“Belə bir tədbirin
məhz Azərbaycanda keçrilməsi ölkəmiz üçün çox mühüm bir hadisədir”
Cəbrayıl Fərzəliyev: “Azərbaycan dünyada multikulturalizm diyarı kimi tanınır”
Azərbaycan hər zaman olduğu kimi yenə də dünyanın diqqət mərkəzinə çevrilən
ölkələrdən oldu. Aprelin 25-dən etibarən Bakıda keçirilən BMT Sivilizasiyalar
Alyansının VII Qlobal
Forumu ölkəmizə
bu şəraiti, imkanı yaratdı. Foruma yüksək səviyyədə
evsahibliyi etməklə
Azərbaycan bir daha dünyaya öz mesajlarını vermiş oldu. Bunlar sırasında Azərbaycanın
sülhpərvər, regionda
xüsusi çəki
və rola malik, multikultural dəyərlərə sahib bir
dövlət olduğu
mesajları vardı.
Elə bu qeyd edilənlər
baxımından istər
forum iştirakçıları, istərsə də digər ekspertlər, siyasilər BMT Sivilizasiyalar
Alyansının VII Qlobal
Forumunun Bakıda keçirilməsini yüksək
dəyərləndirirlər.
Politoloq
Cəbrayıl Fərzəliyev
də deyir ki, Birləşmiş Millətlər Təşkilatının
Sivilizasiyalar Alyansının
VII Qlobal Forumunun Bakıda keçirilməsi
alqışlanmalıdır və belə bir mötəbər tədbirin məhz Azərbaycanda keçrilməsi
ölkəmiz üçün
çox mühüm bir hadisədir: “Azərbaycan dünyada multikulturalizm diyarı kimi tanınır. Təsadüfi deyil ki, Azərbaycanda müxtəlif
dinlərin, müxtəlif
mədəniyyətlərin daşıyıcıları harmonik
şəkildə fəaliyyət
göstərirlər. Təbii ki, bu faktor
da BMT kimi mötəbər təşkilatın
diqqətindən yayınmayıb.
Xüsusilə də Azərbaycan
prezidenti İlham Əliyev dəfələrlə
beynəlxalq tribunalardan
bəyan edib ki. ölkəmizdə
multikulturalizm əsrlərlə
formalaşmış bir
dəyərdir, adət-ənənədir,
multikulturalizm dövlət
siyasətidir, gələcəyimizin
təminatçısıdır. Bütün bu qeyd etdiklərimə
əsasən BMT bu formun bakıda keçrilməsinə maraqlıdır
və bu təşkilatın öz
seçimidir”. Politoloq
hesab edir ki, Forumun Bakıda
keçirilməsi sivilizasiyalararası
dialoqun möhkəmləndirilməsi,
xalqlar və dövlətlər arasında
dostluq, əməkdaşlıq
və davamlı inkişafın təşviqi,
milli, dini və irqi ayrı-seçkiliyin,
dünyada sülh və təhlükəsizliyi
təhdid edən neqativ halların aradan qaldırılması
və ümumbəşəri
əhəmiyyət kəsb
edən digər məsələlərin müzakirəsi
baxımından çox
əhəmiyyətlidir: “Dünyada
mövcud geosiyasi gərginliyi nəzərə
alaraq qeyd etmək olar ki, forumun Bakıda
keçrilməsi ölkəmiz
üçün hərtərəfli
faydalıdır. Ona görə
ki, dünyanın bu mövzunu müzakirə etməsinə,
müəyyən planlar,
layihələr almasına,
müsbət təcrübələri
bölüşməsinə və paylaşmasına böyük ehtiyacı
var. Bunun üçün
də Azərbaycan nümunəsi ən gözəl örnəkdir.
