Multikulturalizm Azərbaycanın dövlət siyasətidir

 

Ölkəmizdə müxtəlif dini və etnik qruplar qarşılıqlı hörmət şəraitində yaşayır

 

(əvvəli ötən sayımızda)

2011-ci ildən Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Bu forum UNAOC, UNESCO, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO kimi təşkilatların iştirakı ilə keçirilir. Bu təşəbbüs “Bakı prosesikimi tanınır. Azərbaycan bu təşəbbüsləri həyata keçirməklə mədəniyyətlərarası dialoqun gücünü, o cümlədən mədəniyyətlərarası və inklüziv əlaqələr üçün müsbət şəraitin yaradılmasının mümkün olduğunu nümayiş etdirir. Bundan başqa, 2015-ci ildə Azərbaycanda ilk Avropa Oyunları keçirilib. 2017-ci ildə isə ölkədə İslam Həmrəylik Oyunları təşkil ediləcək.

Bu il Bakı BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna (25-27 aprel) ev sahibliyi edib. Bu forumun əsas hədəfi müxtəlif mədəniyyətlər dini qruplar arasında qarşılıqlı hörmətin daha da gücləndirilməsi, o cümlədən dünyanın əksər ölkələrinin ekstremizmdən imtina etməsi müxtəlifliyi qəbul etməsi yolu ilə daha güclü sülhün sosial inklüziv dünyanın yaradılmasıdır.

Yuxarıda qeyd olunan hədəfinin yerinə yetirilməsi üçün 2014-cü ildə Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Mərkəzin yaradılmasının əsas məqsədlərindən biri ölkədə etnik, dini mədəni müxtəlifliyin qorunmasına yarım göstərməkdir. Bundan başqa, bu mərkəz Azərbaycanı dünyanın mültikulturalizm mərkəzi kimi təqdim etmək üçün yaradılıb. Multikulturalizm Mərkəzinin yaradılmasının əsas səbəblərindən biri bu sahədə araşdırmaların aparılması dünyada multikultural modelin yaradılmasına töhfə verməkdir. Mərkəzin əsas layihələrindən biri – “Azərbaycan multikulturalizmiyerli xarici universitetlərdə tədris olunur. Artıq bu kurs Avropanın nüfuzlu universitetlərində (Romadakı Sapienza Universiteti, Praqadakı Karlov Universiteti, İsveçrədəki Friburq Universiteti), o cümlədən Rusiya, Gürcüstan İndoneziyadakı universitetlrədə tədris edilir.

Multikulturalizm iliçərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu sahə ilə bağlı biliklərini dərinləşdirmək genişləndirmək istəyən, o cümlədən Azərbaycan multikulturalizmi haqda yeni mövzular öyrənməyə çalışan tələbələr araşdırmaçılar üçün hər il yay qış məktəblərinin təşkili proqramını həyata keçirir. Roma Papası Frasisk bu yaxınlarda (2016-cı ilin oktyabrında) Bakıya səfəri zamanı Azərbaycanı tərifləyib dini tolerantlıq ölkəsi kimi təqdim edib. Papa ölkənin ən böyük məscidində provoslav, müsəlman yəhudi liderlərilə görüşündən sonra Şeyxülislamla təkbətək görüş keçirib.

Azərbaycanın akademik qrupları və beyin mərkəzləri tərəfindən yaradılan layihələr və həyata keçirilən təşəbbüslər bu məsələdə vətəndaş cəmiyyətin fəal olduğunu nümayiş etdirir. Beynəlxalq Multikultural Şəbəkə ən maraqlı və aktual layihələrdən biridir. Onun rəhbəri Xəyalə Məmmədovadır. Beynəlxalq Multikultural Şəbəkənin əsas hədəflərindən biri multikulturalimzlə maraqlanan araşdırmaçıların və praktikantları “online” şəbəkədə birləşdirmək, çoxşaxəli multikultural gündəmlə bağlı araşdırmaların yayılmasına və bu sahədə araşdırmaların aparılmasına həvəsləndirməkdir. Şəbəkənin əsas hədəflərindən biri multikulturalizm, o cümlədən mədəniyyətlərarası və dinlərarası sahələdə ixtisaslaşmış dövlət və ictimai subyektləri bir yerə toplamaqdır.

