“Xəzər Dəniz Gəmiçiliyi“ ilə “Qazaxıstan Dəmir Yolları“ əməkdaşlıq müqaviləsi imzalayıb

 

Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf VəliyevQazaxıstan Dəmir Yolları” SC-nin dəvəti iləSənayeləşdirmə Günütədbirlərində iştirak etmək üçün Astanada səfərdə olub. QSC-dən verilən məlumata görə, “Qazaxıstan Dəmir Yolları” SC-nin sədri Kanat Alpısbayevlə görüş zamanı Rauf Vəliyev son dövrlər Azərbaycanda dənizçilik sahəsində aparılan köklü islahatlar, bu sahəyə dövlət dəstəyi, donanmanın yenilənməsi istiqamətində görülən işlər s. məsələlərdən ətraflı söhbət açıb. Bildirib ki, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi arasında ən qısa yolun ölkələrimizin ərazisindən keçməsi hər iki ölkəyə mövcud nəqliyyat potensialından daha səmərəli istifadəyə imkan verir. İstər Azərbaycanda, istərsə Qazaxıstanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, tranzit potensialının artırılması üçün çox böyük işlər həyata keçirilir.Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, yaxınlarda inşası başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti, o cümlədən Qazaxıstanda dəmir yolları limanların genişləndirilməsi bu istiqamətdə əməkdaşlığın inkişafı birgə layihələrin icrası üçün geniş imkanlar yaradır.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Öz növbəsində K. Alpısbayev Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə əməkdaşlıqdan məmnun olduğunu bu əməkdaşlığın eyni zamanda nəzərdə tutulan layihələrin gerçəkləşdirilməsinə zəmin yaratdığını bildirib.

Danışıqlardan sonra R. Vəliyev K. Alpısbayev iki qurum arasında strateji əməkdaşlıq birgə müəssisənin yaradılmasına dair müqavilə imzalayıblar. Strateji əməkdaşlıq haqqında müqaviləyə əsasən tərəflər nəqliyyat sahəsində cari gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrə investisiyaların cəlb edilməsi, Azərbaycan Qazaxıstan limanlarından yükdaşımaların həcminin artırılması, müxtəlif istiqamətlər üzrə daşımalara dair planının hazırlanması, hər iki qurumun mövcud infrastruktur, xüsusilə gəmiqayırma, gəmi təmiri, yükaşırma digər imkanlarından istifadə edilməsi, logistika gəmilərə agent xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığı inkişaf etdirmək üzrə razılığa gəliblər.

Qazaxıstana səfəri çərçivəsində R. Vəliyev bu ölkənin baş nazirinin birinci müavini Askar Maminlə görüşüb. Görüş zamanı iki ölkə arasında birgə həyata keçirilən nəqliyyat layihələrindən danışılıb. Bildirilib ki, hər iki ölkə prezidentinin müxtəlif sahələrdə həyata keçirdiyi uğurlu əməkdaşlıq siyasəti münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edir. Tərəflər yaxın gələcəkdə reallaşması nəzərdə tutulan birgə nəqliyyat layihələri, bu layihələrin hər iki ölkənin iqtisadiyyatına verəcəyi töhfələr haqqında da müzakirələr aparıblar.

SonraXəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndə heyəti Qazaxıstan prezidenti Nursultan Nazarbayev digər dövlət rəsmilərinin iştirakı ilə keçirilənSənayeləşdirmə Günütədbirində iştirak edib. Telekörpü vasitəsilə tədbir iştirakçılarına Qazaxıstanda başa çatdırılan müxtəlif infrastruktur layihələri, o cümlədənAlmatı - Şu istiqamətində ikinci dəmiryol xəttiKurık bərə kompleksitəqdim edilib istismara verilib.

Kurık limanında istismara verilən yeni bərə kompleksindən yüklərin vaqonlardan boşaldılmadan birbaşa bərələrə yüklənib Xəzəryanı ölkələrə, oradan isə Avropaya daşınması mümkün olacaq. Ümumi sahəsi 40 hektar olan bərə kompleksi ildə 4 mln. ton yükün aşırılmasına imkan yaradacaq. Kurık limanının əlverişli coğrafi mövqeyi, eyni zamanda limanda suyun dərinliyinin böyük tutumlu gəmilərin yan alması üçün münasib olması gələcəkdə bu limandan ən müxtəlif təyinatlı yüklərin yola salınması qəbuluna imkan verir. Bu kompleks Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə artan konteyner həcmlərinin qarşılanmasında mühüm rol oynayacaq. Buradan Azərbaycan istiqamətində səfərlər zamanı mövcud yeni bərələrdən istifadə olunacaq.

Qeyd edək ki, bu günə kimi Qazaxıstan ərazisindən tranzit yükdaşımaları yalnız Aktau limanından həyata keçirilib. Aktau limanının yük aşırma imkanlarının məhdud olması eyni zamanda limanın coğrafi yerləşməsi, onun küləklərin birbaşa təsirinə məruz qalması yükdaşımalara mənfi təsir göstərirdi. Yeni Kurık bərə kompleksinin istismara verilməsi isə Xəzər dənizində yükdaşımanın həcminin artmasına səbəb olacaq. Kurık kompleksinin Bakı Limanına daha yaxın məsafədə yerləşməsi yüklərin daha tez zaman kəsiyində ünvana çatmasına imkan yaradacaq.

Kurık limanından ilk yola salınan gəmilərdən biri “Xəzər Dəniz Gəmiçiliyi” QSC-ninŞahdağ” gəmi-bərəsi olub. Əsaslı təmirdən bu yaxınlarda çıxan “Şahdağ” gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda dəmir yolu vaqonları və sərnişin daşıyacaq. Xatırladaq ki, “Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatoru kimi fəaliyyət göstərir və hazırda 13 gəmi-bərəsi Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalara cəlb olunub.

 

Xalq cəbhəsi.- 2016.- 7 dekabr.- S. 12.