Çağdaş Azərbaycan ədəbiyyatı

 

Xalq Cəbhəsi” qəzetinin sayğılı oxucularına Azərbaycan Xalq Cümhuriyyətinin ideoloququrucusu Məhəmməd Əmin Rəsulzadənin “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərini təqdim edirik.

 

IV yazı

 

1937-ci il radələrində bütün sovetlərdə olduğu kimi, Azərbaycanda da şıddətli təmizləmələr oldu. Qətliam dövrü deyilən bu illərdə Azərbaycandakı mədəni qüvvələr əsaslı surətdə təmizləndi. Azərbaycanın sovetləşdirilməsində mühüm rolu olan yerli kommunistlərin belə boğazlandığı bu qanlı illərdə Hüseyn Cavid, Əhməd Cavad kimi milli şairlərin də məhv ediləcəyinə şübhə yox idi. Onları və onlara bənzəyənləri meydandan götürdülər. Sadəcə cismən öldürməklə kifayətlənməyib, təmsil etdikləri ədəbi cərəyana da yeni bir istiqamət vermək istədilər. Türklüktürkçülük ideologiyası qoxuyan duyğu və düşüncələr kimitürkterminiqadağan edildi. Ideologiyadakı kommunizm kimi, terminologiyada da sovetizm hakim olur. Bu terminlərin İslamAvropa sistemindən rus sisteminə keçilməsi və Azərbaycan dilində olmayan sözlərin yerinə ərəbcədən, farscadan və hətta qeyri bir türk dilindən deyil, ancaq rusca kəlmələrin qoyulması deməkdi. Böyük birsovet milləti” yaradılırdı. Çoxdilli sovet elləri bu millətin yüksək mənafeyinə xidmət edəcək, kiçik millətlər böyük rus milləti ilə birləşərək yolunda yüksələcəkdi. Hakim ruh bu idi. 1939-cu ildə türk xalqlarına tətbiq olunan bu mədəniyyət siyasətinin qəlibi tapıldı. Ərəb hərfləri sistemindən vaxtilə latın hərfləri sisteminə keçirilmiş türk yazıları kirillisa deyilən rus hərfləri sisteminə keçdi. O gündən etibarən ideologiyada da sözdə sovet idealı deyilən “böyük rus milləti ilə birləşmək” əsnasında yürüdülür.

Bu dövrdən başlayaraq, azəri və ya Azərbaycan türkcəsi yox, Azərbaycan dili, milləti və ədəbiyyatı vardır. Millət və dinin birləşməsindən yaranan mədəni mühit yox, yalnız kommunist ideologiyası və sovet vətənpərvərliyi vardır. Məhəlli və milli dəyərlər yalnız bu “müştərək və böyük vətən”in mənfəətinə uyğun gəldikdə sayılır və sevilir, əks təqdirdə əzilir və öldürülürlər.

Azərbaycan ədəbiyyatı indi bu şəraitdə yaşamağa məcburdur. Bu məcburiyyətlər və təzyiqlər nəticəsində ayaq üstə durmaq istəyən bir yazıçı, ədib və şair təsadüfi deyil ki, tarixcə bağlı olduğu İslamtürk ideallarından üz çevirəcək, mədəni dünyaya xor baxacaq və hətta 1939-cu ildən əvvəlki illərdə yazılan Sovet Azərbaycanı ədəbiyyatının əsərlərini belə rədd və inkar edəcəkdir. Necə ki, əsil sovet dövründə yetişən və bir kommunist ədib və şair olaraq şöhrət qazanan adamlar belə əvvəlki yazılarından imtina etmişlər, “böyükStalinin iltifatını qazanmaq və kökslərinə Lenin ordenini taxmaqla karyera düzəldə bilmək üçün Səməd Vurğun kimi əski şeirlərinin öldüyünü elan etmişlər.

