Millətlərarası
münasibətlərin KİV-də
işıqlandırılması
I yazı
Bu yazıda millətlərarası münasibətlərin
kəskinləşməsi şəraitində (Dağlıq
Qarabağ və onun ətrafında baş verən hadisələr
dövründə) mərkəzi və regional KİV-in fəaliyyəti
haqqında danışılır. Araşdırmaçı İlham
Mazanlı bildirir ki, XX əsrin sonlarında Sovetlər İttifaqında
millətlərarası münasibətlər sahəsində
yaranmış o qədər də ürəkaçan olmayan
vəziyyət Kommunist Partiyası tərəfindən tənqidi
baxımdan təhlil edilərək, bu sahədə ziddiyyətlərin
aradan qaldırılması, situasiyanın
sağlamlaşdırılması üçün geniş fəaliyyət
proqramı hazırlanmışdı. Ölkədə
müttəfiq respublikaların hüquqlarının
artırılması, milli siyasətdə yol verilmiş ciddi
nöqsanların, bəzi xalqlara münasibətdə
haqsızlıqların aradan qaldırılması istiqamətində
kurs götürülmüşdü: “Kommunist Partiyası və
hökumət mövcud çoxmillətli dövlətin bərabərhüquqluluq
əsasında Sovet Respublikaları İttifaqına
çevrilməsi çağırışları ilə
çıxış edirdi. Partiya müttəfiq
respublikaların suverenliyinin qəbul edilməsini millətlərarası
münasibətlər sisteminin təkmilləşməsinə
imkan verən prinsip kimi qiymətləndirirdi. Lakin partiya və hökumət tərəfindən
milli məsələlərlə bağlı irəli
sürülən vəzifələrin yerinə yetirilməsi
ciddi çətinliklərlə üzləşirdi. Partiya bunu yerli orqanların (müttəfiq KİV
millətlərarası və dövlətlərarası
münasibətlərin təkmilləşdirilməsi faktoru
kimi respublikaların aidiyyəti təşkilatlarının) qətiyyətsizliyi,
bu kimi situasiyalara hazır olmamaları ilə izah edirdi. Bizcə, bu fikirlə razılaşmamaq olar. Düşünürük ki, başlıca səbəb
yerli orqanların mərkəzi hakimiyyətə
inamının olmaması ilə bağlı idi. Kommunist
Partiyası həmişə öz uğursuzluqlarına
görə sadəcə yerli orqanları tənbeh edir,
onları partiyanın “rəhbər göstərişləri”ni yerinə yetirməməkdə
günahlandırırdı. Ayrı-ayrı
xalqlara qarşı isə (o cümlədən, Azərbaycan
xalqına) ciddi cəza tədbirləri həyata
keçirilirdi. Sov.İKP-nin XXVIII
qurultayı bəyan edirdi ki, “...milli məsələ və
millətlərarası münasibətlər bəzi hallarda kəskin
forma alıb. Etnik zəmində qanlı
toqquşmalar baş verib, çox sayda insan bu
toqquşmaların qurbanı olub. Qaçqınlar
meydana gəlib, minlərlə insan öz daimi
yaşayış yerini dəyişib, dərbədər
düşüb və ağır məşəqqətlər
içindədir”. (1991-ci ilin əvvəlinə
olan məlumata görə, ölkədə 600 mindən
çox qaçqın var idi). On milyonlarla
insan özünün milli dövlət qurumlarının sərhədlərindən
kənarda yaşayırdı, digər milyonlarla insan isə
minlərlə başqaları ilə qırılmaz insani tellərlə
bağlı idi. Bu sayda insan kütləsini
yerindən tərpətmək, bu əlaqələri qırmaq
təkcə ölkənin həyatı üçün deyil,
bütün dünya üçün kataklizm demək idi.
Bir şeyi xatırlatmaq yerinə düşər
ki, 1990-1991-ci illərdə Şərqi Avropada sosializm
düşərgəsinin dağılması ilə
başlamış proseslər nəticəsində əmələ
gəlmiş humanitar hüquqi və sosial problemlər (məsələn,
Kosovo düyünü) hələ də tam həll olunmayıb.
Çoxmillətli dövlət olan SSRİ-də də o
dövrdə sülhün və əmin-amanlığın bərpası
üçün tədbirlər çox ləng
aparılırdı və yaxud da ümumiyyətlə, bu sahədə
heç bir iş görülmürdü, milli zəmində
toqquşmaların masştabı isə getdikcə artmaqda idi.
Bu cür vəziyyət cəmiyyətdə gedən
yeniləşmə prosesinə passiv münasibəti
artırır, insanların əhval-ruhiyyəsinə pis təsir
göstərir, onlarda dövlətə inamsızlıq hissini
gücləndirirdi. Müttəfiq
respublikalar özlərinin bərbad vəziyyətdə olan
iqtisadi-sosial, humanitar problemlərini təkbaşına həll
etməyə çalışırdılar.
