“Dözümlülük azərbaycanlıların milli
psixologiyası və xarakterindən irəli gəlir”
“Dini tolerantlıq müxtəlif xalqlara,
ayrı-ayrı dini nümayəndələrə xas olan
ümumbəşəri problemdir. Müxtəliflikdə
ahəngdarlığı ifadə edən dini tolerantlıq
siyasi, hüquqi və əxlaq borcun vəhdətidir”.
Bunun AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun
“Dinşünaslıq və mədəniyyətin fəlsəfi
prob- lemləri» şöbəsinin dissertantı
Gülçin Mehdiyeva qeyd edib. O vurğulayıb ki, bu gün
Azərbaycan Respublikasında tolerantlıq modeli bütün
dünyada etiraf olunan, xalqlara nümunə olan ümumbəşəri
təcrübədir: “Dünyada dini intolerantlığın,
ayrı-seçkiliyin, dini zəmində münaqişələrin
baş verdiyi bir zamanda ölkəmizdə dini müxtəlifliyin
vəhdətini təmin edən tolerantlıq burada yaşyan
bütün xalqların, etnik qrupların şüuruna hakim kəsilib.
“Bu gün Azərbaycan dini müxtəliflik
baxımından çox zəngindir. Amma
xoşbətlikdən müxtəlif dinlərin və dini fəlsəfi
cərəyanların yayılıdığı ölkəmizdə
bütün tarixi dövrlərdə etnik və dini icmalar
arasında möhkəm dözümlülük əlaqələri
formalaşmış, mili, irqi və dini zəmində
heç bir ayrı-seçkilik faktı qeydə
alınmayıb”.
Azərbaycan dövlət –
din münasibətlərinin ən yaxşı tənzimləndiyi,
dini azadlığın, ideal birgəyaşayış mədəniyyətinin
hökm sürdüyü, ksenofobiya, dini ektrelizm, radikalizm, anti
semitizmdən uzaq bir ölkədir. Heydər Əliyev
Fondunun Prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda dini
tolerantlığın möhkəmlənməsi və
inkişafı naminə öz səylərini əsirgəməmiş
və bu gün də bu yolda inamla çalışır.
O, Parisdə 2015-ci il sentyabrın 8-də
“Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti”
mövzusunda keçirilən beynəlxalq konfransdakı
çıxışında demişdir: “Azərbaycan tarix boyu
sivilizasiyaların, mədəniyyətlərin, dinlərin
qovuşuğunda yerləşib. Əsrlər
boyu bu qədim diyarda müxtəlif dinlərin, mədəniyyətlərin,
millətlərin, etnik qrupların nümayəndələri
sülh və əmin-amanlıq şəraitində bir ailə
kimi yaşamışlar. Biz minilliklərə cəmiyyəti-
mizdə formalaşan tolerantlıq və
dözümlülük ənənələrini müstəqilliliyimizi
bərpa etdikdən sonra da qoruyub saxlamışıq və
daha da möhkəmləndirməyə
çalışırıq…
Provaslav və katolik kilsələri,sinaqoqlar, atəşpərəstlər məbədi-bütün
bunlar Azərbaycanın mədəni irsinin tərkibidir. Biz öz ənənələrimizə, öz
köklərimizə, öz tariximizə çox böyük
hörmətlə yanaşırıq. Eyni zamanda, biz
dünyaya açıq və bütün ölkələrlə
əməkdaşlıq qurmağa çalışan bir
ölkəyik…”.
Onun fikrincə, Azərbaycan
xalqında olan dözümlülük, əsrlər boyu
formalaşan bu mühit ona gətirib çatdırıb ki,
bizim üçün bu, normal
yaşayış, həyat tərzidir: “Azərbaycanda din
dövlətdən ayrılsa da ölkəmizdə hüquqi,
demkoratik, dünyəvi dövlət formalaşıb və
bütün dini dəyərlər cəmiyyətdə
müxtəlif xalqların mənəvi sərvətinə
çevrilib. Tolerantlığın təbliği
və həyat tərzinə çevrilməsi dövlət
siyasətinin əsas istiqamətlərindən biridir. Ölkədə Milli Tolerantlıq Mərkəzi fəaliyyət
göstərir. Gənclərimiz
tolerantlıq tərbiyəsi rühünda böyüyür.
Buna görə də Azərbaycan dünyada beş
ən tolerant dövlət sırasına daxil olub. Hər
cür millətçi-liyin qarşısında sipər olan
birliyin təzahürü kimi çıxış edir...
