Dövlət quşu

 

Mirzə Bala Məmmədzadə

 

Azərbaycan türkünün ortaq milli istək diləklərini, onun yaşayışa, dünyaya, millət yurd məsələlərinə baxışını, həyəcanlarını, sevinc, kədərlərini canlandıran xalq ədəbiyyatımızın hekayələr qismində sıx-sıx adı keçən bir dövlət quşu var. Taleyinin arxasınca qaçmağa, baxtını aramağa sınamağa çıxan adsız bir qəhrəman, əhalisi ölmüş hökmdarın yerinə yenisini seçmək üçün toplanmış bir ölkəyə gedib çıxır. Onlar bir quş uçururlar. Bu quş kimin başına qonarsa, o adam dövlət rəisi olur. Həqiqi quşdan ziyadə xalq iradəsinin simvolik timsalı olan budövlət quşuhər yerdə hər zaman o bəxt arayan qəhrəmanın başına qonar.

Fəqət hekayələrdəki simvolizm yalnız xalq iradəsinindövlət quşuşəklində ifadə edilməsindən ibarət deyil. Dövlət quruluşunda milli iradənin başlıca, təməl daşı rolunu oynadığını yaxud oynaması lazım gəldiyini göstərən bu cəhətdən başqa, daha mühüm olan bir cəhət var. “Dövlət quşuhər igidin başına qona bilməz.

İnadın, ehtirasın, ötkəmliyin qüvvətidövlət quşu”nun qarşısında bir heçdir.Dövlət quşu”nun iltifatına nail olmaq üçün ağlından başqanlıq vəzifə fikirləri keçirmədən, böyük milli mənfəətlər uğrunda fədakarlıqlarda bulunmaq, təhlükələrlə qucaqlaşmaq, xalqı ən qorxunc fəlakətlərdən qurtarmış olmaq, mərdliyin, qəhrəmanlığın yüksək həmlələrini göstərmək kimi yüksək insani xarakter sahibi olmaq gərəkdir.

Bəzən seçkilərdən şübhələnənlər olur.Quş”un yanıldığını zənn edərək, onu bir neçə dəfə təkrar-təkrar uçururlar. Fəqət milli iradə intixabında yanılmaz. Milli vicdan haqdan qaçmaz. Dövlət quşuintixab etdiyi şəxsin başına qonmaqda davam edər. davam edincə hər kəs onun intixabı önündə baş əyməyə məcbur qalır.

Dövlət quşu”nun iltifatına nail olmaq üçün qəhrəmanın çətin tikanlı yollardan keçməsi lazımdır. Mövcud ictımai nizamdan şikayətçi olan millət xəyalında yaratdığı inqilabçı bir igidi silahlandırıb atına mindirir yola çıxarır. O, tam mənası ilə inqilabçıdır. Mövcud nizam intizamın hər yerdə tərsinə hərəkət edər. Hər kəsin etdiyini deyil, heç kimin etmədiyini edir.

O, iki yol ayrıcına gəlir:

Birigedən-dönər”, o birigedər-gəlməzyoludur. İgidgedər-gəlməzyolunu intixab edər. Ətrafını saran cinlər, ifritələr, şeytanlar onu əsla sarsıtmaz. O, qorxunc səslərə, hiylə fitnələrə əsla əhəmiyyət vermədən, taleyinin əmr etdiyi hədəflərə doğru yürüməkdə davam edər. Yolda o, böyük bir çayın üzərinə çöküb suyunu udan ətrafı quraqlığa məhkum etmək surətilə xalqın fəlakətinə səbəb olan yeddibaşlı əjdaha ilə qarşılaşır onunla savaşa girişir. Min bir pəhləvanın başını yemiş olan bu yeddibaşlı canavar onun əlində həlak olur. Çay qırx gün, qırx gecə o canavarın qanından qıpqırmızı bir rəng alır. Qırxıncı gün təmiz su axmağa başlarkən, ətraf sevinc içində çalxalanmağa başlar. Hər yer yenə şənlənir. Bu yurd üzərindən ölüm pərisi qalxaraq, yenə həyat səadət pərisi qanad gərir. Məchul qəhrəmanımızın adı dillərdə dastan olmaqda ikən o yoluna davam edər. Qaralara bürünmüş, qaralar geymiş, qara bayraqlar asmış matəmli bir diyara gəlir.

Hər kəs məhzun kədərlidir. Bu diyara daha müdhiş bir fəlakət üz verib. Qaf dağının buludları üstündə olan ən uca bir zirvəsində olan divlər kralı div bu məmləkətin dünya gözəli olan prinsesini oğurlayıb, yuvasına qaldırıb. Üstəlik məmləkəti, “Dədə Qorqud”unTəpəgözhekayəsində olduğu kimi, insan vergisinə məcbur edir. Hər gün ona yüzü oğlan, yüzü qız olmaq üzrə iki yüz gənc veriləcək. div bunları kəsdirərək, dünya gözəlinə kabab bişitdirib yeməkdədir. Məmləkət artıq bu fəlakətdən məhv olmaq üzrədir.

