“Nəsirəddin Tusi də islam elminin
öyrənilməsində öz tövhələrini verib”
“İslamın
bir din kimi ortaya çıxışı ilə bərabər
onun əhatə etdiyi mövzular hədsiz tədqiqatların
obyekti olub. Məhz, bu tədqiqatlar islamın ilk dövrlərindən
etibarən həyatın müxtəlif sahələrində
baş vermiş dini, elmi, mədəni və s. dəyişiklikləri
ortaya çıxardıb. Sonuncu İlahi din olan islam dinində digər din, inanc, tələqqi
və düşüncələr qarşısında öz
mövqeyini bildirmək üçün istifadə olunan elm
Əqaid və Kəlam elmidir. Təbii ki, on
üçüncü əsrdə yaşayıb
yaratmış ensiklopedik biliyə malik olan Nəsirəddin
Tusi də islam elminin öyrənilməsində
öz tövhələrini verib. Tusi öz dövrünün
bütün elm sahələrinə aid əsərlər
yazıb”. Bunu AMEA-nın Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı
Nuranə Həsənova qeyd edib. N.Həsənova deyib ki, Onun
islami və dünyəvi elmlərə aid təqribən 150-
dən çox əsəri var: “Biz hal-hazırda Tusinin islama
aid yazdığı kəlam və fəlsəfə əsərləri
barədə məlumat verəcəyik. Açar sözlər:
əlyazma, islam, elm, dünyəvi, dini. “Təlxisül-Mühəssil” Bu əsərin əlyazma
nüsxələri dünyanın bir çox ölkələrində
o cümlədən İranda Qum Ayatullah Mərəşi və
Məşhəd Gövhərşad camesi kitabxanasında, Londonda
Britaniya muzeyində saxlanılır. Hüsen Atay Bunlardan
ən qədiminin Topqapı Sarayında
saxlanıldığını yazır . Alimin bu əsəri “Naqdul – Mühəssil” (Mühəssilin
tənqidi), “Şərhul-Mühəssil və Təlhis fi
ilmil kəlam” kimi adlarla da tanınır. Tusi
669-cu ildə yazmış olduğu bu əsəri Ata Melik
Cüveyniye ithaf edib. Fəxrəddin Razinin “Muhassalu
efkaril Mutəqəddimun vəl Mutəaxxirun” adlı əsərinə
tənqidi şərh yazan Tusi əsərin girişində ilk
əvvəl yaşadığı dövrdə elmə
marağın olmadığından şikayət edir və
Üsuliddin haqqında Mühəssildən 198 başqa əsərlərin
kifayət qədər mövzunu əhatə etmədiyini
yazır. Hətta Mühəssilin bir çox
alim tərəfindən şərh edildiyini lakin bunların əksəriyyətinin
insafsızca yazıldığını, düzgün ifadə
edilmədiyini bildirir. Özünün də
bu əsərə “TəlxisülMühəssil” adlı bir
şərh yazdığını yazır. Tusinin yazdığı bu Mühəssilin digər
alimlərin yazdıqlarından əsas fərqi Raziyə aid
olan mətni tam verməsidir. Tusi əvvəlcə
orijinal əsərin tam mətnini verir, daha sonra orda
yazılanlara öz münasibətini bildirir. Təlxis 4 bölümdən ibarətdir. “Müqəddimat” olaraq adlandırılan birinci
bölümdə başda təsəvvurat və təsdiqat
kimi məntiqi mövzular olmaqla dəlil və istidlala qədər
müxtəlif mövzuları əhatə edir. “Bilinənlər” adı altında olan ikinci
bölümdə isə adlandırılan və varlıqla əlaqəli
mövzulardan bəhs olunur. Burada həmçinin
varlıq və yoxluq , varlığın
növləri və onların xüsusiyyətləri,
xüsusilə cövhər və araz haqqında geniş məlumat
verilir”. Onun fikrincə, əsərin üçüncü
bölümündə zat, sifət və ilahiyyat
bölümlərindən bəhs edilir: “Dördüncü
bölümdə isə nübuvvət, məad və imamət
mövzuları yer alır. Tusi əsərdə tez-tez ya
Razinin fikirlərini kəskin olaraq tənqid edir, ya da onunla
razılaşır: “Tənqid etdiyi mövzular əsasən
Razinin Məşşai filosoflar haqqında yazdığı
fikirləridir. “Təlxisül-Mühəssil” əsərinə
Əbu Hamid Əhməd bin Əli və İsamuddin İbrahim
bin Ərəbşah İsfərayini şərh yazıblar. Tusiylə eyni dövrdə yaşamış olan
İbn Kəmmunə bu əsərin bəzi bölümlərini
seçirək müstəqil bir əsər yazıb. İbn Haldun da öz növbəsində Təlxisdən
istifadə edərək “Lübabul-Müxəssəl”
adında əsərini yazıb. “Qavaidil-
Əqaid” Ümumi kəlami mövzuların təsviri bir şəkildə
əhatə olunduğu müxtəsər bir əsərdir.
