Multikulturalizm Azərbaycanın həyat tərzidir
Azərbaycanda multikulturalizm ənənələri
ölkəmizdə yaşayan
xalqların tarixi qədərdir. Bu cür birgəyaşayışın Azərbaycan
modelinin bütün dünyaya təqdimatına
ehtiyac var. Bu baxımdan,
cənab prezidentin
2016-cı ili Azərbaycanda multikulturalizm
ili elan etməsi çox önəmlidir.
2014-cü ildə Prezident
İlham Əliyevin imzaladığı fərmanla
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
(BBMM) yaradılıb. Fərmanda qeyd
olunduğu kimi, sivilizasiyaların qovuşuğunda
yerləşən Azərbaycanın
zəngin mədəni-mənəvi
irsə və tolerantlıq ənənələrinə
malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. BBMM-nin fəaliyyəti, həyata keçirdiyi layihələrdən danışan
Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
Dövlət müşaviri
Kamal Abdullayev bəyan edib ki, Multikulturalizm Mərkəzinin əsas istiqamətlərindən biri
“Azərbaycan multikulturalizmi”
anlayışını dünya
ictimaiyyətinə çatdırmaqdır:
“Bunun bir çox yolları var. Seçdiyimiz yol “Azərbaycan multikulturalizmi”ni
xarici ölkələrdə,
xüsusilə gənclər
arasında yaymaqdır.
Bunun üçün
həmin ölkələrin
ali məktəblərində
“Azərbaycan multikulturalizmi”
fənninin tədrisinə
başlanılıb. Bu gün dünyanın 7 ölkəsində, Azərbaycanın
8 universitetində “Azərbaycan
multikulturalizmi” fənni
tədris edilir. Artıq həmin fənnin tədrisi bu semestr başa çatmaqdadır. Nəticələr çox müsbətdir.
Tələbələr fənnə böyük
diqqət göstərdiklərini
bildirirlər. Hətta bu
fənni öyrənmək
istəyənlərin sayı
artmaqdadır”.
Mövcud milli-mədəni müxtəliflik
və etnik-dini dözümlülük mühiti
Azərbaycanı çoxmillətli,
çoxkonfessiyalı diyar,
dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən
və uğurla həyata keçirilən
dövlət siyasəti
multikulturalizm sahəsində
əsrlərdən bəri
toplanmış böyük
tarixi təcrübənin
xüsusi qayğı
ilə əhatə olunmasını, zənginləşdirilməsini,
cəmiyyətdə bu
istiqamətdə qazanılmış
unikal nailiyyətlərin
beynəlxalq aləmdə
təbliğinin gücləndirilməsini
zəruri edir.
Multikulturalizm üzrə mütəxəssis
Niyaz Niftiyev CBC-yə müsahibəsində
bildirib ki, bu qərarı Azərbaycanda ötən müddət ərzində
bu sahədə baş verən yeniliklərlə birbaşa
əlaqəlidir:
“Azərbaycanda yaşayan
xalqlar və dini inanclı insanlara qarşı tolerantlıq və mədəni müxtəliflik
prinsipləri multikulturalizm
adı altında birləşdirilib. Bu dəyərin
cəmiyyətdə öz
yerini tutması, hər bir xalqın
sosial, iqtisadi inkişafının yüksəldilməsi
istiqamətində dövlətin
atdığı addımlar
onların özləri
tərəfindən də
yüksək dəyərləndirilir.
Azərbaycan xalqının
tarixi boyunca bizdə milli, dini nöqteyi-nəzərindən
qarşıdurma yaranmayıb
və bu proses bu gün
də davam etməkdədir”.
Multikulturalizmin həyat tərzinə
çevrildiyi Azərbaycanın
dünyaya tolerantlıq
nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyi,
eləcə də ayrı-ayrı ölkələrdəki
müxtəlif multikultural
modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında
təhlili və təşviqinin əhəmiyyətini
nəzərə alaraq
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradıldı. Əlbəttə, belə bir Mərkəzin
yaradılması multikulturalizmin
Azərbaycanda əsrlərdən
bəri formalaşan, eyni zamanda, bədii,
psixoloji-mənəvi müstəvidən
kənara çıxmayan
dəyərlər toplusu
kimi mövcud olduğunu göstərirdi.
