Göydən endim
ağappaq…
«Qar
qız», «Bip-bip», «Qulaq asın, danışım»,
«Qızılduz, Yaşar və Nur nənə», «Din-dan», «Bahar,
adlar, uşaqlar», «Sözlər, nəğmələr,
nağıllar, laylalar», «Analar və laylalar», «Şəkərim,
duzum», «Xoruzbanı gedirəm», «Torağayın nəğməsi»,
«Toğrul babanın nağıl ağacı», «Balaca Aytən»,
«Mənim ulduzlarım», «Babalar, nənələr, nəvələr»
və s. və ilaxır. Düz 15 kitab.
Bu
kitabları uşaqları yaddan çıxarmayaraq onlara
klassiklərimizlə eyni səviyyədə, bəlkə də
daha üstün, ən gözəl şeirlər yazan,
istedadlı şairimiz, şirin, duzlu sözləri məharətlə
sapa düzərək bənzərsiz poetik aləm yaradan
hünərvər qələm sahibi Teymur Elçin yazıb,
hər birimizin dediyi – «gələcəyimizin qarantlarına» –
uşaqlara misilsiz hədiyyələr edib.
Oxuyuruq, nəğməmiz,
Uzaqlara yayılsın.
Səsimizdən
hər tərəf,
Tez yuxudan
ayılsın,
Gözəl
Vətən, can Vətən.
Bizə mehriban Vətən.
Qarlıdır,
vüqarlıdır,
Papağı şiş dağların.
Barlıdır,
baharlıdır,
Tarlaların, bağların.
Gözəl
Vətən, can Vətən.
Qoynu gülüstan Vətən.
Bu misralar Teymur Elçinin uşaqların dili ilə vəsf
etdiyi «gözəl, mehriban, qoynu gülüstan» Vətənimizə
– Azərbaycanımıza məhəbbətini, böyük
sevgisini ifadə edir.
Günəşi
Aya qatdım,
Mən bir nəğmə yaratdım.
Bu nəğmə
Günayımdır,
Körpə torağayımdır.
Aydı
bu, Günaydı bu,
Nənəsinə
taydı bu,
Babasına
haydı bu!
Aydı
bu, Günaydı bu!
Bu misralar bütün yaradıcılığı boyu
ilhamını yalnız gül balalara orijinal, bahar təravətli,
çiçək qoxulu şeirlər – oxşamalar, daha
doğrusu, nəğmələr yazmağa səfərbər
edən həssas bir şairin gələcəyimiz olan bənövşə
ətirli uşaqlara dərin sevgisini hayqırır. Onun uşaqlara həsr etdiyi
hər bir şeir öz-özlüyündə sanki nəğmədir,
musiqidir...
Vətəninin heç bir probleminə,
qayğısına laqeyd qala bilməyən, ürəyində
bu qayğıları yaşadaraq onları imkanı daxilində
aradan qaldırmağa çalışan Teymur Elçin əlinə
qələm alanda isə yalnız və yalnız kiçik
dostlarını düşünürdü. Onların zövqünü
oxşamaq, körpəcə ürəklərini fəth etmək,
sevindirmək, düşündürmək üçün
yeni poetic yollar axtarır, öz nağıllarını, yanıltmaclarını,
tapmacalarını, məzmunlu, tərbiyəvi-didaktik, sadə
oynaq, şən əhval-ruhiyyəli, orijinal şeirlərini
yazırdı:
Sözə
baxmır gəlincik,
Hamı yatıb, o yatmır.
Günayın
laylasından,
Qızılgülə o batmır.
Təzədən
deyir Günay
Gəlinciyinə
lay-lay,
Lay-lay dedim
yatasan.
Qızılgülə
batasan,
Qızılgülün
içində
şirin
yuxu tapasan.
Lay-lay-lay!
Teymur Elçin uşaqları hər an fərəh,
sevinc içində, fərasətli, hazırcavab,
düşüncəli, ədəb-ərkanlı, həm
fiziki cəhətdən, həm də ruhən sağlam
görmək istəyirdi. Bəlkə də
onların lap adi görünən incikliyini, dodaq büzmələrini
şair qəlbinə dərd edərdi, narahatlıq keçirərdi.
Elə bu üzdən körpələrə mənalı,
düzgün, böyüdükdə onlara
utanc,
acı təəssüf deyil, fərəh gətirən
adların qoyulmasını ən vacıb məsələlərdən
biri sayar, gül balaların onların ürəyindən olan
adlarla çağırılmasına xüsusi diqqət verərdi.
«Bahar, adlar, uşaqlar» əsəri məhz bu istəyin
nəticəsidir.
Adımı
deyəndə
Gülürlər
mənə,
Utanıram.
Ağladı
Samovar.
Ağlama
qızım,
Ağlama
sən –
Atan da,
anan da,
Sevinəcək
təzə adını
Onlara desən:
Gülşən!
Xoşuna gəlirmi?
Qızın qara gözləri.
Güldü şən-şən.
