S.C.Pişəvərinin deputat mandatı niyə ləğv olundu?

 

2-ci yazı

 

Xoidən 10 gün sonra 1323-cü il tirin 22-də (1944-cü il iyul) S.C.PiŞəvərinin mandatı Məclis vəkillərinin toplantısında müzakirə olunmuşdu. Məclisdəki həmin toplantıya sədarət etmiş Əmir Teymur Klali başda olmaqla Şəriətzadə, doktor Tahiri, Əmirnösrət İskəndəri, Siqətul-islami, Şəriətzadə (son üç nəfər Təbrizdən seçilmişdi), Əli Eqbol, Dəşti, Camal İmami bir neçə nəfər başqa deputat S.C.Pişəvərinin mandatını ləğv etmək üçün Məclisdə deputatlar arasında əvvəlcədən pozuculuq işi aparıblar. Bu dəstə iştirakçılarda əsası olmayan belə bir fıkir oyatmağa çalışıblar ki, guya Təbrizdə Məclisə seçkilərdəciddi əyintilər, qeyri-qanuni işlər olub s. Bu müzakirələrdə İXP-dan seçilmişlərin mövqeyi haqda iki fikir mövcuddur: 1-ci fikir: Ardaşest Ovanesyan S.C.Pişəvərinin əleyhinə səs verənlər sırasında olub; 2-ci fıkir: İXP nümayəndələrindən 2 nəfər səsvermədə bitərəf qalıblar.

Nəticədə S.C.Pişəvərinin deputatlıq mandatı 100 nəfərdən əleyhinə 50, lehinə 47 səs verilmiş, 3 nəfər bitərəf qalmışdı. Müzakirə səsvermə zamanı Məclisdə S.C.Pişəvərinin əleyhinə aşkarda yeganə tünd danışan Babel nümayəndəsi, şahpərəst Şəriətzadə olmuşdu. Onun təklifı ilə başqa namizədlərdən fərqli olaraq S.C.Pişəvərinin namizədliyi açıq yox, gizli səsə qoyulmuşdu. Bu vasitə ilə pərdə dalında Pişəvəri əleyhinə təxribat işləri başa çatdırılmışdı.

S.C.Pişəvərinin Xoinin mandatına qarşı çıxan dəstənin başçısı Şəriətzadə öz çıxışında riyakarlığın üstünü malalamaq üçün demişdi ki, o, Təbrizdən seçilmişlərin səlahiyyəti əleyhinə heç demir. Onun etirazı guya orada seçkinin aparılma tərzinin düz olmaması seçki qaydalarının pozulması ilə bağlıdır. Bu riyakarlıqla barışmayan obyektiv insanlar soruşurdular: “Əgər doğrudan da Təbrizdəki seçkidə pozğunluq ya əyinti olmuşdusa, bu üçün Təbrizdən seçilən digər deputatlara yox, ancaq iki nəfərə, İ.Xoiyə S.C.Pişəvəriyə Şamil edilmişdi?”

Bununla əlaqədar olaraq “Dad” qəzeti yazmışdı: “... Məclisdə Pişəvəri haqqında bəhs açılarkən heç kəs ondan soruşmadı ki, aya, sən dəlil-sübut olmadan 10 il Rza şah zindanında niyə yatmısan? Pişəvəri o siyasi dustaqlardan olmuşdu ki, onun günahları haqda heç bir sübut yazılandosyaolmamışdı. O adamın dünya malında heç vaxt gözü olmamışdı. Niyyəti məqsədi ancaq azadlıqdır. Onun əməlində günah var ki, bizim Şura məclisi onun mandatını təsdiq etməmişdi? Əgər doğrudan da Təbrizdəki seçkilər qüsurlu olmuşdusa, bəs üçün ağaye Əbülhəsən Siqətülislaminin, Rəflinin, Əmirnüsrət İskəndərinin başqalarının namizədliyi təsdiq edilmişdi? Əgər Pişəvərinin şəxsiyyətinə kiminsə etiraz narazılığı var idisə, bu haqda Məclisdə niyə açıq danışmamış, hər şeyi pərdə dalında gizlin həll edilmişdi”.

