S.C.Pişəvərinin “Həqiqət” qəzetində fəaliyyəti

 

II yazı

 

Həmin dövrdə S.C.PişəvərininHəqiqət”də çap olmuş məqalələrinin birində oxuyuruq: “... Rza xan da millətlə qanuna tərəfdar olmaq meyili var. Hamı bilir ki, Sərdar Sipəh (Rza xan) heç kəsdən qorxmur yalanı qəbul etmir. Belə olan təqdirdə azadlığın əleyhinə mətbuatı qadağan etmək azad olmağın əleyhinə yönələn işləri fikrimizcə ona şamil etmək olmaz... Möhir əl-dövlə istəyir ki, əldən getmiş nüfuzunu qaytarmaq Rza xanı yerə vurmaq üçün... Sərdar Sipəhin əli ilə antidemokratik işləri icra etsin, azadxahları sındırsın».

Əslində Rza xanla baş nazir arasında olan çəkişmə Rza xanın hakimiyyətdə daha geniş əl-ayaq niyyətindən irəli gəlirdi. Bu oyunda savadsız da olsa ingilis casusluq məktəbinin yetirməsi olan Rza xan qalib gəldi. O, baş nazir Möşir-əl dövlənin istefa verməsinə onun yerinə Əhməd Qəvamus-səltənənin gəlməsinə nail ola bildi. Rza xanın belə “at oynatması bu oyunda qalib gəlməsi bir tərəfdən Əhməd şahın səriştəsizliyi saraydakı çəkişmələrlə bağlı idisə, digər, bundan az önəmi olmayan səbəb İrandakı ingilis kəşfiyyatının fəaliyyətinin nəticəsində mümkün olması idi.

Özü üçün maneəsiz fəaliyyət meydanı açmış Rza xan zaman keçdikcə üzərindəkiqılaf”ları götürdü. Həqiqi amansız diktatorluq şovinistlik simasını göstərməyə başladı. Hakimiyyətdəki sükanı ələ keçirib yerini möhkəmlətdikdən sonra demokratik qüvvələr üzərinə geniş miqyaslı hücum planını hazırladı icrasına başladı. Bu məqsədlə əvvəl İran reallıqlarını yazan mətbuatın üzərinə yürüş etdi. Bu yürüşün ilk zərbəsini alanlardan biri Həqiqətoldu. O, bu məqsədlə xəfiyyə məmuru sözsüz tabe olan Mahmud Ağaxan S.C.PişəvərininHəqiqət”in sonuncu (106-cı) nömrəsində çap olunmuş məqaləsini dövlət əleyhinə açıqKommunisttəbliğatı kimi qiymətəndirdi. 1921-ci ilin yanvarından (9 Dey 1300) iyul 1922-ci ilin iyulunadək (tir 1301) fəaliyyət göstərən millətin oyanışında önəmli rol oynayanHəqiqətqəzetinin nəşrinə dövlət tərəfindən yasaq qoyuldu. Qəzetin heyəti ona məqalə yazanlar təqib olunmağa başlandı.

S.C.Pişəvəri gizli yolla 1923-cü ildə İsfahana getməli oldu fəaliyyətini qeyri-leqal şəkildə orada davam etdirdi. O, həmin dövrü xarakterizə edərək sonralar yazırdı ki, “O günlərdə bizim vəziyyətimiz çox ağır idi. Lakin... şah əleyhinə hücumlarımız gündən-günə daha şiddətli, daha dağıdıcı daha möhkəm olurdu... Bu iftixarlı mübarizə doqquz ilə qədər davam etmişdi”.

İsfahanda, sonra Tehranda gizli siyasi fəaliyyət göstərən Rza şahın qanlı rejiminə qarşı demokratiya azadlıq uğrunda mübarizədən çəkinməyən S.C.Pişəvərinin mənsub olduğu gizli təşkilatları polis xəfiyyəsi dörd dəfə hədəfə alıb dağıdır. Ümumiyyətlə, 1925-ci ilədək (Rzaxan şahlıq taxtına çıxanadək) İran polisi hərbi xəfiyyə Əhməd şah əleyhinə ölkədə mövcud olan siyasi təşkilatlardan narazı qüvvələrdən yetərincə istifadə etdikdən sonra onların fəaliyyətinə bir dəfəlik son qoydu, onların rəhbərlərini fəallarını küdəvi şəkildə həbsə aldı. İrticanın tüğyan etdiyi, Rza xanın irticai simasımn açıq-aydın göründüyü belə bir şəraitdə S.C.Pişəvəri qeyri-leqal vəziyyətdə 1924-cü ildə ölkəni tərk etmək məcburiyyətində qalır. O, Bakıda yaşayan ailəsinin yanına gəlir (Bu zaman S.C.Pişəvərinin həyat yoldaşı Məsumə xanım Bakı tibb məktəbində təhsil alırdı. 1925-ci ildə oğlu Daryuş dünyaya gəlmişdi). Bu gəlişdə S.C.Pişəvərinin məqsədi özü yazdığı kimi təkcə ailəsini görmək deyil, həm Moskvadakıyoldaşlarınİrandakısolçuhərəkata münasibətdə iki bağlı oyunun mahiyyətini öyrənmək idi.

