Mədəniyyətlərarası inteqrasiyada turizmin inkişafının mühüm rolu var

 

Çağdaş dövrdə mədəniyyətlərarası inteqrasiyanın üfüqləri durmadan genişlənir. Bu yazıda fil.ü.f.d. Atəş Əhmədlinin mədəniyyətlərarası inteqrasiyada tətbiqi sahələrdən faydalanmanın müasir prioritetlərindən olan folklor turizmi haqqında danışılır. Tədqiqatdafolklor turizmianlayışına aydınlıq gətirilir, problemə konseptual yana¬şıl¬ır, eləcə Azərbaycan folklorunun təbliği təşviqi məsələlərində prioritetdən faydalan¬manın ümumi prinsipləri nəzərdən keçirilir, tətbiqi perspektivi praktik vasitə ilə əsaslandırılır. Araşdırmaçı bildirir: “Problemin ayrı-ayrı parametrlər üzrə davamlı daha dərindən araşdırılmasının düşünürük ki, ölkəmizdə turizm hərəkatının inkişafına müsbət təsiri olacaq. Aktual oldu¬ğunu nəzərə alıb, problemi zamanında ictimai fikrin müzakirəsinə çı¬xar¬mağı zəruri saydıq. XX yüzilliyin sonlarından etibarən Azərbaycan dünyaya daha sivil qaydalara inteqrasiya olunmağa başladı. İkinci dəfə müstəqillik əldə etdiyimiz həmin dövrdə ictimai-siyasi sferalarda olduğu kimi mədəni həyatımızın da bir çox sahələrində köklü quruculuq işlərinə başlanıldı. Bütün bu sferalarda qazandıqlarımızı heç şübhəsiz, suveren hüquqi dövlətçiliyə yüksəlməmiz təmin etdi. Yeni münasibətlərin formalaşmasını şərtləndirən bu əsas təminat əslində bütöv davamlı inkişafımızı müəyyənləşdirdi. Hazırda nəhəng iqtisadi layihələri real¬laş¬dır¬maq¬la regionun aparıcı döv¬lətinə çevrilən müstəqil ölkəmiz həm bir sıra dünya əhəmiyyətli mədəni-kütləvi tədbirlərin təşkili yönümündə regionda öncül¬lük nü-mayiş etdirməkdədir. Artıq dünyanın ölkəmizə etimadı xeyli yüksəl¬ib. Bu möh-təşəm tədbirlərin ölkəmizdə baş tutması təbii olaraq fərqli dövlət¬lərdən ölkəmizə turist axınını da təmin etməliydi. Turizm mühüm vacib mədəniyyət sahəsidir, ümumdünya əhəmiy¬yətli sahədir, ölkənin dünyaya ən rahat inteqrasiyasıdır. Bəlli tarixdir ki, 2011-ci il ölkəmizdə turizm ili kimi qeyd olunub. Bundan öncə sahənin təkmilləşdirilməsinə yönəlik 2003-2013 2010-2014-cü illərdə görüləcək işləri əhatələyən proqramın qəbulu əslində gec-tez ölkəmizdə bu sahəyə diqqətin artırılacağını göstərirdi. İstər xarici, istərsə daxili potensialın səfərbər olunmasına yönəlik qəbul olunmuş bu proqram-sənədlər eyni zamanda perspektivdə planlaşdırılacaq tədbirlərin qanun¬verici bazasını təşkil edir. Bəhs etdiyimiz proqram-sənəd iki çox mühüm təməl prinsipinə dayanır. Bunlardan birincisi, qanunvericilikdir. İkincisi isə turizm infrastrukturunun yara¬dıl¬masını şərtləndirən prinsipdir. Yüksək xidmət, kadr hazırlığı kimi sahələr məhz bu prinsipdə sıralanan komponentlərdir. Hazırki dövr üçün prioritet məsələ yeni qanun layihələrin hazırlanıb başa çatdırıl-masıdır. Odur ki, ölkədəki inkişaf tempinin sürət dəyişkənliyini nəzərə alan Mədəniyyət Turizm Nazirliyi turizm sahəsində 1999-cu ildə qəbul etdiyi qanun-layihəni hazırda daha müasir tələblərə cavab verəcək yenisilə əvəzləmək ərəfəsindədir. Bundan qaynaqlanaraq, bir neçə istiqamətdə tədbirlər planı da işlənib hazırlanıb:

1. Bölgələrarası inteqrasiyaya diqqəti artırmaq;

2. Beynəlxalq səviyyədə təşviqi gücləndirmək;

3. Nəhayət, hər iki istiqamətin bir-biri ilə inteq¬rasiyasını təmin etmək.

İstər ayrılıqda, istərsə bütövlükdə, hər üç istiqamət özlüyündə bu işləkliyi təmin edən mexanizmlərdir.