Buna baxmayaraq, Azərbaycanın potensial mədəni qüvvələrinin fəaliyyətdən qalmadığına şahid oluruq. Sovet vətənpərvərliyinin kadrları içində belə Azərbaycanın özünəməxsus potensialı öz təsirini göstərməkdə və varlığını isbat üçün çalışmaqdadır. Son illərdə bir çox tərcümə ədəbiyyatı nümunələri yaranmışdır. Şərq və Qərb klassiklərindən bir çoxu Azərbaycan dilinə çevrilmişdir. Bunlar arasında Nizaminin bütün əsərləri, rus şairi PuşkininYevgeni Onegin”, gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” mənzuməsi mənzum olaraq türkcəyə tərcümə edilmişdir. Tərcümə əsərlərindən başqa orijinal əsərlər də yazılmışdır: bunlar arasında yuxarıda haqqında danışdığımız Səməd Vurğun Stalini idealizə edən əsərlər yanında bir də “Vaqif” adlı mənzum dram yazmışdır. Vaqif” XVIII yüzillikdə yaşamış məşhur Azərbaycan şairi Molla Pənah Vaqifin həyat və əsərlərindən ilham almaqla yazılmışdır. Ümumi sovet vətənpərvərliyinə rəvac verən son rus əsərlərindən öyrənməklə, Azərbaycan vətənpərvərliyinə rəvac verən bu pyes çağdaş Azərbaycan səhnəsinin ən uğurlu əsəri sayılır. Səmədin dili, şairlik qüdrəti və vətənpərvərliyi necə anlaması haqqında bir fikir yaratmaq üçün onun bu mənzuməsindən bəzi beytləri birgə gözdən keçirək:

Şair Vaqif, məlum olduğu kimi, Ağa Məhəmməd şah Qacar ilə müharibə edən Qarabağ xanının vəziri idi. Pyesə görə, Qarabağ xanı məğlub olmuş, Məhəmməd şahın keyf məclisi qurulmuşdur. Vaqif tutularaq onun hüzuruna gətirilir. Şair içəri girərkən Qacara baş əymir.

QACAR – Aha, baş əymir hüzurumda bu!...

ŞEYX – Yoxdur vicdanında qanun qorxusu.

QACAR – (Vaqifə) – Şair, hökmdarın hüzurundasan.

VAQİF – Bunu sizsiz belə düşünürəm mən.

QACAR – Bəs baş əymədiniz?

VAQİF – Əymədim, bəli!

Əyilməz vicdanin böyük heykəli...

QACAR – Qılınclar toqquşub görən zaman

Neylər dediyiniz quru bir vicdan?

VAQİF – Vicdan dedikləri bir həqiqətdir

Beşiyi, yuvası əbədiyyətdir...

QACAR – Bəs zindan necədir, qaranlıq zindan?

VAQİF – Soyuq məzara da zinətdir insan...

QACAR – Aha, sınayırdım idrakınızı,

Doğrudan bir şair görürəm sizi.

Xoşbəxt xəlq eləmiş sizi yaradan!

VAQİF – Dünyada qalacaq yalnız yaradan!..

QACAR – Çox gözəl, çox gözəl, inanın ki mən

Sizin ruhunuzu sevdim ürəkdən.

Göylərə baş çəkən bu şanlı saray,

Göylərin büsatı o ulduz, o ay, -

Sizə tapşırılsın bu gündən gərək

Ancaq bir şərtim var...

VAQİF – Buyurun görək!

QACAR – Gərək fars dilində yazsın sənətkar.

VAQİF – Farsın Xəyyamı var, Firdovsisi var,

çoxdur onlarda böyük sənətkar.

Azəri yurdunun oğluyam mən ,

Az-az uydururam yeri gələndə.

QACAR – Yaxşı, gəl əl götür bu inadından,

Bu qədər naşükür olmasın insan!

VAQİF – Aldada bilməmiş dünyanın varı

Bir məslək eşqilə yaşayanları!

Mən ellər bağında azad bir quşam,

Mənsəbə, şöhrətə satılmamışam!..

VƏZIR – Yaxşı da... Çarıqlı kiçik bir ölkə

Böyük Firdovsilər yaratdı bəlkə?..

VAQİF – Dayan... bu bağçanın hər bir bucağı

Neçə çiçək, neçə güllər bitirmiş.

Sizin güldüyünüz çoban torpağı

Nizamilər, Füzulilər yetirmiş.