Yuxarıların amorf vəziyyətindən yararlanıb
özlərinin milli eqoist istəklərinə nail olmağa
çalışan xalqlar da var idi. Əks siyasi
sistemin politoloq və sovetoloqları SSRİ-də zaman-zaman
özünü qabarıq şəkildə büruzə verən
milli məsələləri və millətlərarası
münasibətlərdəki ziddiyyətləri daim diqqət mərkəzində
saxlayırdılar. Sovet mütəxəssisləri
əvvəllər onların əsərlərini açıq
düşmənçilik xarakteri daşıyan, Sov.İKP-nin
milli siyasətinin mahiyyətini təhrif edən, ölkədə
gedən demoqrafik proseslərin məğzini yanlış izah
edən və tarixi saxtalaşdıran sənədlər
adlandırırdılar. Sovet mətbuatı
buna müvafiq əks təbliğatla cavab verməyə
çalışsa da, bu publikasiyaların ölkədə
stabilliyi pozmaq, onu milli ədavət zəminində
parçalamaq qabiliyyətini tam qiymətləndirə
bilmirdi”.
Qərb
sovetoloqlarının cərgəsində ən parlaq sima,
ABŞ prezidentinin (1977-1981-ci illər) milli təhlükəsizlik
məsələləri üzrə sabiq köməkçisi
Zbiqnev Bjezinski hələ 1960-cı illərin əvvəllərində
belə bir tezis irəli sürmüşdü ki, SSRİ-ni
Amerika Birləşmiş Ştatlarının potensial
düşməni kimi iqtisadi cəhətdən zəiflətməklə
yanaşı, həm də çoxmillətli dövlət
kimi burada yaşayan xalqların milli hisslərinə təsir
göstərməklə dağıtmaq mümkündür.
Bundan təxminən
iyirmi il sonra yenə də elə həmin
Z.Bjezinski yazırdı: “Sovet İttifaqında siyasi nizam
velikorus xalqının dominantlığına əsaslanır
və əsas etibarilə zorla qeyri-rus xalqlarının boynuna
qoyulmuş sosial razılıqdan və siyasi tabeçilikdən
qaynaqlanır. Bu səbəbdən də əgər
Moskvanın idarə etmək imkanı zəifləyərsə,
Sovet İttifaqının siyasi xarakteri və hətta ərazi
bütövlüyü də sual altında qala bilər.
Bu daha vacibdir, ona görə ki, Sovet İttifaqında doqmatik
rejimin siyasi tələbləri ilə sistemin iqtisadi
ehtiyacları arasındakı ziddiyyətlərin güclənməsindən
asılı olaraq, daxili gərginlik də artır... Sovet İttifaqı mövcud siyasi sisteminin totalitar
xarakterini qismən də olsa zəiflətmədən, öz
cəmiyyətini real olaraq müasirləşdirə bilərmi?
- Yəqin ki, növbəti 20 il ərzində
sovet gerçəkliyinin əsas sualı bu olacaq”.
Bu qənaəti
aydınlaşdıran araşdırmaçı bildirir,
Z.Bjezinski bu müddət üçün Sovet
İttifaqını silahsız parçalamaq məqsədi ilə
Birləşmiş Ştatların bu ölkədə milli
münasibətlərin kəskinləşdirilməsi üzrə
fəaliyyət proqramını irəli sürür: “O, həmin
illərdə radionun geniş imkanlarını nəzərə
alaraq, əsasən bu, eyni zamanda, digər kütləvi
informasiya vasitələrindən istifadə etməklə,
sovet müsəlmanlarında dəqiq siyasi özünüdərk
hissinin formalaşdırılmasının vacib olduğunu
vurğulayır və göstərir ki, yalnız bu yolla islam
millətlərinin sovetcəsinə “əridilməsinin”
qarşısını almaq, həmçinin qeyri-rus millətlərdə
öz müstəqillikləri uğrunda mübarizədə
inadkarlıq əzmininin gücləndirilməsi ilə
SSRİ-də evolyusion dəyişikliklərə nail olmaq
mümkündür. Biz bu planın
ardıcıl olaraq yerinə yetirilməsinin və son nəticədə
SSRİ-nin, ümumiyyətlə isə, sosializm düşərgəsinin
süqutunun artıq şahidi olmuşuq. Lakin
çoxsaylı etnik tərkibə malik və dünya siyasətində
strateji geosiyasi bir regionda yerləşməyimiz və
yaşamağımız gələcəkdə bu cür
situasiyalarda resbuklikamızın və burada yaşayan millətlərin
ümumi maraqlarının qorunması naminə KİV-in fəaliyyətinin
məqsədyönlü tərzdə tənzimlənməsi və
milli münasibətlər sahəsində baş verən
proseslərin kütləvi informasiya vasitələrində
işıqlandırılması praktikasının kompleks
şəkildə araşdırılmasının və elmi təhlilinin
xüsusilə vacib olduğu qənaətindəyik. Tədqiqat
üçün seçdiyimiz dövrdə həm sahə
elmi, həm də jurnalistika mütəxəssisləri belə
hesab edirdilər ki, kütləvi informasiya vasitələri
“.... milli inkişaf və milli münasibətlər məsələləri
üzrə daimi fəaliyyət göstərən diskussiya
klubu, millətlərin açıq və könüllü
birliyinin konkret formalarının axtarışının təsəbbüskarı,
çoxmillətli cəmiyyətin bütün qüvvələrinin
birləşməsi və onun siyasi, təsərrüfat və
mənəvi həyatına yeni ideya və yeni təcrübə
ilə təsir vasitəsi olmalıdır.”
