Güney Azərbaycanda ədəbi tənqid

 

1-ci yazı

 

Güney Azərbaycanda ədəbi tənqidin formalaşması inkişafında iki amilin təsiri aşkar təzahür edir: Quzey Azərbaycan İran ədəbi tənqidi fikri. Güneydə ədəbi-ictimai fikrin son iki əsrdə həm İranın ənənəvi dəyərləri ilə baılı olması, həm Quzey Azərbaycanda baş verən əsas ictimai ədəbi-bədii proseslərin Güneyə ayrı-ayrı tarixi dövrlərdə müxtəlif səviyyədə təsiri ədəbi tənqidin inkişaf yönümünə təsirsiz qalmayıb. Güney Azərbaycanda tənqidin ədəbiyyatşünaslııın son iki əsrdəki inkişaf yolu məhz Quzeylə bağlı olub. Müasir İran ədəbiyyatşünaslığının problemlərinin tədqiqinə xüsusi monoqrafiya həsr etmiş D.S.Komissarov keyfiyyət etibarı ilə İranda ədəbiyyatşünaslığın yeni mərhələsini M.F.Axundovla başlayır.

M. F. Axundovun maarifçi-realist kimi bədii ədəbiyyatda, ictimai fikirdə yaratdığı keyfiyyət dəyişikliyi təzkirəçilik, təsvirçilik ənənəsinin üstünlük qazandığı İran ədəbi tənqidində, o cümlədən Güney Azərbaycan ədəbi fikrində yeni nəzəri problemlərin öyrənilməsinə təkan oldu. D.S.Komissarov haqlı olaraq yazır ki, «Müasir İran ədəbiyyatşünaslığı artıq faktların sadalanması təsvirçilikdən analitik metoda keçib». Bu fikir ədəbiyyatşünaslığın bir qolu olan ədəbi tənqidə aiddir. Tarixən Güney Azərbaycan ədəbiyyatşünaslığında ədəbi tənqidində mövcud olmuş xüsusiyyətlər İran inqilabından sonra da davam etməkdədir. Başqa sözlə tarixi ənənə ilə yeni ictimai fikrin ortaya atdığı məsələlər ədəbi tənqidin ədəbiyyatşünaslııın məzmun formasında da özünü göstərməkdədir. «Varlıq» jurnalında dərc edilmiş ədəbi tənqid materialları yuxarıda ümumiləşdirmək istədiyimiz cəhətləri özündə qabarıq göstərir. Hər şeydən qabaq inqilabdan sonra nəşrə başlayan jurnallarda ictimai-siyasi pafos aparıcı yer tutur.

Bütün inqilabi dövrlərdə olduğu kimi 1978-1979-cu illər İran inqilabı da geniş kütlələrdə gələcəyə yeni ümidlər doğurmuşdu. Küçələrə çıxmış yüz minlərlə adamın daha yaxşı yaşamaq arzusu azadlıq idealları ədəbi-ictimai həyata da güclü təsir etmişdi. Belə bir şəraitdə ədəbi tənqid publisistika yeni məna məzmun kəsb etdi. İnqilabi poetika, ritorik çaıırışlar, belletrizm tənqidin üslubunu müəyyən edən amillər idi.

«Varlıq» jurnalı da bu zəmində yaranmışdı onun göstərilən janrlardakı yazılarında maarifçilik əsas aparıcı ideya idi. Ədəbi tənqid hər şeydən əvvəl maarifçilik missiyasını öz üzərinə götürmüşdü. Jurnalda müntəzəm çıxış edən C.Heyət, H.Nitqi, Q. Beqdeli, H. Məmmədzadə, M. Həsari kimi müəlliflərin məqalələrində, eləcə publisist yazılarında milli maarifçiliyə çaıırış bu istiqamətdə araşdırmalar başlıca yer tuturdu.

«Varlıq»ın ədəbi tənqid materiallarının məzmununu Azərbaycan xalqının qədim zəngin mənəvi irsinin müasir ictimai-siyasi ideallar mövqeyindən qiymətləndirilməsi, xalqın milli yaddaşının oyadılması, ana dili ədəbiyyatını yadırıayanlarda özünəqayıdış hissinin tərbiyəsi təşkil edir. Dərgi bu ideyaları ənənə novatorluq, milli maarifçilik, qarşılıqlı ədəbi təsir, bədii dil üslub kimi problemlərin fonunda şərh edir. Ədəbi-tənqidi yazıların başlıqlarından tutmuş təhlil prinsiplərinə qədər «Varlıq»ın hər sayında yeni maraqlı bir problemlə rastlaşırıq. Dünyagörüşündəki eklektizm Güneydə ədəbi tənqidin metodoloji cəhətdən inkişafını ləngidən əsas amildir. Bu məsələ az ya çox dərəcədə bütün müəlliflərin əsərlərində hiss olunur. Başqa sözlə, klassik sənətkardan danışan müəllif bəzən ictimai məsələlərə, bəzən təsvirçiliyə, bəzən fakt, yaxud bədii nümunələri sadalamağa çox vaxt ayırır. «Varlıq»ın adi resenziya səpgili yazılarından tutmuş, iri həcmli tədqiqat səciyyəli məqalələrində bu dediyimiz cəhətləri izləmək mümkündür.

