S.C.Pişəvəri və Azərbaycan Milli
Hökuməti
Bu 1828-ci ildən
İran şahlarının,
XX əsrin 20-ci illərindən
isə Pəhləvi sülaləsinin caynağına
keçirilmiş bir məmləkətin Güney
Azərbaycanın milli
azadlıq mübarizəsində
qazandığı tarixi
qələbə idi
Azərbaycan Milli Məclisi 1945-ci il dekabrın 12-də (21 Azər)
keçirdiyi iclasında
Azərbaycan Milli Hökumətini (AMH) təşkil
etməyi S.C.Pişəvəriyə
tapşırdı. S.C.Pişəvəri
həmin gün Məclisin günortadan sonrakı iclasında Milli hökumətin tərkibini aşağıdakı
heyətdə Məclisin
müzakirəsinə və
təsdiqinə təqdim
etmişdi:
Baş nazir (vəzir) - Seyid Cəfər Pişəvəri
Daxili İşlər
naziri - Salamulla Cavid
Xalq qoşunları naziri - Cəfər Kaviyan
Kənd təsərrüfat
naziri - doktor Mehtac
Maarif naziri - Məhəmməd Biriya
Səhiyyə naziri - doktor Urəngi
Maliyyə naziri - Qulamrza Ġlhami
Ədliyyə naziri - Yusif Əzima
Poçt-teleqraf naziri - Mirzə Rəbi Kəbiri
Ticarət və İqtisad naziri - Rza Rəsuli
Yuxarıdakı tərkib Məclis tərəfindən təsdiqlənəndən
sonra Zeynalabdin Qiyami Ali Məhkəmənin
rəisi, Firudun İbrahimi isə baş prokuror vəzifələrinə təyin
olunmuşdular. Azərbaycan Milli hökumətinin
fəaliyyətinin başlanğıcında
ciddi çətinlik törədən məsələlərdən
biri Azərbaycanın
ikinci böyük şəhəri Urmiyanın
(Rzaiyyə) düşmən
əlində qalması
idi. S.C.Pişəvərinin başçılıq etdiyi hökumət Təbrizdə olduğu kimi Urmiyada da
öz fəaliyyətinin
ilk günündən düşmənlə
məsələni danışıqlar
yolu ilə həll etmək niyyətində olduğunu
Urmiya qarnizonunun başçısı Zənginəyə
bildirdi. “Bilirdik ki, iş davasız, döyüşsüz ötüşməyəcək...
Çalışırdıq silah işlətməkdə
əvvəlinci olmayaq”
(S.C.Pişəvəri). Urmiyadakı qarnizonun mühasirəyə
alınması zamanı
milli hökumətin hərbi qüdrəti xeyli artmışdı.
Milli hökümətin təşkilindən
keçən bir həftə ərzində
əvvəl azad edilmiş bölgələrdən
əlavə Qaradağ
mahalı, Ərdəbil,
Xalxal, Kəleybər və Miandab rayon və şəhərləri
ətraf kəndləri
ilə birlikdə şahpərəstlərdən tam azad edilmişdi. “Aparılan əməliyyatlar
zamanı İran ordusunun 5.983 nəfər əsgər və zabiti tərk-silah edilmiş, onlardan 4 TOP,
1000 mərmi, 205 pulemyot,
3577 tüfəng, 22 tapanca,
6 tank, 2 minomyot, 300 mina, 470 min patron alınmışdı. Təkcə
Rzaiyyə və Ərdəbil jandarm bölüyündən 2800 nəfərə
yaxın jandarm tərk-silah edilmiş, onlara məxsus 565 tüfəng, 31 min patron fədailər
tərəfindən müsadirə
edilmişdi”.
Əli hər yerdən üzülən Tehran höküməti
ümidini Urmiyadakı
(o vaxtkı Rzaiyyə)
ağır silahlarla və bir neçə
tankla təchiz olunmuş 4-cü ostan qarnizonuna bağladı. Təbrizdə qardaş qırğını
salmağa müvəffəq
olmayan Tehranın irticaçı qüvvələri
növbəti qanlı
səhnəni Urmiyada yaratmaq istədilər.
Bunun üçün 4-cü əyalət
(ostan) sayılan Qərbi Azərbaycanın
qubernatorunu əvəz
edən və Urmiyyə hərbi qarnizonunun başçısı
polkovnik Zənginəyə
hər cür kömək və şirnikləndirici vədlər
verilsə də son hesabda Urmiyadakı hərbi qarnizon da təslim olmağa məcbur edildi.
