Pişəvərinin “Həqiqət” qəzetində fəaliyyəti

 

I yazı

 

Gilandakı olayların uğursuz sonluğu bir çox azadlıq mücahidini məyus etdi. Hərəkat fəallarını Gilanı tərk etmək zorunda qoydu. Rəşt və bütövlükdə Gilan əyaləti Rza xan qatillərinin və xəfiyyə qüvvələrinin nəzarəti altına keçdi. Çoxsaylı qətillər, terror, həbs və təqiblər azadlıq istəyən qüvvələri pərən-pərən saldı. İran Kommunist partiyası rəhbərliyinin bəzi yersiz, vaxtı çatmamış şüarları və “solçu” hərəkətlər “Cəngəli”lərin məğlubiyyətini sürətləndirmiş oldu. “Solçu”, kommunistlərin bolşevik çağırışları kültənin böyük hissəsini hərəkatdan uzaqlaşdırdı. Hərəkatı yatırmaqda irticanın əlinə tutarlı əsas verdi. Partiyanın daxilindəki ixtilaflar ölkənin istiqlaliyyətini yad əllərdən xilas emək istəyənləri narazı saldı. Onlar öz mübarizələrini başqa bölgələrdə davam etdirməli oldular.

Belələrindən biriSeyid Cəfər Pişəvəri olmuşdu. O, Gilandakı olaylardan, xüsusən burada rəhbərlik iddiasında olan insanların şəxsi ambisiya və yanlış hərəkətlərindən narazı qaldığı üçün Gilanı tərk edib qeyri-leqal şəkildə əvvəl İsfahana, sonra isə Tehrana gəldi və mübarizəsini burada davam etdirməkdə qərarlaşdı.

S.C.Pişəvəri Tehranda köhnə dostu Seyid Məhəmməd Dehqanla əlaqə yaradır və “Həqiqət” adda qəzetin nəşrində əməkdaşlıq edirlər. Qəzetin təsisçisi S.M.Dehqan, baş redaktoru isə S.C.Pişəvəri olmuşdu. Qəzetdə çap olunmuş baş məqalələrin və səhifələrdəki yazıların çoxu S.C.Pişəvərinin qələmindən çıxmışdı.

“Həqiqət”in təsisçisi Məhəmməd Dehqan əsrin əvvəlində Pişəvəri kimi Bakıda M.Ə.Tərbiyətin, Ə.Talıbovun, H.Z.Tağıyevin maddi yardımı ilə təhsil almış və dövrünün savadlı ziyalılarından olmudu. O, həmkarlar hərəkatına 1918-ci ildən qoşulmuş və 1919-cu ildə həmkarlar təşkilatına sədr seçilmişdi. 1920-ci ildə İranda ilk dəfə olaraq mətbəə işçilərinin həmkarlar təşkilatını yaratmış və ona rəhbərlik etmişdi.

İran zəhmətkeşlərinin orqanı olan “Həqiqət” qəzeti 1300-ci ilin Dey ayından (1922-ci ilin yanvarından) 1301-ci ilin Tir ayınadək (1922-ci ilin iyun) ayınadək Tehranda çap olunmuşdu. Bu müddət ərzində “Həqiqət”in 106 nömrəsi işıq üzü görmüşdü. Qəzetin səhifələrində çap edilən məqalələrdə İran zəhmətkeşlərinin amansız istismarından, onların tapdalanmış hüququndan

tələblərindən danışılır, durumdakı haqsızlıqlar ifşa və tənqid edilirdi. Qəzet az müddətdə öz ətrafına açıq fikirli ziyalılarla yanaşı, kommunist məsləkinə meyilli olan Salamulla Cavid, Kərim Nikbin, Bəhmən Şeydanib. kəsərli qələm sahiblərini də toplaya bilmişdi.

“Həqiqət” qəzetində baş məqalələrin çoxu S.C.Pişəvəri qələminə məxsus yazılar olmuşdu. O, özü bu haqda sonralar “Ajir”də çap etdirdiyi avtobioqrafik məqaləsində göstərir ki, “Azadxah yoldaşların yazdıqları bir neçə məqalə istisna olarsa “Həqiqət”dəki baş məqalələrin çoxunu mən yazmışam. Təhlükəsizliyimlə bağlı məqalələrin altında öz imzamı yazmaqdan çəkinməli olurdum”.

