Qulam Yəhyanın xatirələri

 

III yazı

 

“Xalq Cəbhəsi” qəzetinin sayğılı oxucularına Q.Yəhyanın xatirələrini təqdim edirik.

 

Ümumiyyətlə, bütün “başıtərpənənlər” demək olar ki, hamısı xaricilər idilər. Motor işləmədiyinə görə bünövrənin dövrəsinə vurulmuş ağac qəlibin içərisi su ilə dolurdu, su lap qalxıb, körpünün üst qatına az qalanda mən onlardan bir nəfərə dedim ki, əgər istəsələr mən motoru işə sala bilərəm. Mən vaxtilə çilingər iələdiyim üçün motorun quruluşundan müəyyən şeylər bilirdim. Mən müraciət etdiyim adam sahə rəisinə mənim dediklərimi tərcümə etdikdən sonra, əlində çox əsəbi halda trubka tutmuş eynəkli (almanlı) rəis dedi ki, əgər sən motordan bir şey bilirsənsə bəs nə üçün qara fəhlə iələyirsən? Hər halda onun dediyini olduğu kimi başa düşməyimə baxmayaraq, mən də bir qədər kinayə ilə dedim ki, əgər mən motoru xoda sala bilməsəm də onu yeməcəyəm ki, rəis onsuz da çox əsəbi idi. Mənim motora yaxınlaşmağıma icazə versə də tam naümid halda çıxıb getdi. Mən fəhlə yoldaəlarımdan iki nəfər çağırdım və motoru yoxladıqda gördüm ki, motorun klapanı açıq olduğu üçün işə düşmür. Klapanı bağladıq və motorun başqa yerlərini də yoxladıqdan sonra motor asanlıqla xoda getdi və mən də həmin gündən orada motorist işləməyə başladım.

Burada fəhlələr çox ağır vəziyyətdə işələyirdilər, aldığı azacıq əmək haqqı ilə özünü dolandırmaqdan əlavə ailəsinə də müəyyən miqdar pul gətirməli idi. Ağır şərait, az yemək, səhiyyəsizlik və başqa bu kimi səbəblər üzündən xəstələnənlər, xüsusilə malyariya xəstəliyinə tutulanların sayı getdikcə çoxalır və ölənlərin sayı daim artırdı. Orada işləyənlərin iş şəraiti, onların yeməkləri, mağaralarda yaşamaları və xaricilər tərəfindən necə təhqir edilmələri haqqında çoxlu kitablar, romanlar, dastanlar yazmaq olar.

Sovet ordusu İrana gələn kimi Saraba getdim. Orada keçmişdən tanıdığım çoxlu yoldaşlar var idi ki, biz həmişə bir yerə toplaşıb necə hərəkət etmək haqqında danışırdıq. Demək olar ki, mütəəşəkkil təəkilatımız var idi. Bu təşkilatın quruluşu və və qaydası haqqında, təşkilatın aktiv üzvləri haqqında ayrıca danışmaq lazımdır. Hər halda o zamandan xeyli vaxt keçdiyinə görə onların xeyli hissəsi indi həyatda yoxdur. Təkcə onu deyim ki, təşkilatdakı aktivlərin əksəriyyətini fəhlələr və zəhmətkeş kəndlilər təəkil edirdilər ki, onların xeyli hissəsi Rusiyada, xüsusilə Bakıda fəhlə sinfinin mübarizəsində iətirak etmiş yoldaşlar idilər. Müttəfiq qoşunlarının İrana daxil olması ilə əlaqədar bütün yoldaşlara, o cümlədən bizim Sarabdakı yoldaşlarımızın açıq fəaliyyəti üçün imkan yaranmış oldu. Bir sözlə, təşkilat heç şeydən çəkinmədən açıq fəaliyyət göstərməyə başladı.

Sarab təəkilatı çox keçmədən bir qədər də möhkəmlənərək müəyyən düşünülmüş, qabaqcadan müzakirə edilib bəyənilmiş plan əsasında fəaliyyət göstərməyə başladı. Sarabda tez-tez mitinqlər təəkil edilir, bu mitinqə ətraf kəndlərdən kəndlilər gəlirdilər. Mitinqlər elə geniş vüsət almışdı ki, nə dövlət məmurları, nə də irticai qüvvələr bu çıxışlara maneçilik törədə bilmirdilər. Biz bu zaman müstəqil fəaliyyət göstərməli olduq. Ona görə ki, hələlik nə Təbriz, nə də Tehranda münəzzəm təəkilatın olmasından xəbərimiz olmadığı üçün onlarla əlaqəmiz də yox idi.