Beləliklə, Azərbaycan
ərazisi tam olmasa da, Zəncandan Culfaya qədər, Astaradan Maku və Salmasa qədər ərazidəki
kənd və şəhərlər Tehranın
əsarətindən azad
oldu. Bu 1828-ci ildən İran şahlarının, XX əsrin
20-ci illərindən isə
Pəhləvi sülaləsinin
caynağına keçirilmiş
bir məmləkətin
Güney Azərbaycanın
milli azadlıq mübarizəsində qazandığı
tarixi qələbə
idi.
Azərbaycan Milli Məclisinin 1945-ci il 13 dekabr tarixli iclasında təsdiq olunmuş Azərbaycan Milli hökümətinin
20 maddədən ibarət
olan fəaliyyət proqramı bütün istiqamətlərdə S.C.Pişəvərinin
rəhbərliyi altında
icra edilməyə başlamışdı. Bu proqram öz dövrünə görə
çox geniş və əhatəli idi. Proqram aşağıdakıları əhatə
etmişdi: Azərbaycan
muxtariyyatının dünyaya
tanıtdırılması, demokratik əsaslarla Əncümən seçkilərinə
başlamaq və Əncümənləri təşkil
etmək, şəhər
və kəndlərin
abadlaşdırılması, yerlərdə dövlət
vəzifələrinə vətənpərvər
və vicdanlı adamları irəli çəkmək, ədalətli
vergi qanunu tətbiq etmək, fədai dəstələrinin
və xalq qoşunlarının təchizatına
və təliminə fikir vermək, tədrisin və bütün ölkədə
yazışmaların ana
dilində aparılmasına,
savadsızlığın ləğv
edilməsinə nail olmaq
və milli darülfünunun açılmasını
tezləşdirmək, iqtisadi
tədbirlər sırasında
ədalətli torpaq islahatının keçirilməsi,
ərbab-rəiyyət münasibətlərinin
nizama salınması,
dayanmış istehsal
müəssisələrinin işə salınması
və yeni sənaye obyektlərinin inşası, milli sahibkarlığın dəstəklənməsi
və təşviq edilməsi, infrastrukturun nizama salınması və onun ahəngdar
işinin təmin edilməsi, işsizliyi aradan qaldırmaq üçün təsirli
tədbirlərin həyata
keçirilməsi, mütərəqqi
iş qanunu və sığortanın
tətbiqi, səhiyyə
xidmətinin yaxşılaşdırılması,
Azərbaycanda yaşayan
milli azlıqlara azərbaycanlılarla bərabər
hüquq verilməsi və onların milli dil, mədəniyyət,
adət-ənənələrinin inkişafına dövlət
səviyyəsində qayğı
göstərilməsi, İran
hökumətinin Azərbaycanın
milli mənafeyinə zidd olmayan qərar
və qanunlarının
tanınması və
s. və i.a. - bütün bunlar hamısı S.C.Pişəvərinin
başçılıq etdiyi
Milli hökumətin fəaliyyətinin əsasını
təşkil etmişdi.
Bununla belə
deməmək mümkün
deyil ki, iqtisadiyyat və quruculuq sahəsində görülən işlər,
milli mədəniyyətin
inkişafına göstərilən
qayğı, ilk növbədə
Azərbaycan türkcəsinin
rəsmi dövlət
dili elan edilməsi və bütün Azərbaycanda
bu qanunun həyata keçirilməsi,
Təbrizdə dövlət
universiteti, dram teatrı
və filarmoniyanın
açılması, şair
və yazıçılar
birliyinin, bəstəkar
və memarlar cəmiyyətlərinin yaradılması,
çap işinin yüksək səviyyədə
təşkili və i.a. - bunlar hamısı
Güneydə geniş
miqyasda iqtisadi dirçəliş və
mədəni inqilabdan
xəbər verirdi.
Azərbaycan Milli hökumətinin həyata
keçirdiyi tədbirlər
sırasında Azərbaycan
dilinin rəsmi dövlət dili elan edilməsi, məktəblərdə tədrisin,
dövlət idarələrində
danışıq və
yazışmaların ancaq
bu dildə aparılması dövlətin
rəsmi göstərişi
ilə Maarif Nazirliyinin 1 ¹-li əmri ilə (yanvar 1946) həyata keçirilmişdi. S.C.Pişəvəri hökumət başçısı
kimi ana dilinin məktəb və tədris müəssisələrində işlədilməsinə, bu
sahədə mövcud
çətinliklərin tez
aradan aparılmasına
xüsusi diqqət ayırmışdı. Bu cəhətdən S.C.Pişəvərinin
Maarif Nazirliyinə ünvanladığı 1324-cü il 28 Azər
tarixli 28/465 ¹-li sərəncamda aşağıdakılar
qeyd olunur:
1. Bütün milli və dövlət
məktəblərində təlim
və tərbiyənin
Azərbaycan dilində
aparılması üçün
hazırlıq işləri
görülsün.