Tusi bu əsərin əvvəlində “Bu əsərdə
uzunçuluğa yol verməmək üçün müxtəsər
şəkildə mövzulara toxunduğunu qeyd edir”.
“Qavaidul-Əqaid” müqəddimə və beş
bölümdən ibarətdir. Varlıqla
bağlı açıqlamaları əhatə edən
müqəddimə varlıq, yoxluq, varlığın növləri,
zat və sifət, dövr və təsəlsül kimi
mövzulardan bəhs edir. Birinci
bölümdə İsbatiVacib, ikinci bölümdə
sübuti və səlbi sifətlər haqqında,
üçüncü bölümdə hüsnkubuh və
mümkün varlıqların Tanrıdan
çıxışı xüsusiyyəti
araşdırılır. Dördüncü
bölümdə alim nübuvvət və imamət kimi vacib
mövzular haqqında geniş məlumat verir. Nübuvvətdə xüsusilə Hz. Məhəmmədin
peyğəmbərliyinin əsaslandırılması, nəsx
və İmamət mövzuları işlənilir.
Beşinci bölümdə axirətə ,
məada aid mövzulardan bəhs edilir. “Qavaidul-Əqaid”in
xüsusiyyətlərini belə vurğulamaq olar; 1. Əsər bəhs etdiyi mövzular haqqındakı
fikirlərin təsviri mahiyyətindədir. Tusi yazdığı mövzular haqqında, tənqid
etmədən o dövrdə mövcud olan fikirlərə də
toxunur. Amma yeri gələndə tənqid
də edir. Məs: Allahdan başqa bütün
varlıqların Allahdan çıxışı məsələsi
haqqında olan bölümdə filosof və kəlamçıların
fikirlərini verdikdən sonra bəzi Əşari kəlamçıların
“illət” prinsipini qəbul etmədiklərinin əleyhinə çıxır . 2. Əsərdə
filosofların görüşlərinə də yer verilir. 3.
Tusi “Qavaidul-Əqaid” əsərində varlıqla
bağlı bölümlərə az yer
verib. “Qavaidul-Əqaid” əsərinə birinci
Tusinin öz tələbəsi olan İbn Mutahhar Hilli şərh
yazıb. Sonralar müxtəlif alimlər tərəfindən
adı çəkilən əsərə beş
şərh yazılıb. “Qavidul-Əqaid”
1992/1413 ilində Beyrutda (tədqiqat, Ali Hasan Hazim) nəşr
edilib. “Füsul” Tusinin kəlam sahəsində fars dilində yazdığı bir əsərdir.
Rüknuddin Məhəmməd bin Əli Əl-Cürcanı tərəfindən
hicri 728- ci ildə ərəb dilinə tərcümə
edilib. Fəlsəfi imamı kəlam haqqında
olan Füsul dörd bölümdən ibarətdir. Birinci bölümdə Tövhidlə bağlı
fikirlər yer alır. Varlıq,
varlığın növləri, vəhdət –kəsrət
haqqında yazaraq Üsuliddinə giriş verir, daha sonra isə
filosof və kəlamçıların fikrinə görə
İsbatı-Vacib və Allahın sifətləri haqqında
yazır. “Ədalət” prinsipindən bəhs
edən ikinci bölümdə hüsnü-qubh, xeyir-şər,
cəbr və ixtiyar və sairə kimi mövzulardan bəhs
olunur. Üçüncü bölümdə Nübuvvət
və İmamət haqqında yazan alim Peyğəmbər və
imamların isməti, möcüzə və onun şərtləri,
Hz. Peyğəmbərin nübuvvətinin sübutu,
İcazul-Quran, İmamətin Allah tərəfindən insanlara
bir lütf olması, Peyğəmbər və imam
arasındakı fərq, imamın isməti haqqında alimin
fikirləri verilərkən Məada həsr olunmuş sonuncu
bölüm axirətin həqiqət olması, həşr və
məhşər mövzusunda filosofların şübhələri,
cənnət-cəhənnəm, şəfaət,
böyük günah işləyənlər haqda hökmlər
və digər mövzulara həsr olunub”. O bildirib ki, Füsul
fəlsəfi kəlam əsəridir: “Elə əsərin də
ən fərqli xüsusiyyəti onda hər iki həm fəlsəfi,
həm də kəlami fikirlərin qarşılıqlı incələnilməsidir.