Son illərin məhsulu olan bir mənzumə üzərində dayanmaq istərdik. 700 misradan ibarət bu mənzumə heca vəznində yazılmış bir poemadır. Klassik dastanlar üslubunda, Dədə Qorqud dastanlarının rəng ahəngi ilə yazılan Azərbaycan şivəsi ədəbi zövqünün xüsusiyyət ünsürlərini daşıyaraq ənənəvi həyat tablolarını canlandıran bu dastan:

Şah İsmayıl dövründən

Təbrizin Qəmərindən

Sizə bir nağılım var,

Qulaq asın, a dostlar!”sözləri ilə başlayır.

Cəfər Xəndan imzasını daşıyan müəllifin bu əsərinin qısaca məzmunu belədir:

Şah İsmayılın toyudur. Bu münasibətlə Təbrizə dünyanın hər tərəfindən gəlmişlər. Hindistan şahzadəsi bunların arasındadır. Bütün şəhər şahanə toy münasibəti ilə əylənir. Meydanda gənc qızlar cıdıra çıxırlar. Cıdırın diqqəti çəkən ən parlaq ulduzu gənc gözəl bir qızdır:

Onun adı Qəmərmiş,

Günəşdən nur əmərmiş.

Aya baxma deyərmiş

Günə baxma deyərmiş...

Hindistan şahzadəsi buləkəsiz Azərbaycan ayı”na vurulur. “Ləkəsiz ay” təbiri şairindir:

Qəməriylə öyünür,

Göydəki kəhkəşanlar.

Təbriz deyir: mənim

Yerdə bir Qəmərim var.

Əgər ləkəlidirsə

Göydə ayın yanağı:

Ləkəsiz ay doğurmuş

Azərbaycan torpağı!

Qəmərlə şahzadə nişanlanırlar birlikdə Hindistana gedirlər. Təbrizin Qəmərlə vidalaşması səhnəsi çox canlıdır.

Qəmər ayrılan zaman

Ona Təbriz uzaqdan:

Getmə, getmə deyirdi,

Dəvə zınqırovları

Həzin-həzin çalırdı

Göy məsciddən göylərə

Zil azan ucalırdı.

Qəlbində Azərbaycan

Qəmər getdi uzağa

Kim bilir, dönəcəkmi

Bir doğma torpağa?!.

Hindistanda Qəmərin həyatı naz nemət içində keçir. Şahanə həyat yaşayır, lakin ruhu iztirabdadır. Vətən ayrılığı ona rahatlıq vermir:

Başqa bir aləm varmış

Vətən adlı sevgidə

Unutdurur hər şeyi

Qürbət eldə bu sevgi,

Canlanır hər çiçəkdə

Hər bir güldə bu sevgi.

Vətən eşqi əzizdir,

O hər şeydən ucadır,

Onun şanlı tarixi

Tarixlərdən qocadır!

Gözləri daima Vətən yolunda qalan, qəlbi həsrətlə yanan Qəmər, Hindistandakı sarayın pəncərəsindən baxarkən o tərəflərdən gələn bir karvanın keçdiyini görür, adam göndərərək sarvandan bir xəbər öyrənmək istəyir. Gətirilən xəbər qorxuncdur. Azərbaycanı düşmən orduları tutmuşdur. Təbriz küçələri səngərə çevrilmişdir. Yurdun gəncləri aslan kimi çarpışırlar. Evlər, obalar atəş içindədir. Qəmər etsin. Qanadı olsaydı, oraya uçardı. Dərdini kimə açsın. Hər şeyi var, amma azadlığı yoxdur. O get-gedə daha çox kədərlənir, az qalır dəli olsun. Kədər ümidsizlik içində:

vaxt qurtaracaqdır

Bu əzablar, ilahi?!

Nədir səndən küsməyən

Bir ürəyin günahı?!

Məgər sənin vətənin,

Yurdun, yuvan yoxmudur?!

- deyə Allaha sitəmli bir dillə müraciət edir. Vətən sözü Qəmərin dilindən düşmür. Fikri , zikri Vətəndir. Bir gün yuxusunda özünü Azərbaycanda görür:

Təsəllidir yuxu da,

Gördü Qəmər yuxuda:

Azərbaycana gəlmiş.