Təbrizdə yaradılmış zəhmətkeşlər təşəkilatı və eləcə də Azərbaycan cəmiyyəti bizimlə əlaqə saxlamaq istəsələr də, biz onlarla əlaqə saxlamaq istəmədik. Müttəfiq qoşunları İrana gələrkən İran ordusu geri çəkilməyə məcbur olarkən silahlarının bir hissəsi kəndlilərin əlinə keçmişdi. Doğrudur, bu silahın bir hissəsi də İran irticai, o cümlədən kənd feodal mülkədar, xan və bəylərinin əlinə keçmişdi. Onsuz da onların keçmişdən də gizli saxlanılan silahları var idi. Bu zaman zəhmətkeş kəndlilər qəddar və zülmkar ərbablarla keçmişlərin haqq-hesabını çəkmək xəyalına düşdülər. Kəndlilər təklikdə intiqam ala bilməyəcəklərini çox tez başa düşdüklərinə görə birləşmək qərarına gəldilər. Bu birləşəmənin zəruriliyini həyat özü diktə edirdi. Mülkədar, feudal və başqa bu kimi zülmkarlar birləşir və çox halda dövlətin silahlı məmurlarından da istifadə edirdilər. Məhz şəraitin belə şəkildə cərəyan etməsi kəndlilərin istər-istəməz birləşmənin zəruriyyətini doğururdu.

Sarab kəndlərindən Nərmi, Ağmiyan – Səhra, Ardalan, Suma və başqa kəndlərdə kəndlilər öz zülmkarları ilə vuruşarkən qonşu kəndlərdən də onların köməyinə gəlirdilər. Belə toqquşmaların müddəti irticanın müqavimətindən asılı olurdu. Bu yerlərin bəzilərində ölüm hadisələri də olurdu. Bu hadisələr əsasən kor-koranə baş verməsinə baxmayaraq getdikcə təşkilatın işə qarışması nəticəsində hadisələr daha planlı, daha sistemli və daha məqsədəuyğun baş verməyə başladı.

Ümumiyyətlə, İranda, o cümlədən Azərbaycanda, eləcə də Sarabda keçmişdən qalma adət-ənənəyə görə belə vurşəmalardan sonra məğlub olanlar qarət edilirdi. Belə bir “keçmişin qalığı” hər halda o dövrdəki hadisələrdə də özünü göstərməyə başlamışdı. Doğrudur, belə hal təsadüfi, çox vaxt gizli şəkildə baş verməsinə baxmayaraq, təşkilat bundan çox tez xəbər tutub, qarşısını birdəfəlik aldı. Təşkilat işlərində hər kəs öz öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırdı. Təəkilatın az müddət fəaliyyət göstərməsinə baxmayaraq baş verən münaqiəələri həll edir və başqa şikayətlərə də yetişirdi. Ona görə də geniəş əhali kütləsi arasında böyük nüfuza malik idi.

Bu zaman ərzaq malları, o cümlədən qənd az tapılırdı. Ona görə dş Sovet-İran ticarəti bizə (möhkəm qiymətlə) 5 ton qənd verdi (dəqiq yadımda deyil, hər halda qəndin qiyməti o dövrdəki bazar qiymətindən xeyli aşağı idi). Qəndin bizim təşkilata verilməsi, həm təşkilatın nüfuzunun nə dərəcədə yüksək olmasını göstərir, eyni zamanda qəndin bazar qiymətinə satılmasından külli miqdarda əlavə pul əldə edilə bilərdi. Biz bu barədə öz aramızda məsləhətləşərkən müxtəlif təkliflər irəli sürüldü, hər halda bu haqda çoxlu təkliflər və söhbətlərdən sonra belə qərara alındı ki, qəndi öz qiymətinə məscidlərə verək. Qəndin bizim tərəfimizdən bu şəkildə paylanılması əleyhdarlarımızın bizim haqqımızda yaydıqları şayiələrə birdəfəlik son qoymuş oldu. Bu xəbər çox qısa müddətdə bütün Sarab mahalına yayıldı. Hamı gördü ki, “dinsizlər” dinlilərdən daha çox maddi və mənəvi güzəştə gedə bilirlər. Bununla da əhalinin xeyli hissəsinin bizə olan münasibəti kökündən dəşiyişilmiş oldu.

Müəyyən müddət keçdikdən sonra müttəfiqlər yerbəyer olub, İranın daxili işlərinə qarışmayacaqlarıni əməldə göstərdilər. Söz yox ki, bu işin əsas təşəbbüsçüsü Sovet dövləti idi. Şəraitdən müəyyən qədər istifadə edən hakim təbəqə yavaş-yavaş “baş qaldırmağa” başladı. Məhəmməd Rza hakimiyyəti ələ alıb, inzibati orqanları bşrpa etməyə başladı. O cümlədən yerlərdə polis jandarm baş qaldırmağa başladı. Müəyyən müddət “ac qalmaqlarının” əvəzini çıxmaq xəyalına düşdülər.

İranın başqa yerlərində olduğu kimi Sarab mahalında da əmniyyələr kəndlərə çıxmağa bağladılar. Kəndlilərlər mülkədarlar arasında baş vermiş münaqişələrə qarışıb kəndlilərdən “öz paylarını” almağa başladılar. Beləliklə, kəndlilərin yenidən qarət edilməsinə başlanıldı. Sarab mahalında əmniyyələr kəndlilərə düşüb bir nəfərin vasitəsilə guya Sovet qoşunları üçün silah yığırdılar. Əmniyyəyə qoşulmuş adam özünü kəndlərdə sovet nümayəndəsi adlandırıb, kəndlilərə həddən artıq əziyyət vermək yolu ilə külli miqdarda pul toplamağa başlamışdılar. Kəndliləri döyür, söyür, ağaca bağlayır və hətta başı üstə asırdılar ki, onlarda olan silahı “alsınlar”. Nəticədə silah olmadıqda onun “pulunu alırdılar”.