Tolerantlıq fərdlərarası,
xalqlararası, dinlərarası, mədəniyyətlərarası
münasibətlərə aid fenomendir. Ulu Öndər Heydər
Əliyev tolerantlığın Azərbaycanda gerçəkləşməsi
üçün aşağdakı tədbirlər
gördü:
- dövlət –
din münasibətlərini daha da təkmilləşdirdi, onu
dövlət siyasətinin tərkib hissəsinə
çevirdi; tolerantlığın hüquqi bazasını
formalaşdırdı;
- Beynəlxalq tolerantlıq
gününün ölkəmizdə qeyd edilməsinə nail
oldu;
- Dini qurumlarla bağlı Dövlət
Komitəsi yaratdı;
- Dini, milli, etnik
tolerantlığı, vicdan azadlığını həyata
keçirdi;
- Məscidləri bərpa etdirdi,
yenilərini tikdirdi, kilsələri, sinaqoqları təmir
etdirdi, yenilərini inşa etdirdi;
- Milli azlıqlar, qeyri-müsəlmanlar
üçün tolerantlıq mühiti yaratdı;
- Dini radikalizmə və ektrelizmə
qarşı amansız mübarizə apardı;
Ulu Öndər Heydər Əliyev
üç prinsipi bir-birilə vəhdətdə
görürdü: 1. Dini etiqad azadlığının təmin
edilməsi. 2. Dünyəvi dövlətçilik prinsiplərinin
qorunub saxlınması; 3. Dini təəsübkeşliyin
dini təkəbbürə, sonra fanatizmə və ekstrelizmə
keçməsinin qarşısının alınması.
H.Əliyev Azərbaycanda
müxtəlif dinlərin birgəyaşayışını
Azərbaycan xalqının dini dözümlüyünün,
tolerantlığının ən yüksək göstərişi
hesab edirdi. O,
Azərbaycanda dini tolerantlığın və dövlət-din
münasibətlərinin nadir modelini formalaşdırıb. “Bu gün Azərbaycan dini əmin-amanlığa və
sabitliyə ilham verən örnəkdir. Bunun
əsası Azərbaycan predizenti H.Əliyevin müdrik siyasəti
əsasında qoyulmuşdur. Dünyəvi
hakimiyyətin və ənənəvi dini icmaların
konstruktiv fəaliyyəti və qarşılıqlı
ünsiyyəti nəticəsində yaranmış dövlət-
din münasibətlərinin nadir modeli Azərbaycan
Respublikasında öz əksini tapmışdır. Belə zənn edirəm ki, bu sahədə Azərbaycanda
tolerantlığın təcrübəsi diqqətlə
öyrənilməli və təhlil olunmalıdır”.
Azərbaycanda dini
tolerantlıq modeli bütün dünyada etiraf olunur, təqdir
olunur, öyrənilir və həyatda tətbiq olunur”.
O diqqətə çatdırıb
ki, fəlsəfə elmləri doktroru S.Hüseynov
özünün “Azərbaycanda dini tolerantlıq mədəniyyəti:
Tarix və müasirlik” əsərində haqlı olaraq əsrlər
boyuk ölkəmizdə formalaşmış dini
tolerantlığın inkişaf etdirilməsini
aşağıdakı şəkildə göstərir:
“1. H.Əliyev və Azərbaycanda
dini tolerantlıq mədəniyyətinin yüksəldilməsi
2. Dini tolerantlıq mədəniyyətinin
inkişafında Qafqaz Müsəlmanları İdarəsinin
rolu.
3. Müstəqillik dövründə
dini tolerantlıq səhəsində Azərbaycanın yeri və
rolu (Müəllif burada Dini İşlərlə Dövlət
Komitəsinin, H.Əliyev fondunun Prezidenti Mehriban xanım
Əliyevanın və AR Prezidenti cənab İlham Əliyevin
fəaliyyətini xüsusi qeyd edib).
Göründüyü kimi,
Azərbaycanda tolerantlıq dini etiqad azadlığına,
dünyiliviliyə əsaslanır, ekstremlizm, feyndamentalizm və
radikalizmdən uzaqdır.
İndi ölkəmizdə 1802 məscid,
5 provaslav, 1 katolik, 4 gürcü provaslav kilsəsi, 6 sinaqoq fəaliyyət
göstərir.
Bu gün Ulu Öndər
H.Əliyevin tolerantlıq siyasətini Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
uğurla davam etdirir.
İ.Əliyevin göstərişilə
ölkədə tolerantlıq yüksək dərəcədə
inkişaf edib.
Prezidentin sərəncamı
ilə hətta Gürcüstanda yaşayan azərbaycanlıların
rahat yaşamaları üçün bir sıra addımlar
atıiıb.
Prezident Azərbaycanda olan tolerantlığın
Gürcüstanda da olmasını istəyir. Əgər dini tolerantlıq olarsa, orada azərbaycanlıların
yaşaması daha rahat olar. Azərbaycan tərəfindən
Gürcüstanda olan 440-a yaxın kilsə, məbəd və
məscidəlrə pulsuz qaz verilir. Hətta
erməni kilsələri də qazla təmin edilir, Allah yolunda.
İlham Əliyev dini
tolerantlıq sahəsində Azərbaycan təcrübəsini
bütün ölkələr üçün örnək
hesab edir.
