Türkiyədə Azərbaycan türküoyun havaları

 

 

Azəri (Azərbaycan- red.) xalq türkü oyun havalarının başlıca xüsusiyyətlərindən biri, “mayenövündən olanşikəstə (məsələn, “Qarabağ şikəstəsi”, “Bakı şikəstəsiŞirvan şikəstəsikimi) deyilənlər istisna, Azərbaycanın o ya bu məntəqəsinin məhəlli xarakterini daşımamasıdır. Buna görə hər türkü hər oyun havası ümumi Azərbaycana xas bir xarakter daşıyır bu ölkənin hər məntəqəsində eyni tərz, eyni üslubda söylənilir oynanılır. Bir türküyə bu ya o məntəqənin malıdır, əsla deyilə bilməz. Ələlxüsus ki, 6/8 ölçülü olan bu motivlərin özünəməxsus bir üslubu tempi var. Qonşulardan alınma türkü oyun havalarının üslub, tərz tempinə, əgər varsa, mətnlərindəki şivəyə yerli sənətkarlar daima əslində olduğu kimi tam riayət etməkdədirlər; bu səbəbdən bu motivlər bariz bir surətdə yerlilərinkindən ayrılmaqda, qarışmamaqda yabançılığını olduğu kimi, eynilə hiss etdirməkdədir. Beləliklə, azəri (Azərbaycan-red.) xalq türkü oyun havaları istər-istəməz azəri (Azərbaycan-türk) türkünün qatışıqsız öz malı olaraq nəcabət bəkarətini mühafizə etməkdədir.

Qayət oynaq şən olan bu motivlər Türkiyənin hər yerində hamı tərəfindən sevilməkdə böyük bir rəğbət görməkdədir.

Azəri (Azərbaycan-red.) türkünün ruh xarakterini tərənnüm edən bu motivlərin eyni soy eyni qandan olan Anadolu türkünün ruhunu oxşaması onun tərəfindən sevilməsi mənimsənilməsi qayət təbiidir. Yalnız bir çox tanınmış folklorçu, səs saz sənətkarlarımız nədənsə bu motivləri əslindən uzaqlaşdıraraq, öz üslub tərzlərinə uyğunlaşdırmaq, mətnini (“balamkəlməsi istisna), İstanbul şivəsiylə Türkiyənin bəzi məntəqələrinə aid etmək surətilə nəşr etdirməkdədirlər ki, qənaətimizcə, bu sənət baxımından bir xətadır. Eynilə hər hansı bir Qara dəniz ya Malatya türküsünü, İstanbula aid edərək, İstanbul üslub, tərz şivəsilə nəşr etmək böyük bir sənət xətası sayıldığı bu halın bir sənətkarı çox çətin duruma saldığı kimi. Qiymətli sənətkarlarımızın bu xətanı bilmədən işlədikləri qənaətindəyik. Çünki bu motivlər onlara tamamilə sənədsiz şəxslər tərəfindən verilmiş olduğundan, çox təbii olaraq, mənşə tərzcə yanlış bir yola əyilib. Məhz bu kimi xətaların işlənməsinə meydan verməmək azəri motivlərinin nəşrindən zövq duyan qiymətli folklorçu, səs saz sənətkarlarımızla bərabər, hörmətli oxucularımıza bir xidmət etmək məqsədilə bu saydan etibarən dərgimizdə sıra ilə azəri (Azərbaycan-red.) xalq türkü oyun havalarının notlarını mətnlərilə birlikdə nəşrə qərar verdik. Bundan belə qiymətli oxucularımızın azəri musiqisinə aid suallarını, imkan daxilində, cavablandırmağı arzu edəcəkləri türkü oyun havalarının notlarını nəşr etməyi indidən vəd edirik.

 

 

ŞUŞANIN DAĞLARI

 

Şuşanın dağları mavi dumanlı,

Qırmızı kömləkli, yaşıl tumanlı,

Dərdindən ölməyə çoxlar gümanlı,

Ay qız, bu qaş-göz, bu tel,

Ölürəm dərdindən, bunu bil,

Danışmasan da, balam, barı gül.

 

Şuşada axşamlar doğar ulduzlar,

Ondan da gözəldir gəlinlər, qızlar.

Oturmuş yol üstə, yolunu gözlər,

Ay qız, bu qaş-göz, bu tel,

Ölürəm dərdindən, bunu bil,

Danışmasan da, balam, barı gül.

 

Şuşanın hər yerdə vardır sorağı,

Tərifə layiqdir İsa bulağı,

Dağları, ovası ceyran oynağı,

Ay qız, bu qaş-göz, bu tel,

Ölürəm dərdindən, bunu bil,

Danışmasan da, barı gül.

 

 

OVÇU

 

Aman, ovçu, vurma məni!

Mən bu dağın, ay balam, maralıyam.

Maralıyam, maralıyam,

Ovçu vurmuş, anacan, yaralıyam.

 

Bu dağlarda ceyran gəzər,

Ayaqların, ay balam, daşlar əzər.

Mən o yara neyləmişəm,

O yar məndən, anacan, uzaq gəzər.

 

Bir daş atdım, çaya düşdü.

Daş yerindən, ay balam, sonam uştu.

Mən o yara neylədim ki,

O yar məndən, anacan, uzaq düşdü.

 

 

 

 

MəqaləAzərbaycan yurd bilgisidərgisinin

1954-cü il 37-ci sayında (s. 28-31) dərc edilib.

 

Əziz Özər

Azərbaycan türkcəsinə uyğunlaşdıran:

Almaz Həsənqızı, filologiya üzrə elmlər doktoru

Xalq Cəbhəsi.- 2016.- 18 avqust.- S.13.