İnfrastrukturun yaradılması ilə bağlı platformaya gəlincə, artıq burada əməli fəaliyyətin tətbiqi genişləndirilməsini təmin edəcək istiqamətlər daha öncül mövqe kimi əsaslandırılıb. Həmin prioritetlərin hansı inkişaf temp¬lərinə məxsus olduğunu nəzərdən keçirək.

Birincisi, ortakiçik sahibkarlığın inkişafının təmin olunmasıdır. İkincisi, investisiyalar cəlb etməklə regionların inkişafını təmin etməkdir. Üçüncüsü, ölkədaxili bir sıra turizm marşrutlarının təşkli və bərpası istiqa¬mə¬tində işlərin həyata keçirilməsidir. Hələlik yeddi istiqamət üzrə marşrutlar müəy¬yən¬ləşdirilsə də, bunlardan yalnız üçünü reallaşdırmaq mümkün olub. Həmin istiqamət¬lər aşağıdakılardır:

1.         Qubada Xınalıq istiqaməti; 2. Zaqatalada Qala istiqaməti; 3. İsmayıllıda Basqal istiqamətidir.

Bundan başqa, ölkəmizdə beynəlxalq əhəmiyyətli turların təşkili yönümündəki başlanğıc cəhdlərin də bu inkişaf templəri ilə üzvləndiyini qeyd et¬mək olar. Məsələn, “A.Düma Qafqazda”, “Azərbaycanda polyak izləri”, “Azər¬baycanda alman yaşayış məskənləri”, “Böyük ipək yolukimi beynəlxalq layihə çərçi-vəsində həyata keçirilmiş turları bu anlamda misal gətirə bilərik”.

Araşdırmaçı onu da bildirir ki, bu istiqamətlərə səyahət təkcə istirahət və gəzintinin təşkili ilə məhdudlaşmayacaq, həm də industriyadaxili sahələrin bir-biri ilə inteqrasiyasını təmin edəcək: “Turizm əslində geniş və çoxşaxəli sahədir və bütöv bir xidmət kompleksini üzərində cəmləşdirir. Düşünürük, bu kompleksin içində milli-mənəvi dəyərlərimizin qorunması və təbliği məsələlərinə daha çox önəm verilməli¬dir. Bunun bir örnəyi də, ölkəmizdə folklor turizmi istiqamətində işlərin canlandırıl¬masına təkan verməkdir ki, qənaətimizcə bu da durmadan inkişaf etməkdə olan sahəyə kreativ yanaşmadır. Əvvəla, ona diqqət edək ki, folklor turizmi bir modern istilahformul olaraq hansı zərurətdən gün¬dəmə gəlmişdir və bu sahə industriyanın digər tərkib hissələri ilə necə inteqrasiya olunur? Bildiyimiz kimi XXI əsrdə dünyamız kompüter texnologiya¬larının yeni və çoxsürətli inkişaf keçir¬diyi dövrünü yaşamaqdadır. Təbii olaraq, biz azərbay¬canlılar da öz qabiliyyət və davranışlarımızı texnogen əsrin tələb və prinsiplərindən doğan münasibətlərə uyğun¬laş¬dırmaq zorundayıq. Lakin elə davranmlıyıq ki, modern inkişaf səviyyəsinə qalxmamız yüksək dəyərlərimizə xələl gətirilmədən başa gəlsin. Çünki bu texnogen yanaşmanın arxa planında dəyərlərimizi ciddi aşınmalara məruz qoya biləcək faktorlar dayanmışdır. Nəhəng prosesləri idarə etmək gücündə olandaha çox XXI yüzili səciyyə¬lən¬dirən mürəkkəb bir sistemin – qloballaşmanın bu faktorların törədici mənbəyi olduğunu da etiraf etməliyik. İki, lakin bir-birini inkar edən mədəni münasibətlərin (milliqlobal sistemin) toqquşduğu bu mürəkkəb dövrdə bir azərbaycanlı-türk olaraq necə bir məsuliyyət daşıdığımızı anlama¬lıyıq. Bir folklorşünas olaraq düşünürəm ki, bu gün arxaik mədəni irsimizin daha effektli təbliği işlərinə can atmalıyıq, ən vacibi isə bu irsin müasir formalarla uyuşa bilən təqdimatlarını önə çıxarmalıyıq. Qeyd etməliyəm ki, müasir zövqlü insanların tələbatına cavab verə biləcək formaların tapılmasının özü bir yenilikdir.

1. Filmcizgi filmi yaradıcılarımız tarixi qəhrəmanlıq mövzuları ilə zən¬gin olan dastan və əfsanələrimizin ekranlaşdırılmsına daha çox diqqət yetirməlidirlər.

