azərbaycanda mövcud
olan bütün dini abidələr, o cümlədən Bakıdakı
erməni kilsəsi də dövlət tərəfindən qorunur.
Lakin Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında mövcud olan bütün dini abidələri məhv edib, hətta qəbirləri belə dağıdıb.
Armen Aşotyan
Dağlıq Qarabağ
əhalisinin öz müqəddəratını həll
etmək hüququndan danışır, ancaq həmin hüququn daşıyıcısı olan
azərbaycanlıların Dağlıq
Qarabağdan qovulduğu
barədə faktı
dilə gətirə biləcək qədər
vicdanlı olmağı
bacarmır. Eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin
Dağlıq Qarabağdan
başqa Azərbaycana
məxsus daha 7 rayonu işğal altında saxladığını
demir.
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsi ilə
bağlı qəbul etdiyi baza prinsiplərində
qeyd olunur ki, münaqişə Dağlıq Qarabağa Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
ən yüksək özünüidarəetmə statusu
verilməklə həll
edilməlidir. Bunun üçün də Ermənistan Silahlı Qüvvələri
işğal etdiyi Azərbaycan torpaqlarından
çıxmalı, azərbaycanlı
köçkünlər öz
evlərinə qayıtmalı
və onların təhlükəsizliyi təmin
olunmalıdır.
Bütün bunlar beynəlxalq
təşkilatların münaqişənin
həlli ilə bağlı qəbul etdikləri sənədlərdə
yer alan
prinsiplərdir. Ermənistan rəhbərliyi
isə yalan danışmaqla, öz fantaziyalarını gerçəklik
kimi təqdim etməklə diqqəti beynəlxalq hüququn prinsiplərindən, reallıqdan
yayındırmağa çalışır.
Prezidentliyə namizədin güllələndiyi bir ölkənin hakimiyyətini təmsil edən Armen Aşotyandan, şübhəsiz ki, ədalətli mövqe gözləmirdik. Yəni buna təəccüblənmədik.
Bizi təəccübləndirən
İtaliya mətbuatının
qarşı tərəfin mövqeyini
öyrənmədən Ermənistan hakimiyyətinin
yalanlarına meydan açması oldu...
Xalq Cəbhəsi.- 2016.- 26 aprel.- S.5.