Ana dilinə,
Vətən torpağına
sonsuz sevgi
Məsləki həkim olan rus yazıçısı
A.P.Çexov “Həkimlik
mənim kəbinli arvadım, yazıçılıq
isə sevgilim” deyərək, yazıçılığını
daha çox sevdiyni bildirmək istəmişdi. Çexovun həkimliyindən çox “sevgilisi” tarixiləşib, onun yaradıcılığının bəlgəsi olub. XX əsrin Azərbaycan
klassiklərindən məsləkcə
həkim olan Abbas Səhhət isə məsləkini tərcümeyi-halı kimi
qiymətləndirmiş, “Məsləkim
tərcümeyi-halımdır” yazmaqla həyatının
önəmini nədə
deyil, nə etdiyində görmüşdü.
Müəllim və alim həmkarım, Xanəli Kərimlini bizdən fərqləndirən onun şairliyidir.
Xanəli Kərimlinin “Payız duyğuları” adlı şeirlər kitabını
oxuduqca onun mövzularının əlvanlığı,
şeirlərində ifadə
etdiyi tarix və tarixi həqiqətlər, milli-mənəvi
dəyərlərimizə olan
doğma münasibət
bu şeirlər haqqında söz deməyə, bu şeirləri şərh
etməyə haqq qazandırır. Kitaba verilən “Payız
duyğuları” adı
da düşündürücüdür.
Şairin ömrün payız
fəslində gördükləri,
bildikləri və yazdıqları haqqında
öz-özünə hesabatıdır.
“Payız duyğuları”
kitabında Xanəli Kərimlinin Azərbaycanın
müstəqillyinə qədər
yazdığı və
müstəqillik günündən
günümüzə qədərki
dövrünü əhatə
edən bir çox şeirlər toplanıb.
Azərbaycanımızın 1991-ci ilə qədər və sonrakı dövrü, bu günü bir tarixi gerçəklikdir. Onun
1992-ci illərdə yazdığı
“Necə ki…”, 1993-cü ildə yazdığı “Gördüm…
görmədim” və
b. şeirlərində şair
Azərbaycanın zamanla
yaşadığı ictimai-siyasi
vəziyyətə münasibətini
Çox
şeylər gördüm
bu yaşımda…
Çox şeylər ilişib qaldı yaddaşımda.
Bu millətin
Ömrünün ahın çağında,
Mühacirət ömrü yaşayan,
Qəlbində əbədi
Vətən nisgili daşıyan,
Şairini də gördüm,
Alimini də.
…Özgələri sevən
kimi,
Özümüzü sevəmmədik.
Özgənin milçəyini fil
bildik,
Özümüzün dəvəmizə
güvənmədik.
…Qoruya bilmədik,
Vətən adlı minillik əmanəti,
Babalardan
qalma ləyaqəti, qeyrəti-
şəklində itirilmiş
torpaqlarımızın ağrı-acısını
ürək yanğısı
ilə ifadə edir.
Ədəbiyyatımızda ayrıca tarixi bir mövzu olan Güney Azərbaycan mövzusu Xanəli Kərimlinin “Payız duyğuları” kitabında bir silsilə təşkil edir.
Tarixi miladdan çox-çox əvvəllərə dayanan
Azərbaycan türklərinin
torpaqları XIX əsrin
əvvəllərində (1813) rus və İran
işğalına uğramış
tarixi bir talesizlikdən, ikiyə bölünmüş “Şimali
Azərbaycan”, “Cənubi
Azərbaycan” kimi coğrafi adlarla xəritələrdə qeyd
olunmağa başlayıb.
Quzey Azərbaycan torpaqlarında Çar Rusiyası və Sovet Rusiyasının, Güney Azərbaycan torpaqlarında 1813-cü ildən
günümüzə qədər
İranın hökmranlıq
etməsinə baxmayaraq
Bütöv Azərbaycanın
ifadəsi olan Vətən mövzusu zəmanənin bütün
qadağalarına baxmayaraq,
ədəbiyyatımızda Səməd Vurğun, Məmməd Rahim, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Məmmədhüseyn Şəhriyar,
Səhənd kimi şairlərin şeirlərində
aparıcı ana mövzulardan biri olub, Araz çayı,
Heydərbaba dağı,
Savalan dağı, Təbriz Vətəninin simvoluna çevrilib. Azərbaycanı “quzey” və “güney” deyə ikiyə ayıran Araz çayı sanki günahkar kimi şeirlərdə ittiham edilmişdi:
Axma, Araz,
Dayan bir az.
Bir ürəyi,
Cəllad
kimi,
İki yerə bölmək olmaz –
deyən xalq şairi Süleyman Rüstəm Bütöv Azərbaycan məfhumu üzərində durmuşdu.