2. Maarif Nazirliyi tərkibində “Dərs kitabları hazırlayan şöbə”
yaradılsın.
3. Alimlər, təcrübəli müəllim
və məktəb müdirləri hazırlıq
işinə cəlb edilsin.
4. Azərbaycan dilində çap olunacaq dərsliklər nəzarət komissiyasının
rəhbərliyi ilə
hazırlansın və
bu haqda maarif nazirliyi məlumatlandırılsın.
5. Əlifbadan əlavə, ədəbiyyat,
tarix, hesab, fizika, coğrafiya və s. fənlər üzrə kitablar hazırlanıb, çapa
verilsin.
6. Dərsliklər
hazırlayan şöbənin
rəyasət heyətinə
təcrübəli, məlumatlı
və savadlı şəxslər cəlb edilsin.
7. Dərsliklər
hazırlayan şöbə
5 gün ərzində
xərclənəcək pul
və vəsaitinin miqdarını müəyyənləşdirsin.
8. Dərslikləri
hazırlayan şöbə
bir aydan gec olmayaraq 1-4-cü siniflər üçün
azərbaycanca dərslikləri
hazırlayıb çap
etdirsin.
9. Bütün milli və dövləti
məktəb rəhbərlərinə
göstəriş verilsin
ki, azərbaycanca dərsliklər hazırlanana
qədər mövcud
dərsliklərdən istifadə
etməklə tədrisi
ana dilində aparsınlar.
S.C.Pişəvəri ölkədə savabsızlığın ləğv edilməsinə, xalqın maariflənməsinə, elmə, mədəniyyətə yiyələnməsinə xüsusi diqqət vermiş və qayğı göstərmişdi. O deyirdi ki, “Maarifsiz bir millət yaşaya bilməz. Dünya bilik, maarif və mədəniyyət üstündə dayanır.”
Amerikalı müəllif C.Foranın yazdığı kimi “Milli Hökumətin bir ildə gördüyü işləri Rza şah rejimi heç 20 ildə də görə bilməzdi. Ona görə ki bu işləri görmək üçün damardakı qan türk qanı, millətə və vətənə bağlı qan olmalı idi. Həm də S.C.Pişəvərinin ətrafındakı insanların çoxu ağır mübarizə yolu keçmiş mətanətli insanlar idi. S.C.Pişəvərinin başçılıq etdiyi hökumətin fəaliyyətində ümdə məsələlərdən biri də Azərbaycana İran daxilində muxtariyyatın verilməsi məsələsi olmuşdu.
S.C.Pişəvəriyə görə milli Muxtariyatı əldə etmədən millət üçün azadlıq təmin oluna bilməzdi və bu muxtariyyat başlıca dövlətlərin zəmanəti ilə Tehrandan alınmalıydı. Bu haqda 21 Azər nehzətindən 17 gün sonra, 1945-ci ilin dekabrın 29-da S.C.Pişəvəri ilə ABŞ-ın Təbrizə təzə gəlmiş konsulu Robert Rosso arasındakı söhbətdə də bəhs olunmuşdu. R.Rossounun “Əgər şah sizin muxtariyyatınızı tanısa, Azərbaycan demokratları buna necə baxarlar?” sualına S.C.Pişəvəri: “Təkcə şahın tanıması Azərbaycan Milli Muxtariyyatının mövcudluğu üçün təminat ola bilməz. Şah öz qərarını sabah ləğv edə bilər. Azərbaycan xalqı öz qanuni tələblərinə həqiqi təminat istəyir ki, bu da bütün demokratik dövlətlərin, o cümlədən Amerika hökumətinin yardımından və müdafiəsindən ibarət ola bilər”.
Əkrəm Rəhimli
AMEA Şərqşünaslıq İnstitutunun
"Güney Azərbaycan elmi araşdırmalar" şöbəsinin müdiri
Xalq cəbhəsi.- 2016.- 17-19 dekabr.- S.14.