Şərqdə və qərbdə milli-mənəvi
dəyərlər
“Şərq
və Qərb mədəniyyətlərinin və müvafiq təfəkkür
tərzlərinin üstün cəhətlərinin aşkar
edilməsi həm tarixi, həm də məntiqi planda xüsusi
tədqiqat tələb edir”
III yazı
“Şərq təfəkkürü nöqsanlardan azad
deyil. Lakin kim belə hesab edirsə ki, müasir dövrdə
xalqımızın tərəqqisinə mane olan Şərq təfəkkür
tərzidir – səhv edir. Şərq təfəkkürünün
müəyyən çatışmazlıqları varsa, bu
onun üstün cəhətlərinə də neqativ planda
baxmaq üçün əsas vermir. Digər
tərəfdən də, ona qarşı qoyulan Qərb təfəkkür
tərzi də özünəməxsus nöqsanlara malikdir.
Yağışdan çıxıb yağmura
düşmək nailiyyət hesab oluna bilməz. Təcrübə göstərir ki, biz Qərb mədə-niyyətinin,
Qərb təfəkkür tərzinin məhz nöqsanlı cəhətlərini
qəbul etməyə daha çox meylliyik”. Bu fikirləri fəlsəfə elmləri doktoru,
AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov səsələndirib.
Onun fikrincə, müasirliyə gedən yolun diskoteka və
videotekadan, hətta internet klublarında keçdiyini
düşünənlər səhv edirlər: “Belə
qüsurlu mövqeyin yayılması bizim ümumiyyətlə
mədə-niyyət və müasirlik haqqında təsəvvürlərimizin
məhdudluğu ilə əlaqədardır. Bəziləri
Avropa ilə bağlı olan hər şeyi mədəniyyət
hesab edir, müasirliyi onunla ayaqlaşmaqda görürlər.
Lakin bu zaman nədənsə Avropanın elmi, texnikası,
maddi istehsal və xidmət mədəniyyəti yaddan
çıxır, Avropanı Avropa edən, onu irəlidə zənn
etməyə vadar edən əsl cəhətlər unudulur, Qərbin
tərəqqisində həqiqətən böyük rol
oynamış olan, onun maddi mədəniyyətini tamamlayan
mütərəqqi mənəvi mədəniyyət nümunələri
yaddan çıxır və əksinə, Qərbin tənəzzülünə,
süqutuna, mənəvi deqradasiyasına aparıb
çıxara bilən, onun ilkin tərəqqi
dövrünün ənənələrinə əsaslanmayan,
yandançıxma (çox vaxt Afrikasayağı) "mədəniyyət"
nümunələri, o cümlədən, bayağı rok,
varyete, pornoqrafik musiqi lövhələri, gecə klubları,
kazino, striptiz və s. "Avropa mədəniyyəti" kimi
qəbul edilir”.
S.Xəlilov
hesab edir ki, məhdud səviyyəli gənclərdə belə
bir meyl təbiidir, lakin təəccüblü burasıdır
ki, bəzən mətbuat və televiziya da onların
"müdafiəsinə" qalxır, məktəblərimizdə
diskotekaların azlığından, Amerika və Qərb
cazmenlərinin həyat və fəaliyyətini öyrənmək
zərurətindən, rok musiqisinin şəhərimizin
kandarında qalmasından böyük qayğı və təlaşla
danışılır, darvazaları gen açmaq tövsiyə
edilir: “Qərbin tərəqqisinin əsil hərəkətverici
qüvvələri, böyük elm korifeyləri,
maarifçilər və filosoflar isə heç yada da
düşmür. Nyutonların, Volterlərin, Bethovenlərin həyat
və yaradıcılığından söhbət açmaq
unudulur, onlar mətbuat və televiziyaya buraxılmır. Məgər müasir gəncliyin onlara mənəvi
ehtiyacı yoxdurmu? Acınacaqlı
haldır ki, gənclərimizin əksəriyyəti Maykl Cekson
və Şvartsnegeri Rassel və Bordan daha yaxşı
tanıyırlar. Bu, bizim kütləvi
informasiya vasitələrinin Avropaya, Qərb mədəniyyətinə
birtərəfli münasibətinin nəticəsidir.