Bu əsərə ondan çox şərh
yazılıb. Bunlardan bəziləri ərəb, bəziləri
isə fars dilindədir. Əsər
Beyrut və Məşhəd şəhərlərində
kitab şəklində çap olunmuşdur. (9)
“İsbat-ı Vacib Risalələri” Bu əsər məntiq, fəlsəfə
və kəlam sahəsində tanınmış alimlərdən
olan, “Şəmsiyyə” adlı məntiq əsərinin
müəllifi, Tusinin öz tələbəsi olan Əbul Həsən
Nəcməddin Debiran Əli bin Ömər Əl Katibiylə.
İsbatı vacib mövzusunda
yazışmalarından ibarət olan iki risalədən ibarətdir.
Tusi bu risalələrdən birincisini Katibinin
filosofların imkan dəlili haqqındakı fikirlərindən
bəhs edən, ümumiyyətlə isbati-vacib mövzusunda
olan bir risaləsinə yazmışdır. Bunu da onunla izah etmişdir ki, adı çəkilən
əsərdəki mövzular tam başa
düşülmür və izaha ehtiyac vardır. Təbii ki, Katibi bunu cavabsız qoymayaraq bu risaləyə
cavab risaləsi yazıb. Tusi də yenidən
buna cavab olaraq ikinci risaləsini yazaraq Katibinin izaha ehtiyac olan
fikirlərini şərh etmişdir. Beləliklə
“İsbati-vacib risalələri” imkan dəlili xüsusilə təsəlsül
haqqında Katibinin etirazları və ona Tusinin cavablarından
ibarətdir. Adı çəkilən əsərin
Muhamməd Həsən Əl Yasin tərəfindən “
Əl-Mutarahatul Fəlsəfiyyə”, isbatı-vacib haqqında
yuxarıda adı çəkilən iki risalədən
başqa “ Burhan fi İsbatil Vacib” adında bir səhifəlik
daha bir risaləsi, “ Məcmuai-Risaili Xacə Nəsirəddin
Tusi” kitabında nəşr edilən fars dilində digər
İsbatı-vacib risaləsi də vardır. “Risalətul-İmame”
(İməmət Risaləsi) Nəsirəddin Tusi bu risaləni
İmamiyyə şiəsi haqqında yazıb. Daha doğrusu bu məzhəbin bir növ müdafiəsinə
qalxıb. O, risalənin əvvəlində Əli bin Nəməvər
adında bir nəfərin ondan belə bir risaləni
yazmağını xahiş etdiyini 200 yazıb. Ümumiyyətlə
risalədə beş sualın cavabı
yazılıb. İmam nədir, İmam vacibdir,
Nə üçün İmam, İmam necə
olmalıdır və İmam kimdir kimi suallara cavab verilir.
Tusi bu sualları cavablandırarkən əqli dəlillərə
daha çox üstünlük verib, hətta demək olar ki, nəqli
dəlillərdən istifadə etməyib. Bu da təbiii ki, təsadüfi deyil. Şeyx Müfid kimi qabaqcıl imamiyyə şiəsi
olan alimin tələbəsi olması və mötəzilə
məzhəbinin fikirlərini dəstəkləməsi onun bu
üslubla əsər yazmasına gətirib
çıxarıb. Bu əsərin əhəmiyyətinə
gəlincə bircə onu demək kifayətdir ki, Tusidən əvvəl
heç kim imamiyyə məzhəbi
haqqında belə bir üslubda əsər yazmayıb. Beləki, Tusi əsərdə İmaməti məntiqlə
izah edərək ağılla izahatlar vermişdir. “Risalətul-İmamə” həm Məhəmməd Təki
Danəşpijuh tərəfindən Tehranda həm də
Abdullah Nurani tərəfindən Təlxisul-Müxəssəlin
içində Beyrutda, həm də Türkiyədə Ankara
Universitetində də çap olunub”.
Əli
Xalq Cəbhəsi.- 2016.- 17 avqust.-
S.9.