Bu gün respublikamızda azərbaycançılıq
həm də mükəmməl tolerantlıq və real
inkişaf modelidir. Azərbaycançılıq
ideologiyası, dini tolerantlığın, polietnik
mövcudluğun qarantii kimi çıxış edir…Azərbaycanda
dözümlü ictimai mühitin formalaşmasını bu
gün və gələcəkdə təmin edən
tolerantlığın praqmatik konsensus modeli daim
inkişafdadır”.
G. Mehdiyeva vurğulayıb ki,
tolerantlıq bütün demokratik ölkələr tərəfindən
qəbul edilsə də, onun praktiki surətdə həyata
keçirilməsi üçün mərkəzlər, institutlar
yaradılsa da,lakin bu sahədə hələ
də çətinliklər mövcuddur: “Tolerantlıq
müxtəlif elmi aspetklərdən – psixoloji, sosioloji,
kulturoloji, fəlsəfi aspektlərdən təhlil olunur. “Fəlsəfi baxımdan tolerantlıq dedikdə – həmçinin
müxtəliflik və fərqin qəbul edilməsi, onlara
hörmət və rəğbət nəzərdə tutulur.
Tolerantlıq həm də başqalarının
hüquqlarını tanımaq əsasında, fərqi
düşünmək tərzinə malik olduğunu anlamaq əsasında
münaqişə və ziddiyyətlərin həllinin
axtarılmasını təmin edən əxlaqi imperativ,
maksimadır”.
Ölkə Prezidenti İlham
Əliyev müasir dövrdə dini tolerantlığın
yüksək mədəniyyəti və həyat tərzinə,
dövlət siyəsətinə çevirmişdir: “Azərbaycan
əsrlər boyu dinlərarası münasibətlərinin
inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi quruluşdan asılı olmayaraq,
bütün dövrlərdə Azərbaycanda dini, milli
dözumlülük, tolerantlıq çox yüksək səviyyədə
olub. Bu, Azərbaycan xalqının
döümlülüyünün, eyni zamanda müstəqil Azərbaycan
dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət
göstərən dini qurumların əməyinin praktiki nəticəsidir”.
Göründüyü kimi
Azərbaycan xalqının özünün
dözümlülüyü, dövlət və dini
qurumların birgə fəaliyyəti ölkəmizdə dini
tolerantlığın inkişafının əsas,
mühüm amilidir.
Əsası Azərbaycan
xalqının öz təbiətindən, onun milli mədəniyyətinin
tərkib hissəsi olan islam dinindən irəli
gələn, ölkəmizdə dövlət səviyyəsində
yaranan dö- zümlülük mühiti Azərbyacanda dini
tolerantlığın inkişafında mühüm rol
oynayır.
“Hazırda Azərbaycanda formalaşan dini tolerantlıq mühitinin qorunub saxlanması və onun daha da möhkəmlənməsində Prezident İlham Əliyev mühüm rol oynaybr. Məhz Prezident İlham Əliyevin dini tolerantlığın möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində respublikamızda rəsmi olaraq 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Hazırda ölkəmizdə 1802 məscid, 550-yə yaxın pir və zayarətgah bərpa və təmir edilərək dindarların ixtiyarına verilib”. ərbaycan özünün mədəniyyəti, sivilizasiyasının, milli dini müxtəlifliyinin, özündə etnik və etiqad rəngarəngliyini əks etdirmişdir. Dözümlülük, tolerantlıq azərbaycanlıların öz təbiətindən, mənəviyyatından, dünyagörüşündən, mentalitetindən, milli psixologiyası və xarakterindən irəli gəlir: “Sayca dominant üstünlüyə malik olan azərbaycanlı özünə hörməti zor və basqı ilə deyil, qarşılıqlı münasibətlərdəki davranışla qazanmağa üstünlük verir…Ailəyə, dostluğa və peşəyə sədaqət azərbaycanın ən çox dəyərləndirdiyi keyfiyyətdir… Öz milli mənsubluğu ilə fəxr edən azərbaycanlı digər millətlərə də hörmətlə yanaşmaq, onlardan özünə və millətinə hörmət etmək haqqı əldə edir”. Müəllif haqlı olaraq tolerantlıq münasibətinin qarşılıqlı olması fikrini əsaslandırır: tolerantlıq birmənalı olmamışdır, əks təqdirdə dinlərarası, millətlərarası ziddiyyyətlər yarana bilər. Başqalarına dözümlülük özünə dözümlülüyün yaranmasını tələb edir
Bir sözlə,
tolerantlıq fərdlərarası münasibətlərdən
başlayaraq sosial qruplar, millətlər, mədəniyyətlər,
sivilizasiyalar arasında dözümlülüyün məzahürüdür.
Azərbaycanda tolerantlıq müxtəlif mədəniyyətlərə,
milli azlıqların dilinə, dininə, bütün vətəndaşların
hüquq və azadlıqlarınan hörmət, əmin-amanlıq,
sülh mədəniyyəti, həyat tərzi və
düşüncə tərzidir”.
Əli
Xalq cəbhəsi.-
2016.- 21 dekabr. - S.13.