Təsadüfi
deyildir ki, hələ XX əsrin əvvəllərində –
Bakıda kapitalizmin meydana gəldiyi ilk dövrlərdə Qərb
sivilizasiyasına, Avropaya seçkili münasibətin zəruriliyini
dərk edən H.Cavid yazırdı:
Yurdumuzu
sardıqca
Düşkün
Paris modası,
Hər kəsə
örnək oldu
Sərsəm firəng ədası.
Müasir Qərb dünyası daxilən ziddiyyətli
olduğundan və rasional düşüncəni mütləqləşdirdiyindən
onun birtərəfli tərəqqisi labüd surətdə mənəvi
deqradasiyaya gətirir. Lakin Avropa böyük cidd-cəhdlə bu
böhrandan xilas olmağa çalışır. Biz isə
bəzən onu tərəqqi etdirən amillərdən xəbərsiz
halda, onun iflas məqammı Qərb sivilizasiyası ilə
qarışıq salır, Qərbin xilas olmaq istədiyi və
məmnuniyyətlə bizə ixrac etdiyi bayağı mədəniyyətdən
ikiəlli yapışaraq "müasir" olmağa
çalışırıq. İstisinə
isinmədiyimiz bir şeyin tüstüsünü bəh-bəhlə
qəbul edirik”.
O bildirib
ki, şərq təfəkkür tərzini atıb Qərb təfəkkür
tərzindən yapışmaq (yeri gəlmişkən, təfəkkür
tərzi uzun müddətə formalaşır və onun dəyişilməsi
də çox mürəkkəb və uzun prosesdir) nə deməkdir?
Əsas məqsəd hər hansı təfəkkür
tərzinin zəif cəhətlərindən, birtərəfliyindən
azad olmaq deyilmi? Məsələ burasındadır ki,
müasir dövrdə Şərq və Qərbin
qarşılaşdırılması, onların fikir tərzində
olan özünəməxsusluğun mütləqləşdirilməsi
və yalnız bu və ya digər tərəfə
üstünlük verilməsi heç bir müsbət nəticəyə
gətirə bilməz: “Müasir təfəkkür hətta
müxtəlif sivilizasiyaların bir-birindən köklü surətdə
fərqli olan düşüncə tərzlərini "barışdırmağı",
onların mütərəqqi cəhətlərini birləşdirməyi
nəzərdə tutur. Son zamanlar hamım heyrətləndirən
"Yaponiya müəmmasının" açarmı da məhz
Şərq və Qərb təfəkkür tərzlərinin
uğurlu vəhdətində, başqa sözlə, Şərqə
məxsus yüksək mənəvi potensialın Qərbə
məxsus rasional düşüncə mədəniyyəti ilə
birləşdirilməsində axtarmaq lazımdır.
Şərq və Qərb mədəniyyətlərinin və
müvafiq təfəkkür tərzlərinin üstün cəhətlərinin
aşkar edilməsi həm tarixi, həm də məntiqi planda
xüsusi tədqiqat tələb edir. Müasir cəmiyyətşünaslığın
vəzifələrindən biri də xalqımızın milli
mədəniyyətini və təfəkkür tərzini
Şərq və Qərb mədəniyyətləri kontekstində
araşdırmaqdan və onun inkişaf perspektivlərini müəyyənləşdirməkdən
ibarətdir. Ciddi elmi tədqiqata əsaslanmayan
qənaətlər, empirik müşahidədən
çıxarılan nəticələr isə çox vaxt
qüsurlu olur.
Məsələn,
bəziləri belə hesab edirlər ki, düşüncəmizin
ətalətliliyi, məsuliyyətsizlik, biganəlik, "əşi,
nə olsun ki..." münasibəti, utancaqlıq və s.
Şərq təfəkkürünün tərkib hissəsidir.
Əlbəttə, məsuliyyətsizlik, biganəlik
pis keyfiyyətdir. Lakin o yalnız Şərqin
ənənəvi mənəviyyat tərzi kimi izah oluna bilməz,
çünki daha çox dərəcədə sosial
mühitlə, sahibkarlıq hissinin olmaması ilə
bağlıdır. Bu isə sosializmdən
miras qalmış bir keyfiyyətdir.
