Qəbələ
Beynəlxalq Musiqi Festivalı yerli və xarici musiqisevərlərin
rəğbətini qazanıb
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və
rəhbərliyi ilə
Azərbaycanda çoxsaylı
mədəniyyət layihələri
həyata keçirilir. Belə mədəniyyət
tədbirlərindən olan
Qəbələ Beynəlxalq
Musiqi Festivalı öz möhtəşəmliyi
ilə yerli və xarici musiqisevərlərin rəğbətini
qazanıb. Bu festival artıq gözəl ənənəyə çevrilib.
AZƏRTAC
xəbər verir ki, bu sözləri
jurnalistlərə müsahibəsində
Qəbələ Beynəlxalq
Musiqi Festivalının
bədii rəhbəri,
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti
Fərhad Bədəlbəyli
bildirib. O qeyd edib ki, Azərbaycan
mədəniyyətinin təbliğinə
xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin
dünyada tanıdılması
üçün bir vasitədir: “Qəbələ
Beynəlxalq Musiqi Festivalının nüfuzu
ildən-ilə artır.
Builki festivalın proqramı çox zəngindir.
Festivalda
rəngarəng konsertlər
olacaq və fərqli musiqi əsərləri səsləndiriləcək.
Düşünürəm ki, Qəbələ
VIII Beynəlxalq Musiqi
Festivalı haqqında
hələ çox danışılacaq".
Fərhad Bədəlbəyli festivalda
simfonik və kamera konsertlərinin musiqisevərlərə dünya
musiqisinin zənginliyini
duymağa imkan verəcəyini vurğulayıb. “Bu festival həm də dünyada nadir hallarda keçirilən musiqi tədbirlərindən biridir
ki, tamaşaçılar
burada konsertləri bilet almadan pulsuz
izləyə bilirlər.
Yəni,
bu tədbir kommersiya xarakteri daşımır, klassik musiqinin təbliği, maarifçilik məqsədilə
keçirilir. Əvvəlki illərlə müqayisədə
artıq insanlar bu konsertlərə həvəslə gəlirlər
və böyük maraq göstərirlər.
Ümid edirəm builki festivalın uğurları
daha böyük olacaq”, - deyə F.Bədəlbəyli bildirib.
Xalq Artisti qeyd edib ki,
Qəbələ Beynəlxalq
Musiqi Festivalı ölkəmizdə multikultural
dəyərlərə böyük
önəm verildiyinin
göstəricisidir. “Multikulturalizm
ili” çərçivəsində
keçirilən tədbirlərin
sırasında yer alan bu festivalda Azərbaycanın
və dünyanın dahi bəstəkarlarının
əsərləri səsləndirilir.
On iki ölkədən
görkəmli musiqiçilər,
bədii kollektivlər,
solistlər, dirijorlar iştirak edirlər.
Xalq cəbhəsi.- 2016.-
2 avqust.- S. 16.