Beynəlxalq Multikultural Şəbəkə müxtəlif mədəniyyətlərə və etnik qruplara aid araşdırmaçıları birləşdirir. Bundan başqa, şəbəkə müxtəlif ölkələrdə nümayəndələr təyin edir. O, bu sahədə nəşrlərə (kitab nəşrinə, jurnallarda məqalələrin dərc olunmasına və elmi araşdırmalara) yardım göstərir, multikulturalizm və mədəni müxtəliflik məsələləri ilə bağlı məlumatların yayılmasına, bu sahədə müzakirələrin aparılmasına şərait yaradır. Biz bu Şəbəkənin beynəlxalq tərəfdaşları arasında Londonda fəaliyyət göstərən “The PrismaThe Multicultural Newspaper” qəzetini nümunə göstərə bilərik. Bu qəzet irqi və mədəni mövhumatın aradan qaldırılması uğrunda çalışır. Bundan başqa, qəzetin əsas hədəflərindən biri sosial ədalətin bərqərar edilməsi və hamıya bərabər imkanların yaradılmasıdır. Qəzet Böyük Britaniyada yaşayan multikultural icmalar, xüsusilə də Latın Amerika xalqlarına aid olan dəyərləri müdafiə edir.

Azərbaycan multikultralizmdən özünün xüsusi yolu kimi istifadə edir. Multikulturalizm Azərbaycan üçün xarici siyasətində strateji alət və dinisiyasi ekstremizmə qarşı müdafiə üsuludur. Bundan başqa, bu sahədə uğur qazanmış Azərbaycan Avropa üçün də nümunə ola bilər. Qeyd edək ki, Avropa ölkələri multikultural məsələlərdə çətinliklə üz-üzədir.

Multikulturalizm müzakirə edilərkən demək olar ki, bütün Avropa ölkələri fikir ayrılıqları yaşayır. Çünki bir çox Avropa ölkəsi tək milli-mədəni etnosla əlaqələndirilir. Amma son məlumatlara əsasən demək olar ki, Avropa İttifaqı ölkələri analoqu olmayan demoqrafik dəyişikliklə (yaşlı əhalinin sayının artması, doğum sayının aşağı olması, ailələrin strukturunun dəyişməsi və miqrant axını) üz-üzə qalıb. Çox güman ki, növbəti 50 il ərzində ittifaqa daxil olan ölkələrin daxili strukturunda dəyişikliklər olacaq.

Xristianlığın dövlət dini olduğu Roma imperiyası dövründə Avropa məkanında müxtəlif mədəniyyətlər qaynayıb-qarışıb. Lakin millətçilik ideologiyasının yayılması ilə (XIX-XX əsr) Avropa xalqları yalnız özləri və dövlətləri haqda düşünməyə başlayıb. Meydana gələn yeni milli dövlətlərdə həmin ərazilərdə yaşayan xalqlara suverenlik hüququ verilib. Bu xalqlar yalnız özlərinin unikal mədəniyyətlərini, tarixlərini qoruyur və müdafiə edirdi. Bu ideologiyaya əsasən, sosial vəhdət deyildikdə, xalqın özünəməxsus xüsusiyyəti, vahid mədəniyyəti, dili və hətta çox vaxt vahid dini nəzərdə tutulurdu. Avropanın milli dövlətləri ən azı 20-ci əsrin ortalarınadək yekcins mədəni cəmiyyətə malik olub. Lakin bir neçə milli hərəkatlar regional müxtəlifliyi qəbul edir.

Son onilliklərdə bəzi Avropa ölkələri, xüsusilə də Fransa regional etnik qrupları, yaxud başqa millətlərə mənsub etnik/linqvistik/dini qrupları mədəni olaraq assimilyasiya etməyə çalışıb. Bu ölkələrdə əhalinin əksəriyyətini təşkil edən xalqların hüquqları genişlənib. Digər tərəfdən, 2007-2008-ci illərdəki iqtisadi böhran, ərəb-islam dünyasındakı vətəndaş müharibəsi və xaosdan sonra Avropada miqrantların sayı artıb. Nəticədə “Köhnə dünyada multikulturalizm daha çox tənqid olunmağa başlayıb. Bu vəziyyət müxtəlif etnik mədəniyyətlərin dövlət tərəfindən qorunmasını sual altına qoyub. Qəbul edilən yeni qanunlara və ölkələrin dəyərlərinə görə müxtəlif etnik və mədəni qrupların mədəni inteqrasiyasına mane olan vəziyyət yaranır. Nəticədə tənqidçilər müxtəlif etnik və mədəni qrupların vahid milli kimlik ətrafında assimilyasiyasını təklif edir.