Təəssübkeş şair uşaqların həyatında
çox böyük əhəmiyyət daşıyan incə
məqamı özünəməxsus dəst-xətlə,
poetik dillə diqqətə çatdırır. Şeirdə adsız
uşaqlara ad axtarışına çıxan təbiətin
nazlı qızı Baharın vasitəsilə gənc
ata-analara övladlarına qoymaq üçün orijinal,
güllü-çiçəkli, aylı-ulduzlu, bir-birindən
gözəl adlar təklif edir:
Gülbahar,
Qızçiçək, Gülqız, Çiçək,
Gülnar, Şəfəq, Səhər, Nurbəniz, Aydın,
Gündüz, Gündəniz, Zöhrə, Aygün, Ülkər,
Aybəniz və s.
Bəzən şair kiçik yaşlı
oxucularının incədən-incə zövqünü,
duyum tərzini nəzərə alaraq, dünya uşaq ədəbiyyatından
tərcümələr də edirdi. O, Komey Çukovskinin «Milçək-vizilcək»
əsərini elə yüksək sənətkarlıqla tərcümə
edib ki, əsəri oxuyanda onun Azərbaycan dilinin şirinliyi
çökmüş mətninin tərcümə olduğuna
inana bilmirsən...
O,
tapmacaları ilə də bənzərsiz bir aləm
yaradıb... Əksər sənətkarların
yaradıcılığında bu poetik gözəllikdə
tapmaca-şeirə rast gəlmək mümkün deyil!.. Ustad şair almanı, üzümü,
sünbülü, günəşi, ayı, buludu,
yağışı, yayı, yazı, payızı,
qışı, hətta traktoru, qaldırıcı kranı
elə lakonik, elə aydın, ifadəli, ahəngdar bir dillə
təsvir edərək maraqlı suallar qoyub ki, oxucu-uşaq həmin
andaca çox böyük həvəslə onun
cavabını axtarmağa başlayır. Məsələn:
Göydən
endim ağappaq,
Oldum ağ şal, ağ papaq.
Meyvələri
düşürdüm,
Ağacları üşütdüm.
Dağlardan
yumalandım,
Küləklə
komalandım,
Gün vurdu birdən-birə.
Əriyib
keçdim yerə,
Söhbətimi
burda kəs!
Yaxşı, adım nədir bəs?! («Qar»)
Adi bir təbiət hadisəsi – qarın yağması
şairin qələmində necə sadə, oynaq, obrazlı,
uşaqların başa düşə biləcəyi,
anlayacağı dildə əksini tapıb. Görkəmli tənqidçi
Qulu Xəlilov yazırdı ki, böyüklər
üçün yazmaq bir istedad tələb edirsə,
uşaqlar üçün
yazmaq iki
istedad tələb edir. Qulu müəllimin fikrinə
əlavə etmək yerinə düşər ki, uşaqlar
üçün yazmaq, onları riqqətə gətirmək,
güldürməyi və düşündürməyi
bacarmaq ikiqat hünərdir, ikiqat məharətdir,
böyük şairlik qüdrətidir. Bu
vəzifələrin öhdəsindən Teymur Elçin
böyük ustalıqla gəlib. Yanıltmacları
ilə uşaqların şirin-şəkər dilini
açmağa, inkişaf etdirməyə
çalışıb. Tapmacaları ilə
düşündürməyi, sözləri söz
çalarlarının, poetik dilin imkanları çərçivəsində
vəsf etməklə qavramağı, nağılları ilə
isə mühakimə yürütməyi, həyatı,
yaxşını-pisi, xeyri-şəri dərk etməyi
öyrədirdi:
Gülşən
baxır
yazıq-yazıq,
Kim eləyib dəftərimi cızıq-cızıq?
Yazıq-yazıq!.. (“Yazıq-yazıq»).
Elxan girib
palçığa
Üst-başını buladı.
Toplan
görüb utandı,
Quyruğunu buladı. («Buladı»)
Budağı
tut! Budağı tut!
Budaq qaçdı, töküldü tut. («Tut»)
Qızılgülüm
qönçələdi,
düymələdi.
Göy
paltarı açılmışdı,
düymələdi. («Düymələdi»)
Bu poetik
parçaları oxuyan kiçik oxucu anlayır, dərk edir
ki, yazıq-yazıq-yazmaq və əlacsız, məlul,
buladı– çirkləndirmək və bulamaq-tərpətmək,
tut-tutmaq və tut-meyvə, düymələdi isə həm
gülün düyməsi, qönçəsi, həm də
paltarı düymələmək kimi mənaları ifadə
edir. Şair uşaq dünyasını həssaslıqla dərk
edir, onları bir pedaqoq, müəllim, qayğıkeş ata və
baba kimi diqqətlə müşahidə edir, şeirlərində,
dialoq şəklində qurduğu əsərlərində
maraqlı, dadlı-duzlu mühakiməli, bənzərsiz
xarakterə malik kiçik qəhrəmanlarının daxili aləmini
açmağa və oxucunu özünəməxsus poetik
üsulla maraqlandırmağa nail olur.