Onlar mətbuatın başlıca vəzifələrini
bunda görür, KİV-i millətlərarası ünsiyyətin
təsirli vasitəsi kimi nəzərdən keçirirdilər. Bu vəzifələr
ilk növbədə – baş verən proseslərin
dialektikasının real əks etdirilməsi, situasiyaların
müxtəlifliyinin və mürəkkəbliyinin, cəmiyyətdə
baş verən bir çox təzahülərin ziddiyyətliliyinin
açılıb göstərilməsindən ibarət idi.
Kütləvi informasiya vasitələri ölkədə
xalqlar arasındakı yeni münasbətlərin elementlərinin
praktikada necə möhkəmlənməsi (müttəfiq
respublikalar arasında birbaşa müqavilələrin
bağlanması), insanların təfəkküründə
hansı dəyişikliklərin baş verməsi və s. məsələlərə
xüsusi yer ayırmalı idilər.
Həqiqətən də kütləvi informasiya vasitələrinin
çoxmillətli əhali ilə qarşılıqlı təsir
vasitəsi kimi, yəni geniş oxucu və
tamaşaçı auditoriyasına malik sosial-siyasi institut kimi
potensial imkanları çox böyükdür. Məsələn, tədqiq
olunan dövrdə yalnız Azərbaycanda 5,6 milyon tirajla 150 dən
çox respublika, şəhər, rayon və sahə qəzetləri,
illik tirajı 33 milyon nüsxə olan jurnal və jurnal tipli nəşrlər
çap olunurdu. Radio və televiziyanın
gündəlik yayım həcmi 50 saatdan çox idi. Bunlardan əlavə respublikada müxtəlif komitə,
cəmiyyət və təşkilatların orqanı olan 52
yeni qəzet və 8 jurnal (onların çoxu alternativ idilər)
nəşr olunurdu. Respublikada yalnız abunə ilə
yayılan mərkəzi qəzet və jurnalların birdəfəlik
tirajı 1,5 milyon nüsxədən
artıq idi. Statistik rəqəmlərdən də
göründüyü kimi, o dövrdə respublikada ictimai
şüura böyük “mətbu təsir” imkanları
mövcud idi. Bu imkanlar kütləvi
informasiya vasitələri tərəfindən necə istifadə
olunurdu? Kütləvi informasiya vasitələri
millətlərarası həyatın problemsizliyini,
insanların beynəlmiləlçilik, başqa xalqlara
hörmət ruhunda tərbiyə edilməsini təmin etmək
məqsədi ilə KİV-dən nə dərəcədə
səmərəli istifadə edə bilirdi? Respublika qəzetlərinin
(“Kommunist”, “Áàêèíñêèé ðàáî÷èé”, “Azərbaycan gəncləri”
və “Ìîëîäåæü Àçåðáàéäæàíà”) 1986-1991-cı illərdə
çap olunmuş nömrələrinin kontent-analizi millətlərarası
münasibətlər sahəsində gedən proseslərin, tərəflər
arasında mətbuat səhifələrində aparılan
“müharibələrin” təhlili üçün xeyli empirik
material verir. Kütləvi informasiya vasitələri
millətlərarası münasibətlər sahəsində
gedən prosesləri kifayət qədər adekvat
işıqlandıra bilirdimi? – sualına
dəlillərlə cavab vermək, mətbuatın fəaliyyətini
təfərrüatı ilə nəzərdən keçirmək
məqsədi ilə Dağlıq Qarabağ və onun ətrafında
baş verən hadisələri aşağıdakı
dövrlərə bölməyi məqsədəmüvafiq
hesab edirik:
1. Yanvar
1986-cı il – yanvar 1988-ci il (Dağlıq
Qarabağdakı hadisələrə qədərki dövr);
2. Yanvar
1988-ci il (hadisələrin
başlanğıcı) – iyul 1988-ci il (hadisələr
dövü);
3.
İyul 1988-ci il (SSRİ Ali Soveti Rəyasət
Heyətinin Qərarı) – 1991-ci il (hadisələrin tədricən
qaynar məcraya keçdiyi dövr).
Uğur
Xalq cəbhəsi.- 2016.- 2 dekabr.-
S.13.