2. Maraqlı folklor obrazlarımız daha nəfis tərtibatda tətbiqi sənət sahələrində canlandırılmalıdır.

3. Folklor talismanlarını əks elətdirən təsvirlərin uşaq geyim və məmulat¬larının (çanta, qələm qabı, dəftər və s.) üzərinə köçürülməsi işlərini kütləviləşdir¬məli və digər məsələlərə diqqət yetiril¬məlidir.

Bütün bunlardan başqa, elə istiqamətlər üzərində çalışmalar aparmaq lazımdır ki, həmin istiqamətlər vasitəsilə ənənəvi mədəniyyətimiz dolğun şəkildə ölkəmizə gələn turistlərə təqdim oluna bilsin. Düşünürəm, Novruz mərasim kom¬pleksinə daxil olan müstəqil komponentlərin (ritualların) təqdimat və təbliği məsələlərinə bu münasibətlərdə daha geniş meydan vermək olar. Məlumat üçün deyim ki, Mədəniyyət və Turizm Nazirliyi bayram tədbirlərinin keçirildiyi anlarda turist axınını təmin etmək məqsədilə bölgələrə əlahiddə marşrutların təşkili ilə bağlı layihə də hazırlayıb. Çünki Novruz bölgələrdə şəhərə nisbətən daha koloritli keçirilir. Azərbaycanda keçirilən Novruzun ümu-mən götürsək, milli-kulturo¬loji əhəmiyyəti haqda xarici ölkə vətəndaşlarına istənilən qədər danışmaq olar. Lakin bu qarşılaşmada elə spesifik məqamlara toxunmalıyıq ki, həmin məqamlar təkcə lokal-milli mahiyyəti səciyyələndirməklə qapanıb qal¬masın, həm də bəşəri təmayüllü olması ilə səciyyələnə bilsin”.

Folklorun turizmə tətbiqinə gəlincə, araşdırmaçı bildirir: “Bizdə yenilik kimi təzahürlənsə də deməliyik ki, artıq bir sira dünya ölkəsi bu sintezə yiyələnməklə məlum sahədən millətləri üçün faydalanmaqdadır. Sadəcə, bir qədər fərqli klişe altında. Belə ki, hazırda bu sahə AvropadaEtnoqrafik turizm”, qardaş Türkiyədə isə “İnanc turizmi” adı altında tətbiq olunur. Şübhəsiz, etnoqrafiya folklordan təcrid halda deyil, nəinki, bu sahələr bir-biri ilə daim təmasdadır. Məsələ burasındadır ki, sovet nəzəri metodologiyasına dayanaqlanan yanaşmaya görə folkloretnoqrafiya müstəqil sahələrdir və buna istinadən həmin sahələr ayrı-ayrılıqda araşdırılmalıdır. Qeyd üçün deyək ki, folklor hələ o zamanlarda ədəbiyyatın bir qolu kimi örgənilirdi və sovetlər dağıldıqdan sonra tam müstəqil sahə qismində araşdırmaya cəlb olundu. Beləliklə, böyük bir zaman kəsiyində bu sahələr bir-birindən təcrid halında tədqiq olundu. Birmənalı olaraq, Azərbaycan da bu dönəmdə fərqli yolla gedə bilməzdi. Sovet nəzəri sistemindən asılı olduğu üçün istər-istəməz bu çərçivədə davranmalı idi. Keçilmiş dönəmdə bəzi nailiyyətlər əldə etsək də, elm adına hələ ki həllini tapmamış bir çox problemlərimiz elə o dönəmdən də açıq qalır. Həmin dönəmdən açıq qalmış problemlərimizdən biri də məhz haqqında bəhs etdiyimiz məsələdir. Maraqlıdır ki, hazırda əksər alimlər etnoqrafiyanı etnologiya adı altında öyrənməyi daha məqbul hesab edirlər. Onların baxışlarına görə “etnoqrafiyasözü xalqı sadəcə “təsvir etmək” anlamının ifadə formasıdır”.

“Mədəni davranışın əsasında dayanan mədəniyyət”lə bağlı danışan dos. Ş.Albalıyev bildirir: “Hər şeydən əvvəl bunu xalqın milli-mənəvi dəyərlərində axtarıb tapmaq, görmək lazımdır”. Qazan qarası gedər, namus qarası getməz» düşüncəsilə həyat sürən Azərbaycan xalqının bu həyat amalı Azərbaycan ərazisində yaşayan bütün Azərbaycan vətəndaşları üçün dini-irqi mənsubiyyətindən asılı olmayaraq yaşam tərzinə çevrilib. Bu cür yüksək əxlaqi dəyərlərin daşıyıcısı olan xalqımızın digər etnosların mədəniyyəti üstünə dominantlıq etməsinin səbəbi də məhz bu amillə ölçülməlidir.

 

Uğur

Xalq Cəbhəsi.- 2016.- 10 dekabr.- S.13.