Utancaqlıq və ətalətli düşüncə
kimi keyfiyyətləri isə ancaq qara rənglə çəkmək
düzgün olmazdı. Utancaqlıq nədəsə bizə mane
olur deyə, əsrlər boyu formalaşmış bu yüksək
mənəvi keyfiyyətdən azadmı olmağa
çalışmalıyıq? Əgər ali hisslər intellekti üstələyirsə,
birincidən azad olmaq əvəzinə, ikincini inkişaf etdirmək
barədə düşünməli deyilikmi? Elə yüksək
intellektual səviyyəyə, praktik fəaliyyət və təfəkkür
mədəniyyətinə yüksəlmək mümkün
deyilmi ki, öz sözünü demək və haqqını
müdafiə etmək işində abır, utancaqlıq, təvazökarlıq
hüdudu daha mane ola bilməsin?”.
Onun fikincə,
hər hansı çəpəri, bəndi keçməyin
üç yolu var: bəndin altından sürünüb
keçmək, bəndi dağıdıb keçmək və
nəhayət, bəndin üstündən keçmək:
“Birinci yol – alçalmaq, axırıncı – yüksəlmək
tələb edir. Bəndin
dağıdılması isə min illər ərzində
yaradılmış bir abidənin, mənəvi meyarın
aradan götürülməsidir ki, bu zaman ölçü
itir, yüksəkliklə alçaqlıq eyniləşir.
Vaxtilə, burjua inqilabi aristokratiyanın böyük səylə
əməl etdiyi adət-ənənələri, əxlaq və
davranış qaydalarmı alt-üst etməklə intellektin əxlaqi
meyar üzərində birtərəfli qələbəsini təmin
etdi. Rasional düşüncə və
işgüzarlıq təşəbbüslərinin
qarşısını ala biləcək heç bir mənəvi
məhdudiyyət saxlanmadı. Bir sahədəki
ifratçılığın yerini başqa sahədəki
ifratçılıq əvəz etdi. Əvvəl
bir istiqamətdə pozulan müvazinət sonra başqa istiqamətdə
pozulmuş oldu. Qərb intibahı şərqçilikdən
qərbçiliyə keçid prosesində müvəqqəti
müvazinət mərhələsi oldu. Lakin
bu mərhələdə qərar tutmaq Avropaya müyəssər
olmadı. Kəfkir ətaləti ilə o
biri qütbə hərəkət etdi.
Mənəvi qadağanlar rasional fikir süzgəcindən
keçirilərək hüquq qaydaları ilə məhdudlaşdırıldı. İntellekt isə
yüyənsiz at kimi baş alıb elə uzaqlara getdi ki, insan
tezliklə öz əməllərinin
peşmançılığını çəkməyə
başladı. Bioloji və sosial ekologiyaya
mənəvi ekologiya problemləri də əlavə olundu.
Müvazinət pozulanda, insanın mənəvi həyatı
daxili çarpışma və ziddiyyətlərdən məhrum
olanda o, inkişaf impulsunu itirir, durğunluq vəziyyətinə
düşür. Əksinə, mənəvi qadağanlarla
rasional düşüncə və fəaliyyət, ətalət
qüvvəsi ilə hərəkətverici qüvvə
bir-birinə tən gələndə insanın birtərəfli
inkişafına, mənəvi deformasiyasına yol verilmir.
İnsan təbii ki, həmişə yeniliyə can atır. Lakin hər bir yeniliyə qarşı daxili müqavimət hissi də olmalıdır. Bu hiss həddindən artıq olanda durğunluq, zəif olanda – özbaşınalıq, anarxiya yaranır.
Şərq təfəkküründə ənənəçilik çox güclüdür. O hər cür yenilikçi fəaliyyət qarşısında böyük sədlər çəkir. Şərqə məxsus ətalət də buradan yaranır. Lakin bu ətalətə qeyd-şərtsiz pis hadisə kimi, geriliyimizin səbəbi kimi qiymət vermək dayazlıqdır, metafizik yaxınlaşmadır. Ətalət həm də vəznin ağırlığı deməkdir ("ağır otur, batman gəl"). Əlbəttə, fizikadan məlum olan "ətalət-kütlə ölçüsüdür" fikrini kor-koranə surətdə sosial-mənəvi həyata aid etmək düzgün olmazdı. Lakin buradakı açıq-aşkar uyğunluğu da inkar etmək mümkün deyil. Şərqdə fikir sahəsində, mənəvi sferada dəyişkənlik, mütəhərriklik "yüngüllük" kimi – mənfi mənada; sabitlik, ətalətlilik isə ağırlıq kimi – müsbət mənada qiymətləndirilir”.
Əli
Xalq cəbhəsi.-2016.-11
avqust.-S.9.