Güney Azərbaycana dəfələrlə
səfər edən şair Xanəli Kərimlinin “Payız duyğuları” kitabında
toplanan şeirlərinin
bir qisminin mövzusu da itirilmiş vətən torpaqları haqqındakı
acı təəssüratlardır. “Gəzirəm
vətəndə itən
vətəni”, “Niyə
qayıdırsan”, “A Kür
bacım”, “Hayıf sənə, Təbriz yolu” itirilmiş vətən torpaqları haqqındakı şeirlərin
bir neçəsidir.
Hayınan, küyünən yaşanmaz
Vətən,
Ciblərdə sikkə tək daşınmaz Vətən.
Lüt-üryan qadın tək
yaşınmaz Vətən,
Gəzirəm “vətəndə” itən
Vətəni…
Azərbaycan tarixinin böyük şəxsiyyətləri elm, tarix,
mədəniyyət və
ədəbiyyatımızın iftixar səhifələrində
yer alıblar. Nəsrəddin
Tusi, Məmmədəmin
Rəsulzadə, Cəlil
Məmmədquluzadə, Hüseyn
Cavid, Əhməd Cavad, Savalan…
Xanəli
Kərimlinin Nəsrəddin
Tusiyə yazdığı
“Sənlə necə dərdləşim…” Cəlil
Məmmədquluzadəyə yazdığı “Şükür
sənin hüsnünə”,
“Heykələ xitab”, Hüseyn Cavidə yazdığı “Ustad”, “Cavid əfəndi”, Şəhriyara yazdığı
“Aparmağa”, “Sual” şeirləri, eləcə
də Rəsul Rza (“Qayıda bilsən”), Mirzə İbrahimov (“Şükür
ki…”), Məmməd Araz (“Əbədiyyət heykəli”), Xəlil Rza Ulutürk (“Elegiya”, “Rəhmət sənə”) haqqındakı
şeirləri öz bədii mükəmməlliyi
ilə seçilir. Marağa şəhərində
olarkən Azərbaycanın
elm və mədəniyyət
sahəsində yetişdirdiyi
riyaziyyat, astronom, ədəbiyyat alimi Nəsrəddin Tusiyə yazdığı “Sənlə
necə dərdləşim…”
şeirində kainatın
sirrini zəkası ilə fəth edən cismi torpaq altında, ruhu haqqın yanında olan böyük Azərbaycan alimi Nəsrəddin Tusi ilə dərdləşir,
böyük alimə olan sevgisini belə ifadə edir:
Səkkiz
yüz ildən sonra,
Görüşünə gəlmişəm.
Sən,
ey Tusda doğulub,
Marağada yaşayıb,
Bağdadda ölən kişi.
Sevincini,
qəmini,
Zamanın sitəmini,
Göylərlə bölən kişi.
Sən fəzilət şahısan,
Elmlər
Allahısan.
Şairin
“Arximed”, “Kolumb”, “Şiraza gəlmişəm”,
“Öz dilimsən” kimi düşündürücü
fəlsəfi şeirləri
də, kitaba daxil etdiyi tək
bircə qəzəli
də şeirlərinin
poetik kamilliyinin nümunəsidir.
“Hər şairin
öz dünyası var” – deyirlər. Xanəli Kərimlinin
şeir dünyası
kimi. Vətəndaşlıq
və biganəlik… Bunlar bir-birinə tam əks olan, bir-birini təkzib edən qeyrət və qeyrətsizlik ifadəsidir
demək yerinə düşər.
Şeirlərində “vətəndaş”
və “biganə” təzadlarını ustalıqla
qələmə alan Xanəli Kərimlinin poeziyasında türklük
sevdası, ana dilinə, yaşadığı
Vətən torpağına
sonsuz sevgi var. Onun şeirləri oxucunu vətən əxlaqı, Azərbaycançılığı
milli ideyaya çevirmək, sözə
ehtiram ruhu, Allahın göndərdiyi
sözləri nurdan süzülüb gələn
ərş-əla “bilərək”
sözə ehtiyatla yanaşma ciddiyyəti təlqin edir.
Mən sözdən qorxuram –
Tanrıdan qorxan kimi,
Çünki söz Tanrının, Tanrı sözün özüdür.
O, bir nurdur süzülüb
ərş-əladan gəlir,
Ərşlə fərşin zatı, astarıdır, üzüdür.
Xanəli Kərimlinin şeirlərində
xalqın cilalaya-cilalaya
günümüzə qədər
gətirdiyi söz uğurlu mənəvi sərvətdir. Ölçüsü-biçisi, hər cür
əndazəsi yerində
olan bu milli-mənəvi
sərvət onun şeirlərində məqamında
sərt, məqamında
dadlı-duzlu fikirlər
ifadə edir. Yaradıcılığındakı uğurları da,
bəlkə sözə
həssaslıqla, ehtiyatla,
sənətkarlıqla yanaşmasıdır.
Maarifə Hacıyeva
Professor
Xalq Cəbhəsi.- 2016.- 18 avqust.-
S.13.