Ümummilli lider Heydər
Əliyevin siyasi iradəsi nəticəsində
Azərbaycan, tarixən,
sahib olduğu tolerantlıq
və multikulturalizm ənənələrini hüquqi
və siyasi müstəvidə yenidən
bərpa etdi. Ulu öndər Azərbaycanın
gələcək uğurlu
inkişafı üçün
dəqiq ideoloji hədəf seçdi və müdrik siyasəti ilə əsrlər boyu formalaşan çox mədəniyyətlilik ənənəsini
inkişaf etdirərək
onu keyfiyyətcə yeni mərhələyə
qaldırdı. Onun rəhbərliyi
ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması
sahəsində həyata
keçirilən siyasi
istiqamət hazırda
Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Niyaz Niftiyev xatırladır ki, indiyədək Azərbaycanda multikulturalizm, sivilizasiyalararası dialoqun təşəkkül tapması istiqamətində xeyli ciddi tədbirlər keçirilib. Halbuki, qloballaşma şəraitində bir çox ölkələrdə, xüsusilə də Avropa məkanında multikulturalizm siyasətinin iflasa uğradığı bəyan edilib.
“Azərbaycanda yaradılan şərait dünyanın heç yerində yoxdur”
“İndi ərəb ölkələrindən qaçqın düşənlərin xarici ölkələrə keçməsinə ciddi əngəllər yaradılır. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanda multikulturalizm sahəsində yaradılan şərait nəinki regionda, heç dünyada heç yerdə yoxdur”.
O, bildirib ki, Azərbaycanda bütün xalqlar bərabər şəkildə yaşayır. Həm dövlətin, həm də bu xalqların nümayəndələrinin özlərinin irəli sürdüyü təşəbbüslər sayəsində ölkənin multikulturalizm siyasəti uğurla davam edir.
“İnanıram ki, 2016-cı ildə Azərbaycanda multikulturalizm siyasətinin coğrafi arenası daha da genişləndiriləcək, ölkəmizdə yaradılan birgəyaşayış modeli həm ölkə daxilində inkişaf etdiriləcək, həm də digər ölkələrə də sirayət edəcək. Çünki biz artıq bu məsələdə Azərbaycan reallığı ilə məhdudlaşmalı deyilik”.
“Azərbaycan multikulturalizm”
fənni 11 xarici universitetdə tədris olunur
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri
Nəriman Qasımzadə
isə bu fikrin reallaşacağını
təsdiqləyir. Onun sözlərinə görə,
bu il
təmsil etdiyi qurum tərəfindən xüsusi tədbirlər planı hazırlanması
nəzərdə tutulub:
“Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi
indiyə kimi Azərbaycanda multikulturalizmin
təbliği və öyrənilməsi istiqamətində
xeyli layihələr həyata keçirib. Qeyd etmək
lazımdır ki, artıq “Azərbaycan multikulturalizm” fənni 11 xarici ölkə universitetində tədris edilir.” Bu fənn
Azərbaycandakı universitetlərin
tədris proqramında
da yer alır.
Artıq
bizim tələbələr
də Azərbaycan multikulturalizminin qaynaqlarını,
tarixini, siyasətini, tarixi köklərini, ədəbi-bəiii, fəlsəfi,
elmi və publisistik qaynaqlarını
öyrənirlər”.
Lakin görülən işlər
bir yana,
verilən qərar mərkəzin üzərinə
daha ciddi vəzifələr qoyur.
Buna görə də
bu il
daha yeni təşəbbüslər, fərqli
layihələr, müxtəlif
nəşrlər və
tədbirlərin keçirilməsi
planlaşdırılır.
“Cənab prezident
elan etdi ki, Azərbaycanda multikulturalizm dövlət
siyasəti və həyat tərzidir. Bu, gəlişigözəl sözlər
deyil. Bu, bizim tariximizə, milli, siyasi, bədii irsimizə əsaslanan fikirlərdir.
Ölkəmizin məişətində, təfəkküründə, şüurunda
çoxmədəniyyətlilik təfəkkürü inkişaf
edib və bu gün nümunəvi
bir məzmun daşıyır. Düzdür, indi dünyanın digər ölkələrində
də bu dəyərlər təbliğ
olunur. Amma Azərbaycan nümunəsi
bu sırada ən önəmli yerlərdən birini tutur. Bbiz bu dəyərin
təbliği və yayılması istiqamətində
nəzərdə tutulan
layihələri bu il də həyata
keçirməyi planlaşdırırıq”.
“Bizim modeli öyrənməyə
çalışırlar”
N.Qasımzadə deyir ki, hazırda
mühacir axını
ilə üzləşən
bəzi Qərb ölkələri yaşadıqları
çətinlikləri məhz
multikulturalizmlə əlaqədar
olduğunu iddia edirlər.