S.C.Pişəvərinin “Həqiqət”də çap olunmuş, siyasi cəhətdən kəsərli məqalələrindən “İqtisadi əsarət”, “Dünya fəhlələrinin inqilabı”, “İranda ideoloji inqilab”, “Səfalət haradandır”, “Vahid cəbhə”, “Əsaslı çarə gərəkdir”, “Paris kommunası”, “Məclisdəki siyasi firqələr”, “Azadlığı qorumaq millətin vəzifəsidir” və s. başlıq altında yazdığı silsilə məqalələri misal göstərmək olar. Bu məqalələrdə oxucu kommunist məfkurəsini aşılamaqdan daha çox hansı yolla, hansı məslək və məramla İran xalqlarını əsarətdən, haqsızlıqlardan və xarici asılılıqdan qurtarmaq fikri qabardılır. S.C.Pişəvərinin ideoloji baxışlarında və mübarizəsində radikal kommunistlikdən tədricən uzaqlaşıb, demokratik azadlıqları ön plana gətirməsi və mübarizənin istiqamətinin bu yönə döndərməsini 20-ci illərin əvvəllərində baş verən olayların güclü təsiri olmamış deyildi. (“Cəngəli” hərəkatının köməksiz buraxılıb, Sovetlərin İran irtica rejimi ilə dil tapması, İran kommunistləri arasında çəkişmələr və ixtilaflars. və i.) İrticapolisin nəzərindən yayınmaq üçün qəzetdə rejimə toxuna bilən hər bir məqalənin müəllifi rəmzi adlardan istifadə etmək məcburiyyətində qalırdılar. Məsələn, “Həqiqət”dəki məqalələrinin çoxunu Pişəvəri “Pərviz”, “Y.Pərviz”, “Ə.Pərviz” və s. imzası ilə onun məslək dostu K.Nikbin isə “Firudin”, S.Cavid isə “Həsənzadə” imzası ilə çap etdirmişdi. “Həqiqət” öz oxucularının sayını günbəgün artırırdı. Həmin dövrün tədqiqatçısı tarixçi alim özünün “Azadlıq səngəri” (Səngər Azadı) kitabında belə bir müqayisə aparır. Əgər “Həqiqət” gündə orta hesabla 950 nüsxə satılırdısa, “Stareye İran” qəzeti gündə vur-tut 300 nüsxə, “Mihən” 60 nüsxə, “İttihad” 36 nüsxə,”Qanun” 7 ədəd satılırmış və həm də “Həqiqət”in oxucularının sayı durmadan artırmış.

“Həqiqət” qəzetinin savadlıları az olduğu bir şəraitdə başqa qəzetlərə nisbətdə belə tərzdə daha geniş oxucu auditoriya qazanması onda dərc olunan məqalələrin oxucuların və günün tələblərini vaxtında və düz işıqlandırması, əsas hədəfi sözlə atəş açması, xalqa çıxış yolunun azadlıq və demokratiyadan faydalanmaqla xarici asılılıqdan xilas olmağın yolunu göstərməsi idi. Bu işdə başqa müəlliflərlə birlikdə S.C.Pişəvərinin yazılarındakı dəyər və siyasi kəsər daha önəmli olmuşdu. Bu yazılar və siyasi mühitdə baş verənlər şah sarayındakılardan da çox İran taxt-tacında gözü olan, bütün vasitələrlə (mərkəzləşdirmə adı ilə hərbi-mülki və inzibati işlərin ixtiyarını ələ keçirməklə) bu taxt-taca sahib olmaq istəyən Rza xanı (o, əvvəl hərbi nazir, sonra isə baş nazir postunu artıq ələ keçirməyə müvəffəq olmuşdu) daha çox narahat edirdi. Ölkədə rejim əleyhinə olan qüvvələri ram etmək üçün o, əvvəlcə real vəziyyəti xalqa çatdıran və oyanışa kömək edən mətbuatın üzərinə hücum təşkil etdi, sonra rejim əleyhinə olan siyasi özəkləri dağıtdı. “Həqiqət” bu hücuma məruz qalan ilk mətbuat orqanı oldu.

S.C.Pişəvərinin qəzetin 106-cı (son) nömrəsində yazdığı “İki qat irtica” məqaləsi qəzetin həmişəlik bağlanması üçün dövləti əlində bəhanə olur. Adı çəkilən məqalədə S.C.Pişəvəri yazırdı:

“Ölkənin bərbad vəziyyəti hamıya məlumdur... irticai hökumət başçıları ölkənin qanunlannı yaddan çıxarıb istibdad və mütləqiyyət dövrünü yenidən dirçəltmişlər. Hərbi hökumət hər yerdə özbaşınahq edir... bugünkü vəziyyət heçbeş il bundan əvvəlki vəziyyətə oxşamır. Bu gün bıçaq sümüyə dirənmişdi”. Adı çəkilən bu məqalədə S.C.Pişəvəri dövlət məqamlarına müraciətlə yazır: “... Məqsəd və arzumuz ölkəni inkişaf və tərəqqi etdirməkdən, xalqı azadlığa çıxarmaqdan ibarətdir. Sizmövcud prinsiplərinizdən kənara çıxıb, xalqın və ölkənin tərəqqisi naminə çalışmadığınız əks təqdirdə sairələri kimi bizdə sizin əleyhinizə mübarizə aparacağıq”.

Qeyd etmək lazımdır ki, Rza xan hakimiyyətdə baş nazirlik sükanını öz əlinə keçirmək naminə bir müddət özünüdemokratkimi göstərməyə çalışmış, ölkədə respublika quruluşunuyaratmağa” təşəbbüs edən şəxs kimi özünü xalqa tanıtdırmışdı. Bu məsəbir çox ziyalılar kimi “Həqiqət”in baş redaktoru S.C.Pişəvərini də çaş-baş salmış, mətbuat əleyhinə, xalqın azadlığı əleyhinə günahları baş nazir Möşir-əl dövlənin ünvanına yönəltmişdi. Əslində bu işlərin mərkəzində “demokrat” – “respublikaçı” pərdəsi dalında qılaflanmış hərbi nazir Rza xan dururdu.

 

 

Əkrəm Rəhimli

Tarixçi

Xalq Cəbhəsi.- 2016.- 20 avqust.- S.13.