30 il əvvəl bir çox avropalı multikulturalizmi Avropanın sosial problemlərə olan cavabı kimi görürdü. Lakin hazırda multikulturalizmi tənqid edən insanlar hesab edir ki, o, kifayət həddə inteqrasiya ilə nəticələnməyən hədsiz miqrasiyaya səbəb olur. Onların fikrincə, nəticədə uyğunsuzluq yaranır. Bu, sosial birliyə zərbə vura, milli kimliyi sarsıda və ictimai inamın səviyyəsini aşağı sala bilər. Kənan Malik isə hesab edir ki, multikulturalizm Avropada sosialsiyasi məsələlərdə – immiqrasiya, milli kimlik, siyasi ümidsizlikişçi sinfinin vəziyətinin ağırlaşması məsələlərində ümid yarada bilər: “Multikulturalizm siyasi alət kimi yalnız müxtəlifliyə cavab olaraq meydana gəlməyib. O, həm də müxtəlifliyi qoruyur. Lakin bu anlayış paradoksal vəziyyət yaradır. Multikultural siyasətçilər cəmiyyətlərin müxtəlifliyini qəbul edir. Amma dolayı yolla hesab edirlər ki, belə müxtəliflik etnik azlıqların hüquqlarının sərhədində sona çatır”.

Anis Bajrektareviç “Saroyevanın Avropası 100 il sonra” kitabında qeyd edir ki, multikulturalizm ölməyib, lakin bu anlayış Avropada qorxu yaradır: “Avropa İttifaqında belə bir fikir tez-tez səslənir: “Avropada multikulturalizm ölüb”. Amma o ölüb, yoxsa qorxu yaradıb?... Bu fikir Avropanın milli dövlətləri tərəfindən daha çox səsləndirilir. Həmin dövlətlər özlərini vahid ittifaq kimi göstərir və bunun romantikası ilə yaşamağı sevir. Bu dövlətlər iddia edir ki, onların uzun müddət ərzində davam edən multikulturalizm tarixləri var. Və onlar multikulturalizm tarixinə öz töfhələrini veriblər. Əlbəttə ki, bu iddialar iflasa uğrayıb. Bundan başqa, bunlar çox abırsız iddialardır. Çünki onlar bilərəkdən insanları aldadır. Təəccüblü deyil ki, milli dövlətlərin nizamsız halda birləşdiyi Avropa İttifaqı anti-faşist milli kimlik, yaxud fərqlilik haqqındakı vacib debatın keçirilməsi hüququnu sağçı partiyalara verib. Son iki onillik ərzində bu qurum səmərəli olmayan xarici siyasət yürüdüb”.

Beləliklə məlum olur ki, biz multikulturalizmi Avropadan kənarda axtarmalıyıq. Azərbaycan multikulturalizm təcrübəsi ilə Avropaya vacib dərs keçə bilər. Məsələlərin həll edilməsi və multikulturalizm siyasətinin həyata keçirilməsi çoxtərəfli yanaşma tələb edir. Dövlət siyasəti çevik vətəndaş cəmiyyəti və yardımçı orqanlarla qarşılıqlı əlaqədə olmalıdır. Bu yanaşma bir tərəfdən yerli xaqlarmiqrantlarla bağlı səhv addımların qarşısını alacaq, digər tərəfdən isə, assimilyasiya prosesinə ehtiyac qalmayacaq. Başqa sözlə desək, xalqlar arasında yeni ittifaqlar azlıqların mədəniyyətini və hüquqlarını qoruyub saxlayacaq. Nəticədə ölkənin əksəriyyətini təşkil edən xalqın dəyərləri də müdafiə olunacaq.

 

Cavid

 

Xalq Cəbhəsi.- 2016.- 30 dekabr.- S.13.