Kəndlərdə olan təşkilat nümayəndələri bu barədə bizə xəbər verdilər. Biz öz aramızda məsləhətləşib, belə qərara gəldik ki, sovet nümayəndəsinə bu haqda xəbər verək. Mən Sarab şəhərində o zaman komendant olan İlyas Bağırovdan soruşdum o, bir daha aşkar etdi ki, bu işdən xəbəri yoxdur. Onda mən dedim ki, siz icazə verin, biz bu yaramaz hərəkətin qarşısını alaq.

İ.Bağırov dedi ki, o sizin öz işinizdir. Mşn bu məşələni olduuğu kimi heyətimiz üçün şərh etdim. Qərara alındı ki, Sovet dövləti adından sui-istifadə edib, kəndliləri qarət edənlərin qarşısı tezliklə alınmalıdır. Bu iş heyət tərəfindən mənə həvalə olundu və tapşırıq verildi ki, məzsləhət bildiyim kimi hərələt edim.

Mən kəndimizə gəlib xəbər bildim ki, silah yığanlar bizim qonşu Zirə kəndindədirlər. Kəndimizdə olan təşkilati yoldaşlarla məsələni aydınlaşdırıb, belə qərara gəldik ki, əmniyyələrə qoşulub, sovet nümayəndəsi adı ilə kəndliləri soymaq çox pis və yaramaz hərəkət olmaqla yanaşı Sovet dövləti və sovet ordusuna böhtandır. Biz öz aramızda məsləhətləşdikdən sonra belə qərara alındı ki, onları kəndimizə dəvət edək, burada kəndlilərdən “silah yığarkən” onlarla hesabımızı çürüdək.

Yoldaşlar razılaşdılar, işlərin planı tərtib edildi. Kimin nə edəcəyini bir də soruşdum və yəqin etdim ki, hər kəs öz işini yaxşı icra etməyə tam hazırdır. Mən ata minib, Zirə kəndinə getdim. Orada kəndlilər məni çox sevinclə qarşılayıb, ərzi-hal etmək istədikdə onlara işarə etdim ki, hər şeyi bilirəm. Bir qədər səbirli olmaq lazımdır. Əmniyyət və “sovet nümayəndəsi” olan yerə getdim. Hər halda mənim gəlişim onların o qədər də xoşuna gəlməsə də, mənim söhbətim onların xoşuna gşldi. Mən özümü lap bilməzliyə qoyub, onlara dedim ki, mənim sizdən iki xahişim var. Birincisi odur ki, indi tutub, həbs etdiyiniz kəndliləri mənim buraya gəlməyim münasibətilə bu gün azad edin, onlar məni tanıyır və mənə inanırlar.

Mən onlara deyərəm, sabah silahlarını gətirib sizə təhvil verərlər. İkinci xahişim isə odur ki, bizim kəndə gedəsiniz, bir neçə tüfəngi kəndlilərdən yığasınız. Hər halda mən onlarla bir kəndliyəm, onlardan mənim silah almağım yaxşı olmaz. Onlar mənim hər iki xahişimi qəbul etdilər. Kəndliləri bu gün azad etməklə yanaşı saat 4-də bizim kəndə gedəcəklərinə söz verdilər. Mən tez kəndimizə qayıtdım, icra edəcəyimiz planı bir daha yoxladım, məlum oldu ki, hər kəs öz işini yaxşı mənimsəyib.

Bizim “qonaqlar” dedikləri vaxt gəldilər. Bizim məsləhətimizlə evlrə paylandılar ki, orada bir az istirahət etdikdən sonra işə başlayıb silahları yığsınlar. “Qonaqlarımız” yerbəyer olduqdan sonra əməliyyatı başladıq və “qonaqlarımız” tərksilah olundular. Onları bir yerə toplayıb göstəriş verdik ki, yığdıqları pulları çıxarsınlar. Onların cibindən beş min tümənə yaxın pul tapıldı. Bu pulun ümumi məbləğini kəndlilər bilirdilər. Çünki kimdən nə qədər alınması hamıya aydın idi. Biz qonşu kəndlərə şəxslər göndərib, pul alınan kəndliləri oraya dəvət etdik və əmniyyələr özləri aldıqları pulları öz əllərilə kəndlilərə qaytardılar. Biz bu tədbirlə əsasən iki iş görmüş olduq. Bir tərəfdən özünü sovet nümayəndəsi adlandıranlar ifşa oldular, digər tərəfdən isə təşkilatın nüfuzu xeyli artmış oldu.

 

Xalq Cəbhəsi.- 2016.- 25 avqust.- S.14.