“Azərbaycanda isə
başqa bir model var. Ölkəmizin nümunəsi
əksinə, tərəqqiyə
xidmət edən məzmundadır. Bunu öyrənməyə çalışırlar, istəyirlər
bilsinlər ki, müxtəlif xalq və mədəniyyətlərin
qovuşduğu bir cəmiyyətdə bu dəyər sabitliyin qorunmasına necə xidmət edə bilər”.
Multikulturalizm Mərkəzinin yaranma səbəbləri
və fəaliyyəti barədə mətbuata
açıqlama verən Mərkəzin icraçı direktoru Azad Məmmədov
deyib ki, məqsəd
tolerantlığın bir həyat tərzinə
çevrildiyi Azərbaycan gerçəkliyinin
mədəni, sosial, siyasi
mahiyyətini öyrənmək, etnik-mədəni, dini müxtəlifliyin
tolerant əsaslarının elmi təhlilini aparmaq və
qorunub saxlanması yollarını müəyyənləşdirmək,
təhsil, mədəniyyət, elm və
digər sosial sahələrdə özünü göstərən
çatışmazlıqların sistemli
şəkildə aradan qaldırılması
istiqamətində layihələr həyata keçirməkdir:
“Prezident İlham
Əliyevin təşəbbüsü ilə multikulturalizm
dövlət siyasətinin ən önəmli istiqamətlərindən
birinə çevrilib. Artıq, paytaxt Bakı qlobal əhəmiyyətli
humanitar məsələlərin öz həllini tapdığı məkandır.
Mərkəzin əsas məqsədi tolerantlığın və
mədəni, dini, linqvistik
müxtəlifliyin qorunmasını təmin etmək, habelə,
Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi
tanıtmaq və mövcud multikultural
modelləri tədqiq və təşviq etməkdir. Mərkəzin
yaranması ilə bağlı Fərman may
ayında verilsə də, faktiki olaraq strukturun
formalaşması oktyabr ayından
başlayıb. Amma bu
qısa müddətdə Mərkəz xeyli
tədbirlər keçirməyə müvəffəq olub. Belə ki, 16 noyabr Beynəlxalq Tolerantlıq Günü
münasibətilə ölkəmizin bütün
bölgələrində silsilə tədbirlər, Bakıda
isə yekun konfrans keçirilib. “Mən fəxr
edirəm ki, azərbaycanlıyam” mövzusuna həsr edilən və müvafiq icra hakimiyyətləri
ilə birlikdə keçirilən region
toplantılarında milli azlıqların
nümayəndələri, dini icma rəhbərləri, ziyalılar iştirak edərək müzakirələr
aparıb, maraqlı təkliflər irəli
sürüblər. Mərkəz, eyni zamanda, Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar ölkəmizin,
eləcə də dünyanın bu sahə
üzrə aparıcı mütəxəssislərinin
qatıldığı “Virtual Dəyirmi Masa” təşkil edib. Bakıda
keçirilən yekun “Dəyirmi Masa”da Azərbaycandakı multikultural cəmiyyətin üstün
məziyyətləri müzakirə olunub”.
Göründüyü kimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
apardığı ardıcıl və məqsədyönlü
işin nəticəsində yaxın gələcəkdə
həm xaricdə, həm də ölkəmizdəki ali təhsil ocaqlarında “Multikulturalizmə giriş”, “Azərbaycan multikulturalizmi”
fənlərinin tədrisi daha da genişlənəcək və Prezident İlham
Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi
tanıtmaq” təşəbbüsü öz
real həllini tapacaq. Mövzu ilə
bağlı bütün deyilən fikirləri,
aparılan müzakirələr zamanı səslənən rəy
və təklifləri ümumiləşdirib bir
cümlə ilə ifadə etsək, qəti əminliklə
deyə bilərik ki, Azərbaycan bütün zamanlara
örnək ola biləcək əsl
tolerantlıq nümunəsidir. Bu, təkcə,
ölkədə yaşayan milli və etnik azlıq
nümayəndələrinin deyil, həm
də beynəlxalq aləmin səmimi etiraflarıdır. Dünyada
sivilizasiyalararası dialoqla ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin
artması tendensiyasının müşayiət olunması,
xüsusilə də islamafobiya kimi təhlükəli meyllərin bir sıra dövlətlərin və digər
subyektlərin siyasətində özünə geniş yer alması
reallığında Azərbaycanın mədəniyyətlərarası
dialoq məkanına çevrilməsi
faktı qlobal əhəmiyyət kəsb
edən məsələdir. Bu məsələlərin
həlli istiqamətində Azərbaycanın təcrübəsi
digər ölkələr üçün
örnək ola bilər.
Xalq Cəbhəsi.- 2016.- 18 avqust.-
S.9.