Güneydə görkəmli sənətkarların vəfatı münasibəti ilə «Varlıq» dərgisində nəşr olunan əhatəli məqalələr, ürək sözləri ədəbi tənqidin mühüm qolunu təşkil edir. Çox hallarda C. Heyət, H.Nitqi, Q.Beqdeli, H.Məmmədzadə başqa professional ədəbiyyat araşdırıcıları tərəfindən yazılan bu məqalələr ədəbi tənqid materialı kimi ciddi maraq doğurur. Dərgi yeni nəşrə başlayanda Səhəndin, daha sonra Şəhriyar, H. Sahir, Q. Kəmali, M. Zehtabi, H.Nitqi kimi tanınmış sənətkarların ölümləri ədəbi-mədəni mühitdə güclü əks-səda doğurmuş, onların haqqında «Varlıq» dərgisində geniş məqalələr, şeirlər dərc olunmuş, ədəbi irsləri layiq olduğu qiyməti almışdı.

«Varlıq» dərgisi ilk sayını inqilabın ilk baharında həyatdan getmiş görkəmli şair Bulud Qaraçorlu Səhəndin xatirəsinə həsr etmiş, sonrakı nömrələrində onun çap olunmamış əsərlərindən örnəklər vermişdi. Səhənd Azərbaycan ədəbiyyatı tarixində layiq olduıu dəyəri almamış sənətkarlardandır. Şairin saılığında onun məsləkdaşı, Səməd Behrəngi bu məsələyə diqqəti cəlb edərkən yazırdı ki, Şəhriyar «Heydərbabaya salam» əsəri ilə bütün Şərqdə yaxşı tanındığı halda ondan xeyli əvvəl ana dilində şerlər yazan Səhəndin xidmətləri diqqətdən kənarda qalmışdı: «İstər Şəhriyardan qabaq, istərsə də ondan sonra çoxları heca vəznində şeir yazsalar da, dövrün pisliyi üzündən tanınmayıblar, şeirləri ilə birlikdə özləri də gizli qalıblar».

Mühacirətdə ömrünü başa vurən yazıçı doktor Qulamhüseyn Saedi də Səhənd yaradıcılııının xalq kütlələrinə çatdırılmadığını, ancaq Azərbaycan mədəniyyəti tarixində xüsusi hadisə olduğunu qeyd edirdi. «Bulud Qaraçorlu ömrü boyu ucuz adın, şöhrətin daşını ataraq çap imkanı olmadııı halda yenə yazdı... Səhəndin əsərləri geniş oxucu kütlələri arasında yayılmaq imkanı tapmadı, buna baxmayaraq o yeni tərkib, təsvir və ifadə vasitələri tapmaqda böyük uğur qazandı». «Varlıq» dərgisi Səhəndin çap olunmamış əsərlərindən nümunələr dərc edərək onun xidmətlərini işıqlandıran məqalələr nəşr etsə də, bu görkəmli şairin ədəbi irsi hələ də mükəmməl tədqiq olunmamış, xidmətləri obyektiv dəyərləndirilməyib. Şəhriyarın «Heydərbabaya salam»ı ona görə böyük əks-səda doğurdu ki, o həm də fars şeirinin «müasir Hafizi» hesab olunurdudövrünün ən nəhəng şəxsiyyətlərdən biri idi. Səhənd isə ancaq ana dilində yazırdı və bu yolda nə qədər təqiblərlə, təzyiqlərlə üzləşsə də heç bir qadağa və maneə onu yolundan döndərə bilmirdi.

Əsərləri çap olunmadığından geniş oxucu kütləsi də Səhəndi olduğu kimi tanıya, qiymətləndirə bilmirdi. Ancaq Səhənd yaradıcılığına ən böyük qiyməti özünün «Səhəndiyyə»si və «o elə bir şair idi ki, mən Şəhriyardan bac alırdı» misraları ilə Şəhriyar özü vermişdi. «Varlıq» dərgisi ölümündən sonra da Səhənd irsinin xalqa çatdırılması sahəsində mühüm gördü. Doktor Cavad Heyət Səhəndin «Sazımın sözü» əsərini Firdovsinin «Şahnamə»si ilə müqayisə edirbu əsəri Güney Azərbaycan türklərinin «Mill ətnamə»si adlandırır. Dərginin ilk nömrəsində Gəncəli Səbahinin «Səhənd həmişəlik həyatdan köçdü» adlı məqaləsində şairin yaradıcılığındakı milli ruh və vətənpərvərlik nümunələr əsasında təhlil edilir. G.Səbahi yazırdı: «Bulud Qaraçorlu Səhəndin ölümü Azərbaycan xalqı üçün milli bir faciə, yeri dolmaz bir itkidir. O, öz yaradıcılııı və istedadı ilə Azərbaycan ədəbiyyatına ən qiymətli və ölməz əsərlər verə bildi. Hünəri və şeiri ilə parlaq bir ulduz kimi parladı. O dərin görüşlü bir şair olaraq öz xalqının görən gözü, düşünən beyni və döyünən qəlbi oldu».

