Dağlıq
Qarabağ problemi yaranan zaman KİV-in fəaliyyəti
4-cü yazı
Araşdırmaçı İlham
Mazanlının araşdırmalarına görə,
bütün mərkəzi qəzetlər və erməni mətbuatı
münaqişənin başlanğıc mərhələsindən
tutmuş və bütün proses boyunca muxtar vilayətin erməni
əhalisinin həyat səviyyəsinin acınacaqlı bir vəziyyətdə
olduğu barədə fikir formalaşdırırlar. “Ölkədə ən ağır vəziyyət”
stereotipi alternativ mülahizələr olmadan, təkidlə
ictimai şüura yerləşdirilir. Publikasiyalardan bəzi
nümunələrə nəzər salaq: “Ölkə boyu səfərlərimdə
mən heç yerdə, Dağlıq Qarabağda olduğu
kimi, baxımsızlıqla, insanların taleyinə
etinasızlıqla rastlaşmamışam.” Başqa bir
nümunə: “Mən ölkədə heç yerdə,
heç zaman bu regionda bütün sahələrdə
olduğu kimi baxımsızlıq görməmişəm.”
Mərkəzi mətbuatda çox
nadir hallarda obyektiv fikrə də rast gəlmək olur: Sual: “Áàêèíñêèé ðàáî÷èé” qəzeti bu yaxınlarda xeyli alimin
iştirak etdiyi bir “dəyirmi masa” haqqında böyük
material çap edib. Publikasiyanın məğzi
DQMV-nin respublikanın vəziyyət ən yaxşı olan
rayonlarından biri olduğunu göstərməkdir. Sizin
fikrinizcə, bu cür nəticələr birtərəfli
münasibətdən irəli gəlmir ki? Cavab: Bu nəticələr
dəqiq göstəricilərə əsaslanır.
Mənzillə təminata görə
DQMV, deyək ki, Azərbaycan üzrə orta göstəriciləri
1,4 dəfə qabaqlayır. Başqa
göstəricilər də var ki, onlara görə vilayətdəki
vəziyyət hər iki müttəfiq respublikadakından daha
yaxşıdır.” Göründüyü
kimi, DQMV-dəki sosial-iqtisadi vəziyyət, əgər
müqayisə ilə götürsək, mərkəzi mətbuatın
oxucuya təqdim etdiyi kimi, o qədər də acınacaqlı
deyil. Sözsüz, demək olmaz ki, vilayətdə hər
şey yaxşıdır, amma mərkəzi qəzetlərin təqdim
etdikləri “baxımsızlıq” İttifaqın bütün
regionları (xüsusilə də Rusiyanın qaratorpaq
zonaları) üçün daha xarakterik idi. Nəticə
etibarilə, birinci stereotipi elementar statistik təhlilə də
cəlb etmək olar. Eyni zamanda, bu stereotip bir qəzetdən
başqa bir qəzetə, radioverilişdən teleproqrama, məqalədən
məqaləyə, dildən-dilə keçərkən
öz “işini görür” və beləliklə də
problemə daha geniş planda yanaşmağa mane olur və
geniş auditoriyanı həqiqətdən
yayındırır. Başlıcası isə
budur ki, bu stereotip ikinci – emosional bir stereotipə yol
açır.
İkinci stereotip – “Dağlıq
Qarabağın əzabkeş, başıbəlalı
xalqı”. Bu stereotip o dövrdə öz əksini təkcə
kütləvi informasiya vasitələrində tapmırdı,
həmçinin siyasi tədbirlərdə də səslənirdi.
O daha dayanıqlı, artan tirajlıdır, çünki
“obyektivdir”, yəni ölkədəki ümumi vəziyyətin
fonunda çox həqiqətəbənzər
görünürdü. Ancaq məsələ
burasındadır ki, xüsusilə də kütləvi
informasiya vasitələri bir tərəfin müəyyən “əzabkeşliyini”
mütləqləşdirir, lakin ikinci tərəfin birinci əzabkeşlik
tərəfindən törəyən əzabını
“görmürdü”. Amma bu da yaxşı məlumdur ki, ikinci
tərəfin əzabı heç də az
olmur ki, bəzi hallarda birinci tərəfin əzabından hətta
qat-qat çox olur.
Erməni daşnaklarının XX əsrin
əvvəllərində Qərbi Azərbaycanın əksər
mahallarında, Quba, Şamaxı, Bakıda və nəhayət
Ermənistan silahlı qüvvələrinin Rusiya
Federasiyasının regiondakı 4-cü ordusunun 366-ci
atıcı alayı ilə birlikdə azərbaycanlılara
qarşı törətdikləri Xocalı (1989-cu il
fevralın 25-dən 26-na keçən gecə) qətliamlarını
buna misal göstərmək olar.