Teymur Elçin xalq yaradıcılığından, folklore
motivlərindən ustalıqla bəhrələnən, xalq
dilinin, xalqın deyim tərzinin incəliklərindən zərgər
dəqiqliyi, xüsusi şairlik məharəti ilə istifadə
edən söz ustasıdır. Şairin «Analar və
laylalar» əsəri bəşəriyyətin
yaranışından üzü bəri dünyada var olan, əbədi
yaşayan ana məhəbbətinə, övlada olan sevgiyə
ucaldılmış abidədir. Turac,
qurbağa, delfin, kirpi, canavar və ən nəhayət, insane
hərəsi öz dilində balasının şirin yuxuya
getməsi üçün laylasını deyir. Bu laylaların hər birində övlada, balaya
ananın əbədi məhəbbəti bulaq kimi
çağlayır. şairin
yaratdığı canlıları və ananı məhəbbət
ünvanlı bu müqəddəs hiss, müqəddəs ad
birləşdirir. T.Elçin istedadı bu
şeirdə özünü daha orijinal ştrixlərlə,
cəhətlərlə göstərir. O, layla deyən
canlıların – canavarın, turacın, delfinin, kirpinin daxili
aləmini, xislətini, xarakterini, yaşayış tərzini
onların öz dili ilə oxuculara çatdırır.
Azərbaycan
ədəbiyyatı tarixində A.Bakıxanov,
S.Ə.şirvani, A.Səhhət, S.M.Qənizadə,
M.Ə.Sabir, F.Köçərli, H.Zərdabi, Ə.Haqverdiyev,
C.Məmmədquluzadə, S.S.Axundov, R.Əfəndiyev,
A.Şaiq, X.Əlibəyli, Zahid Xəlil, M.Əliyev, H.Ziya və
başqa söz ustaları uşaqlar üçün müəyyən
əsərlər yaradıb, ədəbiyyatın ən
mühüm, bütün dövrlər üçün gərəkli
sahəsi, istiqaməti olan uşaq ədəbiyyatının
formalaşmasında müstəsna rol oynayıblar. Ancaq etiraf etmək lazımdır ki, ədəbiyyatın
bu mühüm qolunun inkişafında həmişə müəyyən
bir boşluq olub. XX əsrin II
yarısında bütün
yaradıcılığını «Qarabağ oratoriyası” və
bəzi tərcümələri istisna olmaqla şirin-şəkər
balalara təkrarsız əsərlər yazmağa həsr edən
T.Elçin bənzərsiz uşaq şeirləri, tapmaca,
yanıltmac, nağıl, layla və oxşamaları ilə bu
boşluğu yüksək sənətkarlıqla
doldurmağı bacarırdı.
Q.Xəlilov:
«Sadə, oynaq, maraqlı şəkildə yazılmış,
«birnəfəsə oxunan» bu kitab («Sözlər, nəğmələr,
nağıllar, laylalar») məndə elə böyük həvəs
oyatdı ki, istər-istəməz şairin bütün
yaradıcılığına nəzər salmalı oldum. Bu
hiss də məndə yarandı ki, ədəbi tənqidimiz
uşaq ədəbiyyatına bəzən bir növ ögey
münasibət bəsləyir. Bu ədəbiyyatın
istedadlı, görkəmli nümayəndələri barədə
az yazır, az danışır, qiymətli nümunələri
haqqında səxavətlə fikir söyləməkdə xəsislik
edir...» Təkcə «Gözlər» şeirini oxumaq kifayətdir
ki, uşaq canlı və cansızların gözünün
varlığını anlasın:
Bilirsənmi göz nədir, – Bu balaca söz nədir?
Nə
gülürsən... Demək bilirsən,
De görək!
– adam gözü, quş gözü.
Baxmaq
üçün,
Görmək
üçün,
Düzəldiblər
bu sözü,
– Sonra bəs?
– Bilmirəm.
– Səhərin
də gözü var, Günəşlə bir açılar.
Gözlülərə göstərər hər
şeyi.
Bulağın da, quyunun da gözü var.
Tutulsa, o quyular, tamam kəsilər suyu.
Kor olar
quyu,
Yəqin
ki, sən görmüsən
Təkgözlü, ikigözlü, çoxgözlü pəncərələr.
Bu
gözlərdən görünər, bizim dağlar, dərələr,
şkafın da, stolun da, mənzilin də gözü var,
Kimin buna sözü var?
Əlbəttə,
belə şeir nümunələrinə kimin sözü ola bilər ki? Heç şübhəsiz,
uşaqların sevimli şairi Teymur Elçin və onun əvəzsiz,
təkrarsız, oynaq, şən, maraqlı və məzmunlu
uşaq şeirləri məhz bu keyfiyyətlərinə
görə əbədiyaşarlıq qazanıb,
çağımızda da ən çox sevilən əsərlər
olub, yaddaşlarda qalıb...
Esmira Fuad
ədəbiyyatşünas
Xalq Cəbhəsi.- 2016.- 27 avqust.-
S.14.