1920-1925-ci illər arasında Pişəvərinin qələmindən çıxan müxtəlif mətbuat orqanlarında çap edilmiş yazıları nəzərdən keçirdikdə S.C.Pişəvərinin siyasi fəaliyyətində sovetlərə inamın olması, kommunistlik əqidəsinə sədaqət motivləri açıqca hiss olunur. O, Bakı bolşeviklərinin rəhbəri Nəriman NərimanovunŞərqin Lenini”, “Bakı füqərasının böyük müəllimiadlandırır. Pişəvəri Azərbaycanda 1920-ci il aprel çevrilişindən sonra redaktoru olduğuHürriyyətqəzetinin demək olar ki, elə bir nömrəsi yoxdur ki, orada sovet rejiminə, Moskvaya ümid inam ifadə etməsin. O, İranın Şərqin məzlum xalqlarının nicatını Sovet Rusiyasında, hakimiyyətə gəlmiş Kommunist üsul-idarəsində görürdü. Bu cəhətdən S.C.Pişəvəri ilə Nəriman Nərimanovun düşüncə yanaşma tərzində fərqli cəhət tapmaq çətindir.

1920-1921-ci illərdə Gilandakı xalq hərəkatına sovetlərin açıq-aydın xəyanətini gördükdən sonra belə S.C.Pişəvəri Rusiyada Azərbaycandakı sovet çevrilişlərinə inamını itirmir. Hətta o, 1921-ci ilin fevralında Moskvada İranla Sovetlər arasında belə adlananDostluq qardaşlıq haqqında Moskva müqaviləsi”nə müsbət yanaşır onun İranın ingilislərin əsarətindən çıxmasında istiqlaliyyətə malik olmasında önəmli kimi qiymətləndirir. Məsələn o, “Azərbaycan Füqərasıqəzetinin 18 may 1921-ci il tarixli nömrəsində çap olmuş məqaləsində ehyam vurur ki, İran rejimiİran inqilabçılarının köməyini kəsmək üçün bu mühadinaməni bağlamağa məcbur olub. Hər halda bu bir müzəfəriyyətdir”.

1921-ci il Sovet-İran müqaviləsini müsbət qarşılayan S.C.Pişəvərininrespublikaçılıqşüarı ilə xalqı aldadan Rza xana da əvvəllər münasibəti bir qədər “loyal” olmuşdu. Bunu S.C.PişəvərininYeni fikirqəzetindəİranda Cümhuriyyətadı altında çap etdirdiyi silsilə məqalələrinin ümumi məzmunundan görmək mümkündür. Ölkəyə, millətə münasibətdə S.C.Pişəvəri Əhməd şahla Rza xanı müqayisə edir üstünlüyü Rza xana verir. Əgər Rza xan milli olmasaydı, heç bir qəzet cürət edib şahın əleyhinə yazı yazmazdı”. ya “... gələcəkdə Rza xan yaxşımı olacaq, yaxud onunla da mübarizə bağlanıb, ya bağlanmayacağı başqa bir məsələdir. Ancaq burada Cümhuriyyət tələblər Rza xanın bu məqsədindən böyük istifadə edə bilər”.

İrandakı vəziyyət Moskva rəhbərliyinə çatdırmaq onların mövqeyini öyrənmək üçün Moskvaya yollanır. Çoxları ilə görüşür, özü demiş, “Çox qapılardöysə istədiyi cavabı ala bilmir. Moskva rəhbərliyinə ümidlərini itirmiş halda geriyə - Bakıya dönür.

S.C.Pişəvəri növbəti dəfə Bakıya dönərkən o təhsilini davam etdirmək istəyir. Özünün etiraf etdiyi kimi qəbul imtahanından (rus dilindən) yetərincə qiymət ala bilmədiyi üçün universitetin tələbəsi ola bilmir. Bakıda orta məktəblərdə müəllimlik edir, dövrü mətbuatda müxtəlif imzalarla məqalə felyetonlarını çap etdirir. 1927-ci ilin payızında ailəsi ilə birlikdə, Xorasan yolu ilə İrana - Tehrana gəlir. Bir müddət işsiz qaldıqdan sonra TehranınRefahixiyabanında yerləşən amerikalı bir şəxsdən 600 tümənə onun kitab mağazasını alır.

İki köməkçidən əlavə Əli Şərqi adlı əvvəldən yaxşı tanıdığı şəxsi özünə satıcı qəbul edir. İki il həmin kitab mağazasını işlədir. Mağazanın gəliri yetərincə olmadığı üçün 1929-cu ildə onu Mirzə Hüseyn xan adlı şəxsə satır. Həmin ilin avqust ayında (125 tümən aylıq maaşla) Tehrandakı Sovet məktəbinə müəllim qəbul olunur. O, rus dilli siniflərə riyaziyyat, tarix, coğrafiya fars dilini tədris edir. S.C.Pişəvəri harada işləməyindən asılı olmayaraq Rza Ģahın xəfiyyəsi onu gözdən qoymur. Addımbaaddım onu izləyirlər, onu həbsə almaq üçün bəhanə axtarılır. Nəhayət, 1929-cu ilin dekabrın son günlərində polisin əlinə belə bir bəhanə düşdü. S.C.Pişəvəri ilə vaxtilə kitab mağazasında işləyən Əli Şərqi dövlət əleyhinə siyasi fəaliyyətdə suçlanaraq həbsə alınır. Onun sənədləri arasında S.C.Pişəvəridən doktor Salamulla Caviddən borc aldığı pulun qəbzi (çeki) tapılır.

Bu S.C.Pişəvəri ilə Əli Şərqinin əlaqəsinin olduğunadəlil-sübutkimi qəbul edilir. S.C.Pişəvəri həbsə alınır...

 

Əkrəm Rəhimli

Tarixçi

Xalq Cəbhəsi.- 2016.- 23 avqust.- S.14.