“Forum Azərbaycana
yalnız müsbət dividentlər gətirəcək”
İlham
İsmayılov: “Biz bunun
nəticələrini tezliklə
müşahidə edəcəyik”
Aprelin
25-27-də Azərbaycanın ev sahibliyi
ilə Bakı şəhərində BMT-nin
Sivilizasiyalar Alyansının
“İnklüziv cəmiyyətlərdə
birgəyaşayış: çağırış
və məqsəd” adlı 7-ci Qlobal Forumu keçirildi. 7-ci Bakı Qlobal
Forumda dünyanın əksər ölkələrindən
çoxlu sayda nümayəndə iştirak
etdi. Forumda BMT-nin Sivilizasiyalar Alyansının Dostları
Qrupuna daxil olan ölkələrin dövlət və hökumət başçıları,
xarici işlər nazirləri və digər yüksək səviyyəli hökumət
rəsmiləri, beynəlxalq
təşkilatların rəhbər
heyətləri, dini liderlər, müxtəlif
sahələr üzrə
ekspertlər, qeyri-hökumət
və vətəndaş
cəmiyyəti, biznes
dairələri və
kütləvi informasiya
vasitələrinin nümayəndələri
təmsil olundu. Tədbir geniş şəkildə
117 xarici və yerli media tərəfindən
işıqlandırıldı. Forumun yekununda qəbul edilən Bakı bəyannaməsi isə xüsusi qeyd edilməlidir. Bu həm də Azəbaycandan dünyaya ünvanlanan sülh, tolerantlıq mesajı idi.
BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış:
çağırış və məqsəd” adlı 7-ci Qlobal Forumunun nəticələrini
qiymətləndirən əksər siyasətçilər, ictimai xadimlər, vətəndaş cəmiyyətinin
nümayəndələri onu ölkəmiz
üçün xüsusi
əhəmiyyətə malik bir hadisə kimi dəyərləndirirlər.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq
Mərkəzinin sədri İlham
İsmayılov deyir ki,
BMT-nin Sivilizasiyalar
Alyansının “İnklüziv cəmiyyətlərdə
birgəyaşayış: çağırış və məqsəd”
adlı 7-ci Qlobal Forumu
bir neçə parametrləri üzrə
Azərbaycana fayda verəcək: “İlk növbədə onu
qeyd etmək lazımdır ki, bununla Azərbaycan bir daha dünyanın siyasi səhnəsində xüsusi
rola və çəkiyə malik olduğunu sübuta yetirdi. Forumu yüksək səviyyədə təşkil
etməklə bu sahədə xüsusi təcrübəyə malik olduğunu da ortaya qoydu.
Qeyd etmək
yerinə düşər ki, bundan əvvəl də Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə
evsahibliyi edərək onların uğurla başa
çatmasına nail olub.
7-ci Qlobal Forum da məhz belə tədbirlərdən biri oldu. Eyni zamanda 7-ci Qlobal Forumun Bakıda
keçirilməsi Azərbaycanın beynəlxalq əhəmiyyətli
tədbirlərin, sammit və konqreslərin
təşkil olunduğu məkana çevrildiyini təsdiqlədi”. ATXƏM sədri deyir ki, forum Azərbaycan tarixi, mədəniyyəti, adət-ənənələri,
ən əsası tolerantlıq ə burada
mövcud olan multikultural dəyərlərin dünyaya
bir daha dünyaya yaxından
çatdırılması baxımından mühüm
əhəmiyyət daşıdı: “İki
gün ərzində Azərbaycanda olan xarici qonaqlar,
dövlət və hökumət rəsmiləri, beynəlxalq
təşkilatların nümayəndələri qeyd etdiyim müsbət məqamları
öz gözləri ilə görüb bu
situasiyanın əyani şahidinə çevrildilər. Azərbaycan həqiqətləri, xüsusilə Ermənistanın
işğalçılıq siyasəti,
torpaqlarımızın işğala məruz
qalması faktının beynəlxalq aləmə daha yaxından çatdırılması
baxımından da 7-ci Qlobal
Forum önəm kəsb edirdi.
Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyev də forumda çıxışı zamanı bu məsələyə geniş
yer ayıraraq Ermənistanın
işğalçılıq siyasətinin acı nəticələrini
açıq-aydın iştirakçıların diqqətinə
çatdırdı. Hesab edirəm ki, bundan sonra
beynəlxalq aləmdə Dağlıq Qarabağ problemi, ermənilərin
təcavüzkar siyasəti barədə daha
aydın təsəvvür yaranacaq”. İlham İsmayılovun sözlərinə
görə, forumu işıqlandırmaq üçün Azərbaycana çoxlu
sayda xarici media nümayəndəsi təşrif buyurmuşdu ki, bu da informasiya
mübarizəsində ölkəmizin xeyrinə işləyən
amillərdəndir: “İstər forumun keçirildiyi günlərdə, istərsə
də ondan sonrakı günlərdə
müxtəlif ölkələrin KİV-ləri, televiziya kanallarında Azərbaycandan bəhs edildi. Bu da
öz-özlüyündə ölkəmizin təbliğatı
baxımından əhəmiyyətlidir. Bütün bunları nəzərə
alaraq qeyd edə bilərəm
ki, BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv
cəmiyyətlərdə birgəyaşayış:
çağırış və məqsəd” adlı 7-ci Qlobal Forumu bütün
parametrləri üzrə Azərbaycana yalnız müsbət
dividentlər gətirəcək. Biz
bunun nəticələrini tezliklə
müşahidə edəcəyik”.
Xalq Cəbhəsi.- 2016.- 29 aprel.-
S.9.