Bir var ki, bu
dəyərləri hardasa
təbliğ edirsən,
bir də var ki, dünyanın
aparıcı siyasətçiləri,
ekspertləri, ölkə
başçıları gəlir,
söylənilən fikirlərin
reallıq olduğunu görür. Azərbaycan
neçə illər
ərzində terrora məruz qalıb, uzun əsrlər boyu regionda bir
çox qüvvələrin
toqquşması nəticəsində
çoxsaylı faciələr,
məhrumiyyətlərlə üzləşib, lakin buna baxmayaraq, ölkəmiz özünün
xarakterindən, mahiyyətindən
irəli gələn mövqedən əl çəkmir və multikultural dəyərlərin
məhz belə bir məqamda insanlığın daha çox faydasına olacağını düşünür,
bu kimi tədbirlərin
təşkilatçısı qismində çıxış
edir. Forumun Bakıda keçrilməsinin
digər mühüm cəhəti isə Qarabağ həqiqətləri
ilə bağlı Azərbaycanın haqq səsinin dünyaya yenidən çatdırılması
üçün imkanın
mövcudluğudur. Belə ki,
aprel ayının əvvəllərində cəbhədə
yaranmış gərginlikdən
sonra Azərbaycan silahlı qüvvələrinin
uğurlu hərbi əməliyyatlar keçirməsi
və inamlı qələbə qazanması
nəticəsində qarşı
tərəfi güc vasitəsi ilə danışıqlar masasına
oturtmaq üçün
mühüm məqam yetişib. Və təbii ki,
belə bir həssas məqamda bu forumun Bakıda
keçirilməsi, dünyanın
aparıcı güclərini
təmsil edən liderlərin məhz bu forumda işiirakı
ölkəmiz üçün
böyük imkan yaradır”.
Azərbaycan Slavyan Gəncləri
Assosiasiyasının Rusiya nümayəndəliyinin
rəhbəri Toğrul Allahverdili
də hesab edir ki, Forumun Bakıda
keçirilməsi ölkəmiz üçün
önəmlidir: “Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar
Alyansının 7-ci Qlobal Forumunun
Bakıda yüksək səviyyədə keçirilməsi
Azərbaycanın beynəlxalq nüfuzunun
artması, Azərbaycan xalqının mədəniyyətinin,
Azərbaycan həqiqətlərinin dünyada
tanıdılmasında əhəmiyyətli rol
oynayır. Forumun Bakıda keçirilməsinin
əhəmiyyəti 2016-cı ilin ölkəmizdə
"Multikulturalizm ili"
elan edilməsi ilə də əlaqədardır.
Forum öz işinə
başlamadan bir gün əvvəl gənclərlə
bağlı tədbirin keçirilməsi forumu
daha da önəmli edib. Tədbirin məqsədi
dünyanın müxtəlif ölkələrindən çoxlu sayda gənci bir araya toplayaraq
qarşıda duran məqsədlərə
nail olmaq üçün onların fikir
və düşüncələrini öyrənmək idi. Üç gün davam edən Forumun işində mədəniyyətlərarası
dialoq, beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsi, gənclərin təşəbbüslərinin
dəstəklənməsi, bu baxımdan yeni mənbələrin müəyyənləşdirilməsi
və s. məsələlər öz əksini tapır”. Toğrul
Allahverdili deyib ki, bu gün
Azərbaycanın Ermənistanın işğal
siyasətini ifşa etmək üçün həyata keçirdiyi
siyasətin bir qanadının da tolerantlıq siyasəti ilə
bağlıdır: “ Yaxın keçmişdə
azərbaycanlıları dünyada qəddar,
irqçi kimi
tanıtmağa çalışan erməni lobbisi
bu gün
çıxılmaz duruma düşüb.
Çünki hazırda dünya
ölkələrinin böyük əksəriyyəti
Azərbaycanın tolerantlıq modelini
yüksək qiymətləndirir, digər dövlətlər
üçün nümunəvi səciyyə
daşıdığını açıq şəkildə
etiraf edir. Bu isə o deməkdir ki, qəddar bir xalq tolerantlıq nümunəsi yarada bilməz. Qeyd etmək
istərdim ki , Qarabağ
həqiqətlərinin dünyaya
çatdırılmasında dövlətlə xaricdə fəaliyyət
göstərən Azərbaycan diasporasının birgə fəaliyyəti
öz müsbət nəticələrini verir. Tək elə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin
rəhbəri Leyla xanım
Əliyevanın bu istiqamətdəki fəaliyyəti
kifayət qədər diqqəti cəlb edir”.
Xalq Cəbhəsi.- 2016.- 28 aprel.-
S.9.