Ürəyi haqq ədalət duyğuları ilə çırpınan qəhrəmanımız buna dözə bilərmi heç?

O, divə qarşı savaşa girişir. Onun qılıncı haqq tərəfindən suvarılıb. Onun qollarında qırx qaplan gücü var. Onun altındakı at, bir at olmaqdan artıq bir qartaldır. Qəhrəmanımız divin yurduna varacaq, onu məhv edəcək dünya gözəlini qurtaracaq. Millət fəlakətdən fəlakətə, təhlükədən təhlükəyə atdığı bu əsatiri qəhrəmanların şəxsində ən yüksək duyğularını canlandırmaq istəyib, o qəhrəmanları millətin bütün əməllərini özündə toplayan bir şəxsiyyətə çevirdikdən sonra onların başınadövlət quşuqondurub.

Bəli, “dövlət quşumilli iradəni ifadə edən simvolik bir təbirdir. Bu hekayələr Azərbaycan türkünün milli dövlətsiz yaşamağı bir fəlakət zillət kimi qəbul etdiyini sübut edər.

Bir milli dövlət ki, yalnız milli iradə üzərinə qurulacaq. Bir milli iradə ki, Azərbaycan xalqının sərbəst rəyini bildirməsi surətilə, onun intixab edəcəyi millət vəkilləri sifətində təcəlli edər. Elə millət vəkilləri ki, böyük yüksək milli mənfəətlər uğrunda, bütün millətin həyat səadətinə, şərəf heysiyyətinə, hürriyyət istiqlalına xidmət edən müqəddəs savaşda fədakarlığı, gözütoxluğu, cəsarət qəhrəmanlığı ilə tanınıb.

Elə bu baxımdan 28 May 1918-ci il tarixinin qiyməti çox böyükdür. Bu tarix Azərbaycan türkünün əsrlər uzunu bəslədiyi, uğrunda mənən maddətən çarpışmış olduğu, nəsildən-nəslə müqəddəs bir əmanət kimi nəql edib yaşatdığı böyük milli idealın gerçəkləşdirdiyi tarixdir.

Bu gün başında Azərbaycan dövlət quşunun qonduğu Azərbaycan Milli Şurası Azərbaycanı xalqın iradəsinə dayanan müstəqil bir cümhuriyyət olaraq elan edib. Millətin vicdanından doğan bu dövlətə millət dörd əllə sarılıb. Bu dövlət Azərbaycanın üzərinə çöküb onun bir əsrdir qanını əmən yeddibaşlı rus canavarını məhv edərək, məmləkəti hürriyyət səadətə qovuşdurub.

Fəqət hekayələrdəki yeddibaşlı canavarın yeddisi kəsilmədikcə, o ölmüş sayıla biləməz. Altı başını itirmiş olan canavar bir başı sayəsində yenidən canlanır, yenidən yeddibaşlı canavar olur.

1918-ci il istiqlal hərbində başlarının hamısını itirməmiş olan rus canavarı yenidən yurdumuza basılaraq millətin qanını yenidən içməyə, onun həyat çeşməsini qurutmağa qoyuldu. Millət istiqlal dövrünü həsrətlə xatırlayır. Milli hakimiyyətinin timsalı olan üçrəngli bayrağını xəyal edərək sızlayır. Məmləkət üzərində rus bayrağının dalğalandığını, küçələrində rus əsgərlərinin dolaşdığını, ən münəvvər idealist övladının Solovkilərə sürüldüyünü gördükcə, məmləkətinin ən amansız istismara məruz qaldığını şahid olduqca intiqam duyğuları qabarır. Bu kin intiqam duyğuları, bu on altı illik əsarət günlərində özünü feilən qanlı səhnələr halında göstərib.

Bu qanlı imtahan səhnələrində millət 28 Maydakı iradəsini axıtdığı al qanı ilə təsdiq edib, Azərbaycan dövlət quşunun yalnız Azərbaycan türkünün başına qonacağını aləmə elan edib.

Bəli, Azərbaycan dövlət quşu yalnız Azərbaycan türkünün başına qona bilər. O, Azərbaycan türkünün dostu ilə düşmənini ayırd etməkdə çox həssasdır.

Onu aldatmaq, ovutmaq, azdırmaq kələk gəlmək imkansızdır.

Azərbaycan dövlət quşu Azərbaycan türkünün vicdanını, ən yüksək əməllərini, istək diləklərini, həyəcanlarını öz şəxsində toplamış olanların başına qona bilir. Bunlar isə Azərbaycanın tam istiqlalından ibarətdir.

İstila istiqlal!..

Dövlət quşu yalnız istiqlalın hamisidir. istiqlalı yenidən qazananların başına qonacaq.

 

Azərbaycan türkcəsinə uyğunlaşdıran:

Almaz Həsənqızı, filologiya üzrə elmlər doktoru

 

M.B.MəmmədzadəninV.Nuhoğlu

imzası ilə təqdim etdiyi bu məqalə

Qurtuluş” (Berlin) dərgisinin

1936-cı il 19-cu sayında (s.536-537) dərc edilib.

 

Xalq cəbhəsi.-2016.-11 avqust.-S.13.