YARAT-da“Sən məni
anlamırsan” adlı sərgi
Dekabrın 21-də “YARAT” Müasir
İncəsənət Mərkəzinin ARTIM layihə məkanında
“Sən məni anlamırsan” adlı sərgi
açılıb.
AZƏRTAC xəbər
verir ki, “ADO” teatr qrupunun iştirakı ilə gerçəkləşən sərgidə
üç rəssam
– Vüsal Rəhim, Vüqar Quliyev və Aysel Əmirovanın
əl işləri təqdim olunur.
Bu, ziyarətçilərin
“başqasının cildinə”
daxil olmaqla, əsərlərin mənasını
rəssamların baxış
bucağından görməyə
və anlamağa yönəlmiş eksperimental
layihədir. Sərgidə təqdim olunan
əsərlər özündə
müasir incəsənətin
dərk edilməsi və “Biz niyə görə başa düşülmək istəyirik?”
sualını araşdıran
psixoloji məqalə ilə əlaqəli sosial media müzakirələrindən
sitatları və kəlamları özündə
birləşdirən broşüra
ilə müşayiət
olunur.
Vüsal Rəhim Mikelancelonun cansız İsanı tutmuş kədərli Məryəmi əks etdirən məşhur
“Pieta” əsərinin bədii
obrazını araşdırır. “Pieta” adlı
video instalyasiyada, rəssam
özü Kədərli
Madonna obrazında çıxış
edərək videoların
birində dizlərinin
üstündə çılpaq
kişi, digərində isə çılpaq qadını
tutur. Onların yalnız simaları
qırmızı maska
ilə örtülüb
ki, bu da
maddi aləmdən (maska) ruhani aləmə
(çılpaqlıq) keçidi
əks etdirir. Onların vücudlarında Cəlil
Cavanşirin ölən
insanın ağrı
və acılarından
bəhs edən şeir yazılıb.
Vüsal Rəhimin həyat və ölüm, maddi və mənəvi dünyalar, kişi
və qadını qarşı-qarşıya qoyan
“Pieta” əsəri hər
bir insana xas olan qüssə
və kədərin vizual təsvirini əks etdirməklə yanaşı, genderlərin
dini və sosial quruluşuna dair sualları da ortaya qoyur.
Vüqar Quliyevin instalyasiyası divarlara kölgə salan parlaq tikanlarla
dolu otaqdan ibarətdir. Ziyarətçi otağı araşdırmağa
və otağın zülmət ab-havasına
qərq olmağa dəvət olunur. Rəssam üçün çıxış
nöqtəsi özündə
həbsxana və işgəncə kameralarını
əks etdirir. Belə ki, bu kameralar
hər bir insanın emosional qorxu durumu ilə
əlaqəli fərdi
bağlılığının işıqqaytarıcı materialda
görünməsi üçün
nəzərdə tutulub.
Tikanlar təkcə qəm-qüssə
mənbəyi deyil.
Onlar həm də üçbucaqlar və onların Misir mifologiyasında mənası
ilə əlaqəlidir.
Bununla da, rəssam qaranlıq kameranı işıqlı kameraya çevirir.
Rəssam Aysel Əmirova öz əsərini eyni diapazonu bölüşən iki insanın hipotetik konsepsiyası ilə əlaqələndirir. Hərçənd
ki, bir insanın
subyektiv, şüurlu
həyatı digəri
üçün sistematik
olaraq fərqli ola bilər.
Belə ki, bu əsər
dünyamızın çoxşaxəli
təcrübələrini xatırlatmaqla
yanaşı, düzgün
qoyulmayan prioritetlərə
də işarə verir. “Qızıl
piramidanın zirvəsini
fəth etdikdən və qalxmaq üçün daha heç bir yüksəkliyin olmadığını
gördükdən sonra,
biz, bütün həyatımız
boyu saxta piramidalara dırmandığımızı
dərk edə bilərik. Biz öz arzularımızı
həyata keçirmək
üçün qorxulardan
qaçırıq.
Maraqla qarşılanan sərgi dekabrın 30-dək davam edəcək.
Xalq cəbhəsi.- 2016.- 23 dekabr. - S.16.