S.C.Pişəvərinin deputatlıq mandatı Məclisdə müzakirə olunarkən iclası Məclisin sədr müavini Əmir Teymur Klali idarə etmişdi. O, öz xatirələrində etiraf edir ki, açıq səsvermədə S.C.Pişəvərinin yetərincə səs aldığını görən bəzi Şahpərəst deputatlar səsvermənin gizlin aparılmasmı təkidlə tələb ediblər. Nəticədə S.C.Pişəvəri gizli səsvermə yolu ilə deputat mandatından məhrum edilmişdi, halbuki ilk əvvəl S.C.Pişəvəri açıq səsvermədə əksəriyyətin müsbət rəyini almışdı. S.C.Pişəvəri əvvəldən bilirdi ki, böyük əksəriyyəti şahpərəstlərdən, varlı mənsəb sahibi olan məmurlardan, Şəriətzadə Seyid Ziya kimi irticaçılardan ibarət olan bir Məclisdə onun deputat mandatına malik olması mümkünsüzdür.

Buna görə o, mandatı müzakirə olunarkən Məclisin tribunasından rejimə onun Məclisdəki manqurtlarına qarşı kəsərli nitq söyləmişdi. O, sonralar etdiyi çıxışların birində demişdi: “...Təbriz hazırda xaraba bir təndirə bənzəyir. 6 aydır ki, şəhər xəstəxanası işləmir. Şəhərdəki 27 məktəbdən 5-6-sı dövlətindir, qalanları özəldir. Mən onların bir neçəsi ilə yaxından tanış oldum. Sizin bir çoxunuz atınızı belə ora salmazsız... Mən bilirdim ki, Məclis kürsülərini qəsb edən xainlərlə mənim suyum bir arxda getməyəcək hiss edirdim ki, bu yolkəsənlər dəstəsi mənim aralarına girməyimə asanlıqla razı olmayacaqlar. Ona görə fürsətdən istifadə edib sözlərimi dedim. Məni 16 min rəylə seçib, Məclisə göndərən Azərbaycan xalqının ehtiyaclarını sayıb söylədim. Sözlərimi böyük bir diqqət dərin bir sükütla eşidib təsdiq etdilər. Lakin bu təsdiqlər xəyanətlərini gizlətmək üçün qara pərdədən başqa bir şey deyil. Fürsət əllərinə düşən kimi bu rahat oturan adama bənzəmir, buradan uzaqlaşdırmaq lazımdırdeyib etibarnaməyə tülkülərə yaraşan alçaqlıq ilə müxalifət etdilər”.

14-cü çağırış Məclisdə S.C.Pişəvəriyə qarşı törədilən riyakarlıq ağır mübarizə yolu keçmiş bu insanın orada fəaliyyət göstərməsinə imkan verilməmişdi. S.C.Pişəvəri üçün bu həqiqət bir daha aydın oldu ki, əksəriyyəti xalqın qanını içməyə hazır olan bu qatillərlə heç cür dil tapıb, onları millət istəyən yola gətirə bilməyəcək. O, hələ Təbrizdə seçiciləri ilə görüşdə deputat seçilməyi özünə yüksəliş məqam hesab etməmişdi. O, hədəfə çatmaq üçün deputat seçilməyi vasitələrdən biri saymışdı. “...Biz bu vasitədən istifadə edib mübarizəmizdəki əsgərləri ön səngərə çıxarmaq, İranın azadlıq demokratiyaya çatması arzusunu həyata keçirmək bu vasitədən istifadə etmək istəyirdik”.

14-cü çağırış İran Şura Məclisindəki olaylar S.C.Pişəvəridə belə bir fikrin tam qəti şəkildə formalaşmasına inam yaratmışdı ki, Azərbaycan Tehrandanmərhəmətgözləməməli, öz dərdlərinə özü əlac etməlidir. Şeyx Məhəmməd XiyabanininElə çıraq yandırmaq lazımdır ki, ixtiyarı öz əlimizdə olsunsözlərini, özünə bayraq edən S.C.Pişəvəri azadlıq çırağını yandırmaq üçün Azərbaycana - Təbrizə üz döndərdi.

 

Əkrəm Rəhimli

AMEA Şərqşünaslıq İnstitutunun "Güney Azərbaycan elmi araşdırmalar şöbəsinin müdiri

 

Xalq cəbhəsi.- 2016.- 9 dekabr .- S.14.