XIX əsrə aid gümüş
kəmər bərpa olunub
Milli Azərbaycan Tarixi Muzeyində XIX əsrin sonuna aid qadın bəzək əşyası olan gümüş kəmər eksponatı bərpa olunub.
Xüsusi gözəlliyi ilə seçilən kəmərin hazırlanması zamanı quraşdırma, bərkitmə, qızıllama, tikmə kimi texnikalardan istifadə olunub.
Kəmərin bərpası muzeyin Bərpa laboratoriyasının bərpaçı-dizayneri Vüqar Xudaverdiyev tərəfindən həyata keçirilib.
Gümüş
kəmər hazırda muzeyin “Qadın bəzək
əşyaları” sərgisində nümayiş
olunur.
Xalq cəbhəsi.-
2016.- 17-19 dekabr.- S.14.