Gəlin, faktlara müraciət
edək. “Qarabağ hərəkatı” nəticəsində
muxtar vilayətin iqtisadi və sosial vəziyyəti daha da pisləşir.
İki qonşu müttəfiq respublika
arasında münasibətlər mürəkkəbləşir.
“Qarabağ problemi” millətçilik
dalğasını və ekstremizm
azğınlığını yaradır, külli sayda məcburi
insan yerdəyişməsinə gətirib çıxarır.
Ölkənin həyatında böyük
miqyasda insan axınları əmələ gəlir.
Ermənistan ərazisinin (tarixi Qərbi
Azərbaycan torpaqları) azərbaycanlılardan
axırıncı etnik təmizlənməsi prosesi (əvvəllər
də iki dəfə bu cür irimiqyaslı deportasiya həyata
keçirilib – İ.M.) nəticəsində təxminən 250
min soydaşımız və onlarla birlikdə Ermənistandan
çıxarılmış 18 min müsəlman kürd Azərbaycana
pənah gətirir. Orta Asiyada milli zəmində
baş vermiş toqquşmalara görə 50 minədək
ahısqa türkü də (İkinci Dünya müharibəsi
illərində Gürcüstandan Orta Asiyaya deportasiya
olunmuş) respublikamıza üz tutmuşdur. Daha sonra Ermənistan silahlı qüvvələri tərəfindən
Dağlıq Qarabağın və yeddi ətraf rayonun
işğalı nəticəsində 700 min azərbaycanlı
məcburən öz doğma ev-eşiyini tərk edib.
Mərkəzi mətbuat
münaqişə tərəflərindən birinin əzabkeş
olduğunu xüsusi canfəşanlıqla qeyd edir,
ittifaqın və dünyanın diqqətini qaçqın ermənilərin
və Dağlıq Qarabağın erməni əhalisinin
ağır vəziyyətinə cəlb edir və bu zaman
münaqişənin digər tərəfinin iztirabları
haqqında heç nə yazmır və susmağa
üstünlük verir. Mərkəzi mətbuatın bu cür mövqeyi
münaqişə haqqında tam və obyektiv informasiyaya malik
olmayan həm ölkə, həm də dünya ictimaiyyətində
böyük çaşqınlıq və rus (kommunist) mətbuatının
obyektivliyinə (ruslar bunu gözləməsə də)
şübhə yaradır: doğrudanmı
torpağını, ev-eşiyini, normal yaşayış
üçün vəsaitini (hər şeyini) itirmiş,
neçə illərdir çadırlarda və yaxud da
elemantar şəraiti olmayan qeyri-yaşayış tikililərində
məskunlaşan 1 milyondan artıq azərbaycanlının
taleyi bu gün də Dağlıq Qarabağda öz
ev-eşiyində yaşayan 120 minlik erməni əhalisinin
taleyindən “ağır və ya əzablı” deyil?
Maraqlıdır ki, mərkəzi mətbuat öz
publikasiyalarında Fərqanə, Yeni Uzen, Düşənbə,
Moldova, Gürcüstan, KİV millətlərarası və
dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi
faktoru kimi Pribaltika, Cənubi Osetiya və s. regionlardan olan
qaçqınlar haqqında “əzabkeş” sözünü
işlətmir. Məgər bu insanlar
Dağlıq Qarabağ ermənilərindən azmı əzab
çəkiblər və yaxud da “əzabkeş” ifadəsi erməni
sözünün yanında işlədilmək
üçünmü yaradılıb?
Dağlıq Qarabağ
münaqişəsinin kütləvi informasiya vasitələrində
işıqlandırılmasının
formalaşdırdığı üçüncü stereotip
– “tərəflərin günah balansı” stereotipidir. Bu stereotip daha
uzunmüddətli təsir xarakteri daşıyır”.
İ.Mazanlı yazır: “Araşdırmalar göstərir ki,
tədqiqat dövrünün əhatə etdiyi vaxt kəsiyində
bütün kütləvi informasiya vasitələrində (həm
respublika, həm də mərkəzi) kəsilib
qısaldılmış informasiya üstünlük təşkil
edir. Bu informasiyalar geniş auditoriyaya həqiqətdə
nə baş verdiyini, başlıcası isə niyə
baş verdiyini anlamaq imkanı vermir. Aşkarlıq
prinsipi belə yerinə yetirilir: bir tərəf haqqına nəsə
danışılırsa, dərhal ona oxşar bir məlumat da
digər tərəf barədə verilir.
