Bakı forumu baş
tutdu
BMT-nin Sivilizasiyalar Alyansının
bəyannaməsində Bakı
forumunun məqsədlərinə
çatdığı bildirilir
Dünən Bakıda keçirilən
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində
keçirilən BMT Sivilizasiyalar
Alyansının Dostları
Qrupunun yüksək səviyyəli iclasında
Bakı Bəyannaməsi
qəbul olunub.
Bu barədə BMT-nin Sivilizasiyalar Alyansının
ali nümayəndəsi
Nassir Abdulaziz Al-Nasser bildirib.
Malta Respublikasının prezidenti
Marie Louise Coleiro Preca Bakı Bəyannaməsində
sülh təşəbbüslərinin
də əksini tapdığını bildirib:
“Arzularımıza çatmaq
üçün insan
hüquq və azadlıqlarını, həmrəyliyi
qorumaq, sülh mədəniyyətinə yiyələnmək
lazımdır. İnsanlar artan
bərabərsizlikdən narahatdırlar.
Qorxu nifaq toxumu səpməkdədir.
Biz sosial inklüzivliyi
əlimizdə bayraq etməliyik. Bakı Bəyannaməsi
hamı üçün
ədalət və bərabərlik prinsiplərini
təbliğ edəcək”.
Sənəddə qeyd olunur ki,
Bakı Bəyannaməsi
Mədəni və dini müxtəlifliklərə
hörmət və anlaşmanın vacibliyini qeyd edir, müxtəlif
mədəniyyətlər, sivilizasiyalar və insanlar arasında tolerantlıq, hörmət,
dialoq və əməkdaşlığı təbliğ edir.
Bəyannamədə sülh, təhlükəsizlik
və inkişafın
genişlənməsində universal dəyər kimi Sivilizasiyalar Alyansın moderatorluğunu genişləndirəcəyi
vurğulanır. Dünyanın mədəniyyət müxtəlifliyi və mədəni irsinin bütün xalqlar arasında sülh faktoru və inkişaf kimi hər kəs tərəfindən qorunmasının
vacibliyi bildirilir.
Mədəni irslərə qarşı
davamlı və geniş miqyasda qanunsuz aktların baş verməsi ilə bağlı narahatlıq ifadə olunur. Sülh və təhlükəsizliyin,
insan haqlarının və dayanıqlı inkişafın təbliğ
olunması üçün
mədəni irsə hörmətin vacibliyi vurğulanır.
Mədəniyyətlərarası və dinlərarası dialoqun, tolerantlıq, plüralizm və qarşılıqlı hörmət
sahəsində əməkdaşlığın
vacibliyi qeyd olunur. "2030 Dayanıqlı İnkişaf Gündəliyi"nin qəbulu alqışlanır.
Günahsız insanların ölümünə,
dağıntılara və
insanların qaçqın
düşməsinə səbəb
olan, dünyanın müxtəlif yerlərində
qeyri-tolerantlıq, zorakı
ekstremizm, zorakılıq
və terrorizm aktlarından narahatlıq ifadə olunur.
Bəyannamədə fərq qoymadan bütün insan hüquq və azadlıqlarına hörmətlə bağlı
BMT Xartiyası qarşısında
bütün üzv ölkələr tərəfindən
götürülən öhdəlik
dəstəklənir, bir
daha vurğulayır ki, üzv ölkələrin
bütün insan hüquq və fundamental azadlıqlarını müdafiə
etmək öhdəliyi
var. Bəyannamədə rasizm,
radikal ayrı-seçkilik,
ksenofobiya və qeyri-tolerantlığa qarşı
mübarizədə ümumi
qətiyyət ifadə
olunur.
Sənəddə qeyd edilir ki,
mədəniyyətlərə hörmət qeyri-zorakılıq
və insan haqlarına hörməti,
o cümlədən insanlar
arasında həmrəyliyi
və mədəniyyətlər
arasında dialoqu gücləndirir.
Bəyannamə müəllifləri gender bərabərliyinin vacibliyini
qeyd edir, turizmin qarşılıqlı
hörmət, anlaşma
və tolerantlığın
genişlənməsinə, insanlar arasında əlaqə yaranmasına xidmət etdiyini vurğulayırlar.
"Azərbaycanın 7-ci qlobal foruma ev
sahibliyi etməsini yüksək qitmətləndiririk. Bildiririk
ki, miqrasiyanın gedilən ölkə ilə gedən şəxsin vətəndaşı
olduğu ölkə arasında mədəni plüralizmi təbliğ etmək də daxil olmaqla müsbət
nəticələri ola bilər. İnternet kimi müasir texnologiyanın insan haqları, bərabərlik,
başqalarına hörmət
və tolerantlıq kimi dəyərlərə
qarşı istifadə
edilməsindən, rasizm,
nifrət, ksenofobiya, ayrı-seçkiliyin təbliğindən
dərin narahatlıq keçiririk.
Ölkələri Bakıda qəbul
edilən öhdəlikləri yerinə yetirməyə
çağırırıq. Əminliyimizi bildiririk
ki, Bakı forumu inklüziv cəmiyyətdə birgə yaşama, zorakı ekstremizm
kimi çağırışların
qarşısının alınması, sülh,
universal insan
haqları və dayanıqlı inkişaf
kimi Sivilizasiyalar
Alyansı tərəfindən vurğulanan
məqsədlərinə çatıb", - deyə Bəyannamədə
bildirilir.
Xalq Cəbhəsi.- 2016.- 27 aprel.-
S.5.