Elə bildi təzədən

Doğub cahana gəlmiş.

Qəmər nəğmə oxuyur,

Oxuduğu söz budur.

Gülüm, Vətən yaxşıdır,

Köynək kətan yaxşıdır.

Qürbət cənnət olsa da

Yenə Vətən yaxşıdır.

Qəmər görür röyada

Arzusuna çatıbdır:

Sevgilisi tutubdur

Onu cıdır düzündə

Sevinc gülür gözündə.

Qucaqlayır yarını,

Ömrünün baharını

O tapşırır oğlana.

Onu Azərbaycana.

Vətən deyib qalırlar

Burda məskən salırlar.

Lakin Qəmər sərsəm vəziyyətdə diksinərək oyanır, bütün bunların bir yuxu olduğunu görür qəhrindən boğazı düyünlənir.

Əl atır qələmdana

Apar Azərbaycana”

Sözlərini yazır o

Sonra dərin bir yuxu

Alır onu qoynuna.

Ölüm hökm edir ona.

Yüz məşvərət etdilər

Saraydakı həkimlər,

Fəqət verən olmadı

O mərəzdən bir xəbər

Neçin Qəmər gülmədi?

Saray əhli bilmədi:

- Bülbül çəmənsiz olmaz,

İnsan vətənsiz olmaz!..

Sovet idarəsi altında hər növ məhrumiyyətlərə, maneələrə və cəllad tədbirlərinə baxmayaraq, milli hiss ilə yurdsevərlik şüurununkimi həmlələrlə qarşılandığını və nə şəkildə inkişaf etdiyini olduğu kimi izah edə bilmək üçün müstəqil bir konfransa ehtiyac var. İndi isə 1933-cü ildə Bakıda nəşr edilmiş “Azərbaycan ədəbiyyatı tarixi”nə yazılmış müqəddimədən bir neçə sətri nümunə gətirməklə kifayətlənirik:

“Vətən və xalqa dərin sevgi və hörmət bizim ədəbiyyatın ən nəcib xüsusiyyətlərindən biridir. Xalqını göz bəbəyi kimi sevən, ondan ayrılmağı özünə ölüm hesab edən böyük demokrat Həsən bəy Zərdabi yazmışdır: Bir gün gimnaziyanın direktoru mənə məlum eylədi ki, sərdarın hökmünə görə gərək mən Yekaterinedar şəhərinin gimnaziyasına müəllim gedəm, ona görə mən ərizə verib qulluqdan çıxdım. Çünki mən Bakıdan çıxıb, müsəlman işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirdim”.

Sovet senzurasının icazəsi daxilində Azərbaycan yurdsevərliyindən ancaq bu qədər bəhs edilə bilər. Bundan artığına, hələ qırmızı rus istilasına qarşı yönəlmiş həqiqi yurdsevərliyə qətiyyən meydan verilməz. Qüvvəsini məmləkətin tariximilli ənənələrindən alan bu cərəyanın əlamətlərini bizə sovet əsirliyinin tam mənzərəsini yaradan gizli şerlər verirlər. Budur, faciələrə uğrayaraq faciələrlə dolu həyatından bezmiş, nə üçün doğulduğunu özü-özündən soruşan şair:

yazayım artıq yurduma dair,

Düşmən zəhər salır, dostlar gizlənir...

Bilməm ki, yurdunu sevən bir şair,

Neçin bir cani kimi gizlənir.

Yolu kəsmədim mən, qaçaq olmadım,

Qurulu bir həyatı pozmadım mən ki...

Dostu arxadan bıçaqlamadım,

Heç qətlə fərman yazmadım mən ki...

Bəs neçün qəribəm bu doğma eldə

Məhbəsmi dörd yanım, mən ki, boğuldum:

Məlun bir zamanda, məhkum bir eldə

Bu yerdə mən neçin şair doğuldum?..

 

1950, Ankara.

Xalq Cəbhəsi.- 2016.- 17 avqust.- S.14.