Yuxarıda adı çəkilən
stereotipin ardınca ictimai şüura yeni – “muxtar vilayətin
və Ermənistanın blokadası” stereotipi yeridilir. Tədqiqat
zamanı KİV-in fəaliyyəti ilə bağlı diqqəti
çəkən səciyyəvi cəhətlərdən biri
də informasiya boşluğudur. Təhlillər
göstərir ki, informasiya boşluğu adətən regionda
hadisələr kəskinləşən zaman həm mərkəzi,
həm Azərbaycan, həm də erməni mətbuatında
yaranır. Bu və ya digər situasiyanı nəzərdən
keçirərək, belə nəticəyə gəlmək
olur ki, “mətbuat, radio, TV öz funksiyasına müvafiq olan
yüksəkliyə qalxa bilmədi: nə haqqındasa ötəri
danışılmış, nələr isə tamamilə
unudulub. Şayiələrin və gərginliyin
koptəbii surətdə artması da elə buradan
başlayır.” Dəqiq informasiyanın
olmaması isə şəraiti daha da gərginləşdirən
şayiələr üçün zəmin yaradır.
Tədqiqatımızın əhatə
etdiyi dövrdə Sov.İKP MK-nın milli siyasət və
millətlərarası münasibətlər şöbəsinin
müdiri V.Mixaylov qeyd edirdi ki, mərkəzi kütləvi
informasiya vasitələrindəki ştamplar, stereotiplər,
informasiya boşluqları “Azərbaycan xalqı haqqında
yanlış təsəvvürlər” yaratmış və
onları möhkəmləndirib.” Eyni zamanda,
ittifaq səviyyəsində qeyd olunmuşdu ki, (Sov.İKP
MK-nın və SSRİ Ali Sovetinin Dağlıq Qarabağ
Muxtar Vilayətində nümayəndəsi A.Volski) “tərəflərdən
hər biri mərkəzi kütləvi informasiya vasitələrini
praktik olaraq eyni sözlərlə respublikalardakı vəziyyəti
qeyri-obyektiv işıqlandırmaqda ittiham edir.”
Bu mühakimələr
kütləvi informasiya vasitələrinin problematika üzrə
fəaliyyətindəki nöqsanların – yayınmaların
indikatorları idi. Əlbəttə, qəzetlərdəki
publikasiyalarda hər şeyi münaqişənin təsviri ilə
eyniləşdirmək də olmaz. Lakin tədqiqatlar sovet
kütləvi informasiya vasitələrinin ənənəvi
beynəlmiləlçilik və vətənpərvərlik
mövzusuna və problemlərinə
yönümlülüyünə baxmayaraq, keçən əsrin
80-ci illərində mətbuatın xalqlar dostluğu və
millətlərarası münasibətlər mövzusunda əksər
çıxışları üçün qeyri-peşəkarlıq,
səriştəsizlik, qeyri-obyektivlik və s. bu kimi cizgilərin
xarakterik olduğunu göstərir”.
Araşdırmanın davamına diqqət yetirək: “Redaksiyaya daxil olan oxucu məktublarının bütövlükdə geniş auditoriyanın reaksiyasının hər bir redaksiya üçün ictimai rəyin həssas barometri rolunu oynaması jurnalist ictimaiyyətinə yaxşı məlumdur. Bu şərtin millətlərarası və dövlətlərarası problematikanın təhlilində nəzərə alınması xüsusilə aktual və vacibdir. Bu məqsədlə tədqiq olunan dövrdə respublikamızda çap olunan dörd qəzetin – “Kommunist”, “Áàêèíñêèé ðàáî÷èé”, “Azərbaycan gəncləri” və “Ìîëîäåæü Àçåðáàéäæàíà” qəzetlərinin oxucu poçtunun bir çox parametrlər üzrə kompleks tədqiqatını aparmışıq. Yuxarıda adlarını çəkdiyimiz bütün nəşrlərdə bu dövrdə redaksiyalara daxil olan məktubların sayının davamlı şəkildə azalması müşahidə olunur: bütün redaksiyalara 1986-cı illə müqayisədə 1987-ci ildə 1 mindən 4 minə qədər az məktub daxil olub. “Áàêèíñêèé ðàáî÷èé” qəzetinin rusdilli şəhər əhalisindən ibarət stabil oxucu auditoriyasının olmasına baxmayaraq, 1988-ci ildə əvvəlki illə müqayisədə 1,5 min oxucu məktubu itirib. Gənclər qəzetləri isə öz oxucu auditoriyasını tam şəkildə qoruyub saxla bilib. Bu dövr ərzində ən böyük məktub itkisi ilə yalnız “Kommunist” qəzeti rastlaşır, bir ildə oxucu məktublarının demək olar ki, yarısını itirir. 1989-cu ildə bütün redaksiyalarda məktublarla bağlı vəziyyət qismən stabilləşir”.
Uğur
Xalq cəbhəsi.-2016.- 7 dekabr.- S.13.