Bakı Forumunda qlobal həmrəylik ayı elan
edilməsi təklif olunub
“İnsanlar müxtəlif
hüquqlarından məhrum
olur, yoxsulluqdan əziyyət çəkir. İqlim dəyişikliyi,
münaqişələr insanlar
üçün ciddi
problemlər yaradır,
miqrasiyaya səbəb
olur”.
Bunu dünən
Bakıda keçirilən
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində
keçirilən BMTSivilizasiyalar
Alyansının Dostları
Qrupunun yüksək səviyyəli iclasında
Malta prezidenti Marie Louise Coleiro
Preca söyləyib.
Marie Preca qlobal həmrəylik
ayı elan etməyi təklif edib: “Biz zorakı ekstremizmə qarşı uzunmüddətli strategiyalar
hazırlamağa çağırmalıyıq.
Cəmiyyətdən təcrid olanları
artıq kənarda saxlamamalıyıq, onlara əl uzatmalıyıq.
Sülhə, tolerantlığa, müxtəlifliyə rəğbət
bəsləyən prinsipləri
əsas götürməliyik.
Təhsil sahəsində də
bu addımlar atılmalıdır. Biz növbəti humanitar fəlakətə imkan verməməliyik. Mən Aralıq
dənizində yaşananları
nəzərdə tuturam.
Biz artıq tədbirlər
görməliyik. Münaqişələr bizim sülh mədəniyyətinin formalaşmasına
kömək etmir.
Beynəlxalq miqrasiyanın mürəkkəbliyi
artır, hökumətlər
miqrasiya problemlərinin
həlli, inklüzivlik
sahəsində addımlar
atmalıdır”.
Malta prezidenti qeyd edib ki, qadınların
cəmiyyətdə, dünyada
rolu unudulmamalıdır:
“Qadınlar çox zaman zorakı münaqişələrin qurbanı
olsalar da, onlar həm də sülhün qurucuları ola
bilər. Sosial inklüzivlik böyük
əhəmiyyət daşıyır,
dünyamızın transformasiyasına
çalışmalıyıq. Sosial zorakılıqdan can
qurtarmalıyıq, sosial
inklüzivliyin katalizatoru
olmalıyıq”.
Qazaxıstan parlamenti Senatının
sədri Kasım-Jomart
Tokayev isə çox keşməkeşli
bir dövrdə yaşadığımızı söyləyib: “Biz qlobal təhdidlərə qarşı
mübarizə aparmalıyıq.
Anlamalıyıq ki, yeni müharibələrdə qaliblər
olmur. Konstruktiv danışıqlarla bütün münaqişələrə
son qoyulmalıdır. Hərbi blokların qarşısını
almağa çalışmalıyıq.
BMT-nin Sivilizasiyalar
Alyansının oynayacağı
çox mühüm vəzifələr var. Biz insanların
vahid mövqedən çıxış etməsini
istəyirik. Mədəniyyətlərin
yanaşı yaşaması
mühümdür. Qazaxıstan da
bir çox etnik qrupların vətənidir, biz mədəni
müxtəlifliyin qorunub
saxlanılmasının tərəfdarıyıq.
Qazax milləti müxtəlif dövrlərdə deportasiyaya
məruz qalıb.
Ancaq hesab edirik ki, bizim
xalq etnik qruplar arasında həmrəyliyin yaxşı
nümunəsi ola bilər. Etimadın, qarşılıqlı ünsiyyətin
zəifləməsi qarşılaşdığımız
əsas problemlərdəndir.
Biz yeni baxışlardan
çıxış etməliyik
ki, hər hansı toqquşmaların
aradan qaldırılmasına
nail olaq. İstəyirik ki, bundan sonra
da ekstremizmə qarşı daha qətiyyətlə mübarizə
aparaq. Atdığımız addımlar qanuna
əsaslanmalıdır. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü
ilə 2003-cü ildən
Astanada din xadimlərinin
ənənəvi görüşü
təşkil olunur.
Azərbaycan prezidenti İlham
Əliyevin təşəbbüsü
ilə dünya dini liderlərinin Bakıda görüşü
keçirilib. Qazaxıstan mayın
30-da terrorçuluğa qarşı
din mövzusunda tədbir
keçirəcək. İnanıram ki, bugünkü
Forumda da sülhün bərqərar
olunmasına töhfə
verəcək qərarlar
qəbul ediləcək.