«Varlıq» sonrakı nömrələrində Səhəndə dönə-dönə müraciət edir, onun nəşr olunmamış şeirlərini «Yasaq», Ə. Kürçaylının «Fillər də aılayır» şeirinə cavab şəklində yazdııı «Qardaşım Əliağa Kürçaylıya cavab», «Qar çiçəyi», «Axı dostlar, mən Təbrizdən gəlmişəm» şeirlərini və «Sazımın sözü» əsərindən parçaları ilk dəfə öz səhifələrində geniş oxucu kütləsinə təqdim edirdi. «Varlıq» dərgisi dünyasını dəyişən hər hansı bir sənətkar haqqında sadəcə nekroloqya xəbər verməklə öz işini bitmiş hesab etmirdi. Ədəbi ictimaiyyət, millət üçün bu böyük itkini bildirməklə yanaşı, ən çox diqqəti onun xidmətinə yönəldir, onun Güney Azərbaycan ədəbiyyatı tarixində və ədəbi ictimai fikrində mövqeyini müəyyənləşdirməyə çalışırdı.

Ustad Şəhriyarın ölümü münasibəti ilə bir nömrəsini bütövlükdə şairin xatirəsinə həsr etmiş «Varlıq»da Həmid Məmmədzadənin, Cavad Heyətin, Həmid Nitqinin, Qulamhüseyn Beqdelinin, Əli Kəmalinin, professor Məhəmmədtağı Şəbüstərlinin (Zehtabi), Gəncəli Səbahinin, Savalanın, Sönməzin, Əli Sərhənginin, Mənzuri Xamneyinin, İsmayıl Hadinin, ºimaldan Mirzə İbrahimovun, Yaşar Qarayevin, Mədinə Gülgünün, Hökumə Büllurinin, Abbas Zamanovun, Nəbi Xəzrinin, Müzəffər Şükürün və başqalarının yazıları, şeirləri, məqalələri və mülahizələri bu cəhətdən səciyyəvidir.

Həmid Nitqi «Şəhriyarın əziz xatirəsinə bir dəstə gül» adlı məqaləsində haqlı olaraq yazırdı: «Şəhriyardan sonra onun irsini təhlil etmək növbəsi, əlbəttə gələcəkdir». Bu fikir müəyyən mənada doğrudur. Lakin Həmid Nitqi «Şəhriyarın ölümündən sonra şəhriyarşünaslığın yaranacağını» deyərkən bir qədər yanılırdı. Çünki şəhriyarşünaslıq hələ şairin saılııında yaranıb formalaşmışdı. Şairin ölümü münasibətilə yazılan dəyərli məqalələr və elmi mülahizələr isə şəhriyarşünaslııa əvəzsiz töhfə oldu. Doktor Cavad Heyət yazırdı: «Mərhum ustad Məhəmmədhüseyn Şəhriyar tarixdə çox az rastlananya heç rastlanmayan şairlərdəndir. Onun fars şeirindəki məqamı fars dilini bilən və fars ədəbiyyatı ilə məşğul olan hər kəsə bəllidir. O saı ikən bütün İranda məşhur olmuş «müasir şeirin Hafizi» adını almışdır. Özübu barədə «Dərya elədim» şeirində belə demişdi:

 

Əbədiyyətlə yanaşdım doğulan Hafizə tay,

Şirazın şah çıraıın Təbrizə əhda elədim.

 

Bununla belə Şəhriyarın əsl şəxsiyyəti və dühası ana dilində şeir qoşandan sonra, yəni «Heydərbabaya salam» mənzuməsini yazmaqla aşkar olmuşdu». C.Heyət Şəhriyarın ölümünü bütün Türk dünyası və İran üçün böyük itki adlandırır. Quzey Azərbaycanla ədəbi əlaqələrin inkişafında Şəhriyarın xidmətlərinə böyük qiymət verir.

Q. Beqdelinin «Şair və təbiət» adlı yazısında Şəhriyarın həyat və yaradıcılııının əsas məqamlarına işıq salınır. Gəncəli Səbahi isə «Ustad Şəhriyar» adlı məqaləsində «Heydərbaba»ya xüsusi diqqət yetirir: «Pəhləvi rejiminin şovinist siyasəti nəticəsində dil və ədəbiyyatımız düşkün, ruhsuz bir hal almışdı. «Heydərbabaya salam» əsərinin çapdan çıxıb yayılması həyatımızda tarixi bir hadisə, bəlkə də partlayış kimi oldususmuş, üstünü ümidsizlik tozu almış, bəlkə də yuxuya dalmış istedadları, vətən aşiqlərini silkələyib ayıltdı. Ürəklər coşdu. Milli varlıq, dilimizə qayıı, vətən və el məhəbbəti ürəklərdə şölələndi və hər tərəfdən «Heydərbabaya salam»a nəzirələr, təşviq və alqışlar yazıldı» .

 

Pərvanə Məmmədli

Araşdırmaçı

 

Xalq Cəbhəsi.- 2016.- 20 dekabr.- S.14.