Müzakirələr zamanı ortaya
çıxan suallara birgə cavablar axtarmalıyıq”.
Belarus Nazirlər Kabinetinin sədri Mixail Myasnikoviç isə bildirib ki, bu
gün dünya müxtəlif maneələrlə
üzləşib: “Dialoq
əvəzinə sanksiyalar,
zorakılıq meyllər
müşahidə edilir.
Alyans sivilizasiyaların yaxınlaşmasında
mühüm rol oynaya bilər. Bu gün Belarusun
hər hansı ölkə ilə ərazi münaqişəsi,
mübahisəsi yoxdur,
çoxlu sayda xalqlar ölkəmizdə mehriban yaşayırlar.
Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynada problemlərin həllində aktiv iştirak edir. Bu gün Belarusda
Çernobıl qəzasının
30 illiyi qeyd edilir. Bu texnogen
qəzanın nəticəsinin
aradan qaldırılması
gələcəkdə də
diqqət mərkəzində
olmalıdır. Belarus
Yaponiyada Fukusima Atom Elektrik Stansiyasında qəza baş verən zaman da öz dəstəyini
əsirgəmədi”.
Myasnikoviç bildirib ki, Lukaşenko Avrora İttifaqı və Avrasiya İttifaqı arasında inteqrasiya təşəbbüsü ilə
çıxış edib:
“Biz inteqrasiya sahəsində
parlamentlərarası əməkdaşlığı
da önəmli hesab edirik. İnanırıq ki, Alyansın tribunası da siyasi xarakterli bəyanatlardan uzaq olacaq”.
Qətərin baş nazirinin müavini Əhməd
bin Abdulla Əl Mahmud isə bildirib ki, ölkəsinin məqsədi təhlükəsiz,
çiçəklənən cəmiyyətin
qurulmasıdır. “Dialoqun, sülhün təşəkkül
tapmasının tərəfdarıyıq. Beləliklə inklüziv cəmiyyətin qurulmasına nail ola bilərik. Müasir dövrdə sivilizasiyalar
arasında dialoqun qurulması üçün mənfi stereotiplərin aradan qaldırılması üçün
mübarizə aparmalıyıq. Əgər biz
lazımi addımlar atmasaq, xalqlar arasında etimad daha da zəifləyəcək.
Biz bu halda
islamı terrorla bağlayan
dairələrin də qarşısını ala
bilərik. Söhbət terrorçuluqdan
gedirsə, onun sosial, dini kökü ola bilməz. Terrorçuluq
nəinki Orta Şərqdə, Qərbdə
və Şimalda da
özündə təhdid ehtiva edir. Əgər insan başqa bir insanı məhv
edirsə, deməli, bütün bəşəriyyətə
hücum çəkmiş olur. Ona görə də inklüzivlik
bizə çoxdan gözlədiyimiz dəyərləri
gətirə bilər. İslam
dünyası ilə Qərb dünyası arasında
münasibətlərin tənzimlənməsi elə bir konteksti
formalaşdırır ki, bu,
ekstremistlər tərəfindən istifadə edilir.
Qətər hökuməti Alyansın fəaliyyəti ilə
bağlı atılacaq addımları qəbul edir. Bu addımlar
atılan halda mədəniyyətlər
arasında körpü salına bilər.
Qətər həm də mətbuat azadlığına dəstək
verən ölkədir, terrorizmə qarşı mübarizədə
fəal iştirak edir.
Hamımızın üzərinə düşəni ümumi öhdəlik odur
ki, birgə
çalışmalıyıq. Sülhsevər cəmiyyətin
qurulmasına, insanlara hörmətlə
münasibətlərin bəslənməsinə
çalışmalıyıq. Dünya bir kəndə bənzəyir, əl-ələ
verərək birgə yaşamalı, sülhü
təmin etməliyik. Qətər dövlətinin Bakı Bəyannaməsinə
dəstək verdiyini bəyan edirəm”.
Xalq Cəbhəsi.- 2016.- 27 aprel.-
S.4.